131
Yaqub Məğrur
Vətən naminə
XARAKTERIK
ATMACALAR
Sözü Haqq kəlməsidi,
İlahi bəndəsidi.
Beş hərfli adı var,
Allahın elçisidi.
(Həzrəti Yaqub Peyğəmbər)
* * *
Hörməti var elində,
Haqq-ədalət dilində.
Qanunu qorumağa,
Zopası var əlində.
(Bayram Xudubəyli)
* * *
Amalıdı qənaət,
Ülvi sevgi, hərarət.
Ömrü boyu göstərib,
Öz yarına sədaqət.
(Məlahət İbrahimli)
* * *
Adının var mənası,
Rəvayətdi anası.
Sadiqdi sevgisinə,
Öz yarının sonası.
(Əfsanə Məmmədli)
* * *
Ayla, günlə yarışır,
Axıb çaya qarışır.
Hərdən rəfiqələrlə,
Küsüb-sonra barışır.
(Aygün İskəndərli)
132
Yaqub Məğrur
Vətən naminə
133
Yaqub Məğrur
Vətən naminə
* * *
Sanki sıyrılmış oxdu,
Çempionluğu çoxdu.
Tatami üzərində,
Ona bərabər yoxdu.
(Novruz Xudubəyli)
* * *
Sədaqətdi amalı,
Göz oxşayır camalı.
Yara sadiq qalmağa,
Kifayətdi kamalı.
(Cəmalə Xudubəyli)
* * *
Öz ata nənəsinin
Adıyla yaşayır o.
Özünü əlaçı tək
Zirvəyə daşıyır o.
(Zahidə Məmmədli)
* * *
Şirinlik var dilində,
Bacarıq da əlində.
Aydan, tacdan ad alıb,
Ömrünün ilk ilində.
(Aytac Xudubəyli)
* * *
Oğul ata varisi,
Həm də ciyərparəsi.
Çünki vardır adında,
El-obanın çarəsi.
(Nicat Məmmədli)
* * *
Məktəbdə əlaçıdı,
Babanın əlacıdı.
Oturuşu,duruşu,
Elə bil ki, Hacıdı.
(Nihat Xudubəyli)
* * *
Gözü sanki dənizdi,
Siması ağ bənizdi.
Parıldayan çöhrəsi,
Şüşə kimi təmizdi.
(Şüşə Zeynəb)
* * *
Yerə sığmır ədası,
Çoxdur forsu, cidası.
Bapbalaca boyu var,
Göydən gəlir sədası.
(Elxan İskəndərli)
* * *
Yerişi çox astadı,
Yolu avtobusladı.
Qazanıb el hörməti,
Dəyərli bir ustadı.
(Müşfiq Məmmədli)
* * *
Sözdən dastan qurandı,
Məclislərə varandı.
Kim haqsız iş görərsə,
Səhvi üzə vurandı.
(Hüseyn Mərcanlı)
134
Yaqub Məğrur
Vətən naminə
135
Yaqub Məğrur
Vətən naminə
* * *
Atanın tək oğludu,
Təhsilə də bağlıdı.
Müəllimlər içində
Tutduğu yol doğrudu.
(Akif Hüseynoğlu)
* * *
Nə Şöşüdür, nə Şəmi,
Odur yuxu qənimi.
Qulaq batır səsindən,
Onu cırnadan kimi.
(Məhəmməd İskəndərli)
* * *
Kimdən nəsə soruşmur,
Gözəllərlə yarışmır.
Xanımlarla məhlədə,
Heç qaynayıb qarışmır.
(Gülşən İbrahimli)
* * *
Biri varmış, biri yox,
Ayıqlıqda yeri yox.
Özü bir kef əhlidi,
Ayrı dərdi-səri yox.
(Şəşə İskəndərli)
* * *
Qoy, deyim bir xanımdan,
Çox istərdim canımdan.
Arxamdan vurdu zərbə,
Yox oldu məkanımdan.
(Zeynəb Etibarsız)
* * *
Həqiqətdir əməli,
İşləri səmərəli.
Haqq ilə, ədalətlə,
Yoğrulmuşdur təməli.
(Həqiqət Sönməz)
* * *
Yardan yarımadı heç,
Qoşa qarımadı heç.
Onun pak sevgisini,
Əri qorumadı heç.
(Hamiyə Aldısoy)
* * *
Bənzəyir o, ağ gülə,
Çöhrəsi bəyaz tülə.
Danışmağı, gülməyi,
Cəh-cəh vuran bülbülə.
(Şeyda Əlisoy)
* * *
Gəzir boyu uzunu,
Qurda verməz quzunu.
Hələ də axtarır o,
Məhəbbət ulduzunu.
(Qərib Mərcanlı)
136
Yaqub Məğrur
Vətən naminə
137
Yaqub Məğrur
Vətən naminə
* * *
Boş-boşuna deyişməz,
Zəiflərlə döyüşməz.
Dünyalar dağılsa da,
Əqidəsin dəyişməz.
(Rövşən Kəbirli)
* * *
İddialar yazır o,
Qətnamələr “pozur” o.
Təəssüflər olsun ki,
Hərdən yolun azır o.
(Anar Bayramlı)
* * *
Sahibi yox oxuda,
Vəkil olub yuxuda.
Hüquqları dəyişir,
Pivə ilə noxuda.
(Dələduz Sözverən)
* * *
O, olsa da əjdaha,
Şəkk eləmir Allaha.
Dünyada yol göstərir,
Bütün kriminallara.
(Əjdər Mehtili)
* * *
Danışmağa vaxtı az,
Olub zırpı ədabaz.
Dostları ilə paylaş: |