Şirin dillə tovlayır,
Tamahkarı kələkbaz.
(Pulgir Rəhimsiz)
* * *
Yükü olsa da ağır,
Ruhundadı çal-çağır.
Dostlarını görəndə,
Üzündən sevinc yağır.
(Ramin Biləsuvarlı)
* * *
Ədalətli olur o,
Çox vaxt haqlı olur o.
Çətin gündə dostların,
Qayğısına qalır o.
(Pərviz Biləsuvarlı)
* * *
Arağı su sanır o,
Az içəndə yanır o.
Əhvalını soruşsan,
Vurmağını danır o.
(Şərabqulu Kefikök)
* * *
Düz ad deyil gədəbəy,
Qaz yerişli, həm də səy.
Özü müdir olsa da,
Nə ağadır, nə də bəy.
(Dığasəy Polisli)
138
Yaqub Məğrur
Vətən naminə
139
Yaqub Məğrur
Vətən naminə
* * *
Kişi qorxmaz hədədən,
Əhval qalxar mədədən.
Görən, milyon verilsə,
Bəy olarmı gədədən?
(Qarabala Şərəfiyox)
* * *
Böhtan ataraq kəsir,
Haqqın yolunu qəsdən.
Susdurmaqçün hər kəsi,
Keçirir şəxsi “test”dən.
(Xəstə Şəratanlı)
* * *
Biclik olub rişəsi,
Yaranmaqdır nəşəsi.
Rəisin kölgəsində,
Yaltaqlıqdır peşəsi.
(Qunduz Axşamzadə)
* * *
Ağzında yal gəzdirir,
Belində mal gəzdirir.
Əllərində aftafa,
Sabun, dəsmal gəzdirir.
(Tulabaş Dilənçisoy)
* * *
Ustaddan dərs alıb o,
Qayğılara qalıb o.
Saxtakarı qələmlə,
Vəlvələyə salıb o.
(Kamal Mirzə)
* * *
Vəzifəli bir azər,
Əmr verdi sərasər.
Müftə yeməkdən oldu,
Eni-boyu bərabər.
(Armudqulu Ayıyeyənlı)
* * *
O, bənzəmir liderə,
Qiymət vermir qədirə.
Təmənna hesabına,
Çevrilibdi müdirə.
(Malidə Həsənli)
* * *
Elmi həddən ziyada,
Ellər gəzir piyada.
Qırx beş yaşı olsa da,
Subaydır bu dünyada.
(Şakir Əlifoğlu)
* * *
Xəyallarda süzəndi,
Qələmiylə gəzəndi.
Soruşsanız kimdir o,
Sıraya söz düzəndi.
(Nazim Tapdıqoğlu)
140
Yaqub Məğrur
Vətən naminə
141
Yaqub Məğrur
Vətən naminə
* * *
Sevgi gəzir yuxuda,
Hərdən görür Nuhu da.
Əlli yaşda çürüyür,
Subaylıqda ruhu da.
(Ehtiyat Tədbirli)
* * *
Fırıldaqda tayı yox,
Qurbanının sayı çox.
Lap yekəpər olsa da,
İnsanlıqda payı yox.
(Sapalan Məmməşli)
* * *
Ona-buna atandı,
Məqsədinə çatandı.
Bircə kilo fındığa,
Ətrafını satandı.
(Yafiq Tirimoğlu)
* * *
Şeytanlıq idi işi,
Natəmizdi keçmişi.
Cinsi kişi olsa da,
Heç kim saymayıb kişi.
(Barak Dərdili)
* * *
Özün saldı nəzərə,
Ki, hiyləsi közərə.
Allah lənət eylədi,
Saxta dindar Azərə.
(Tazər Allahsız)
* * *
Özü gombul, səsi cır,
Sanki molla-qazıdır.
Bircə qarın yeməyə,
Can verməyə razıdır.
(Yafiz Qarınqulu)
* * *
Burnu uzun, pelədi,
Sümbül qıran dələdi.
Bir keçi qiymətinə,
Dostu satan kölədi.
(Lülə Yezidqızı)
* * *
Qane olmadı aza,
Düçar oldu bir “paz”a.
Tamahı ucbatından,
Özü getdi güdaza.
(Acgöz Pulsevən)
* * *
Yaxşı nəmər salandı,
Dost qeydinə qalandı.
Onun haqda deyilmiş,
Söz-söhbətlər yalandı.
(Mehriban Heydərli)
142
Yaqub Məğrur
Vətən naminə
143
Yaqub Məğrur
Vətən naminə
* * *
Vardır yüksək ədası,
Canlar alır qadası.
Ona söz demək olmur,
Ucadı səs-sədası.
(Məlahət Matanlı)
* * *
Yandırır naz-qəmzəsi,
Vardır incə-bəm səsi.
Onu qıcıqlandırır,
Riyakarlar dəstəsi.
(Nara Narxanım)
* * *
Mahnı bəstələyir o,
Çiçək dəstələyir o.
Ona nəsə deyəndə,
Səslə üstələyir o.
(Höcət Əlibəyli)
* * *
Poçt işini biləndi,
Daim kara gələndi.
Dəyərli fikirləri,
Yazarlarla böləndi.
(Lətifə Poçtalı)
* * *
O, itirmir haqları,
Rədd edir nifaqları.
Dostları ilə paylaş: |