Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə13/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
41 
Dastanın  Azərbaycan  dilində  olan  müqəddiməsinin  ilk 
cümlələrində  "Dədə  Qorqud"  "Qorqud  Ata"  kimı  təqdim 
olunmuĢdur.  Bir  neçə  cümlədən  sonra  isə  artıq  "Dədə 
Qorqud" 
adı 
verilmiĢdir. 
Görünür, 
tərcüməçilər 
müqəddimədəki  bu  fərqləri  saxlamaq  və  orijinala  sədaqət 
naminə  bele  fərqləndirmə  aparmıĢlar.  Ona  görə  də 
müqəddimədəkı  "Qorqud  Ata"  1972-ci  il  nəĢrində  "Korkut 
Ata"  kimi,  "Dədə  Qorqud"  isə  "Dede  Korkut"  kimi 
verilmiĢdir. "Antalogiya"da isə "Qorqud Ata" "Dede Korkut" 
Ģəklində,  "Dədə  Qorqud"  isə  "Grandfather  Korkut"  Ģəklində 
təqdim 
olunmuĢdur. 
Mirabilenin 
nəĢrində 
dastanın 
müqəddiməsi  verilmədiyi  üçün  orada  "Qorqud  Ata"  adı 
iĢlənməmiĢdir. 
Qeyd  etmək  yerinə  düĢər  ki,  dastanın  orijinalında  olan 
"Dədəm  Qorqud"  adındakı  əzizləmə  tərcümələrin  bəzisində 
qorunaraq  "My  Dede  Korkut"  kimi  verilmiĢ,  digər 
tərcümələrdə isə bu nüansa diqqət yetirilməmiĢdir. 
Bu  müqayisələrdən  belə  nəticə  çıxarmaq  olar  ki,  "Dədə 
Qorqud"  adının  1972-ci  il  nəĢrində  olan  variantı  ("Korkut 
Ata",  "Dede  Korkut")  daha  uğurlu  və  orijinalın  ruhuna  daha 
yaxındır. 
Mərhum  dilçi  alim  Ə.Dəmirçizadə  "Kitabi-Dədə  Qorqud" 
dastanında  iĢlənən  Ģəxs  adlannın  rəngarəngliyinə  xüsusi 
diqqət  yetirmiĢ,  onları  "Xüsusi  adlar"  və  "Ləqəb  və  titullar" 
kimi iki qrupa bölmüĢdü (17, 156). 
Tədqiqatımızın 
məqsədi 
eposdakı 
xüsusi 
adların 
transliterasiyası  problemləri  olduğu  üçün  diqqəti  məhz  bu 
istiqamətə yönəldəcəyik. Qeyd edək ki, eposda iĢlənən xüsusi 
adları  Ģərti olaraq Ģəxs adları  və  yer adları (toponimlər) kimi 
qruplaĢdırmaq  mümkündür.  Ona  görə  də  biz  əvvəlcə  Ģəxs 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
42 
42 
adlarının transliterasiyası məsələlərini təhlil edəcək, sonra isə 
yer adlarına toxunacağıq. 
  
1.2. Dastandakı Ģəxs adlarının transliterasiyası 
  
Dastan  oğuzların  həyat  və  mübarizə  tarixlərinin  geniĢ  bir 
dövrünü  əhatə  etdiyi  üçün  əsərdə  çoxlu  qəhrəmanlardan 
söhbət  açılır,  xeyli  Ģəxs  adı  çəkilir.  "Kitabi-Dədə  Qorqud" 
dastanının 
linqovostatistik 
xüsusiyyətləri"ni 
araĢdıran 
Ġ.ġıxıyevanın  hesablamasına  görə  eposda  77  Ģəxs  adı 
çəkilmiĢdir (64, 65). 
Belə  adlardan  biri  "din  sərvəri  Məhəmməd"  peyğəmbərdir. 
1972-ci  il  nəĢrində  və  "Antalogiya"da  bu  ad  "Mohammed" 
kimi, Mirabilenin nəĢrində isə "Muhammed" kimi verilmiĢdir. 
Fikrimizcə,  Məhəmməd  peyğəmbərin  adı  bütün  dünyada 
kifayət  qədər  tanındığı  üçün  hər  iki  variantı  məqbul  saymaq 
olar.  Lakin  peyğəmbərin  adının  orijinala  uyğun  olaraq 
"Muhammed" kimi vermək daha düzgün sayılmalıdır. 
Məhəmməd  peyğəmbərin  adı  dastanın  ayrı-ayrı  boylarında 
müxtəlif epitetlərlə təqdim olunmuĢdur. Məsələn, "adı görklü 
Məhəmmədə  salavat  gətirdilər".  "Görklü  Məhəmməd" 
deyəndə  "görkəmli,  yaraĢıqlı  Məhəmməd" nəzərdə tutulur və 
tərcüməçilər bu incəliyi nəzərə almıĢlar. 1972-ci il nəĢrində bu 
epitet  "glorified  the  name  of  Mohammed",  Mirabilenin 
nəĢrində "the beautiful name of Muhammed" kimi verilmiĢdir. 
"Antalogiya"da  isə  həmin  fikir  aĢağıdakı  kimi  çatdırılmıĢdır: 
"praised  Mohammed,  blessed  be  his  name".  Dastanın  əksər 
boyları  "günahlarını  adı  görklü  Məhəmməd  Mustafaya 
bağıĢlasın"  cümləsi  ilə  bitir.  Məhəmməd  peyğəmbərin 
ləqəblərindən  olan  "Mustafa"  adını  Mirabile  tərcümədə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
43 
saxlamıĢdır:  "Gather  your  sins  for  the  sake  of  Muhammed 
Mustafa of beautiful name" (səh. 95). Həmin cümlə 1972-ci il 
nəĢrində "May Allah forgive your all your sins in the name of 
Mohammed"  (səh.  39)  kimi,  "Antalogiya"da  isə  Ģer 
formasında - "For the sake of Mohammed his chosen, Whose 
name be praised" (səh, 557) kimi tərcümə olunmuĢdur. 
Yuxarıda  qeyd  etmiĢdik  ki,  xüsusi  adlar  bir  qayda  olaraq 
tərcümə olunan dilin hərfləri ilə ifadə edilir, yəni həmin xüsusi 
adın  transkripsiyası  (transliterasiyası)  verilir.  Ġlk  baxıĢda 
adama  elə  gəlir  ki,  bu  məsələdə  ciddi  problem  çıxa  bilməz, 
lakin  praktik  tərcümələrin  müqayisəsi  sübut  edir  ki, 
transliterasiya  da  müəyyən  çətinliklərlə  bağlı  olur.  Digər 
tərəfdən  bəzən  adların  transkripsiyası  verilmir,  sadəcə  olaraq 
tərcümə  edilir  Ġ.ġıxıyevanın  hesablamalarına  görə  dastanda 
dini ifadələrlə bağlı iĢlənmiĢ Ģəxs adları  bütün  Ģəxs adlarının 
21 faizini təĢkil edir (64, 67). 
Belə  adlar  tərcümədə  ya  izahla  verilir,  ya  da  sadəcə  ad  kimi 
saxlanılır. Dastanın birinci boyunda "Xızr (Ġlyas)" adı çəkilir. 
Əfsanəyə  görə,  Ġlyas  Xızrla  bərabər  dirilik  suyu  içən,  bəzi 
rəvayətlərdə  isə  Xızrın  digər  adı  kimi  çəkilən  əbədiyyət 
rəmzidir.  1972-ci  il  nəĢrində  bu  ad  "the  gray-horsed  Hizir" 
(boz atlı  Xızır-?) kimi tərcümə edilmiĢ, ona izah verilmiĢdir: 
"The most popular Moslem saint, Hizir, plays numerous roles, 
among  them  that  of  last-minute  rescuer  disaster"  (səh.  184). 
Mirabile  isə  bu  adı  "Hizir,  on  hiz  gray-coloured  horse"  kimi 
tərcümə  etmiĢ,  axırda  aĢağıdakı  qeydi  yazmıĢdır:  "Hizir: 
Could  this  be  'el  Khizer"  (səh.  241).  Mirabile  nədənsə  bu 
qeyddən sonra Xızrı Quranda adı çəkilən naməlum Ģəxs kimi 
təqdim  etmiĢ,  baĢqa  əfsanəyə  görə  onun  bədbəxtlərin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə