www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
72
Şirin çay və s.
II növ ismi birləşmələrdə birinci tərəf qeyri-
müəyyən yiyəlik halda, ikinci – əsas tərəf isə III şəxs
mənsubiyyət şəkilçisi ilə işlənir. Tərəflər arasında
uzlaşma əlaqəsi olur:
Qız qalası
Körpə
gülüşü
Uşaq bağçası və s.
II növ ismi birləşmələr cümlənin mürəkkəb bir üzvü
olur:
Qız qalası Bakının simvoluna çevrilmişdir.
III növ ismi birləşmələrin birinci tərəfi müəyyən
yiyəlik halda olur, ikinci tərəfi hər üç şəxsin mənsubiyyət
şəkilçisi ilə işlənə bilir. Əsas və asılı tərəflər arasında
həm idarə, həm də uzlaşma əlaqəsi vardır:
Mənim
vətənim
Sənin gülüşün
Adilin qardaşı və s.
III növ ismi birləşmələr cümlənin mürəkkəb bir
üzvü olur:
Bakının tarixi çox qədimlərə gedib çıxır.
йанашма
узлашма
узлашма
идаря
узлашма
узлашма
идаря
узлашма
узлашма
идаря
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
73
73
73
Feli birləĢmələr
Feli birləşmələrin əsas (II) tərəfləri məsdər, feli
sifət, feli bağlama ilə ifadə edilir və uyğun olaraq məsdər
birləşmələri, feli sifət birləşmələri, feli bağlama
birləşmələri adlanır.
Məsələn: kitabı oxumaq (məsdər birləşməsi)
yaz gələndə (feli bağlama birləşməsi)
dərsə gedən (feli sifət birləşməsi).
Feli birləşmələrin tərəfləri arasında, əsasən idarə
əlaqəsi, bəzən də yanaşma əlaqəsi özünü göstərir:
Kitabı
oxumaq
dərsə
gedəndə
tez-tez danışan və s.
Feli birləşmələr cümlənin mürəkkəb bir üzvü olur.
Mən ali məktəbə daxil olmaq üçün Azərbaycana
gedəcəyəm.
Dünən yağış yağmağa başlayanda biz yola düşdük.
Şiddətlə dalğalanan dəniz balıqçıları qorxutmurdu.
идаря
идаря
йанашма
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
74
Qrammatik normalar
Azərbaycan ədəbi dilində icrası vacib olan əsas
qrammatik normalar aşağıdakılardır:
1. Müəyyən miqdar sayından sonra işlənən isimlər
cəm şəkilçisi qəbul edə bilmir: beş kitab, üç adam, yüz
əsgər və s.
2. İsim, sifət və saylara əvvəl cəm, sonra mənsubiy-
yət, hal, şəxs-xəbərlik şəkilçiləri artırılır:
yerli-lər-imiz-dən-dir;
yaxşı-lar-ımız-dan-dır və s.
3. Fellərə əvvəl təsirlik, sonra növ, şəkil, şəxs-
xəbərlik şəkilçiləri artırılr; göndər-il-məli-dir; qazan-ıl-
mış-dır və s.
4. Cümlədə nə, nə də inkar bağlayıcısı işləndikdə fel
təsdiqdə işlənir: Nə yağış kəsir, nə də gün çıxırdı.
5. Xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə
uzlaşır:
O
oxuyur
Onlar
oxuyurlar
6. Cümlədə əvvəl mübtəda, sonda xəbər, xəbərdən
əvvəl tamamlıq, zərflik işlənir. Təyin təyin etdiyi sözdən
əvvəl işlənməlidir.
Günəşin işığı onun zəifləmiş gözlərini qamaşdırdı.
Güclü külək evlərin damlarını uçururdu və s.
TapĢırıqlar
:
узлашма
узлашма