Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
32 
32 
qiymətləndirərək  mütərcimin  ingilis  oxucusunda  müəyyən 
aydın  təsəvvür  yaratdığını  qeyd  etmiĢdir.  Onun  qənaətinə 
görə, dastanın ingilis tərcüməsi bütövlükdə oğuz türklərinin – 
azərbaycanlıların  milli-mənəvi  dəyərlərinin,  qədim  tarixi 
köklərinin möhtəĢəm abidəsi sayılan ―Kitabi-Dədə Qorqud‖un 
ən iĢıqlı tərcümə nüsxələrindən biri sayıla bilər.  
―Dədə  Qorqud‖  dastanının  ilk  dəfə  kim  tərəfindən  tərtib 
olunduğunun  naməlumluğunu  söyləyən  C.Lyuisi  ən  çox 
heyrətə  gətirən  dastanın  gözəl,  qeyri-adi  poetik  dili,  Dədə 
Qorqud  müdrikliyini  ecazkarlığı  olmuĢdur.  Dədə  Qorqudun 
tarixi  bir  Ģəxsiyyət  olduğuna  və  onun  Oğuz  elində  çox 
məĢhur,  əfsanəvi  bir  ozan,  el  müdriki  olduğuna  inanan 
C.Lyuis  dastanın  ingiliscəyə  tərcüməsini  məhz  Dədə  Qorqud 
müdrikliyinin,  böyüklüyünün  iĢığında  ingilis  oxucusuna 
ərməğan etmiĢdir. 
Beləliklə,  ötən  əsrin  ikinci  yarısından  baĢlayaraq  "Dədə 
Qorqud" dastanına dünyada maraq daha da artmıĢ və bu abidə 
üzərində ayrı-ayrı ingilisdilli ĢərqĢünaslar tədqiqatlar aparmıĢ, 
fikir  və  mülahizələr  söyləmiĢlər.  Tədqiqatçı  Aida 
Həsənovanın  yazdığına  görə,  1977-ci  ildə  Amerikada  Yaxın 
və  Orta  ġərq  ədəbiyyatını  öyrənən  "Ədəbiyyat"  jumalında 
"Dədə  Qorqud"  dastanının  geniĢ  təhlili  verilmiĢdir.  "Dədəm 
Qorqudun  kitabı"nda  epik  elementlər"  baĢlığı  altında  verilən 
bu məqalənin müəllifı türk dili mütəxəssisi Robert Findir (30, 
39-40). 
R.Fin  əsasən  bütün  diqqəti  dastanın  dilinə  və  üslubuna 
yönəldir.  ġərqĢünas  eləcə  də  türk  tədqiqatçılarına  istinadən 
dastandan oğuzların həyat tərzi, onların çadırlarda, alaçıqlarda 
və əsasən at belində həyat keçirmələri, adqoyma mərasimləri, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
33 
qadınların  ləyaqəti,  Ģücaəti  və  s.  haqqında  geniĢ  məlumat 
verir. 
Haqqında söhbət açılan "Ədəbiyyat" jurnalının 1988-ci il 1-ci 
və  2-ci  nömrələrində  Vilyam  Hikman  tərəfindən  "Basat  və 
Təpəgöz"  boyunun  təhlili  verilmiĢdir.  Dədə  Qorqud  dünyası 
ilə  onu  ilk  dəfə  tanıĢ  edən  professor  Omelyan  Pritsaka  ithaf 
etdiyi  bu  məqalədə  V.Hikman  dastanın  bütün  boylarının 
məzmununu  qısaca təsvir edir və  əsasən "Basat  və Təpəgöz" 
boyu üzərində dayanır. 
Bütün bunlarla yanaĢı keçən əsrin 90-cı illərində "Kitabi-Dədə 
Qorqud"un ingilis dilində daha bir nəĢri də iĢıq üzü görmüĢdür 
(80). 
P.Mirabilenin  hazırladığı  bu  kitabın  əvvəlində  64  səhifəlik 
Ģərh  verilmiĢdir.  Burada  Dədə  Qorqudun  kimliyi,  dastanın 
tarixi,  türk-oğuz  əfsanələri  haqqında  geniĢ  təhlillər 
aparılmıĢdır.  Qeyd  edək  ki,  nədənsə  kitabda  dastanın 
müqəddiməsi verilməmiĢdir. Müəllif giriĢdə qeyd edir ki, biz 
dastanı  tərcümə  etməmiĢik,  bu  iĢ  filoloji  bir  cəhddir.  GiriĢdə 
həmçinin  C.Lyuisin  tərcüməsindən  söhbət  açılır  və  belə 
anlaĢılır  ki,  kitab  əsasən  onun  tərcüməsi  əsasında 
hazırlanmıĢdır.  Lakin  müəllifin  "hibrid  mətn  yaratmaq 
istəmiĢik" fikri ona dəlalət ediır ki, Lyuisin tərcüməsi üzərində 
əlavə  iĢ  aparılmıĢdır.  O  da  qeyd  olunur  ki,  bu  nəĢrin 
hazırlanmasında  dastanın  üç  türk  mətnindən  -  Məhərrəm 
Erkinin  1958-ci  il  və  1988-ci  il  nəĢrlərirndən,  Orxan  ġaiq 
Kökyayın 
1976-cı 
il 
nəĢrindən, 
habelə 
C.Lyuisin 
tərcüməsindən  istifadə  olunmuĢdur.  Kitabın  sonunda  nəticə, 
ətraflı  qeyd  və  izahlar,  həmçinin  biblioqrafiya  verilmiĢdir. 
"Kitabi-Dədə  Qorqud"  Ģərq  dillərindən  isə  ilk  dəfə  farscaya 
tərcümə  olunaraq  1978-ci  ildə  Təbrizdə  "Ġbn  Sina" 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
34 
34 
nəĢriyyatında  çap  edilmiĢdir.  Dastanı  Təbriz  alimlərindən 
Fəriba  Əzəbdəftəri  və  Məhəmməd  Həriri  Əkbəri  tərcümə 
etmiĢlər.  Onlar  dastanın  tərcüməsi  üçün  1974-cü  ildə 
Londonda  ingilis  dilində  çap  olunmuĢ  tərcüməni  əsas 
götürmüĢlər (42). 
Görünür, ədəbi abidəni bilavasitə Drezden mətnindən tərcümə 
etmək onlar üçün çətin  olmuĢdur. Ancaq tərcüməyə  yazılmıĢ 
son  söz,  Ģərhlər  və  kitabiyyatdan  aydın  olur  ki,  mütərcimlər 
"Dədə  Qorqud"un  Drezden  və  Vatikan  əlyazmaları 
nüsxələrindən,  eləcə  də  SSRĠ-də  və  dünyanın  baĢqa 
ölkələrində  olan  nəĢrlərindən  və  qismən  onun  haqqında  olan 
tədqiqatlardan  xəbərsiz  deyillər.  Belə  ki,  bir  sıra  adların 
dəqiqləĢdirilməsi və müəyyən sözlərin düzgün tərcüməsi üçün 
mütərcimlərin  tez-tez  dastanın  əlyazmasına,  həmçinin  Orxan 
ġaiqin  nəĢrinə  müraciət  etmələri  mətndən  və  izahlardan  bəlli 
olur. 
"Dədə  Qorqud"un  fars  dilinə  tərcüməsinə  mütərcimlər  və 
onlara  yaxından  kömək  edən  Ģair  Rəsul  Rufagəri  böyük 
zəhmət sərf etmiĢdir. Dilin rəvanlığı və ahəngdarlığı, mənzum 
parçalardakı  heca  bölgüsü  və  tənasüb  tərcümədə  ustalıqla 
qorunub  saxlanmıĢdır.  Mütərcimlərin  hər  bir  boyun  axırında 
çətin  anlaĢılan  sözlər  və  coğrafı  adlar  haqqında  yazdıqları 
izahlar,  eləcə  də  kitabın  sonuna  əlavə  etdikləri  köməkçi 
materiallar oxucunun iĢini xeyli asanlaĢdırır. 
Böyük  tarixi  və  mədəni  əhəmiyyətə  malik  abidəmiz  1978-ci 
ildə  Vilnüsün  "Vaqa"  nəĢriyyatında  Litva  dilində  çap 
edilmiĢdir.  Litvada  yaĢayan  həmyerlimiz  Mahir  Həmzəyevin 
yazdığına  görə  dastanı  bu  dilə  Vaqif  Arzumanov  və  Sigitas 
Gyada çevirmiĢlər. Tərcümə zamanı eposun akademik Həmid 
Araslının  tərtib  etdiyi  1962-ci  il  nəĢrindən  istifadə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə