Notarial qaydada
İşə yarıyandı o.
(Rəşadət Əsgərli)
* * *
Əvvəl xidmət edirdi,
Neft-qaz nemətinə.
İndi rəhbərlik edir,
Xalqın su sərvətinə.
(Qorxmaz Hüseynli)
* * *
Bir zamanlar olub o,
“Xəbərçi”nin yavəri.
“Azərsu”da işləyir,
Mətbuatın rəhbəri.
(Anar Cəbrayıllı)
* * *
Hakim kimi çalışır,
Məhkəmə beşiyində.
Sədaqətlə dayanır,
Qanunun keşiyində.
(Əli Rüstəmov)
* * *
Elm ilə bir çağlayır,
Onun alim ürəyi.
Təhsillə də bağlayır,
Öz həmkarlıq köməyin.
(İ. e. doktoru, professor İsa Alıyev)
* * *
156
Yaqub Məğrur
Vətən naminə
157
Yaqub Məğrur
Vətən naminə
Əvvəl rəhbərlik edib,
Milli bank şöbəsinə.
Cəbrayılda yüksəlib,
Başçı vəzifəsinə.
(Kamal Həsənov)
* * *
O, çoxdandır çalışır,
Rayon rəhbərliyində.
İlləri bir-bir aşır,
YAP-ın sədrliyində.
(Arif Fərzəliyev)
* * *
Onun həkim amalı
Xalqına xidmət olub.
Səhiyyədə kamalı
Ömrünə qismət olub.
(Hüseyn Əhmədov)
* * *
Tibbi komissiyada
Xidmət edir xalqına.
Sadiqdir missiyada
Hippokratın andına.
(Ərkinaz Məmmədova)
* * *
Həyatında o, bir-bir
Keçib vəzifələri.
İndi isə işləyir,
“Kapitalbank” müdiri.
(Təvəkkül Qarayev)
* * *
Vardır iç dünyasının
Özünəməxsus nuru.
O, baş prokurorluğun
Şöbə prokuroru.
(Nuraləm Bayramov)
* * *
İcra başçısı olub,
O, öz fərasətiylə.
El-obası fəxr edir,
Xalqina xidmətiylə.
(Əziz Əzizov)
* * *
Tədqiqatçı alimtək
Çalışır çoxdan bəri.
Mətbuat sahəsində
Vardır xüsusi yeri.
(Çapar Kazımlı)
* * *
Daim qətiyyətlidir,
Xalqa sədaqətində.
Müavinlik eyləyir,
İcra hakimiyyətində.
(Faiq Kərimov)
* * *
Fikirləşdim görəsən,
Nə yazım mən Cövdətə?
“Qaçqınkom”da ürəkdən
Xidmət edir millətə.
(Cövdət Mehtixanlı)
* * *
158
Yaqub Məğrur
Vətən naminə
159
Yaqub Məğrur
Vətən naminə
Ulu şair isminin
Daşıyıcısıdır o.
Məcburi köçkünlərin
Başı ucasıdır o.
(Şəhriyar Əliyev)
* * *
Pillə-pillə yüksəlir,
Öz halal əməyiylə.
Xalqına xidmət edir,
O, sadə ürəyiylə.
(Əli Ağakişiyev)
* * *
“Qaçqın” komitəsində
Yüksək vəzifəsi var.
Dövlətə xidmətində
Xüsusi həvəsi var.
(Ələddin Məmmədov)
* * *
Dosta qalmaz biganə,
Haqq yolunda oyaqdı.
O, hər qaçqın-köçkünə,
Çətin gündə dayaqdı.
(Bəyverdi Novruzov)
* * *
Daim dostum, qardaşım
Söyləyirdi o, mənə.
Vəzifəsi böyüdü,
Çevrildi tam tərsinə.
(Bəxtiyar Məhərrəmov)
* * *
Məmur kimi icrada,
Məsul işi, çini var.
İncidiyi insana
Səngiməyən kini var.
(Bahadur Nurullayev)
* * *
Sosial müdafiə
Fondunun rəhbəridi.
Əhalinin qeydinə
Qalan saf məhvəridi.
(Aqil Füyzullayev)
* * *
Öz işində yetişib,
Gənc mütəxəssis kimi.
Artıq onu tanıyır,
Bütün təhsil sistemi.
(Aydın Bəy İşli)
* * *
Arxasında durmağa
Dostlar axın-axındı.
İstədiyi zirvəyə ,
Çatmağa çox yaxındı.
(Adəm Dostuçox)
160
Yaqub Məğrur
Vətən naminə
161
Yaqub Məğrur
Vətən naminə
* * *
Qoca müəllimlərin,
Bitib yaş məhdudluğu.
Ancaq saxta yollarla,
Davam edir “qulluğu”.
(Əli, Vəli, Pirvəli, ...)
* * *
Direktoru işləyir,
O, bir orta məktəbin.
Millətinə eyləyir,
Pedaqoji xidmətin.
(Şəlalə Hüseynova)
* * *
Sözlə çıxır direktor,
Müəllimlə “döyüş”ə
Çatdıra bilməyəndə,
Əl atır tez “söyüş”ə.
(Şahid Allahsız)
* * *
Fitnə-fəsad salsa da,
Başından tökür xalıq.
Ancaq müdir olsa da,
O, nə ətdir, nə balıq.
(Vahidə Kəsənzadə)
* * *
Xeyir-şərdə çox oldu,
El-obanın gərəyi.
Dostları ilə paylaş: |