108
Yaqub Məğrur
Vətən naminə
NOVRUZ BAYRAMI
(Bu bayram təbriki İTV kanalı ilə yayımlanmışdır)
Bəşəriyyətin Yer kürəsində təşəkkül tapmasından
bəri, müxtəlif xalqların müasir dövrümüzə gəlib çatan
bir çox adət-ənənələri var ki, indi də vaxtaşırı geniş
qeyd olunur. Qoca tarixin süzgəclərindən süzülə-
süzülə gəlib zəmanəmizin indiki çağına yetən və
müsəlman dünyasında hər il xüsusi coşqu və təntənə
ilə qeyd edilən Novruz Bayramı da sözügedən adət-
ənənələrdən biridir. Fəsillərin tacı olan Yazın gəlişinin
və təbiətin oyanışının müşaiyətilə hər ilimizə eyni
vaxtda qədəm qoyan və məhz bu səbəbdən həm də
Bahar
bayramı
adlanan
Novruzun
əsas
atributlarından birinin od olması və mərasimin tonqal
ətrafında keçirilməsi, onun atəşpərəstlikdən
qaynaqlandığını deməyə əsas verir. Su(Ab), Od
(Ocaq), Yel (Hava) və Torpaq (Yer) çərşənbələrinin
tarixin müxtəlif dönəmlərində özünə uyğun bu və
digər adlarla adlandırılması da, sözügedən arqu-
mentin təsdiqi kimi qəbul edilə bilər. Üstəlik Novruzun
keçirildiyi gündə gecə ilə gündüzün bərabərləşməsi,
həmçinin də illərin dəyişildiyi günün Zaman bayramı
- yəni Yeni il bayramı kimi qeyd edilməsi, onun xrist-
ian dünyasının Yeni il bayramından çox-çox
qədimliyinin göstəricisidir. Yəqindir ki, İslam dini daha
çox humanizm prinsiplərinə əsaslandığına görə,
ondan öncə mövcud olmuş münasib adət-ənənələri,
o cümlədən də Novruz Bayramını qoruyub saxlamış
və inkişaf etdirmişdir
Əsas odur ki, gözəllik, məhəbbət, mərhəmət,
səxavət, təravət, ruzi-bərəkət, çal-çağır və həmrəylik
109
Yaqub Məğrur
Vətən naminə
rəmzi olan Novruz Bayramı mövcudluğunu daha
geniş təmtəraqla indi də davam etdirir. Və bu gün biz
də sözügedən təntənəli mərasimlərdən birinin
iştirakçılarıyıq. Odur ki, mən fürsətdən istifadə edib
bütün xalqımızı Novruz Bayramı münasibətilə
ürəkdən təbrik edir, illər qovuşuğunda həllini gözləyən
problemləriniz tarixə qovuşsun! - deyirəm. Millətimizin
hər bir nümayəndəsinə isə can sağlığı, xoşbəxtlik,
ailə səadəti, ruzi-bərəkət bolluğu, xalqımızın
həmrəyliyində pay sahibi olmağı və növbəti
bayramlarımızı doğma Qarabağda keçirməyi
arzulayıram.
Sonda isə istərdim ki, Novruz Bayramının yurdu-
muza qoyduğu mübarək qədəmləri poeziyanın dili ilə
vəsf edim:
Nur saçaraq aləmə,
Gülür Novruz Bayramı.
Xonça alıb əlinə,
Gəlir Novruz Bayramı.
Onun rəmzi səməni,
Çiçəkləyir çəməni.
Aşıb dağı, dərəni,
Gəlir Novruz Bayramı.
Dolu səbət əlində,
Xoş kəlməsi dilində,
Bir kəhər at belində,
Gəlir Novruz Bayramı.
Tar-qavalla, saz ilə,
Şirni, fındıq, qoz ilə,
Bahar adlı qız ilə,
Gəlir Novruz Bayramı.
Xurma qatır aşına,
Noğul səpir başına.
Sürmə çəkir qaşına,
Gəlir Novruz Bayramı.
Sandığında şan balı,
Kabab dolu manqalı.
Çata-çata tonqalı,
Gəlir Novruz Bayramı.
Yağışlar yağa-yağa,
Gün çıxır sola-sağa.
Can verməyə torpağa
Gəlir Novruz Bayramı.
Gül qovuşur bülbülə,
Cocuqlar gəlir dilə.
Çöhrəsi gülə-gülə
Gəlir Novruz Bayramı.
Yazla gəlir saf hava,
Şəkərbura, paxlava.
Çilləni sova-sova
Gəlir Novruz Bayramı.
Yumurta al qırmızı,
Bulaq dolu yarpızı,
110
Yaqub Məğrur
Vətən naminə
111
Yaqub Məğrur
Vətən naminə
Əridərək xar buzu,
Gəlir Novruz Bayramı.
Fişəngi parthapartda,
Tonqalı çarthaçartda,
Hər iyirmi bir martda
Gəlir Novruz Bayramı.
Şairləri deyişir,
Cəsurları döyüşür.
Qışı Yaza dəyişir,
Gəlir Novruz Bayramı.
Meyxanayla, qəzəllə,
Kosa adlı dəcəllə,
Kəndirbazla, keçəllə,
Gəlir Novruz Bayramı.
Soraq verir Azıxdan,
Səsi gəlir uzaqdan.
Keçib qışdan, sazaqdan,
Gəlir Novruz Bayramı.
SEVINCLƏ SONUCLANMIŞ
BƏD XƏBƏR
Bir gün avtomobillə yol gedərkən, jurnalist
həmkarlarımdan biri mobil telefonuma zəng vurub,
sənətinə və şəxsiyyətinə hörmət bəslədiyim xalq
artisti Arif Quliyevin dünyasını dəyişdiyini bildirdi.
Özümdən asılı olmayaraq avtomobili saxladım.
Cəmisi üç-dörd gün öncə bir məclisdə bərabər
olduğum və çox gümrah gördüyüm Arif müəllimin
dünyasını nədən belə tez dəyişməsi barədə bir xeyli
düşünüb heyfsiləndim.
Birdən ağlıma gəldiyi kimi Arifə zəng etdim.
“Eşidirəm, qardaş!”- deyə dərhal cavab verən Arifin
özünəməxsus səsi məni çox sevindirdi. Ancaq ona
eşitdiyim bəd xəbər haqqında heç nə demədim.
Sadəcə hal-əhval tutub sağollaşdım. Ancaq yol boyu,
sevinclə sonuclanmış bu bəd xəbər xəyallar aləmindən
ayrılmağıma imkan vermədi. İlham Pərilərim isə
qəlbimə dolub bu şeirin yaranmasına səbəb oldu:
Sənin hər çıxışın məzədi, məzə,
Xalqı güldürürsən, yumorla Arif!
Elə gözəl məna verirsən sözə,
Dilində çəkdiyin tumarla Arif!
Efirdə görmüşəm ağlamağını,
Yetim tək sinələr dağlamağını.
İstərəm həmişə çağlamağını,
Bir dərd-sərini də hamarla, Arif!
Səni özlərinin övladı sanan,
On atan çıxıbdı, iyirmi anan.
112
Yaqub Məğrur
Vətən naminə
Dostları ilə paylaş: |