Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
47 
Ģahzadəsi" kimi təqdim olunmus, ―Həsən‖ və ―Hüseyn" adları 
isə  olduğu  kimi  saxlanılmıĢdır.  Peyğəmbərin  digər  yaxınları 
haqqında  əlavə  məlumat  verildiyi  üçün  bu  Ģəxslər  haqqında 
izahata  ciddi  ehtiyac  hiss  olunmur.  Çünki  mətndən  söhbətin 
nədən və kimdən getdiyi aydınlaĢır. 
1972-ci  il  nəĢrində  "AyiĢə"  "Ayesha"  kimi,  "Fatimə"  isə 
"Fatima"  kimi  verilmiĢ,  kitabın  sonundakı  qeyddə  isə  birinci 
"Məhəmməd peyğəmbərin sevimli arvadı", ikinci isə "sevimli 
qızı" kimi təqdim edilmiĢdir. Onu da xatırlatmaq yerinə düĢər 
ki,  qeyddə  "AyiĢə"  adının,  həmçinin  "Ayshe,  Aysha,  Aisha" 
kimi  də  iĢləndiyi  göstərilir.  "Antalogiya"da  isə  bu  adlara 
"əfsanəvi  qadınlar,  qadın  ləyaqətinin  nümunələri"  kimi  Ģərh 
(səh.  537)  verilmiĢdir  ki,  fikrimizcə,  əlavə  məlumat  kimi 
1972-ci il nəĢrindəki Ģərh daha uğurludur. Hamıya məlumdur 
ki,  AyiĢə  də,  Fatimə  də  əfsanəvi  qadınlar  yox,  tarixi  Ģəxslər 
olmuĢlar. 
Dastanın  müqəddiməsində,  həmçinin  "Osman  Üffan  oğlu", 
"Osman  nəsli"  kimi  antroponimlər  də  iĢlənmiĢdir.  Tərcümə 
variantlarından  birində  bu  ad  "Osman",  digərində  isə 
"Othman" Ģəklində verilmiĢdir. Doğrudur, 1972-ci il nəĢrində 
bu  ada  da  ayrıca  izahat  verilmiĢ  və  Osmanın  Məhəmməd 
peyğəmbərin  kürəkəni  və  üçüncü  xəlifə  olması  barədə  qeyd 
göstərilmiĢdir. 
Dastanın müqəddiməsində daha bir neçə ad da iĢlənir ki,  hər 
iki  variantda  bu  adlar  transliterasiya  olunmuĢdur.  Lakin  bu 
transliterasiya  da  bir-birindən  fərqlidir.  "Züleyxa,  Zübeydə, 
Üreydə!" kimi müraciət 1972-ci il nəĢrində "Zeliha, Zubeyde, 
Urveyde"  (səh.  7)  Ģəklində  saxlanmıĢ,  "Antalogiya"da  isə 
"Zubeida, 
Zuleika, 
Ruveida"  (səh.  538)  formasında 
çatdırılmıĢdır.  Göründüyü  kimi,  transliterasiyadakı  fərqlə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
48 
48 
yanaĢı  "Üreydə"  adının  yazılıĢı  da  ciddi  dəyiĢikliyə 
uğramıĢdır.  Lakin  Ġslam  dininin  yuxarıda  adları  çəkilən 
məĢhur  simalarından  fərqli  olaraq  bu  adlar  adi  Ģəxs  adları 
olduğu  üçün  onların  transliterasiyası  üzərində  xüsusi 
dayanmağa  ehtiyac  yoxdur.  Lakin  dastanda  iĢlənən  "Ayna 
Mələk" 
və 
"Qutlu 
Mələk" 
kimi 
antroponimlərin 
"Antalogiya"da  "Aina  Melik"  və  "Kutlu  Melik"  Ģəklində 
verilməsi  düzgün  deyil.  Çünki  dastanda  ġöklü  Məlik,  Qara 
Məlik  kimi  mənfi  obrazlar  da  var  və  Qutlu  Mələyin  "Qutlu 
Məlik"  Ģəklində  verilməsi  istər-istəməz  mənfi  assosiasiya 
yaradır.  Qeyd  edək  ki,  bu  adlar  1972-ci  il  nəĢrində  daha 
düzgün  verilmiĢdir:  "Ayna  Melek"  və  "Kutlu  Melek". 
Müqəddimədə  iĢlənmiĢ  "Nuh  peyğəmbər"  adı  isə  1972-ci  il 
nəĢrində"Prophet  Nooh's",  "Antalogiya"da  isə  "Noah  the 
Prophet"  kimi  verilmiĢdir.  Fikrimizcə,  ikinci  variant  adın 
daĢıdığı mənanı daha düzgün ifadə edir. 
"Kitabi-Dədə  Qorqud"da  Azərbaycan  xalqının  və  bütövlükdə 
türk  və  müsəlman  xalqlarının  mifologiyasını,  mədəniyyətini 
və  psixologiyasını  əks  etdirən  adlar  az  deyil.  R.Ġsmayılovun 
qənaətinə görə "hər bir dilin antroponimikasının özünəməxsus 
xüsusiyyətləri  və  həmin  xalqın  mifologiyası,  din  tarixi, 
mədəniyyəti  və  psixologiyası  ilə  birbaĢa  əlaqəsi  var.  Vahid 
dinlə bağlı olan xalqların bir çox adları uyğun gəlir, lakin hər 
bir  dilin  özünəməxsusluğu  nəticəsində  bu  adların  səslənməsi 
müxtəlif dillərdə fərqli ola bilər" (94, 139). 
Dastanın müqəddiməsində Ġslam dini mifologiyası ilə bağlı bir 
ad da - "Yezid" də 
xatırlanmıĢdır. Ġslam dininə dair geniĢ yayılmıĢ hekayətlərdən 
məlumdur ki, Yezid islamın düĢməni,  Ġslam müqəddəslərinin 
qatili  olan  Ģəxsdir.  Dastanda  da  bu  ad  məhz  həmin  geniĢ 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
49 
yayılmıĢ  hekayətlə  bağlı  xatırlanr:  "Əlinin  oğulları, 
peyğəmbər nəvələri, Kərbəla yazısında, Yezidlər əlində Ģəhid 
oldu Həsənlə Hüseyn, iki qardaĢ belə görklü" (səh.16). 
1972-ci  il  nəĢrində  həmin  hissə  aĢağıdakı  kimi  tərcümə 
olunmuĢdur:  "Hasan  and  Huseyin,  the  sons  of  Ali  and  the 
grandchildren of Mohammed, who were martyred at the hands 
of the Yazidis on the Plain of Kerbela" (səh.6)."Antalogiya"da 
isə  tərcümə  belədir:  "To  the  sons  of  Ali,  grandsons  of  the 
Prophet,  to  Hassan  and  Hussein,  who  per-ishorl  at  the  hands 
of  the  Yezids  on  the  plain  at  Kerbela  -  to  both  brothors  - 
Glory!"  (səh.  537).  Hər  iki  tərcümədə  dastandakı  məna  və 
məzmun  çatdırılmıĢdır,  Lakin  Həsən  və  Hüseyn  barəsində, 
Kərbəla çölü haqqında izahat verilsə də, Yezidin kimliyi bəlli 
olmur.  Ona  görə  də  yaxĢı  olardı  ki,  Yezid  barədə  də  qeyd 
verilsin. "Kıtabı Dədə Qorqud" dastanında öz qəhrəmanlığı ilə 
xüsusi  fərqlənən  və  az  qala  bütün  boylarda  adı  çəkilən 
surətlərdən biri bəylər bəyi UlaĢ oğlu Salur Qazandır. Bu ada 
dastanda sadəcə "UlaĢ oğlu", "Salur Qazan", "Qazan xan" və 
s. formasında da rast gəlinir. Ġ.ġıxıyevanın araĢdırmaları ilə də 
sübut  olunmuĢdur  ki,  dastanda  ən  çox  adı  çəkilən  qəhrəman 
məhz Salur Qazan xandır. "Kitabi-Dədə Qorqud"da bu ad 477 
dəfə çəkilmiĢdir (64, 65). 
Mütəxəssislər  Salur  Qazanın  atasının  adının  -  UlaĢın 
onomastikamızda maraq doğuran antroponimlərdən olduğunu 
söyləmiĢlər. Bu Ģəxs adı etnonim kimi bu günə qədər bir çox 
türk  xalqlarının  onomastikasında  qorunub  saxlanılmıĢdır  (25, 
38). 
Bu  antroponim  respublikamızın  bəzi  rayonlarında  kənd  adı 
kimi  əbədiləĢmiĢdir.  "UlaĢ"  sözü  mənbələrdə  "ulu  (böyük, 
yüksək)",  "ulaĢmaq  (qovuĢmaq,  birləĢmək)",  "ulus  (el,  oba)" 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə