Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
62 
62 
saxlanması  təqdirəlayiqdir,  lakin  heç  olmasa  bir  yerdə  bu 
titula izah vermək daha düzgün olardı. 
"Kitabi-Dədə  Qorqud"  dastanında  iĢlənən  Ģəxs  adlarının 
ingilis  dilinə  transliterasiyasının  təhlili  göstərir  ki, 
tərcümələrdə Ģəxs adlarının daĢıdığı nominativ və emosional-
psixoloji məna yükü əsasən qorunub saxlanmıĢ, bəzi hallarda 
isə  Ģəxs  adlarına  əlavə  olunmuĢ  titulların  yanlıĢ  tərcüməsi 
təhriflərə səbəb olmuĢdur. 
  
1.3. Toponimlərin ingilis dilinə transliterasiyası 
  
"Kıtabi  Dədə  Qorqud"  dastanı  türk  xalqlarının  yayıldığı 
əraziləri,  onlann  həyatını,  məiĢətini,  etnoqrafiyasını,  dilini, 
bütövlükdə mllli dəyərlərini əks etdirən qədim mənbədir. Elmi 
araĢdırmalarla  sübut  edilmiĢdir  ki,  "Ġç  Oğuz"  və  "TaĢ  Oğuz" 
elləri  uzaq  Altaydan  baĢlamıĢ  Ġraqa  qədər,  ġimali  və  Cənubi 
Azərbaycan,  ġimali  Qafqaz,  Dərbənd,  Kiçik  Asiya  və  Qara 
dəniz sahilləri  boyu uzanan  geniĢ  bir ərazidə məskən salmıĢ, 
baĢqa tayfalarla, xalqlarla birlikdə bu yerlərin qədim sakinləri 
olmuĢlar.  Eposun  coğrafi  mühit  və  ərazi  etibarilə  daha  çox 
Qafqazla, xiısusən Azərbaycanla bağlı olması indi heç kimdə 
Ģübhə  doğurmur.  Təadüfi  deyil  ki,  1988-ci  ildə 
qorqudĢünasların  Bakıda  keçirilən  kollokviumunda  məĢhur 
türk  ĢərqĢünası  Osman  Fikri  Sərtqaya  faktlara  əsaslanaraq 
Azərbaycanı  obrazll  Ģəkildə  "Qorqud  coğrafiyasının  əbədi 
paytaxtı" adlandırmıĢdı (44). 
Elə buna görədir ki, dastandakı Ģəxs, tayfa adları Azərbaycan 
ərazilərində  zaman-zaman  toponimə  çevrllərək  torpağın 
köksündə  əbədiləĢmiĢdir.  Doğrudur,  illər  keçdlkcə  dastanın 
onomostikası  ilə  bağlı  olan  toponimlər  müəyyən  dəyiĢikliyə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
63 
uğramıĢ,  belə  toponimlərdən  yeni-yeni  adlar  yaranmıĢdır. 
Lakin  dastanın  izləri  torpaqdan  silinməmiĢdir.  Dədə  Qorqud 
dünyası  bu  gün  də  Azərbaycanda  yaĢayan  coğrafi  adları 
"Kitabi-Dədə  Qorqudla  səsləĢən  toponim  və  hidronimlərlə 
dövrümüzə 
daxil 
olur. 
Dədə 
Qorqud 
dünyasında 
Azərbaycanın  ucqar  guĢələrinə  səpələnmiĢ  azman  oğuz 
qəbirlərinin,  kənd  məzarlıqlarındakı  qoç  və  at  heykəllərinin, 
ilk  növbədə  ġamaxı  tərəflərdə  tapılmıĢ,  alimlərin  oğuz 
abidələri saydıqları və eramızın ilk əsrlərinə aid etdikləri çox 
ifadəli daĢ kiĢi heykəllərinin öz yeri var. Ona görə də "Kitabi-
Dədə  Qorqud"  bütünlükdə  Azərbaycan  xalqının,  dilimizin, 
tariximizin, torpağımızın abidəsidir (4, 14). 
Dastanda iĢlənən toponimlərin - yer adlarının bəziləri bu gün 
də  olduğu  kimi  yaĢadığından  belə  adların  ingilis  dilinə 
tərcüməsində  heç  bir  problem  çıxmır.  Belə  adlar  sadəcə 
transliterasiya olunur. Lakin elə  yer adları da var ki, nisbətən 
məhdud  yerli  əhəmiyyət  kəsb edir.  A.Fyodorov  yer  adlarının 
tərcüməsi  məsələlərindən  söhbət  açaraq  yazmıĢdır:  "Spesifik 
milli  realiya  bildirən,  öz  semantikası  olan  tarix,  coğrafiya, 
mədəniyyət  sahəsinin  xüsusi  adlarını,  habelə  yer  adlarını, 
ləqəbləri verərkən transliterasiya da, tərcümə də mümkündür... 
Nisbətən məhdud yerli əhəmiyyət kəsb edən adlar isə tərcümə 
edilir" (103, 188). 
Tərcümə  praktikasında  bu  variantların  ikisi  də  iĢlədilir. 
Təbiidir ki, bu iĢdə yaranan ənənə də az rol oynamır. "Kitabi-
Dədə Qorqud"un tərcüməsi zamanı A.Fyodorovun qeyd etdiyi 
məĢhur 
coğrafi 
adlar 
transliterasiya 
edilmiĢdir. 
Məsələn,"Kərbəla"-"Kerbela",  "Mədinə"-"Medina",  "Məkkə" 
- "Mecca" "Gürcüstan" - "Georgia", "Türkistan" -"Turkestan", 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
64 
64 
"Ġstanbul" - "Istanbul", "Bərdə" - "Berde", "Gəncə" - "Genje" 
və s. 
Qeyd  edək  ki,  dastanda  Qara  dənizin  də  adı  çəkilir  və  bu  ad 
tərcümədə dünya təcrübəsində iĢlənən formada ("Black Sea") 
verilmiĢdir.  "Gökcə  dəniz"  isə  hər  iki  tərcümə  variantında 
müxtəlif cür tərcümə olunmuĢdur. 
1972-ci il nəĢrində bu ad "Gokche Sea" kimi verilmiĢ, axırda 
isə  bu  "dəniz  Sovet  Ermənistanının  paytaxtı  Yerevanın 
Ģərqində  yerləĢən  göl"  kimi  təqdim  olunmuĢdur:  "Gokche 
Deniz is a lake east of Erivan, capital of Soviet Armenia.The 
lake  has  had  this  Turkish  name  since  the  thirteenth  century" 
(səh. 202). 
Mirabilenin nəĢrində isə bu ad tərcümə olunmuĢ ("Blue Sea"), 
ona  izah  verilmiĢdir:  "is  Lake  Sevan  in  Soviet  Armonıa.  At 
that  time,  all  large  bodies  of  water  were  called  'seas'!  The 
Ottomans  considered  Lake  Van,  in  eastern  Turkey,  a  sea" 
(səh. 306). Maraqlidır ki, "Gökcə dağ" adı da "Gökcə dəniz"ə 
uyğun  Ģəkildə  tərcümə  olunmuĢdur:  "Kafir  sərhəddinə, 
Cızığlara, Ağılğana, Kökce Dağa, alıban çıxayın" (səh. 73). 
1972 ci il nəĢrində cümlə belə çevrilmiĢdir: "Let me take him 
to  the  enemy  frontier  at  Jizighlar,  Aghlaghan,  and  Gokche 
Mountain"  (səh.  72).  Sonda  isə  aĢağıdakı  qeyd  verilmiĢdir: 
"Jizighlar,  Aghlaghan,  and  Gokche  Mountain  are  located 
between Kars and Tiflis" (səh.194). 
Mirabilenin nəĢrində isə bu ad "Blue Mountain" kimi tərcümə 
olunmuĢdur.  Buradan  belə  nəticə  çıxarmaq  olar  ki,  "Gökcə" 
sözü  1972-ci  il  nəĢrində  olduğu  kimi  saxlanmıĢ,  Mirabilenin 
nəĢrində isə "mavi" kimi tərcümə olunmuĢdur. 
Dastanda  daha  çox  rast  gəlinən  yer  adlarından  biri  də 
"Dərvənd" 
sözü 
ilə 
müxtəlif 
variantlarda 
iĢlənən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə