Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   2   3   4   5   6   7   8   9   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
14 
14 
Mütəxəssislərin  əksəriyyəti  bu  fikirdədir  ki,  Azərbaycan 
ədəbiyyatının  Amerikada,  ümumən  ingilisdilli  ölkələrdə  ən 
tanınmıĢ  nümayəndəsi  Nizami  Gəncəvidir.  Mütəfəkkir  Ģairin 
ayrı-ayrı  əsərlərindən  parçalar,  eləcə  də  bütöv  əsərləri 
müxtəlif  illərdə  ingilis  dilinə  çevrilmiĢdir.  Nizaminin 
yaradıcılığına ingilisdilli  mütərcimlərdən Ceyms  Atkinson da 
müraciət  etmiĢ,  Ģairin  "Leyli  və  Məcnun"  poemasını  birbaĢa 
farscadan ingilis dilinə çevirmiĢdir. Azərbaycan Ģairinin incə, 
romantik  əhvallı  əsəri  romantizmin  Avropa  və  Amerikada 
çiçəkləndiyi  bir  dövrdə  -  1836-cı  ildə  çapdan  çıxmıĢ,  həmin 
ölkələrdə yüzlərlə oxucunun böyük marağına səbəb olmuĢdur. 
Bu marağın nəticəsidir ki, C.Atkinsonun eyni tərcüməsi 1894-
cü ildə təkrar nəĢr edilmiĢdir. 
Tədqiqatçı  X.Hüseynov  XIX  əsr  ingilis  nizamiĢünaslığından 
bəhs  edərək  1844-cü  ildə  ingilis  alimi  N.Blandın  ―Sirlər 
xəzinəsi‖nin  elmi-tənqidi  mətnini  hazırlamaqla  yeni 
istiqamətli  bir  tədqiqatın  əsasını  qoyduğunu  vurğulamıĢdır 
(31, 29). 
1881-ci  ildə  Nizaminin  daha  bir  poeması  -  "Ġskəndərnamə" 
ingilis  dilinə  çevrilərək  Londonda  çapdan  çıxmıĢdır.  Bu  əsər 
ingilis  dilinə  nəsrlə  tərcümə  olunmuĢdur.  Kitab  izahlar  və 
mətnə  tənqidi  Ģərhlərlə  müĢayiət  olunur."Leyli  və  Məcnun" 
Qərbdə  Nizami  yaradıcılığınm  vizit  vərəqi  kimi  xidmət 
göstərmiĢ, sonralar dahi Ģairin digər poemaları da ingilis dilinə 
tərcümə  edilmiĢdir.  Lakin  "Leyi  və  Məcnun"a  maraq 
azalmamıĢ,  əsər  1966-cı  ildə  Ġsveçrəli  Doktor  R.  Qelpkenin 
tərcümə və redaktəsilə yenidən çap edilmiĢdir. Nizaminin fikir 
dünyasını daha dolğun çatdırmaq üçün mütərcim əsərin nəsrlə 
tərcüməsini  yeganə  mümkün  variant  hesab  etmiĢdir. 
Maraqlıdır  ki,  üçüncü  tərcümədə  də  "Leyli"  sözünün 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
15 
transliterasiyası  dəyiĢikliyə  uğramıĢ  və  bu  söz  "Layla"  kimi 
verilmiĢdir. 
Poemanın ingiliscə olan  nəsr  variantı 53  fəslə bölünmüĢ, hər 
fəslə əsərin məzmunundan götürülmüĢ  yığcam  və maraqlı ad 
qoyulmuĢdur:  "Qeys  və  Leyli  görüĢürlər",  "Qeys  Məcnuna 
dönür",  "Ġbn  Salam  Leylinin  razılığını  istəyir",  "Çöhrə  və 
rübənd" və s.  Z.Ağayevin fikrincə, poemanın nəsr variantının 
dili  sadə  və  oxunaqlıdır,  həmçinin  tərcümə  orijinalın  ruhunu 
yaxĢı ifadə edir. 
Doktor  R.Qelpkenin  kitabın  axırında  verilmiĢ  son  sözü  də 
maraqlıdır. O, qeyd 
edir  ki,  "əfsanəvi  məhəbbət  sərgüzəĢtləri  arasında  "Leyli  və 
Məcnun" Ġslam ġərqində bəlkə də ən yaxĢı tanınır. Ġki sevgili 
bu  gün  də  Qafqazdan  Afrikaya  qədər,  Atlantik  okeanından 
Hind okeanınacan ərazilərdə yaĢayan çoxlu xalqların və etnik 
qrupların  Ģeirlərində,  nəğmələrində  və  epik  əsərlərində 
yaĢayır". Müəllif ərəb alimi 
M.Q.Hilalın  "ġərq  ədəbiyyatında  Məcnun  -  Leyla 
mövzusunun inkiĢafı" (Qahirə, 
1954)  kitabından  belə  bir  fikri  sitat  gətirir  ki,  "adi  əfsanəni 
ədəbi  əsərə  çevirərək  ona  ümumbəĢəri  və  əbədi  vəsiqəni 
Nizami  Gəncəvi  vermiĢdir".  1941-ci  ildə  poemanın  nəsr 
variantını Tehranda nəĢr etdirən A.A.Hekmat bu əsəri Vilyam 
ġekspirin "Romeo və Cülyetta" faciəsi ilə müqayisə etmiĢdir. 
Sonra  məqalənin  müəllifi  məĢhur  çex  ədəbiyyatĢünası  Jan 
Rıpkanın  "Ġran  ədəbiyyatının  tarixi"  kitabından  gətirdiyi 
"nəticə  əsərin  böyük  dahinin  qələmindən  çıxdığını  göstərir" 
fikri ilə tam Ģərik olduğunu bildirir (3, 33-34). 
Doktor  R.Qelpke  təkcə  Nizamini  deyil,  həm  də 
nizamiĢünaslığı  diqqətlə  öyrənmiĢ,  özündən  qabaqkı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
16 
16 
tərcümələrlə ciddi maraqlanmıĢdır. O qeyd edir ki,  "Leyli və 
Məcnun" 1943-cü ildə  A.N.Tərlanın  tərcüməsində  Ġstanbulda 
türkcə  nəĢr  olunmuĢ,  1957-ci  ildə  isə  P.Antokolskinin 
tərcüməsində  Moskvada  rus  dilində  çapdan  çıxmıĢdır.  Sonra 
müəllif  C.  Atkinsonun  1836-cı  ildə  etdiyi  tərcüməni 
xatırladaraq,  iftixar  hissilə  qeyd  etmiĢdir  ki,  ingilislər 
Nizaminin yaxın qonĢularını yüz ildən çox qabaqlamıĢlar. 
Öz tədqiqatında bu barədə söhbət açan Z.Ağayev R.Qelpkenin 
tərcümə ilə bağlı bir etirafını da xatırlatmıĢdır: "Mən 1958-ci 
ildə  Ġranda  bu  əsərin  nəsr  tərcüməsi  üzərində  iĢləməyə 
baĢlamıĢam.  Belə  bir  fakt  mənə  yaxĢı  məlumdur  ki,  bütün 
cidd  -  cəhdlərimə  baxmayaraq  mənim  tərcüməm  orijinalı  əks 
etdirmir.  Yalnız  onu  deyə  bilərəm  ki,  mən  Nizaminin 
poemasının  hər  bir  sözünü  böyük  diqqətlə  öyrənməyə 
çalıĢmıĢam" (3, 35). 
Ötən  əsrin  ikinci  onilliyində  ingilisdilli  oxuculara 
N.Gəncəvinin  daha  bir  əsəri  -  "Yeddi  gözəl"  təqdim 
olunmuĢdur.  Z.Ağayevin  fikrincə,  Nizami  yaradıcılığına 
müraciət  etmiĢ  mütərcimlər  tanınmıĢ  ĢərqĢünas  alimlər 
olmuĢlar;  "Yeddi  gözəl‖də  isə  Azərbaycan  Ģairinin  bəxti 
xüsusilə gətirmiĢdir: onun tərcüməçisi S.E.Uilson keçən əsrin 
ən  məĢhur  fars  ədəbiyyatı  mütəxəssislərindən  hesab  olunur. 
"Yeddi  gözəl"  üzərində  yaradıcılıq  iĢini  baĢa  çatdırarkən 
ingilis  alimi  artıq  on  dörd  il  idi  ki,  Londonun  universitet 
kollecində fars dili və ədəbiyyatı üzrə professor iĢləyirdi. Ona 
görə də tərcümə uğurlu alınmıĢdır. 
ġairin  "Sirlər  xəzinəsi"  poeması  isə  1945-ci  ildə  Londonda 
ingilis dilində çapdan çıxmıĢdır. 
XVIII  əsrin  sonu  XX  əsrin  60-cı  illərinə  qədər  olan  dövr 
tədqiqatçılarından 
N.V. 
Klark, 
Y.Braun, 
V.Modig, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə