113
Yaqub Məğrur
Vətən naminə
Körpəsin atarmı halına yanan?
Axı böyümüsən bimarla Arif!
Lətifə söyləyib girirsən rola,
Çaş kimi baxırsan gah sağa, sola.
Dostlarla girirsən hərdən qol-qola,
Səhnədə süzürsən xumarla Arif!
Deyirsən, gülüşün səkkiz növü var,
Uğunub gedirlər, sənə baxanlar.
Əhsən söyləyirlər, daim fanatlar,
Sürəkli alqışla, nəmərlə Arif!
Şan-şöhrət qazandın, öz zəhmətinlə,
Haqqa, ədalətə xoş rəğbətinlə.
Bir heykəl ucaltdın, söz-söhbətinlə,
Xalqının qəlbində hünərlə Arif!
TOYUQ-CÜCƏ MAFİYASI
(Felyeton)
Bir qonşum var. Adı Əhməddi. Bəzən çox çərənçi
adam təsiri bağışlasa da, çox maraqlı adamdı.
Əslində Əhmədin peşəsi kinorejissordu. Düzdür, əlli
yaşına çatsa da, heç vaxt ixtisası üzrə işləməyib.
Park direktorluğundan tutmuş futbol məşqçisinə
qədər müxtəlif vəzifələrdə çalışıb. Ancaq bu
yaxınlarda əsas ixtisasına qayıtmaq qərarına gəlib.
Özü də nə az, nə çox, dedektiv kino çəkmək istəyir.
Arvad-uşaq, dost-tanış nə qədər onu bu fikrindən
daşındırmaq istəsələr də, buna nail ola bilməyiblər.
Nə isə, biz də sonda naçar qalıb dedik ki, “ay
Əhməd, eybi yox, çək bu kinonu, görək nə olur!
Ancaq bu işi yerinə yetirmək üçün sponsor lazımdı
axı.” O isə dedi ki, “sponsor var, bu, problem deyil.
Amma kinonu çəkmək üçün əsas məsələ ssenaridi.
Çünki filmin maraqlı süjet xətti olmalıdı”. Qardaş, o
gündən başladıq ssenari axtarmağa. Təbii ki, tanış
insanlardan - hüquqşünaslardan, təhqiqatçılardan,
müstəntiqlərdən və məhkəmə hakimlərindən
ölkəmizdə olub-keçmiş kriminal hadisələrlə, maraqlı
məhkəmə işləri ilə bağlı məlumatlar əldə etmək üçün
çox çalışdıq. Mövzu üçün elə şeylər topladıq ki, hətta
HOLLİVUD özü də bununçün sino gedər. Məsələn,
ötən əsrin sonlarında Aran bölgələrində toyuq-cücə
mafiyası fəaliyyət göstərib. Təəccüblənməyin,
mən silah mafiyası, orqan mafiyası, narkomafiya
barədə çox eşitmişdim. Amma toyuq-cücə
mafiyasının olduğunu isə heç ağlıma da
gətirməzdim.
114
Yaqub Məğrur
Vətən naminə
115
Yaqub Məğrur
Vətən naminə
Deməli, hadisə belə olub. Səksəninci illərdə
sözügedən bölgələrin bir cox kəndlərində sakinlərə
məxsus toyuqlar kütləvi surətdə yoxa çıxmağa
başlayır. Əlbəttə, camaat elə bilir ki, toyuqları
“soyqırım”a məruz qoyan ya çaqqaldır, ya da tülkü.
Amma sonra başa düşürlər ki, bu, vəhşi heyvan işinə
oxşamır. Tülkü-çaqqal bir dənə yeyər, beş dənə yeyər
və nəhayət ki, doyar. Bunlar isə nə canlıdırlarsa, doy-
murlar ki, doymurlar. Apardıqları isə izsiz-tozsuz yoxa
çıxır, sanki dibi olmayan quyuya düşürlər. Bu
səbəbdən də şübhələr artmağa başlayır.
Bu arada camaat görürlər ki, kənddə avara kimi
tanınan qonşular - Qarabala, Şərabqulu, Kəmfürsət,
Dilbilməz, Boynuyoğun və Soğanverdi günü-gündən
kökəlirlər. Yanaqlarından da ki, qan damır. Heç yerdə
işləməyə-işləməyə ciblərində pullar lambada oynayır.
Bir də ki, onların kənd mağazasından qadın corabları,
yəni kapron corablar almaları da görənlərin
diqqətindən yayınmır. Sonradan oğurluq baş verən
bir hadisədə təsadüfən işin üstü açılır. Sən demə bu
vələduznalar əməlli-başlı “banda” yaradıbır. İdeyanı
Qarabala verib. Banda üçün nə lazımdırsa, əldə ol-
unub. Avtomobil, silah, tanınmamaq üçün başa
keçirilən kapron corab və s.
Əvvəlcə “banda” üzvləri Qarabalanın nə
planladığını anlamayıblar. Elə düşünüblər ki, yəqin
kassa-zad yarmağa gedəcəklər. Lakin Qarabala
nəhayət, onlara qandırıb ki, gecə Fərmayıl kişinin
hininə toyuq-cücə oğurlamağa hazırlaşır. Bu zaman
Dilbilməz Qarabalanın başına iki əlli qapaz vurub
deyir ki, “başın xarab olu...b, toyuq-cücə
oğurlayacağıqsa, daha bu silah-sursatı, maskanı
neynirik? Fərmayıl kişinin xoruzunu qorxudacağıq?
Hində kimdi bizi tanıyan?”
Qarabala özünü o yerə qoymur və hırıldaya-
hırıldaya deyir ki, “qaqa, nə fərqi var ki, bankı
yarırsan, ya toyuq-cücə hinini? O da cinayətdi, bu da.
Cinayətkarın isə özünəməxsus vid-fasonu olmalıdı.
Maska və silah bizim imicimizdi.”
Avara qonşular işlərinin mafiya qaydası ilə
getməsi üçün özlərinə ləqəb də seçirlər: Cin Qara-
bala, Şeytan Şərabqulu, Arıq Kəmfürsət, Zırpı
Dilbilməz, Dəli Boynuyoğun, Quşbaz Soğanverdi. Bu
altılıq iki yerə bölünüb, uzun müddət kəndlərdə olan
toyuq-cücələrin “analarını ağladırlar”. Ancaq bir gün
kəndlərin birində yaman pis ilişirlər. Kənd camaatı
onları şil-küt eləyərək elə bir günə salırlar ki,
“bandit”lər suda pörşələnmiş yoluq toyuq-cücəyə
çevrilirlər. Onların vəziyyətləri o qədər acınacaqlı olur
ki, hətta zərər çəkən insanların bu gicbəsərlərə
yazıqları gəlir. Odur ki, başıbəlalı “mafioz”ların
üzlərinə tüpürür və arxalarına təpik vurub kənddən
qovurlar.
Əlqərəz, Əhməd bu əhvalatı eşidəndə qəşş eləyib
gülür və deyir ki, ”əşi, film üçün bundan maraqlı süjet
ola bilməz. Bu kino beynəlxalq Kann festivalında bir-
inci yeri tutmasa mənə lənət!”.
İndi artıq kinonun çəkilişləri başlayıb. İlk kadrlar
da hazırdı. Lakin Əhmədi bir fikir götürüb ki, birdən
film mükafat alsa və şayət “banda” üzvləri kinoda
özlərini görüb tanısalar, görəsən gəlib mız
qoymazlarmı? Hər halda necə olsa da, “kişilər
mafiozdular” axı. Hətta yoluq “xoruz” olsalar da
belə...
116
Yaqub Məğrur
Vətən naminə
Dostları ilə paylaş: |