Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   21   22   23   24   25   26   27   28   ...   107

6
kürd tərəfindən öldürülmüşdür. Monqollar 1231-ci ildə Çormağunun başçılığı
ilə Rey və Həmədan şəhərlərini zəbt edib, 1231-ci ildə ikinci dəfə Azərbaycana
soxuldular. Marağa şəhəri düşmənə ciddi müqavimət göstərdi. Sonra Təbriz
şəhəri mühasirəyə alındı. Şəhər əyanları danışıqlar yolu ilə Təbrizi növbəti
qırğından xilas etdilər. Ən qiymətli sənətkarlar Qaraqoruma aparıldı.
Monqollar buradan Gəncəyə səmt aldı. Əhalinin müqaviməti elə güclü
idi ki, işğalçılar qala divarlarını dağıtdıqdan sonra belə bir həftə şəhərə girməyə
cürət etmədilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncəni zəbt edən
düşmənlər əhaliyə qanlı divan tutdular. Gəncə 4 il ərzində xaraba vəziyyətdə
qaldı.
Şəmkir işğalçılara ciddi müqavimət göstərdi. Bakı və Tovuz ələ
keçirildi. 1239-cu ildə Dərbənd şəhərinin zəbt olunması ilə bütün Azərbaycan
monqollar tərəfindən istila olundu.
İlk yürüşdən fərqli olaraq monqolların ikinci yürüşündə  əsas məqsəd
zəbt edilmiş ölkələrdə möhkəmlənmək idi. Odur ki, onlar qələbə əldə etdikdən
sonra Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və İrandav məskunlaşdılar.
Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə
Ali Monqol Xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu.
Arğun ağa Xorasan, İraği-Əcəm, Azərbaycan (Şirvan da daxil olmaqla),
Gürcüstan, Ermənistan, Zur və Kirmana canişin təyin olundu. Onun siyasətinin
əsas mahiyyəti yerli feodalların (vassalların) köçəri monqol əyanlarından
asılılığını getdikcə gücləndirməkdən ibarət idi.
2-ci sual:
Monqol xaqanlığının Ön Asiyanı, Cənubi Qafqazı və Kiçik Asiyanı ələ
keçirməsinə baxmayaraq, XIII əsrin ortalarında həmin vilayətlərdə bir sıra
feodal malikanələri hələ də müstəqilliyini itirməmişdir. Ali monqol xaqanı
Munke istilaları davam etmək üçün 1253-cü ildə ön Asiyaya qoşun göndərdi.
Munkenin qardaşı Hülaku Xanın başçılıq etdiyi bu yürüşdə əsas məqsəd İranın,
İraqi-Ərəbin, Suriya və digər vilayətlərin müstəqil fəaliyyət göstərən hakimlərini


7
itaətə gətirməkdən ibarət idi. 1256-cı ildə  Şimali-İranda İsmayıllıların Ələmut
hökmranlığını süquta uğratdı. Paytaxtı mərkəzi İranda yerləşən Ələmut qalası
olan İsmaillilər dövləti 1090-cı ildə yaradılmışdır. Bu dövlətin ərazisinə İran və
Suriyanın bir sıra torpaqları daxil idi. Dövlətin banisi. Həsən Səbbah (1090-
1124) olub.
1257-ci ildə Azərbaycan tabe edildi. 1258-ci ilin fevralında Hülaku
Bağdadı  ələ keçrdi və 500 ildən artıq mövcud olmuş Abbasilər xilafətinə son
qoyuldu. Zəbt edilmiş yeni ərazilər hesabına beşinci monqol ulusu – Hülakulavr
(Elxanilər) dövləti yaradıldı. Bu dövlət Azərbaycanda (1258-1357) bir əsr
fəaliyyət göstərdi.
Hülakular dövləti Yaxın və Orta Şərqdə geniş  ərazini əhatə edirdi. Bu
dövlətin Yaxın və orta Şərqdə geniş ərazini əhatə edirdi. Bu dövlətin sərhədləri
Misirdən Amudəryaya, Hörmüz körfəzindən Dərbəndə qədər uzanırdı. Onun
tərkibinə Azərbaycan (İraqi-i-ərəb, İraqi Əcəm, Kirman, Gürcüstan, Kiçik
Asiya, Rum (Anadolu tərəflər), Ermənistan, Kürdüstan, Fars, Xuzistan, Xorasan
və s. vilayətlər daxil idi. Azərbaycan Hülakular dövlətinin siyasi-inzibati
mərkəzinə, XIII əsrin ortalarında Hülaku xanın hərbi hissələrinin tərkibində
Cənubi Qafqaza 20-dən artıq türk-monqol mənşəli qəbilələr – Sulduz Çobani,
cəlairi, cığatay, corat, oyrat və s. qəbilələr Azərbaycana gəlib məskunlaşdılar.
Məhəmməd Naxçıvanin məlumatına görə Hülakular dövlətində mühüm
sənədlər 3 dildə (ərəb, fars, türk) hər xalqa öz dilində çatdırılırdı.
Monqollar bütpərəstliyi yaymaq məqsədilə  İslama qarşı ciddi mübarizə
aparırdılar. Onların hakimiyyətinin ilk 30 ili ərzində mərkəzi dövlət aparatında
«ölkənin baş qazısı vəzifəsi» rəsmən tanınmalı, vəqf torpaqları müsadirə edildi,
islamın dövlət aparatındakı mövqeyi zəiflədi.
Bu işdə xristianlığın, yəhudiliyin, buddizmin, habelə Avropa xristian
dövlətləri başçılarının böyük təsiri oldu. Monqol Şahzadələri taxt-tac uğrunda
apardıqları mübarizədə bu və ya digər dindən istifadə edir, bu vasitə ilə öz
məqsədlərinə nail olmağa çalışırdılar. Məhz bu baxımdan ciddi addım atmış


8
Qazan xan (1295-1304). Hakimiyyətə yiyələnmək naminə uşaqlıqdan itaət etdiyi
bütpərəstlikdən üz döndərdi, islama qəbul etdi, onu yenidən dövlət dini elan etdi.
Qazan xanın dini islahatı bütpərəstliyin, xristianlığın, digər dinlərin mövqelərini
sarsıtdı.
Köçəri feodalların güclənməsi Abaqa xanın (1265-1282) dövründə
mərkəzi hakimiyyətə qarşı açıq çıxışlara gətirib çıxardı. Ondan sonra gələn
Əhməd xan (1282-1284) narazı feodalların səyi nəticəsində tezliklə
hakimiyyətdən devrildi. Arqun ağanın (1284-1291) dövründə  Əmir Novruzun
başçılığı ilə mərkəzi hakimiyyətə qarşı mübarizə uzun zaman səngimədi.
Argunun ölümündən sonra Abaqa xanın oğlu hakimiyyətə gəldi. (1291-1295).
Lakin tezliklə hakimiyyətdən uzaqlaşdırıldı. 1295-ci ildə iki Elxan dəyişdirildi.
Tezliklə Qazan xan Qarabağda hülakular dövlətinin başçısı elan olundu.
Əvvəlcə Arranda Qazan xana sui-qəsd təşkil olundu. Lakin tezliklə üstü açıldı,
təşkilatçılar öldürüldü. 1297-98-ci illərdə Azərbaycanın şimalında taycuoğlunun
başçılığı ilə Qazan xana qarşı yeni bir qiyam baş verdi. Qazan xan bu çıxışları
da yatıra bildi.
Qazan xanın ölümündən sonra hülakular dövlətinin taxtına onun qardaşı
Sultan Ulcaytu (1304-1316) çıxdı. Gilan və Herat əraziləri onun dövründə istila
olundu. Lakin Ulcaytudan sonra Elxan elan olunmuş 12 yaşlı Əbu Səidin (1316-
1335) dövründə dövlətin idarəsi baş  Əmir Çobanın ixtiyarına keçdi. Feodal
çəkişmələrindən istifadə edən qonşu dövlətlər Hülakulara qarşı mübarizəyə
qalxdılar. Eyni vaxtda həm Xorasan əmiri, həm Misir Sultanı, digər tərəfdən
Qızıl Orda xanı hücuma keçdilər. Həm də 1319-cu ildə Gürcüstanda Hülakulara
qarşı cisyan baş verdi. Lakin Sultan Səidin şücaəti nəticəsində üsyançılar
məğlub edildi. 1320-ci ildə Gürcüstanda 1322-ci ildə Rum vilayətində mərkəzi
hakimiyyətə qarşı baş vermiş qiyamlar Əmir Çobanın köməyi ilə  Əbu Səid
yatıra bildi. 1319-1325-ci illərdə Qızıl Orda dövlətinə uğurlu yürüşlər təşkil
olundu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə