Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə11/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
35 
olunmuĢdur. Bu nəĢr orta yaĢlı məktəb uĢaqları üçün nəzərdə 
tutulduğundan bəzi anlaĢılmayan söz və ifadələr, qısa parçalar 
ixtisar edilmiĢ, lakin əsərin klassik üslubu saxlanılmıĢdır (28, 
22-23). 
Keçən  əsrin  80-ci  illərində  "Kitabi-Dədə  Qorqud" 
Yuqoslaviyada  serb-xorvat  dilində  də  nəĢr  olunmuĢdur. 
Abidəni serb-xorvat dilinə Belqrad Universitetinin professoru 
Slavolyub Cindiç tərcümə etmiĢdir. Dastan Belqraddakı "Xalq 
kitabı"  nəĢriyyatında  çapdan  çıxmıĢdır.  Bu  qəhrəmanlıq 
eposunun  tərcüməsi  və  tədqiqi  yuqoslav  oxucusunu 
Azərbaycan  xalqının  zəngin  klassik  irsi  ilə  tanıĢ  etmək 
baxımından 
mühüm 
əhəmiyyətə 
malikdir. 
Dastanın 
tərcüməçisi  həm  də  kitaba  böyük  müqəddimə  yazmıĢdır. 
Orada  deyilir:  "Kitab  tarixçi  və  folklorĢünasların  xüsusi 
marağına səbəb olmuĢdur. Bu da təsadüfi deyildir. Dastan bizə 
qədim  türk  tayfalarının  həyatı,  onların  ictimai  münasibətləri, 
Ġslama  qədərki  dövrə  məxsus  əqidə  və  inamları,  bəzilərinin 
feodalizm  epoxasına,  bəzilərinin  isə  bu  günün  özünə  qədər 
qorunub  saxlanılan  xüsusiyyətləri  haqqında  geniĢ  məlumat 
verən nadir yazılı ədəbi abidədir". 
Müqəddimədə daha sonra dastanın iki nadir əlyazma nüsxəsi 
haqqında məlumat verilir. Yuqoslav alimi bu ədəbi abidəni ilk 
dəfə  tədqiq  edib  öyrənən  rus  ĢərqĢünasları  içərisində 
akademik  V.V.BartoIdun  adını  çəkir.  Müqəddimədə 
mütərcim,  həmçinin  Dədə  Qorqud  və  Bayındır  xan  baĢda 
olmaqla  bütün  oğuz  qəhrəmanlarının  Ģəxsiyyəti  məsələsi 
üzərində dayanır. Dədə Qorqudun bütün dastanın, yoxsa onun 
ayrı-ayrı qollarının müəllifi olması, habelə onun real Ģəxsiyyət 
kimi  mövcudluğu  məsələsinə  toxunan  S.Cindiç  belə  bir 
nəticəyə  gəlir  ki,  Dədə  Qorqud  əsatir  yox,  real  Ģəxsiyyət 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
36 
36 
olmuĢdur,  özündə  "qədim  türk  həyatının  ruhunu  təcəssüm 
etdirən ənənəvi ozan" kimi məĢhurlaĢmıĢdır. 
Gülarə Ağasıyeva dastanın tərcüməsindən söhbət açaraq qeyd 
etmiĢdir  ki,  professor  S.Cindiç  türkdilli  poeziyaya  məxsus 
olan mürəkkəb Ģeir sistemini məharətlə serb-xorvat dilində də 
qoruyub  saxlaya  bilmiĢ,  dastanın  axıcılığını,  ifadəliliyini 
təmin edən söz və ifadələr axtarıb tapmıĢdır (2, 25). 
"Kitabi-Dədə  Qorqud"  Fransada  ilk  dəfə  1998-ci  ildə  nəĢr 
olunmuĢdur.  Dastanı  fransız  dilinə  müasir  Fransanın  iki 
tanınmıĢ  türkoloqu  -  Lui  Bazən  və  Altan  Göyalp  tərcümə 
etmiĢlər.  NəĢrə  giriĢ  sözünü  türk  ədibi  YaĢar  Kamal 
yazmıĢdır. Dastanın tərcüməçiləri Lui Bazən və Aitan Göyalp 
da tutarlı ön söz yazmıĢlar. "Kitabi-Dədə Qorqud"un fransızca 
nəĢrinə  yazılmıĢ  elmi  araĢdırma  xarakterli  bu  məqalələr 
tanınmıĢ tərcüməçi Hamlet Qoca tərəfindən Azərbaycan dilinə 
çevrilərək oxuculara təqdim edilmiĢdir (26). 
Xalqımızın  bu  qədim  mənəvi  abidəsi  2002-ci  ildə  daha  bir 
xarici dilə - rumın dilinə tərcümə olunmuĢ və nəfis poliqrafik 
tərtibatla  nəĢr  edilmiĢdir.  Azərbaycan  Respublikasının 
Rumıniyadakı  Fövqəladə  və  Səlahiyyətli  səfiri  Eldar 
Həsənovun və Rumıniya - Azərbaycan Dostluq Cəmiyyətinin 
köməyi  ilə  iĢıq  üzü  görmüĢ  bu  qədim  eposu  rumın  dilinə 
Buxarest  Universitetinin  professoru  Yusif  Nevzat  tərcümə 
etmiĢdir. "Kitabi Dədə Qorqud"un tanınmıĢ tədqiqatçılarından 
olan ġamil  CəmĢidov kitaba  yazdığı  ön sözdə dastanın tarixi 
və  boyları  barədə  ətraflı  məlumat  vermiĢ,  eposun  1300  illiyi 
ilə  əlaqədar  Bakıda  keçirilmiĢ  yubiley  tədbirlərindən  söhbət 
açmıĢdır.  Dastanın  rumın  dilində  nəĢri  Rumıniyadakı 
türksoylu  xalqların  nümayəndələri  ilə  yanaĢı,  bu  ölkədə 
türkologiya  fakültələrinin  fəaliyyət  göstərdiyi  universitet  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
37 
institut tələbələrinin və müəllimlərinin böyük marağına səbəb 
olmuĢdur (10). 
"Kitabi-Dədə  Qorqud"  dastanının  xarici  dillərə  tərcüməsi 
barədə  yazılanların  qısa  icmalı  sübut  edir  ki,  XIX  əsrin 
əvvəllərindən  baĢlayaraq  bu  qəhrəmanlıq  abidəsinin  müxtəlif 
dillərə tərcüməsi  sahəsində böyük iĢlər  görülmüĢ, dastan bir-
birindən  fərqli  dillərə  çevrilərək  öyrənilmiĢdir.  Doğrudur, 
eposun bütün tərcümə variantları yüksək səviyyədə olmasa da, 
bütövlükdə  bu  tərcümələr  dastanın  öyrənilməsi,  türk 
xalqlarının  adət  və  ənənələrinin  təbliği  baxımından 
əhəmiyyətlidir. 
Bakıda  "Kitabi-Dədə  Qorqud"un  1300  illiyinə  həsr  olunmuĢ 
beynəlxalq  elmi  sessiya  və  konfransların  keçirilməsi  və  bu 
tədbirlərdə  söylənən  fikirlər  da  bir  daha  sübut  etmiĢdir  ki, 
dastanın xarici dillərə tərcüməsi sahəsində iĢlər bundan sonra 
da 
davam 
etdirilməli, 
dastanın 
kamil 
tərcümələri 
hazırlanmalıdır. 
  
1.1. Dastandakı xüsusi adların ingilis dilinə transliterasiyası 
  
Tərcümədə  xüsusi  adların  düzgün  verilməsi  istər  ədəbi  dil 
normalarına  riayət  etmək  baxımından,  istərsə  də  orijinalın 
ruhunu əks etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Lakin  bu  zərurət  çox  vaxt  tərcümələrdə  nəzərə  alınmır  və 
nəticədə orijinalın ədəbi dil normasına, eləcə də xüsusi adların 
daĢıdığı  informativ  məna  yükünün  çatdırılmasına  xələl 
gətirilir. Belə olan halda isə nəinki ədəbi dilin təhrifi, həm də 
orijinalda  ifadə  edilmiĢ  milli  koloritin  zəifləməsi  labüd  olur. 
Məsələ burasındadır ki, xüsusi adlar bədii əsərin strukturunda 
heç  də  həmiĢə  yalnız  semantik  iĢarə  kimi  çıxıĢ  etmir,  eyni 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə