Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   2   3   4   5   6   7   8   9   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
20 
20 
tərcümələrin  sayı  da  ilbəil  artır,  bu  sahədə  peĢəkar 
mütəxəssilər nəsli yetiĢir.   
Əvvəldə  haqqında  söhbət  açdığımız  tərcümə  nümunələri, 
habelə  son  illər  edilən  tərcümələr  belə  deməyə  əsas  verir  ki, 
Azərbaycan  poeziyasının  ingilis  dilinə  tərcüməsi  sahəsində 
müəyyən ənənə formalaĢmıĢdır. Təsadüfi deyil ki, Azərbaycan 
poeziyasının  ingilis  dilinə  tərcüməsi  problemlərinə  dair 
çoxsaylı  tədqiqatlar  aparılmıĢ,  elmi  məqalələr  yazılmıĢdır. 
Lakin  ingilis  dilinə  tərcümədə  milli  koloritin  qorunması 
problemi ayrıca tədqiq olunmamıĢdır. 
Ona görə də monoqrafiyada ―Kitabi-Dədə Qorqud‖ dastanının 
ingilis dilinə tərcümə variantları təhlil olunmuĢ, milli koloritin 
saxlanılması  problemləri,  Ģəxs  adlarının  translitersiyası  və  s. 
məsələlər ön plana çəkilmiĢdir.    
Qeyd edək ki, dastanın ingilis dilinə bir neçə tərcümə variantı 
mövcuddur.  Xalqımızın  qəhrəmanlıq  tarixinin  dünyada 
öyrənilməsi  və  təbliği  üçün  bu  tərcümələrin  əhəmiyyəti 
böyükdür.  Dastanda  iĢlənən  xüsusi  adların  -  Ģəxs  adları  və 
toponimlərin  daĢıdığı  milli  koloritin  tərcümədə  saxlanılması 
bütövlükdə  dastanın  qavranılması  baxımından  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Ona  görə  də  "Kitabi-Dədə  Qorqud"un 
ingilis 
dilinə 
tərcüməsində  xüsusi  adların  verilməsi 
probleminin tədqiqi vacib və aktual məsələdir. 
Məlumdur  ki,  Azərbaycan  ədəbiyyatı  nümunələrinin  ingilis 
dilinə  tərcüməsinin  ayrı-ayrı  problemləri  müxtəlif  illərdə 
tədqiqata  cəlb  edilsə  də,  belə  tərcümələrdə  xüsusi  adlar  və 
onların daĢıdığı milli koloritin saxlanılması problemləri ayrıca 
öyrənilməmiĢdir.  "Kitabi-Dədə  Qorqud"un  öyrənilməsi 
sahəsində  də  çoxsaylı  elmi  tədqiqatlar  aparılmıĢ,  lakin 
dastandakı  xüsusi  adların  ingilis  dilinə  tərcüməsi  xüsusi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
21 
tədqiqat  obyekti olmamıĢdır. Ona  görə də bu əsərdə  "Kitabi-
Dədə Qorqud" dastanında iĢlənən xüsusi adların ingilis dilinə 
transliterasiyası problemləri təhlil olunmuĢ, bu zaman adların 
daĢıdığı  milli  koloritin  saxlanılması  məsələlərinə  xüsusi 
diqqət yetirilmiĢdir. 
Tədqiqat  zamanı  "Kitabi-Dədə  Qorqud"un  ingilis  dilində  üç 
tərcümə variantından 
istifadə  edilmiĢdir.  1971-ci  ildə  Moskvanın  "Proqres" 
nəĢriyyatmda ingilis dilində 
çap  olunmuĢ  "Azərbaycan  poeziyası  antalogiyası"  (kitabda 
dastanın  müqəddiməsi  və  bir  boyu  verilmiĢdir),  1972-ci  ildə 
Londonda buraxılmıĢ "The Book of Dede Korkut" və ABġ-da 
çap  olunmuĢ  "The  Book  of  the  Oghuz  Peoples  or  Legends 
Told and Sung by Dede Korkut" nəĢrləri üzərində müqayisəli 
təhlil aparılmıĢ, eposla bağlı, xüsusən dastanda iĢlənən xüsusi 
adlarla  əlaqədar  mövcud  nəzəri  mülahizələrə  nəzər  salınmıĢ, 
xüsusi  adlarm  tərcümə  variantları  müqayisəli  Ģəkildə  təhlil 
olunmuĢdur. 
Bundan  baĢqa  Azərbaycan  və  ingilis  poeziyasının  qarĢılıqlı 
tərcüməsində  milli  koloritin  saxlanması  məsələlərinə  hər  iki 
dilin  orijinal  və  poetik  nümunələrinin  orijinalının  və 
tərcüməsinin 
müqayisəli 
təhlili 
vasitəsilə 
aydınlıq 
gətirilmiĢdir. Müasir Azərbaycan Ģerinin ingilis dilinə tərcümə 
nümunələri tədqiq edilmiĢ, bu tərcümələrdə milli koloritin və 
realiyaların  qorunması  məsələsi  araĢdırılmıĢdır.  Bunun  üçün 
tərcümələr  orijinalla  müqayisəli  Ģəkildə  təhlil  olunmuĢ,  bəzi 
hallarda  bir  Ģerin  bir  neçə  tərcümə  variantı  müqayisə 
edilmiĢdir.  Ayrı-ayrı  Ģairlərin  əsərlərinin  ingilis  dilinə 
tərcümələri,  bu  tərcümələrdə  Azərbaycan  milli  koloritinin 
saxlanılması ilk dəfə hərtərəfli tədqiqata cəlb edilmiĢdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
22 
22 
 
I fəsil. “Kitabi – Dədə Qorqud” dastanının 
xarici dillərə tərcüməsi 
  
Azərbaycan  ədəbiyyatı  nümunələrinin  xarici  dillərə,  xüsusən 
də  dünyada  geniĢ  yayılmıĢ  ingilis  dilinə  tərcüməsi  zəngin 
mənəvi  sərvətlərimizin  tanınması  və  öyrənilməsi  baxımından 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Çünki  bu,  həm  də  bütövlükdə 
Azərbaycanın  tanınmasına,  Azərbaycan  ədəbiyyatının  və 
mədəniyyətinin  təbliğinə  imkan  yaradır.  Ona  görə  də  ədəbi 
nümunələrimizin  ingilis  dilinə  tərcüməsi,  eləcə  də  bu 
tərcümələrlə bağlı tədqiqatlar aparılması aktuallığını itirmir. 
Xalqımızın  ən  böyük  ədəbi  abidəsi  olan  "Kitabi-Dədə 
Qorqud"un  əcnəbi  dillərə  tərcümə  problemlərinin  tədqiqi  bu 
cəhətdən xüsusi önəm kəsb edir. Çünki "Kitabi-Dədə Qorqud" 
dastanı  Azərbaycan  xalqının,  qədim  Oğuzların,  bütün  türk 
dünyasının  yaradıcı  dühasının  ən  böyük  və  ən  mükəmməl 
ədəbi-mədəni  abidəsidir.  Bu  dastan  xalqın  həyatının  epik 
lövhələrini,  onun  əxlaq  və  mənəviyyatını,  davranıĢ 
mədəniyyətini əks etdirir, oxucuya humanizm, vətənpərvərlik, 
qəhrəmanlıq  kimi  keyfiyyətlər,  sevgidə  sədaqət,  ata  anaya 
hörmət və ehtiram duyğuları aĢılayır. 
Dastanın  elm  aləminə  məlum  olduğu  200  ilə  yaxın  dövr 
ərzində  bütövlükdə  "Kitabi-Dədə  Qorqud"  və  ya  onun  ayrı-
ayrı  boyları  bir  çox  xalqların  dillərinə  tərcümə  olunmuĢ, 
haqqında  çoxsaylı  tədqiqat  əsərləri  yazılmıĢ,  bu  abidənin 
motivləri əsasında Bakıda film  çəkilmiĢdir. Alman, rus, türk, 
Ġtaliya,  ingilis,  fransız  və  s.  xalqların  alimləri  dastanın 
yaranması,  Dədə  Qorqudun  Ģəxsiyyəti,  abidənin  dili  və  s. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə