Şərəflə, ləyaqətlə,
Qoruyur hüquqları.
(Yaşar Ağazadə)
* * *
Vardır şöhrəti-şanı,
Onuntək şair hanı?
Dünyanı gəzir onun
“Rübailər karvanı”.
(Oqtay Rza)
* * *
Şair kimi nəhəngdi,
Əsərlər rəngarəngdi.
Zirvələr fəth etsə də,
Xalqıyla həmahəngdi.
(Fikrət Qoca)
* * *
Professor, naşirdi o,
Doktor və nasirdi o.
Elmin baş kitabına,
Düşən müasirdi o.
(Teymur Əhmədov)
* * *
Xarakteri həlimdi,
Paylaşdığı sələmdi.
Sənətdə yol getdiyi,
Dəyərli bir qələmdi.
(Elxas Comərdli)
144
Yaqub Məğrur
Vətən naminə
145
Yaqub Məğrur
Vətən naminə
* * *
Cərrahlıqla yüksəlib,
Elmin doktorluğuna.
Kafedrada ucalıb,
Tibb professorluğuna.
(Çingiz Quliyev)
* * *
Sözün duzu, dadıyla,
Yaradır savadıyla.
Həm də daim fəxr edir,
O, öz şair adıyla.
(Müsrəddin Kövrək)
* * *
Getməyib o, hərbiyə,
Tuş gəlməyib zərbəyə.
Aldadaraq çoxunu,
Özü getdi türməyə.
(Həşir İsmayıllı)
* * *
Qələminin hayı - xox,
“Ləyaqət”də payı çox.
Tanışlara, “dost”lara,
Söz atmaqda tayı yox.
(Fənah Qulusoy)
* * *
İstəyinə çatır o,
Mürgüləyib yatır o.
Vəkillikdə halala,
Hərdən haram qatır o.
(Kəsgər Qasımlı)
* * *
Şeir deyir əl səsinə,
Görən varmı belə sinə?
“Yutub”da qoyub video,
Eləsinə-beləsinə.
(Vəli Zahid Paylı)
* * *
Labirintdə azır o,
Yaman tərif yazır o.
“ƏSRİN ZİYALISI”na,
Ruh verməyə hazır o.
(Məleykə Göyçəli)
* * *
Yazıb-pozmaq işidi,
Sərtliyi vərdişidi.
Cinsi qadın olsa da,
Xaraktercə kişidi.
(Aygün Həsənli)
* * *
Sözdə üzü ağdı o,
Mətbuatda dağdı o.
Şeiriyyat aləmində,
Artıq qəzəlşahdı o.
(Cəbrayıl Fikrət)
146
Yaqub Məğrur
Vətən naminə
147
Yaqub Məğrur
Vətən naminə
* * *
Bu şairə xanımdan
Oxucular razıdı.
Yaratdığı əsərlər,
Çox dəyərli yazıdı.
(Həvva Fərzəliqızı)
* * *
Əlifbanı öyrədib,
Onu etdim jurnalist.
Ustadına xor baxıb,
Dönüb oldu xornalist.
(Zaydın İsmayıllı)
* * *
Seyidlərdən yazır o,
Bəd niyyəti pozur o.
Ocaqlara, pirlərə
Gedir daim hazır o.
(Həşim Həsənoğlu)
* * *
Mətbuat aləmində,
Ağa kimi yeri var.
Qarabağ torpağında,
“Hacı Manaf Ağa”tək
Ocağı var, Piri var.
(Seyid Əli Ağa)
* * *
Dili şirin, başda tacı,
Gözəl xanımdır bu bacı.
Gedib müqəddəs Məkkədə,
Ziyarətdə olub Hacı.
(Ellada Əlisoy)
* * *
Dörd dəfə olub Həcdə,
Edir Tanrıya səcdə,
Xeyirxah işləriylə,
Xalqı gətirir vəcdə.
(Hacı Habil)
* * *
Fəqirlərə əl tutan,
Dəyərli bir Hacıdı.
Dörd bacının atadan
Qalan ümid tacıdı.
(Hacı Nazim)
* * *
O, bir xanım Hacıdı,
“Qafqaz-Press”in tacıdı.
Xəstəyə şəfa verən,
Nurlu həkim-bacıdı.
(Azadə Taleh)
* * *
Adı hər tərəflidi,
Özü də şərəflidi.
Dostlara sadiqliyi,
Olduqca təriflidi.
(Mətləb Mütəllimoğlu)
148
Yaqub Məğrur
Vətən naminə
149
Yaqub Məğrur
Vətən naminə
* * *
Söz deyəndə gülmür o,
İstəyini bilmir o.
Dünyalar dağılsa da,
Çağırışa gəlmir o.
(Xalis Qulusoy)
* * *
Zay evləri sökür o,
Yeni bina tikir o.
İmkansız adamların,
Qayğısını çəkir o.
(Hüseyn Artıkoğlu)
* * *
Əməlində üzü ağ,
Şirin dilli, sözü yağ.
Boyu bəstə olsa da,
Başı zirvə, özü dağ.
(Məzahir Qəhrəmanlı)
* * *
Ağlı boyundan uzun,
Qaçırmaz sözün duzun.
Dosta kömək etməyə,
Həmişə duyar lüzum.
(Vaqif Cəbrayıllı)
* * *
Dostları ilə paylaş: |