99
Yaqub Məğrur
Vətən naminə
Ömrümdə ilk dəfəydi ki, rahat hiss elədim canı,
Çünki gördüm, vəzifəli iki qohum-əqrabanı.
Gizlin əta eylədilər bəxşeyişlər, hədiyyələr,
Ünvanıma söylədilər inanılmaz mədhiyyələr.
Soruşdular, təki, sənin bu gəlişin xeyir ola,
Haradaydın, nə oldu ki, qəfil çıxdın bizim yola?
Dedim, “timsah tutub boğur, çaydan üzüb keçənləri,
Hətta tez-tez parçalayır, əyilib su içənləri”.
Dedilər ki, “timsah nədir, sizə divan tutsun belə?
Onu tutub məhv edərik, çayda qurub çoxlu tələ.
Sizə kömək eyləyərik, qorxusuz su içmək üçün,
Hətta körpü düzəldərik, çay üstündən keçmək üçün”...
...Oğurluqdan xəbər tutan padşah verdi öz əmrini,
Çəkdirdi dar ağacına anbardarla keşikçini...
...Nə qədər ki, “sənətkarlar” işi icra eylədilər,
Vəhşi aləm boz ulağa kalan tərif söylədilər.
Elə ki, iş yekunlaşdı, hamı yetdi sağ qalmağa,
Ancaq yazıq uzunqulaq yenə batdı toz-torpağa...
PUBLİSİSTİKA
100
Yaqub Məğrur
Vətən naminə
101
Yaqub Məğrur
Vətən naminə
YARALI XAN ÇİNARIM
El içində Azərbaycanın Soçisi kimi şöhrətlənən bir
rayon var idi, Cəbrayıl adlı. Əsasən dünyaca məşhur
yaradıcı ziyalıları, zirvəsi buludlarla bəhsə girən başı
qarlı Ziyarət dağı, yaşı əsrlərlə ölçülən möhtəşəm
Xan Çinarı, saf havası, yaşıl ormanları, sıldırım
qayaları, şır-şır bulaqları və s. ilə məşhur idi bütün
ölkədə. Bura gəzməyə gələn qonaqlar ilk növbədə
Cəbrayıl şəhərinin mərkəzində qərar tutmuş əzəmətli
çinarın qoynuna sığınmış üçmərtəbəli pavilyonun ik-
inci mərtəbəsində kabablanar, sonra isə üçüncü
mərtəbəsində əhaliyə nümunəvi xidmət göstərilən
çayxanaya qalxar, kəklikotu-mixəkli pürrəng çay içə-
içə şəhərin və ulu çinarın keçmişi ilə maraqlanardılar.
Yazın gəlişi şəhəri yaşıllığa qərq edərdi. Tavanları
ağ dəmirlə örtülmüş əsasən iki-üç mərtəbəli evlər bu
yaşıllığın içində demək olar ki, görünməz olardı.
Bütün şəhəri qoynuna almış bu bağ-bağçanın bir
hissəsi Ziyarət dağından süzülüb gələn qar suyu ilə,
bir hissəsi isə Xan Çinarın dibindən möcüzəvi şəkildə
şırhaşırla çıxıb kiçik dağ çayına çevrilən göz yaşı kimi
dupduru, bumbuz su ilə canlanardı. Boyu 35-40
metrə çatan bu çinarın çadar-çadar olmuş gövdəsi isə
o qədər böyük idi ki, görənləri heyrətə salardı. Yerin
on metrlərlə dərinliyinə quylanmış çalın-çarpaz iri
köklər arasından süzülüb gələn diş göynədən kəhriz
suyunu içdikcə adamın ruhu dincələrdi. El-oba içində
ona “Çinar kəhrizi” deyilərdi. Gecələr çinarın yaşıl
yarpaqlarının pıçıltısı suyun şırıltısına qovuşaraq
həzin bir nəğmə yaradardı. Bu səs körpəsinin beşiyi
başında duran ananın laylasına bənzəyərdi.
Axşamlar ulduzların parıltısı suyun üzərinə düşərək
bərq vurardı. Sevgililər burada görüşə çıxar, əhd pey-
man bağlayıb bir-birinə sadiq qalacaqlarına and
içərdilər. Toy mərasimlərində isə gəlini aparan avto-
mobil karvanı öncə bura gələr, bəylə gəlin üç dəfə
çinarın başına fırlanar, ulu çinarın əzəmətindən və
kəhriz suyunun paklığından xeyir-dua alardılar. Bir
nəfər kəhrizin gözündən bir dolça su götürər və “su
aydınlıqdır”-deyə gəlin maşınının arxasınca atardı.
Çünki çinar həmişə Cəbrayıl elinin inanc yeri, piri,
ocağı olub.
Yaxşı yadımdadır, o vaxt ömrünün ahıl çağlarını
yaşayan ağbirçək Həvəzə nənə deyirdi ki, “gözümü
açandan bu çinarı belə görmüşəm. Onun min ilə
yaxın yaşı var. Bir dəfə çinarın suyu qurumuşdu. Bir
həftə olardı ki, şəhər camaatı susuz qalmışdı. Odur
ki, bir yerə toplaşıb şəhər sovetinə getdik və
iradlarımızı bildirdik. Onlar da sağ olsunlar ki, tez bir
zamanda bulağın tutulmuş gözünü təmizlətdirib
kəhrizi bərpa etdilər. Bu şəfalı su yenidən şəhər
sakinlərinə qaytarıldı. Kəhrizi yenidən qız-gəlinlərin
qəh-qəhələri bürüdü”...
Ancaq təəssüflər olsun ki, indi bizim ora nə əlimiz
çatır, nə də ünümüz yetir. Bütün bu gözəlliklər yalnız
xatirələrimizdə yaşayır. Çal-çağırdan uzaq düşüb bu
yerlər. Yəqin ki, xain düşmənin “Qrad” qurğusundan
endirdiyi raket zərbəsiylə ən iri budaqlarından biri
qırılıb yerə düşən Xan Çinarım, sanki qolu qırılmış
yaralı aslan kimi inildəyir undi. Artıq 24-cü ildir ki,
bizlərdən kimsə onun yarasına məlhəm qoya bilmir.
Gözü yollarda qalan çinarın yaşıl yarpaqları arasında
yuva qurmuş qaranquşlar da pərən-pərən düşüb.
102
Yaqub Məğrur
Vətən naminə
103
Yaqub Məğrur
Vətən naminə
Bülbüllərsə yəqin ki, qəm nəğməsini oxuyurlar. Bu
yerdə mənim də qəlbimdən çözələnən nisgilli bir söz
nəğməsi səsini onların səsinə qatır:
...Unuda bilmirəm Xan Çinarımı,
Suyu diş göynədən bulaqlarımı.
Ziyarət, Dağtumas yaylaqlarımı,
İstərəm bir xəbər alım, Cəbrayıl!..
...Sonu çatacaqmı intizarımın,
Bəxti açılarmı könül tarımın,
Söylə, sağalıbmı Xan Çinarımın,
Raketlə vurulan qolu, Cəbrayıl?!..
İndi o bənzərsiz Cəbrayılı, doğma yurd-yuvamı hər
dəfə xatırlayanda içimə axan qanlı göz yaşı qəlbimi
göyür-göyür göynədir. Artıq bir əsrin dörddə birinə
yaxındır ki, o yerlərə gedib çata bilmirik ki, bilmirik.
Yurd itkisi bizim üçün silinməz ləkədir, sağalmaz
dərddir. Uca Allahdan rica edirəm ki, gənc
əsgərlərimizin qəlblərinə təpər, qollarına qüvvət
versin ki, müqəddəs torpaqlarımızı, girovluqda
sızlayan məzarlıqlarımızı düşmən tapdağından azad
edib, bu ləkəni üstümüzdən silə bilsinlər. Mən bu
günə inanıram. İnanıram ki, yadların əliylə “Qordi
düyünü”nə hesablanmış Qarabağ düyünü nəhayət
açılacaq, doğma yurdumun səmasında artıq 24-cü
ildir ki, cövlan edən qara buludlar çəkiləcək və biz də
doğma Cəbrayılımızı, müqəddəs Qarabağımızı,
eləcə də itirilmiş digər torpaqlarımızı ziyarət edə
biləcəyik. İnşallah!..
Dostları ilə paylaş: |