Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə24/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
75 
"Kitabi-Dədə  Qorqud"  dastanını  tədqiq  edən  alimlərin  isə 
"Ala dağ"  adı  ilə bağlı konkret  rnülahizələri  vardır. Dastanın 
1977-ci  il  Bakı  nəĢrində  bu  dağın  "Van  gölünün  Ģimal-
Ģərqində 1259-cu ildən sonra hülakilərin yay iqamətgahı olan 
dağlar" olduğu göstərilmiĢdir (səh. 181). 
Professor  Pənah  Xəlilov  bu  dağın  "indiki  Mingəçevirin  Boz 
dağı" olduğunu güman etmiĢdir (35, 28). 
Bəhlul Abdulla isə "Ala dağ" dedikdə, otsuz-ələfsiz, meĢəsiz-
ağacsız  dağlar  təsəvvür  olunduğunu  söyləyərək,  dastandakı 
―Ala  dağ"ın  da  bu  keyfiyyətləri  ilə  seçildiyini  vurğulamıĢdır 
(1,18). 
Aslan  Bayramovun  qənaətinə  görə,  "Dədə  Qorqud" 
dastanında  xatırlanan  bu  dağ  adını  ġörəyel  vadisinin 
ətəklərində olan, 4090 metr hündürlüyü, dörd zirvəsi (Ziyarət, 
Haça,  Qaradağ  və  ArxaĢan)  olan  və  mənbələrdə  bir  neçə  adı 
olan  (Alakas,  Alagöz,  Ələyəz,  Aladağ)  kimi  lokalizə  etmək 
olar". 
O, bu qənaətə "iri qobulu Ala dağ" sözünə görə gəlir və qeyd 
edir  ki,  "adı  çəkilən  zirvələrin  ortasında,  həqiqətən,  dərin  bir 
qobu vardır" (13, 50-51). 
Dastanın  mətnindən  göründüyü  kimi  Oğuzlar  daha  çox  Ala 
dağın ətəyində çadır qurub, ev tikirlər, ov ovlayır, yeyib-içmə 
məclisləri  qururlar.  Boylarda  bu  və  ya  digər  Ģəkildə  on  bir 
dəfə  Ala  dağdan  "dünnən"  (gecə)  keçilir.  Bütün  bunlar  Ala 
dağın  Oğuzlar  dövründə  məĢhur  yer  adı  bildirdiyini  göstərir. 
Belə  geniĢ  yayılmıĢ  adın  transliterasiya  yolu  ilə  verilməsi 
daha düzgün olardı. "Ala dağ"ın 
həm  də  yuxarıda  qeyd  olunan  xüsusiyyətlərini  nəzərə  alanda 
aydın  olur  ki,  "Antalogiya"da  bu  dağın  adının  "qarlı"  kimi 
tərcümə edilməsi səhvdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
76 
76 
Dastanda ilk baxıĢdan yer adı (toponim) olduğu baĢa düĢülən 
adlarla 
yanaĢı, 
etimologiya 
və 
mənası 
sonradan 
aydınlaĢdırılan  yer adları da vardır. Belə adlardan "Ortac" və 
"Günortac" sözləri xüsusi maraq doğurur. Əvvəlcə bu sözlərin 
toponim  olması  məsələsinə  baxaq.  Vaxtilə,  bu  sözlərin  elmi 
təhlil  üçün  əhəmiyyətini  duyan  dilçi  Muradxan  Cahangirov 
yazırdı:  "Günortac"  isminin  (toponimin)  hansı  mənada 
iĢləndiyini və hara olduğunu düzgün təyin etməklə biz "Dədə 
Qorqud" oğuzlarının yeganə iki tayfasından biri yerləĢən ərazi 
haqqında da lazımi məlumat toplaya bilərik" (15, 73). 
Dastanda  "Günortac"  yer  adına  "Basat  Təpəgözü  öldürdüyü 
boyu  bəyan  edər"  adlanan  boyunda  rast  gəlinir.  Oğuz  elinə 
qan  udduran  Təpəgöz  Basatdan  soruĢur:  "Qalarda-qoparda, 
yigit,  yerin  nə  yerdir?"  Basat  Təpəgözə  söyləmiĢ,  görəlim, 
xanım,  nə  söyləmiĢ:  "Qalarda-qoparda  yerim  Günortac"(səh. 
123). 
"Ortac"  adına  isə  "Salur  Qazan  dustaq  olub  oğlu  Uruz 
çıxardığı  boyu  bəyan  edər"  boyunda  Qazan  Təkurun  öz  ad-
sanlı soyunu öydüyü yerdə rast gəlinir. Qazan öz soyunu belə 
öyür: 
Ağ qayanın qaplanının erkəyində bir köküm var
Ortac qırda sizin keyikləriniz durğurmaya (səh. 147). 
Mərhum  alimimiz  Mirəli  Seyidov  vaxtilə,  hər  iki  sözün 
etimologiyasını  təhlil  edərək  bu  adların  toponim  olduğu 
qənaətinə  gəlmiĢdi.  Alimin  fikrincə,  "or"  "yüksəklik", 
"ucalıq", "uca" anlamında iĢlənmiĢ, oğuzlar bu sözdən yer adı 
kimi istifadə etmiĢlər. 
M.Seyidovun  yazdığına  görə  "ortac"  "uca",  "ucalıq",  dağın 
yüksəyi, təpəsi mənasında iĢlənir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
77 
Əslində  Günortac  yer  adının  yaranması  oğuzların  mifoloji 
görüĢləri  və  əski  inamlar  sistemi  ilə  bağlıdır.  Günortac  və 
Ortac yer adlarının yaranması əski inamlar silsiləsinin elə bir 
qolu  ilə  bağlıdır  ki,  o  həm  də  ailənin  və  dövlət,  mənsəb 
düzümünün-sisteminin, 
quruluĢunun 
yaranmasında 
və 
formalaĢmasında iĢtirak etmiĢdir. Ġstər həmin adların meydana 
gəlməsi,  istərsə  də  bir  sıra  ailə  düzümlərinin  yaranmasının 
kökləri  (bu,  sonralar  dövlət  mənsəb  düzümünün  əsasına 
çevrilmiĢdir)  lap  əski,  daha  dəqiq  deyilsə,  azərbaycanlıların 
ulu babalarının dual təĢkilat, icma quruluĢuna gedib çıxır (59, 
179). 
Göründüyü  kimi  dastanda  iĢlənən  "Günortac"  və  "Ortac" 
sözlərinin  etimologiyası  barədə  uzun  illər  müxtəlif 
mülahizələr  söylənilmiĢ  (M.Seyidovun  yazdığına  görə  bu 
sözlərlə  bağlı  vaxtilə,  akademik  V.Bartold  və  baĢqaları  da 
fikir bildirmiĢlər), nəhayət, bu sözlərin toponim olduğu sübut 
edilmiĢdir.  Lakin  dastanın  ingilis  dilinə  tərcümələrində  bu 
sözlər yer adı kimi verilməmiĢdir. 
Görünür, 
tərcüməçilər 
bu 
sözlər 
ətrafında 
gedən 
araĢdırmalardan  xəbərsiz  olduqları  üçün  tərcümədə  bunu 
nəzərə almamıĢlar. 
Basatın  "Qalarda-qoparda  yerim  Günortac"  cavabı  1972-ci  il 
nəĢrində aĢağıdakı kimi tərcümə olunmuĢdur: "In confusion of 
battle  Istand  in  broad  daylight"  (səh.  131).  Göründüyü  kimi 
"Günortac"  sözü  burada  yer  adı  kimi  yox,  gündüz  kimi 
iĢlənmiĢdir.  Mirabilenin  nəĢrində  isə  tərcümə  belədir:  "The 
place from which I rise, my country of birth is the south" (səh. 
187). Sonda isə qeyd verilmiĢdir: "the middle of the day", "the 
after-noon"  (səh.  298).  "Günortac"  sözü  bu  tərcümədə  də 
"günorta"  mənasında  iĢlənilmiĢdir.  Ağ  qayanın  qaplanının 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə