Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə23/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
72 
72 
Mirabilenin  nəĢrində  isə  qalanın  adı  sadəcə  "Evniuk  Castle" 
(seh. 97) Ģəklində iĢlədilmiĢ, heç bir Ģərh verilməmiĢdır. 
"Aqsaqa  qələsi"  orijinalda  Gürcüstandakı  "Axalsixe"  Ģəhəri 
(səh. 181) kimi təqdim edilir. 
Ingllis dilində olan 1972-ci il nəĢrində də bu yerin Gürcüstan 
ərazisində olması barədə qeyd verilmiĢdir: "Ak Saka, a sity in 
anclent Georgia". 
Mlrabilenin  nəĢrində  isə  qalanın  adı  "the  castle  of  Aksaka" 
kimi  verilmiĢ,  sonda  isə  qeyd  olunmuĢdur:  "Aksaka  is  in 
Akhaltsıkhe". 
"Çox  dağlar,  dərə,  təpə  keçdi,  günlərdə  bir  gün  Düzmürd 
qələsınə gəldi, Qara dəniz kənarında idi" (səh. 109). 
Görünür,  orijinaldakı  təsvirə  görə  1977-ci  ilin  Bakı  nəĢrində 
"Düzmürd"  adına  "Qara  dəniz  yaxınlığında  indi  niĢanəsi 
qalmamıĢ bir qala" kimi izah (səh. 182) verilmiĢdir. 1972-ci il 
nəĢrində  bu  ad  "Duzmurd  Castle  on  the  Black  Sea"  kimi 
iĢlənmiĢ,  bu  adda  qalanın  mövcud  olmadığı  barədə  qeyd 
verilmiĢdir.  Mirabilenin  nəĢrində  də  bu  ad  yuxarıdakı  kimi 
iĢlənmiĢ, lakin əlavə izah verilməmiĢdir. 
Dastanda  iĢlənmiĢ  "Bayburt  hasarı"  adı  Azərbaycan  dilində 
olan nəĢrdə "Türkiyədə  qəza mərkəzi" kimi  təqdim olunmuĢ, 
qeyd  edilmiĢdir  ki,  "vaxtilə  Oğuzların  sərhədi  olan  bu  yer 
düĢmənlərin əlində imiĢ" (səh. 181). 
"Bayburt  hasarı"  1972-ci  il  nəĢrində  "Bayburt  Castle"  (səh. 
68),  Mirabiledə  isə  "Castle  of  Bayburt"  (səh.  124)  kimi 
verilmiĢ, qalanın adı ilə bağlı izah əlavə edilməmiĢdir. 
Dastanın  ikinci  boyunda  belə  bir  cümlə  var:  "Hamidlən 
Mardin  qələsin  təpib  yıxan,  dəmir  yaylı  Qıpçaq  Məliyə  qan 
qusduran,  gəlibən  Qazanın  qızın  ərliyə  alan...  Qaragünə  oğlu 
Qara Budaq çapar yetdi" (səh. 42). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
73 
Bu cümlədə iĢlənmiĢ "Hamidlən Mardin qələsi" ifadəsi yer adı 
kimi  maraq  doğurur.  Orijinalda  yalnız  "Hamid"  sözünə  Ģərh 
verilmiĢdir: "Diyarbəkir Ģəhərinin keçmiĢ adı. Ağqoyunluların 
mərkəzi  olmuĢdur.  Dastanda  xristian  hökmdarlarının  əlində 
olduğu göstərilir" (səh.183). 
1972-ci  il  nəĢrində  bu  ad  "the  Castle  of  Mardin  and  Hamid" 
(səh.  36)  kimi  verilmiĢ,  sonda  bu  adın  "Mardin"  və  ya 
"Merdin"  (səh.  187)  Ģəklində  iĢlədildiyi  göstərilmiĢdir. 
Mirabilenin nəĢrində isə qalanın adı "the fortresses of Merdin 
and  Hemid"  (səh.  92)  təqdim  olunmuĢ,  kitabın  sonunda  isə 
"Mardin"in  və  "Hamid"in  konkret  yeri  qeyd  edilmiĢdir: 
"Mardin: located in southem Turkey about 25 kilometrs from 
the  Syrian  border".  "Hemid;  the  modern  day  Diyarbakir  in 
south-eastern Turkey" (səh. 250). 
Qeyd  etmək  yerinə  düĢər  ki,  haqqında  söhbət  açdığımız  söz 
birləĢməsi  -  "Hamid  ilən  Mardin  qələsi"  dastanın  dördüncü 
boyunda  da  iĢiənmiĢdir.  Lakin  nə  1972-ci  il  nəĢrində  (səh. 
86),  nə  də  Mirabilenin  nəĢrində  (səh.  143)  həmin  cümlə 
verilməmiĢdir.  Yuxarıda  qeyd  etdiymiz  kimi  qalanın  adı 
Qaragünə  oğlu  Qarabudağı  təqdim  edərkən  ("Hamid  ilən 
Mardin  qələsin  təpüb  alan...  Qaragünə  oğlu  Qarabudaq") 
iĢlənmiĢdir.  Tərcümə  variantlarında  nədənsə  Uruzun 
dustaqlıqdan  azad  olunmasına  gedən  qəhrəmanlar  arasında 
Qaragünə oğlu Qarabudağın adı çəkilmədiyindən "Hamid ilən 
Mardin  qələsi"  ifadəsi  də  atılmıĢdır.  Fikrimizcə,  bu  fakt 
tərcümələrin  qüsuru  sayılmalıdır,  çünki  orijinal  təhrif 
olunmuĢdur. 
Dastanda  iĢlənən  yer  adlarının  həm  sözün  quruluĢu 
baxımından,  həm  də  dastanın  yaranma  məkanını,  Ģəraitini  və 
tarixini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etdiyi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
74 
74 
üçün  digər  adların  da  ingilis  dilinə  tərcüməsi  üzərində 
dayanmağı  zəruri  sayırıq.  Belə  adlardan  biri  də  "Ala  dağ" 
toponimidir. 
"Axan  duru  sulardan  xəbər  keçə,  ərquru  yatan  Ala  Dağdan 
ətər  aĢa,  xanlar  xanı  Bayındır  (xana)  xəbər  vara".  Bu  cümlə 
dastanın birinci boyunda iĢlənmiĢdir (səh. 23). Qeyd edək ki, 
Ala Dağ" toponimi digər boylarda da xatırlanır. Məsələn: 
  
Ġri qobulu Ala dağı 
Avlıyıban quĢlamadınmı? (səh. 100). 
Yaxud: 
Ərquru yatan Ala dağlar ətəyinə ava vardın, 
Qara donlu kafirlərə uğradınmı? 
(səh. 127). 
Ġri qobulu Ala dağı avluyuban aĢmağım yox. 
Ağ alınlı Bayındır xanın divanına varmağım yox (səh. 129) və 
s. 
  
1972-ci  il  nəĢrində  bu  ad  "Ala  Mountain"  (səh.  14  və  104) 
kimi  verilmiĢ,  sondakı  qeyddə  isə  belə  adda  dağın  yerinin 
müəyyən  olunmadığı  göstərilmiĢdir;  "Ala  Dagh,  or  Ala 
Mountain,  has  not  been  definitely  identified,  for  there  are 
numerous  mountains  and  mountain  ranges  whose  names 
include ala" (səh. 184). 
Mirabilenin  nəĢrində  (səh.  69  və  160)  "ala"  sözü  tərcümə 
olunmuĢdur: "the Piebald Mountain" (ala-bula, alabəzək dağ). 
"Antalogiya"da    "ala"  sözü  tərcümə  edilmiĢ,  amma  nədənsə 
orijinaldakı  mənadan  fərqli  olaraq  ingilis  dilinə  "qar  ötüklü 
dağ"  kimi  çevrilmiĢdir:  "the  snow-covered  mountains"  (səh. 
545). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə