Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
65 
toponimlərdir.  Dastanın  "Salur  Qazanın  evi  yağmalandığı 
boyu  bəyan  edər"  adlanan  ikinci  boyunda  deyilir:  "Qazanın 
Qapılar Dərvənddə on min qoyunu vardır" (səh. 32). 
Elə  həmin  boyda  bir  qədər  sonra  "Dərvənd"  adı  yenidən 
çəkilir:  "Bunun  ardınca  görəlim,  kimlər  yetdi:  Dəmir  Qapu 
Dərvəndinəki  dəmir  qapıyı  təpib  alan,  altmıĢ  tutam  ala 
köndərinin ucunda er böyürdən (Qazan kimi pəhləvanı üç göz 
atından  yıxan)  Qıyan  Səlcük  oğlu  Dəli  Dondar  çapar  yetdi" 
(səh. 42). 
Dastanm üçüncü boyunda isə deyilir: "Bu yanadan bazirganlar 
gəlibəni Qara Dərvənd ağzına qonmuĢlardı" (səh. 46). 
Tədqiqatçıların  çoxu  uzun  illər  bu  adları  indiki  Dağıstan 
Respublikası 
ərazisindəki 
Dərbənd 
Ģəhəri 
ilə 
əlaqələndirmiĢlər.  Xüsusən  dastandan  sonrakı  illərdə 
formalaĢmıĢ  Azərbaycan  folklorunda  tez-tez  "Dəmir  qapı 
Dərbənd" adının çəkilməsi və bu adın Dərbənd Ģəhəri demək 
olduğu  Ģübhə  doğurmadığı  üçün  "Qapılar  Dərvənd",  "Dəmir 
Qapu Dərvənd" və "Qara Dərvənd" adlarının hamısı məhz bu 
Ģəhər hesab edilmiĢdir. Lakin "Kitabi-Dədə Qorqud" üzərində 
tədqiqatlar  davam  etdiyi  üçün  dastanla  bağlı  yeni  versiyalar, 
yeni mülahizələr tükənmir. Hələ vaxtilə görkəmli qorqudĢünas 
alim  Həmid  Araslı  üçüncü  boydakı  "Qara  Dərvənd"i  indiki 
Goranboy  rayonunda  yerləĢən  eyniadlı  yaĢayıĢ  məntəqəsi 
hesab etmiĢdi. TanınmıĢ ədəbiyyatĢünas Pənah Xəlilov isə bu 
mülahizəni yanlıĢ saymıĢ və fikrini əsaslandırmıĢdır (35, 24). 
Digər  mütəxəssislər  isə  daha  dörd  Dərbənd  adı  çəkirlər.  Bu 
məsələ  tədqiqatımızın  mövzusundan  kənar  olduğu  üçün  biz 
"Dərbənd" adı ilə bağlı versiya və mülahizələri kənara qoyub 
bu adın ingilis dilinə tərcüməsi üzərində dayancağıq. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
66 
66 
1972-ci  il  nəĢrində  "Dərvənd"  adı  hallanan  yer  adları  həm 
transliterasiya  olunmuĢ,  həm  də  tərcümə  edilmiĢdir.  Belə  ki, 
"Qapılar  Dərvənd"  "Kapulu  Dervent"  (səh.  25)  kimi,  "Dəmir 
Qapu Dərvənd"  "Pass  of Demir Kapu"  (səh. 36)  kimi,  "Qara 
Dərvənd"  "Pass  of  Demir  Kapu"  (səh.  42)  kimi  verilmiĢdir. 
Tərcüməçilər  kitabın  sonunda  hər  üç  variantı  izah  etmiĢlər. 
"Qapılar  Dərvənd"  belə  Ģərh  olunmuĢdur:  "Kapulu  Dervent 
means,  literally,  "a pass  with  a gate".  In the legends it seems 
to be a place east of Erzurum and north of Avnik. There is no 
such name on the landscape today"  (səh. 186). "Dəmir Qapu 
Dərvəndln  izahı:  "Demir  Kapu  Dervent,  which  means  "Iron 
Gate  Pfss",  is  located  on  the  road  going  from  northem 
Azerbaijan to the Caucasus" (səh. 187). 
"Qara  Dərvənd"in  izahı:  "Kara  Dervent  (Derbend),  or  Black 
Pass, could be one of two locations so named. One is the city 
of  Derbend,  on  the  westem  shore  of  the  Caspian  Sea,  just 
north of the present border of Azerbaijan (səh. 189). 
Mirabilenini  nəĢrində  isə  ―Qapılar  Dərvənd‖  ―Gated  Pass‖ 
kimi  verilmiĢ,  axırda  aĢağıdakı  kimi  izah  əlavə  olunmĢdur: 
―Kapu/Kapi  is  gate,  -lu  is  –ed,  derbend  is  pass  (səh.  244). 
―Dəmir  Qapu  Dərvənd‖  isə  ―Pass  of  the  iron  Gate‖  Ģəklində 
tərcümə  olunmuĢ  və  tərcüməyə  izah  verilmiĢdir:  ―This  is 
located  in  Daqhestan  at  Derbent  on  the  Caspian  Sea  (səh. 
250). 
"Qanlı  Qoca"  adının  tərcüməsinə  toxunmadan  yer  adlarının 
verilmə yollarına baxarkən aydın olur ki, hər üç tərcümədə Ġç 
Oğuz  və  DıĢ  Oğuz  məhz  ərazi  kimi  göstərilmiĢdir. 
Mirabilenin  nəsrində  bu  "Ġç  Oğuz  ərazisi"  kimi, 
"Antalogiya"da  isə  "Ġç  Oğuz‖  kimi  verilmiĢ  və  deməli,  bu 
adların daĢıdığı məna yükü saxlanılmıĢdır. Fikrimizcə, "oğuz" 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
67 
sözünün  ―Antalogiyada‖kı  kımi  cəm  Ģəklində  iĢlənməsinə  də 
ehtiyac yoxdur. 
Dastanın  mətnindən  həmçinin  görünür  ki,  oğuzlar  Qafqazda 
tam  sərbəst  olmuĢlar.  "Gəncə  ağzı"  vətən  sərhəddi  hesab 
edilsə də, onlar üçün keçilməz sərhəd, yasaqlıq yox idi. Buna 
görə də  ayrı-ayrı boylarda adı  çəkilən toponomlərin  bir çoxu 
dastanın əhatə etdiyi ərazilərdə indi də yaĢayır. 
"Kitabı Dədə Qorqud"da bir çox qala adlarına da rast gəlinir: 
"Əlincə  qələsi",  "Evnik  qələsi",  "Mərdin  qələsi",  "Tatyən 
qələsi",  "Ağca  qala",  ―Ağsaqa  qələsi‖,  "Düzmürd  qala", 
"Tuman  qələsi",  "Aqhisar",  "Bayburt  hasarı"  və  s.  bu 
qəbildəndir.  Bu  qalalardan  bəziləri  oğuz  bəylərinin  yadigarı 
kimi  bu  günümüzə  qədər  qalmıĢ,  illər  keçdikcə  bəzilərinin 
adları dəyiĢmlĢdir. Marağlıdır ki, dastanı ingilis dilinə tərcümə 
edənlər bu adları  ya orijlnalın dilinə uyğun tərcümə etmiĢ,  ya 
da  olduğu  kimı  saxlayaraq  izah  vermiĢiər.  Məsələn,  məĢhur 
"Əlincə  qələsi"  hər  iki  tərcümə  variantında  "Alinja  Castle" 
kimi verilmiĢdir. 
1972-  ci  il  nəĢrində  bu  qalanın  adı  ilə  bağlı  qeyddə  deyilir: 
"Alinja castle is situated on top of a hill on the Nahjivan-Julfa 
road in Azerbaijan" (səh. 202). 
Mirabilenin  nəĢrində  isə  qeyd  belədir:  "is  a  fortress  betwocıı 
Nakhlchevan  and  Julfa  near  the  Soviet-lranian  border"  (səh. 
306). 
"Salur  Qazan  dutsaq  olub  oğlu  Uruz  çıxardığı  boyu  bəyan 
edər"  adlanan  on  birinci  boyda  deyilir:  "ġahin  pərvaza  ağdı, 
gözlədilər, Ģahin Tumanın qələsinə endi" (səh. 135). 
"Əlincə  qələsi"ndən  fərqli  olaraq  "Tumanın  qələsi"  uzun 
müddət  qorqudĢünaslar  arasında  müzakirə  və  mübahisə 
mövzusu  olmuĢdur.  "Tuman"  sözü  linqvistik  və  etimoloji 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə