Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
56 
56 
ənsəsində  yeddi  yerdə  düyən,  ərənlər  əvrəni  Qazan  bəyin 
qardaĢı Qaragünə çapar yetdi" (səh. 42). 
Hər  iki  tərcümə  variantında  qara  sözünün  orijinala  uyğun 
məna yukü saxlanılmıĢdır. 
Bundan  əlavə  "qara"  sözü  türk  dillərində  həm  də  "baĢçı", 
"qüvvətli",  "cəsur"  mənalarında  mürəkkəb  insan  adlarının 
birinci,  yaxud  ikinci  komponenti  kimi  iĢlənir.  "Kitabi-Dədə 
Qorqud" abidəslndə də belə adlar az deyil. 
Onu  da  qeyd  etmək  lazım  gəlir  ki,  titul  kimi  iĢlənən  "qara" 
sözü  həm  də  adda  rəng  çalarını  özündə  saxlayır.  Məsələn, 
Qaragünə  "qara  dərə  ağzında  qadır  verir",  onun  "beĢiyinin 
yapığı qara buğa dərisindəndir", o, "acığı tutanda qara daĢı kül 
eyloyir", "qara bığını yeddi yerdən düyünləyir" və s. "Qaracıq 
Çoban"ın  adındakı  "qara"  sözü  də  güc,  qüvvət  mənasında 
iĢlənmiĢdir. Ona görə də tərcüməçilər bu titulun daĢıdığı məna 
çalarını əks etdirməyə də diqqət yetirməlidir. 
Orijinala sədaqət naminə tərcüməçilər "Qara" titulunu olduğu 
kimi  vermiĢlər.  Məsələn,  "qaragünə  oğlu  Qarabudaq"  adı 
təhlil  etdiyimiz  hər  iki  tərcümə  variantında  demək  olar  ki, 
olduğu  kimi  saxlanmıĢdır  –  birində  "Kara  Budak,  the  son  of 
Kara  Gone",  digərində  isə  "Kara  Budak,  son  of  Kara  Gone" 
Ģəklində. (Xatırladaq ki, yuxarıda qeyd olunduğu kimi, hər iki 
tərcümə  mətnində  yanlıĢ  olaraq  "Gönə"  adı  "ö"  hərfi  ilə 
verilmiĢdir). Halbuki buradakı  "Dəli" sözündən  fərqli olaraq, 
"Qara"  sözü  ingiliscəyə  tərcümə  olunsaydı,  orijinala  xələl 
gəlməzdi. Amma tərcümə edilsə də, olduğu kimi saxlansa da 
bu sözə izah vermək lazımdır. 
Qeyd  edək  ki,  dastanda  "Qara"  ləqəbli  digər  qəhrəmanlar  da 
var və onların adında bu söz, cüzi istisnalarla, demək olar ki, 
olduğu  kimi  saxlanmıĢdır.  "Qara  Tükən  Məlik"  1972-ci  il 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
57 
nəĢrində  "Kara  Tuken  Melik"  kimi,  Mirabilenin  nəĢrində  isə 
"Kara  Tukən"  kimi  verilmiĢdir.  "Qara  Çəkur"  xüsusi  adında 
da "qara" sözü saxlanmıĢdır. Lakin dastanın "Bayburanın oğlu 
Bamsı Beyrək boyunu bəyan edər" adlanan boyundakı "Qara 
Aslan  Məlik"  obrazında  "Qara"  sözü  1972-ci  il  nəĢrində 
saxlandığı  halda  ("Kara  Aslan  Melik"),  Mirabilenin  nəĢrində 
bu ad bütövlükdə tərcümə olunmuĢdur: "Black Lion King". 
 "Kitabi-Dədə  Qorqud"da  maraqlı  və  yaddaqalan  obrazlardan 
biri  də  daha  çox  "Qaraca  Çoban"  kimi  tanıdığımız  "Qaracıq 
Çoban"dır.  Tədqiqatda  istifadə  etdiyimiz  hər  iki  tərcümə 
variantında  "Qaracıq" sözü olduğu kimi  saxlanılmıĢ, "çoban" 
sözü  isə  ingiliscəyə  tərcümə  olunmuĢdur:  "Karacik  the 
Shepherd".  "Qaracıq"  sözü  ingilisdilli  oxucuya  heç  nə 
demədiyi  üçün  bu  ad  ingilis  dilində  onun  qəhrəman,  cəsur 
obrazını orijinalda olduğu kimi əks etdirmir. Halbuki yuxarıda 
qeyd  olunduğu  kimi  çobanın  adındakı  "qara"  sözü  həm  də 
"cəsur", "qüvvətli" mənalarını verir. 
"Kitabi-Dədə  Qorqud"da  ağ,  sarı  və  baĢqa  rəng  adları  ilə 
əlaqədar Ģəxs adlarına da (bəzən ləqəblərə də) təsadüf olunur. 
H.ƏIiyev  və  S.Məmmədova  bunu  "qədim  qəbilə  quruluĢu 
dövründə  həmin  rənglərin  bəzilərinin  müqəddəs,  digəriərinin 
qəbahət  sayılmasının  nəticəsi"  hesab  etmiĢlər.  Onların 
qənaətinə  görə,  "qara"  rəng  "Dədə  Qorqud"da  təsvir  olunan 
oğuzlarda  bədbəxtlik,  hətta  matəm  rəmzi  hesab  edilirdisə, 
səlcuq  türklərində  "qara"  rəng  sevinc,  Ģadlıq  kimi  qəbul 
edilirdi" (21, 46). 
Əlbəttə,  müəlliflərin  "Dədə  Qorqud"da  "qara"  rəngin  həmiĢə 
bədbəxtlik  rəmzi  olması  fikri  ilə  razılaĢmaq  çətindir. 
Doğrudan  da,  dastanda  yuxarıda  qeyd  etdiyimiz  kimi  rəng 
mənasında  "qara"  sözü  bədbəxtlik  rəmzi  kimi  verilir.  ("Oğlu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
58 
58 
olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun. Kimin ki, oğlu-
qızı yox, qara otağa qondurun, qara keçə altına döĢəyin, qara 
qoyun yəxnisindən önünə gətirin... " (səh. 19). 
Dastanda  ―qara‖  sözü  titul  kimi  iĢlənəndə  cəsurluq,  igidlik 
mənası  daĢıyır.  Məsələn,  Qaracıq  Çoban,  Qaragünə  oğlu 
Qarabudaq  və  s.  Oğuz  qəbilələrinin  bəzilərində  "ağ  Ģahin" 
totem  olub,  müqəddəs  sayılmıĢdır.  "Ağ"  rəngin  xoĢbəxtlik 
rəmzi kimi qəbul edilməsi də bu inama görədir. Xalq arasında 
deyilən  ağgünlü  (xoĢbəxt)  termini  də  bununla  əlaqədar  izah 
olunmalıdır.  AĢağıdakı  Ģəxs  adları  da  göstərilən  inamı  əks 
etdirir: "Elin Qoca oğlu Sarı QulmaĢ Qazan bəyin evi üzərində 
Ģəhid  oldu";  "Adına  Qonur  Qoca  Sarı  çoban  derlərdi";  "Ağ 
Məlik  ÇeĢmə  qızına  nikah  edən  Qoca  oğlu  Alp  Ərən  çapar 
yetdi" və s. 
Dastanda  adı  çəkilən  "Ağ  Məlik"  obrazının  kimliyini 
ingilisdilli  oxucuya  çatdırmaq  üçün  tərcüməçilər  1972-ci  il 
nəĢrində  sadəcə  onu  "Ak  Melik"  kimi  vermiĢ,  axırda  isə  bu 
obrazların (Sutu Sandal Məliklə birlikdə) tarixi Ģəxsiyyət yox, 
əfsanəvi  adlar  olduğunu  qeyd  etmiĢlər.  Mirabilenin  nəĢrində 
də bu obraz olduğu kimi saxlanılmıĢ, lakin axırda bu adın "Ağ 
Kral"  ("White  King")  mənası  verdiyi  xatırladılmıĢdır. 
Dastanda adının əvvəlində sifət iĢlənən digər qəhrəmanlar da 
var,  "Elln  Qoca  oğlu  Sarı  QulmaĢ"  və  "Qonur  Qoca  Sarı 
Çoban" belə adlardandır. 1972-ci il nəĢrində birinci ad "Saru 
Kulmash,  the  son  of  Eylik  Koja",  ikinci  ad  isə  "the  name  of 
Konur Koja Saru Choban" kimi verilmiĢdir. 
Mirabilenin  nəĢrində  isə  birinci  "Sari  Kulmush,  son  of  Eylik 
Koca",  ikinci  isə  "they  called  him  Konur  Koca  Sari  Coban" 
("C"  burada  türkcədəki  "C"  demək  olduğu  üçün  ingiliscə 
anlaĢılmır)  Ģəklində  iĢlədilmiĢdir.  Yuxarıda  gətirilən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə