Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə12/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
38 
38 
zamanda  semantik  məzmununa  görə,  səslənməsinə  görə 
müəyyən  bədii  və  poetik  informasiyanın  daĢıyıcısı  rolunu 
oynayır  və  həm  konkret  personajı,  həm  də  bütövlükdə  ədəbi 
əsərin pafosunu müəyyən edir. 
O.Yermoloviçin  qənaətinə  görə,  "mətnin  forma  və  mənaca 
təĢkilində xüsusi adların rolu hələ kifayət qədər öyrənilməyib. 
Hələ xüsusi adlara kontekstdən ayrı baxmaq meyli güclüdür" 
(93, 105). 
Əlbəttə, bu fikirlə razılaĢmaq və ya əks arqumentlər gətirmək 
mümkündür.  Lakin  tədqiqatın  məqsədi  konkret  əsərdəki 
xüsusi  adların  transliterasiyası  olduğu  üçün  birbaĢa  mətləbə 
keçmək istəyirik. 
AraĢdırmalarımız  göstərmiĢdir  ki,  "Kitabi-Dədə  Qorqud" 
dastanının  ingilis  dilinə  tərcüməsində  xüsusi  adlara 
kontekstdən  ayrı  baxmaq  meyli  o  qədər  də  hiss  olunmur. 
BaĢqa  cür  də  ola  bilməzdi.  Çünki  dastan  olduqca  milli  və 
tarixi köklərə bağlı əsər olduğundan buradakı obrazları, nəinki 
kontekstdən  ayırmaq  olmaz,  əksinə,  bu  obarazların  anlaĢıqlı 
Ģəkildə  çatdırılmasına  çalıĢmaq  lazımdır.  Buna  nail  olmaq 
üçün  bütün  bədii  tərcümələrdə  olduğu  kimi  bu  tərcümədə  də 
dastanın ruhunu əks etdirmək zərurəti meydana çıxır. Təsadüfi 
deyil ki, V.Belinski vaxtilə yazırdı: "Bədii əsərlərin tərcüməsi 
üçün yalnız bir qayda vardır - orijinalın ruhunu əks etdirmək" 
(90, 427). Henrix Heyne isə xatırladırdı ki, "orijinalın hərfini, 
hətta dəqiq fikrini qrammatikanı öyrənib söz ehtiyatına malik 
olan  hər  kəs  tərcümədə  verə  bilər.  Lakin  əsərin  ruhunu 
tərcümə etmək hər adama nəsib olmur". 
Tərcümə  nəzəriyyəsi  üzrə  olan  elmi  tədqiqatlarda  xüsusi 
adların transliterasiyasından söhbət gedərkən bir qayda olaraq 
bu  adların  baĢqa  dilin  hərflər  sisteminə  köçürülməsi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
39 
probleminə  toxunulur.  Bununla  belə,  tərcüməçi  üçün  praktik 
transkripsiyanın  (transliterasiyanın)  ənənəvi  çətinlikləri  ilə 
yanaĢı, bu adların semantik təqdimi məsələsi də az əhəmiyyət 
kəsb etmir. Verilən informasiyanın dərk olunması da çox vaxt 
məhz bu məsələdən asılı olur. 
"Kitabi-Dədə  Qorqud"  kimi  tarixi  abidə  isə  nəinki  türk 
xalqlarının  həyatı,  məiĢəti,  qəhrəmanlıq  tarixi,  qonĢularla 
münasibətləri və s. barəsində kifayət qədər zəngin informasiya 
daĢıyır,  həm  də  bu  xalqların  dünyagörüĢü,  inamları,  Oğuz 
ellərinin  yaĢadıqları  ərazilər  və  s.  haqqında  zəngin  tarixi 
materiallar  verir.  Ona  görə  də  eposun  tərcüməsində  bütün 
nüanslar,  o  cümlədən  xüsusi  adların  dastanın  ruhuna  uyğun 
çatdırılması xüsusi əhəmiyyət kəsb edir. 
"Kitabi-Dədə Qorqud" dastanının ayrı-ayrı tərcümə variantları 
üzərində apardığımız araĢdırma göstərir ki, dastandakı xüsusi 
adlar əsasən transliterasiya olunmuĢ, daha doğrusu, bu adların 
transkripsiyası verilmiĢdir. Lakin o da qəribədir ki, bəzən ayrı-
ayrı  tərcümə  variantlarında  eyni  adlar  müxtəlif  formada 
çatdırılmıĢdır. Hətta eyni tərcümədə bir adın bir neçə formada 
verilməsi halları da var ki, fikrimizcə, belə faktlar tərcümənin 
keyfiyyətinə ciddi xələl gətirir. 
Əvvəlcə dastanın adından baĢlayaq. "Kitabi-Dədə Qorqud‖un 
ingilis  dilinə  ilk  yetkin  tərcümə  variantı  sayılan  1972-ci  ildə 
ABġ-da  buraxılmıĢ  nəĢr    "The  Book  of  Dede  Korkut" 
adlandırılmıĢdır.  Yuxarıda  qeyd  olunduğu  kimi  nəĢrin 
tərcüməçiləri  Faruk  Sümer,  Əhməd  Uysal  və  Uorren 
Uolkerdir  (Bundan  sonra  bu  kitaba  istinad  edilərkən 
qısaca"1972-ci il nəĢri" deyiləcək). 
1971-ci  ildə  Moskvada  nəĢr  olunmuĢ  "Azərbaycan  poeziyası 
antalogiyası"na daxil edilmiĢ parça isə sadəcə "Dede Korkut" 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
40 
40 
kimi təqdim olunmuĢ, mötərizədə dastanın adı "Book of  My 
Grandfather  Korkut"  kimi  verilmiĢdir  (Tədqiqatda  bu  kitaba 
istinad zamanı qısaca "Antalogiya" deyiləcək). 
Dastanın 1974-cü il London nəĢri də (tərcümə edəni C.Lluis) 
"The Book of Dede Korkut" adlandırılmıĢdır. 
Ötən  əsrin  90-cı  illərində  P.Mirabile  tərəfındən  tərcümə 
olunmuĢ variantın adı isə "The Book of the Oghuz Peoples or 
Legends  Told  and  Sung  by  Dede  Korkut"  kimi  verilmiĢdir 
(Bundan sonra bu kitaba istinad olunarkən qısaca "Mirabilenin 
nəĢri" deyiləcək). 
Burada  qeyd  etmək  yerinə  düĢər  ki,  dastanın  Drezden 
nüsxəsində  tam  adı  "Kitabi  Dədəm  Qorqud  ala  lisani  taifeyi 
oğuzan"dır (4, 46). 
Göründüyü kimi yalnız dastanın adının tərcüməsi ilə bağlı bir 
neçə variant mövcuddur. Fikrimizcə, qədim abidəmizin adının 
ingilis  dilinə  "The  Book  of  Dede  Korkut"  kimi  tərcümə 
olunması  daha  düzgündür.  Çünki  bu  ad  həm  eposun  milli 
koloritini  əks  etdirir,  həm  də  dastanın  mahiyyətini  çatdıra 
bilir. 
Dastanın  tərcüməsində  xüsusi  adlardan  söhbət  açarkən  ilk 
növbədə "Dədə Qorqud" adına da diqqət yetirilməlidir. Çünki 
ayrı-ayrı boylarda bu ad epizodik çəkilsə də, bütövlükdə epos 
Dədə  Qorqud  adı  ilə  bağlı  olub,  bu  müdrik  el  ağsaqqalının 
kəlamları  və  xeyir-duası  ilə  ümumiləĢdirilmiĢdır.  Lakin 
dastanın  tərcümə  variantlarını  diqqətlə  oxuduqda  aydın  olur 
ki, "Dədə Qorqud" adı da müxtəlif cür təqdim edllmiĢdlr. Belə 
ki, 1972-ci il nəĢrində bu ad "Korkut Ata" və "Dede Korkut" 
Ģəklində,  ―Antalogiya"da  "Dede  Korkut"  və"Grandfather 
Korkut"  kimi,  Mirabilenin  nəĢrində  isə  "Dede  Korkut" 
formasında verilmiĢdir. Bu fərq nə ilə əlaqədardır? 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə