Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   25   26   27   28   29   30   31   32   ...   107

6
O, hürufiliyin nəzəri əsaslarını «Məhəbbətnamə», «Ərşnamə»,
«Novnamə» və «Divan»ında şərh etmişdir. Əl-Hürufi təxəllüslü Nəimi
Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən Şirvanda tutularaq 1394-cü
ildə  Əlincə qalasında dəhşətli surətdə edam edilmişdir. Həbsdə olarkən yazdığı
«Vəsiyyətnamə»cə məsləkdaşlarına tövsiyyələr vermişdir. Bu təlimin nəzəri
əsaslarını Nəsimi, Əli ül-Əla, Türkiyədə Seyid İsaq və b. inkişaf etdirmişlər.
Nəiminin «Məhəbbətnamə» əsərinin əlyazması İrəvanda (Eçmədçin), şeirləri isə
Sankt-Peterburqda Asiya və Afrika xalqları institutunun kitabxanasında
saxlanılır.
İmadəddin Nəsimi (1369-1417) Şamaxıda doğulub. Əsil adı  Əlidir.
Peyğəmbər Nəslindən olduğu üçün Seyid adlandırılmışdır. Hüseyni təxəllüsünü
məşhur Sufi Şeyxi Həllac Hüseyn ibn Mənsurun (858-922), Nəsimi təxəllüsünü
Nəiminin (Təbrizdə doğulub) şərəfinə götürmüşdür.
Nəimi öz ideyalarını təbliğ etmək üçün 1386-cı ildə  Şirvana gəlir və
burada Nəsimi ilə tanış olur. Hürufilik təbliğatında ərəb əlifbasının işləndiyi
ölkələrdə geniş yayılmış Əbcəd hesabı köməyə gəlirdi. Bu hesaba görə əlifbada
hər bir hərfin öz rəqəm qarşılığı vardır. Hürufilik də elə bundan istifadə edərək
Qurandan aldıqları müxtəlif müqəddəs ayə və ifadələrin rəqəm qarşılığı ilə insan
üzündə xəyalən gördükləri hərf və sözləri riyazi baxımdan müqayisə edir.
Bunlar arasında bərabərlik tapır və bu vasitə ilə insanın ilahi mərtəbəyə layiq
olduğu, zülm və zəlalət üçün yaradılmadığını əsaslandırırdılar.
Nəiminin ölümündən sonra Nəsimi də o zamana qədər Hürufilərin
mərkəzi olan Bakını tərk edərək Ruma-Anadoluya gəlir. Ancaq osmanlı Sultanı
I Murad da hürufilik ideyalarının tərəfdarlarını təqib etdiyindən şair İraqa və
Suriyaya getməyə məcbur olur. Tarixi mənbələr onun 1417-ci ildə Hələb
şəhərində tutulub diri-diri dərisi soyulur. Qəbri Hələm şəhərindədir.
Şeirləri.
Mən mülki cahan, cahan mənəm, mən,
Mən haqqa məkan, məkan mənəm, mən.


7
***
Mən ərşilə fərşi kafı nunam,
Mən şərhi bəyan, bəyan mənəm, mən.
Mən surəti məni də həyəm, həq,
Mən həqqi əyan, əyan mənəm, mən.
Tanrının nişanı məhz insandır.
Mən kövnü məkanü künfəkənam,
Bilgil ki, nişan, nişan mənəm, mən.
Nəsimiyə görə Tanrının özü də ol! Deyərkən insanı düşünmühş və onun
mənafeyini nəzərdə tutmuşdur.
Teymurilər o dövrdə dərviş və Zəvvar kimi çıxış etmiş xalq hərəkatı
başçılarına amansız divan tuturdular. Xalq arasında böyük nüfuza malik olan
Baba Niki adlı bir dərvişin fəaliyyəti Teymuri hökmdarı Öməri vahiməyə
salmış, Ömər hiylə ilə onu saraya çağırıb edam etmişdir.
III sual:
Mənşəcə oğuzların Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta
Şərqin tarixində mühüm rol oynamışdır. Tarixi mənbələr VII əsrdən etibarən
onların Azərbaycanda yaşaması haqqında məlumatlar verir. Onlara baharılılar
başçılıq edirdilər. Əvvələr Van gölünün Cənubunda məskən salmış
qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan Sivas və Gürcüstanın şimal
torpaqlarında möhkəmlənib Ağqoyunlular, Cəlairilər və Teymurilərə qarşı
mübarizə aparmışlar.
Onların Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə
bağlayırlar. Ehtimal ki, Qaraqoyunlular monqol işğalları dövründə
Azərbaycandan və  İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik
Asiya, İraq və Suriyada məskunlaşmışlar.
Qaraqoyunluları təşkil edən əsas tayfalar bunlardır: Baharlı, Sədli,
Qaramanlı, Alpout, Duharlı, Cagirli, Hacili, Ağacəri.


8
Sədli oylağının qədim vətəni Naxçıvan və Sürməli idi. Qaraqoyunlular
XIV sonlarında şərqi Anadoluda bəylik yaratmış və onun əsasını qoyan şəxs
Bayram Xoca olmuşdur. Onun oğlu Qara Məhəmməd qızını Cəlairi Sultan
Əhmədə verərək sülalə  əlaqələrini möhkəmlətmişdir. Qaraqoyunluların
hakimiyyətinin möhkəmlənməsində Cəlairi əmirlərinin böyük rolu olmuşdur.
Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van şəhəri olan
Qaraqoyunlu tayfa ittifaqının əsasını qoyur.
Əvvəlcə o, Cəlairi Şahzadəsi Şeyx Əlini məğlub edir, sonra Mardin
hökmdarının qızı ilə evlənərək onunla qohum olur. 1387-ci ildə Teymur
Naxçıvandan qaraqoyunlular üzərinə hücuma keçir. Qara Məhəmməd Çapaqcur
dairəsində sərt keçidləri tutaraq Teymuri qüvvələrini darmadağın edir. 1388-ci
ildə o, Təbrizə girir. Qara Məhəmməd və oğlu Bayram 1389-cu ildə Qara
Pirşəsən tərəfindən öldürülür. 1392-ci ildə Qara Yusif Pirhəsəni məğlub edir.
1392-ci ildə Teymurilər Van şəhərini qarət etdilər. 1394-cü ildə Cəlairilər və
qaraqoyunluların birləşmiş qüvvələri teymurilərə məğlub oldu.
Teymurun ölümündən sonra Cənubi Azərbaycan Teymuri Mirənşahın
oğlu Əbubəkr və qardaşı Ömər arasında gedən qanlı toqquşmalar meydanına
çevrilmişdir. Qara Yusif Gürcüstan ətrafında, Ərməniyyə və Azərbaycanın
cənubunda məskunlaşan yarım köçəri kürd əmirlərini öz ətrafında birləşdirə
bildi.
1406-cı il iyulun sonunda Sultan Əhməd və qara Yusif Bağdadı zəbt
edib, təcili cənubi Azərbaycana doğru irəlilədilər.
1406-cı il oktyabrın 14-də Qara Yusif Əbubəkri məğlub etdi. Teymurilər
qaçmağa üz qoydular. Bu məğlubiyyət onun atası Miranşaha ağır təsir etdi.
1408-ci il 21 apreldə Təbrizin cənubunda Sərdrud adlı yerdə 20 minlik
qaraqoyunlu qoşunu Əbubəkrin teymuri ordusunu darmadağın etdi. Miranşah
öldürüldü. Əbubəkr qaçmağa üz qoydu. Bununla da Teymurilərin ayalığına son
qoyuldu.


9
Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və
bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdır. 1409-cu
il payızın başlanğıcında Qara Yusif Təbrizə daxil olmuş, Şəki hakimi Seyid
Əhmədə qarşı qoşun göndərmişdir.
1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Əsəd qəsəbəsi
kənarındakı döyüşdə keçmiş müttəfiqi Cəlairi Sultan Əhmədi məğlub etmiş
Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə
qol çəkdirdi. Belə ki, Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağı öncədən
oğulluğa götürmüşdür. Buü məsələni Sultan Əhmədə xatırladan Qara Yusif
Azərbaycanın Pirbudağa verilməsi haqqında yarlıq yazdırdı. 1411-ci ildə Qara
Yusif Təbrizdə Azərbaycan əyanları və Qaraqoyunlu əmirlərinin məclisində
Pirbudağı Sultan elan etdi. Beləliklə, Azərbaycan Qaraqoyunlu dövləti yarandı.
Sultan Əhməd edam edildi. Beləliklə, da cəlairilərin hakimiyyətinə son qoyuldu.
Kürdən cənuba doğru uzanan Azərbaycan torpaqları, Ərməniyyə,
Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, Anadolunun şərq vilayətləri,
İraqi-ərəb bu dövlətin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtı oldu.
Burada bir məqamı qeyd etmək maraqlıdır. 1410-cu ildə  Şirvanşah
qoşunu Kəyumərsin başçılığı ilə Təbrizə yaxınlaşdı. Gecə Kəyumərs istirahət
edərkən Qara Yusifin kəşfiyyat qrupu tərəfindən əsir götürülür. Qara Yusif onu
öldürmür. Atasının tabe olması haqqında onun vasitəsilə məktub göndərir.
Şirvanşah I İbrahim oğlunun guya ona xəyanət etməsindən, asanlıqla təslim
olmasından şübhələnərək oğlunu edam etdirir.
1412-ci ilin sonunda Kür sahilində Şirvanşah I İbrahim (onun tərəfində
Şəki hakimi, Kaxetiya çarı), o biri tərəfdə Qara Yusif, Qarabağın, Muğanın,
Naxçıvanın silahlı dəstələri arasında döyüş baş verdi. Şirvanşah və onun
müttəfiqləri məğlub oldu. I İbrahim Qara Yusifə tabe oldu. Qara Yusifin qoşunu
Şirvanı tərk etdi. 1417-ci ildə Şirvanşah I İbrahim dünyadan köçdü. Onun oğlu I
Xəlilullah (1417-1462). Qaraqoyunlular əleyhinə Teymurun Orta Asiya və
İranda hakim olan oğlu Sultan Şahruxla (1466-1447) ittifaqa girir. Şahrux


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə