Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə28/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
87 
kəmiyyət  artımı  gec-tez  keyfiyyət  dəyiĢikliklərinə  gətirib 
çıxarmalı  idi,  ġərq  mədəniyyəti  dünya  mədəniyyəti 
strukturunda öz layiqli yerini tapmalı idi. 
Qeyd  edək  ki,  bu  proses  hələ  tamam  baĢa  çatmamıĢdır,  yəni 
kəmiyyət  artımları  tamamilə  keyfiyyət  göstəricilərinə 
çevrilməmiĢdir və çox güman ki, ġərqə ekzotik bir aləm kimi 
baxıĢ heç vaxt axıra qədər aradan qalxmayacaq. Lakin dünya 
mədəniyyətinin  formalaĢması  get-gedə  dərinləĢir  və  intensiv 
xarakter  kəsb  edir.  ġübhəsiz,  bu  prosesdə  Qərbdə  ġərqin, 
ġərqdə  isə  Qərbin  obyektiv  əsaslarla  öyrənilməsi  meylləri 
güclənəcək. 
Yuxarıda  qeyd  etdiyimiz  meyllər  dünya  xalqlarının  mədəni 
tanıĢlığının  və  doğmalaĢmasının  əsas  forması  olan  tərcümə 
prosesində  də  öz  əksini  tapırdı.  ġərq  ədəbi  nümunələrindən 
XVII-XVIII  əsrlərdə  edilmiĢ  tərcümələrdə  nə  bu  əsərlərin 
məzmununa,  nə  də  onların  formasına  fikir  verilirdi. 
Mütərcimlər bütün  diqqətlərini bu ədəbi  nümunələrin onların 
nəzərində gözəgəlimli, ekzotik cəhətlərinə yönəltmiĢdilər. 
Belə  ki,  Qərbdə  son  dərəcə  böyük  Ģöhrət  qazanmıĢ,  rübailəri 
dönə-dönə  nəĢr  olunan,  Avropada  və  sonralar  Amerikada  az 
qala farsdilli  əhalidən də çox mütaliə olunan  Ömər Xəyyam, 
həqiqətən, ġərq fəlsəfi estetik fikrinin ən iqtidarlı və istedadlı 
daĢıyıcılarından 
biridir. 
Bu 
mütəfəkkir 
Ģair 
ġərq 
dünyagörüĢündə,  ġərq  dünyanı  dərketmə  tərzini  öz 
yaradıcılığında tam dolğunluğu ilə əks etdirən bir sənətkar idi. 
Məhz  buna  görə  də,  ġərq  ədəbiyyatı  poetikasına  müvafiq 
olaraq  o,  əsərlərində  son  dərəcə  vüsətli  problemləri 
yığcamlaĢdırmağa,  son  dərəcə  kiçik  sahədə  (dörd  misralı 
rübainin  çərçivələrində)  həddindən  artıq  dərin  fikirlər  ifadə 
etməyə cəhd göstərir və buna da nail olurdu. Ömər Xəyyamın 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
88 
88 
dördlükləri  əslində    dünya  haqda,  insan  haqda,  dərkolunmaz 
tale haqda ġərq dünyasının son dərəcə tutumlu təsəvvürlərinin 
bədii  inikasıdır.  Təbiidir  ki,  bu  cür  poeziya  çoxĢaxəli 
rəmzlərin, iĢarələrin köməyi və vasitəsilə gerçəkliyi təcəssüm 
etdirir. 
Halbuki Ömər Xəyyamın əsərlərini qərb dillərinə, o cümlədən 
ingilis  dilinə  çevirən  mütərcimlərin  əksəriyyəti  bütün 
diqqətlərini  yalnız  üst  qatda  yerləĢən,  əslində  bədii  əsərin 
dərinliklərinə  sirayət  etməyə  xidmət  etməyən  bir  mövzuya  - 
içkiyə,  Ģəraba  aludəçiliyə  yönəltmiĢ,  Ģairin  yaradıcılığı, 
ümumiyyətlə  ġərq  ədəbi  fikri  haqqında  yanlıĢ  və  səthi 
fikirlərin formalaĢmasına gətirib çıxarmıĢdır. 
Ömər  Xəyyam  yaradıcılığına  Qərb  tərcümə  fikrində  olan  bu 
münasibəti  faktik  olaraq  bütün  ġərq  poeziyasının  Qərb 
oxucularına çatdırılması prosesinə də Ģamil etmək olar. 
Yuxarıda  qeyd  olunduğu  kimi  ilk  dövrlərdə  ġərq  dillərindən 
ingilis  dilinə,  həmçinin  digər  dillərə  çevrilən  poetik  əsərlər 
nəsrlə  tərcümə  olunurdu.  Ġslam  dininin,  ġərq  xalqlarının 
həyatında,  məiĢətindəki  cəhətlərin  inikasında  buraxılmıĢ 
təhriflər  bir  yana  qalsın,  poetik  bədii  nümunənin  kəsrlə 
tərcüməsi onun bədii dəyəri haqqında tam təsəvvür yaratmaq 
imkanından məhrum idi. Digər tərəfdən bu əsərlərin tərcüməsi 
ilə  geniĢ  oxucu  kütlələri  deyil,  yalnız  oriyentalist 
mütəxəssislər tanıĢ ola bilirdilər. 
Əlbəttə, biz heç də poetik əsərlərin bəzən nəsrlə tərcüməsinin 
vacibliyini  inkar  etmək  istəmirik.  Məsələ  burasındadır  ki, 
poetik  bədii  nümunənin  digər  dilə  ən  mükəmməl  poetik 
tərcüməsində  də  məzmun  səhvləri  labüddür.  Belə  tərcümələr 
geniĢ  oxucu  kütlələrini  tamamilə  təmin  etsə  də,  filoloq-
alimləri,  ədəbiyyatĢünasları,  bir  sözlə,  mətn  üzərində  dəqiq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
89 
tədqiqat  aparan  mütəxəssisləri  qane  etmir.  Bu  baxımdan  bu 
günün  özündə  də  poetik  əsərlərin  bu  və  ya  digər  dilə  elmi-
tənqidi  nəsrlə  mətnli  tərcüməsi  böyük  əhəmiyyət  kəsb  edir. 
M.Morozovun 1548-ci ildə U.ġekspirin ―Hamlet‖ əsərinin rus 
dilinə  nəsrlə  tərcüməsinin  rus  ədəbi  fikrində  oynadığı 
fövqəladə rol dediklərimizi təsdiq edir. Amma M.Morozovun 
nəsrlə  elmi  və  məzmun  baxımından  son  dərəcə  dəqiq 
tərcüməsi  ilə  yanaĢı  B.Pasternakın  və  M.Lozinskinin  böyük 
ilhamla həyata keçirdikləri poetik variantlar da mövcuddur ki, 
bu  da  çağdaĢ  rus  oxucusunun  böyük  ingilis  dramaturqunun 
dahiyanə əsərinin hərtərəfli mənimsəməsinə kömək göstərir. 
ġərqdə, o cümlədən Azərbaycan ədəbiyyatında geniĢ yayılmıĢ 
qəzəl  formasının  ingilis  poeziyasında  iĢlənən  sonet 
formasında  tərcüməsi,  təbiidir  ki,  lazımi  səmərəyə  malik 
olmayacaq. 
Ġlk  baxıĢda  bu  iki  Ģer  forması  məzmun  və  regional 
ədəbiyyatlarda  tutduqları  mövqe  baxımından  bir-birinə  çox 
yaxındır. Belə ki, sonet Qərbi Avropa regional ədəbiyyatında 
ən sabit janrlardan biridir və mövcud olduğu yeddi əsr yarım 
müddətində  forma  və  məzmun  baxımından  müxtəlif  Avropa 
ölkələrində  labüd  Ģəkildə  baĢ  verən  poetik  janr  sisteminin 
təbəddülatlarına  və  hətta  köklü  Ģəkildə  dəyiĢmələrinə 
baxmayaraq  öz  mövqeyini,  insanın  daxili  hisslərini,  lirik 
qəhrəmanın  fəlsəfi  düĢüncələrini  təcəssüm  etdirən  ən 
universal  janr  kimi  ədəbiyyatın  poetik  sistemində  öz  yerini 
qoruyub saxlaya bilmiĢdir. Bütün digər janrların, həm forma, 
həm  də  məzmun  baxımından  müxtəlif  dəyiĢikliklərə  məruz 
qaldığı  haqda  sonet  janrı  öz  struktur  elementlərini  -  dörd 
misradan,  dörd  bənddən  ibarət  olmasını,  hətta  qafiyə 
əvəzlənməsini və ölçüsünü qoruyub saxlaya bilmiĢdir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə