«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir”



Yüklə 2,89 Mb.
səhifə15/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

«Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir”».

Yəhudilər dedilər: «Bizə çox elm verilib. Bizə Tövrat verilib. Kimə Tövrat verilmişsə, ona çoxlu xeyr veril­miş­dir!» Odur ki, bu ayə nazil oldu:


ﭽ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﭼ
«De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtar­madan öncə dənizin suyu qurtarardı”».127

Bu hədis «həsən, səhih, ğərib»dir.

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 255), ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 155) və Hakim «Mus­tədrək» əsərində (2-ci cild, səh. 531) rə­va­yət etmişlər.

İbn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 60) birinci hədisi izah edərkən demişdir: «Baxmayaraq ki, bu surə Məkkə su­rəsi hesab olunur, lakin hədisdən görünür ki, Mədinədəki yəhudilər Pey­ğəmbərdən  ruh barəsində soruşmuş və bu ayə orada nazil ol­muşdur. Bu anlaşılmazlığın cavabı odur ki, ayə bir dəfə Mək­kədə, bir dəfə də Mədinədə nazil ol­muş­dur. Yaxud da bu ayə on­ların sualına cavab olaraq nazil ol­muşdur».



Uca Allah buyurur:
ﭽ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ
«De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut»

(110-cu ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 19) demişdir: «İbn Abbas (r.a)
ﭽ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﭼ
«Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl…» ayəsi ba­rədə demişdir: «Bu ayə İslamın əvvəllərin­də, Peyğəmbər  Məkkədə gizli dəvət apararkən nazil olmuşdur. O, səha­bə­lə­ri ilə birlikdə namaz qıldığı zaman Quranı uca səslə oxuyar­dı. Müşriklər də bunu eşitdikdə həm Qu­ranı, həm onu na­zil edəni, həm də onu gətirəni söyərdilər. Uca Allah da Pey­ğəm­bərinə  bu ayəni nazil etdi:
ﭽ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ
«Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (4-cü cild, səh. 165), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 139), Nəsai «Sü­nən» əsərində (2-ci cild, səh. 138), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 23, 215), ibn Cərir «Təf­sir»ində (15-ci cild, səh. 184-186), Əhməd ibn Məniy' (ibn Həcərin «Mətalibul Aliyə» əsərində (səh. 441) qeyd olun­du­ğu kimi), Bəzzar «Müsnəd» əsərində və ibn Hişam «Si­ra» əsərində (1-ci cild, səh. 314) rəvayət etmişlər.

Buxari «Səhih» əsərində (10-cu cild, səh. 20), Muslim «Səhih» əsərində (4-cü cild, səh. 165) və ibn Cərir «Təf­sir»ində (15-ci cild, səh. 183) bu hədisi istinad edərək Aişə­dən (r.a) rəvayət etmiş və ayənin Peyğəm­bər  dua edərkən nazil olduunu qeyd etmişlər.

Tirmizi bu hədisi Huşeymdən iki isnadla (ibn Abbasdan (r.a)) rəvayət etmiş və demiş­dir: «Bu hədisin hər iki isnadı «həsən-sə­hih»dir.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində demişdir: «İbn Abbas (r.a) və Aişədən (r.a) rəvayət olunan hər iki hədisin ravilərinin ha­mısı Buxari və Muslimin istinad etdiyi ravi­lər­dir».

İbn Cərir «Təfsir»ində (15-ci cild, səh. 185) demişdir: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  namaz qıldı­ğı zaman Quranı uca səslə oxuyardı. Müşriklər ona qulaq asmayaraq dağılıb getdikdə, içərilərindən bir kişi oğrun-oğ­run ona qulaq asardı. O görəndə ki, müşriklər onun Pey­ğəmbə­ri  dinlədiyini başa düşüb ona əziyyət verə­cəklər, qorxusundan dərhal oradan uzaq­laşardı. Peyğəmbər  Qu­ranı yavaş səslə oxu­duqda isə ona qulaq asmaq istəyənlər heç nə eşitmirdilər. Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ
«Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut».

Bu iki hədis arasında heç bir ziddiyyət yoxdur. Ola bilsin ki, müşriklər həm Quranı, həm onu nazil Edəni, həm də onu gətirəni söyür və həmçinin ona qulaq asana əziyyət verirdilər. Həmçinin Uca Allah: «namaz qılarkən»- dedikdə, təşəhhüddə dua edərkən də nəzərdə tutula bilər. Necə ki, ibn Cərir bunu «Təfsir»ində (15-ci cild, səh. 187) rəvayət etmiş­dir. Daha doğru­sunu isə Allah bilir.


Məryəm surəsi
Uca Allah buyurur:
ﭽ ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﭼ
«Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların ara­sın­da nə varsa, Ona məxsusdur. Rəb­bin unudan deyildir”».

(64-cü ayə)

Buxari «Səhih» əsərində (10-cu cild, səh. 43) demişdir: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  Cəbrailə : «Bizi daha çox ziyarət etməyə sənə nə mane olur?»- dedi və Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔﰕ ﭼ
«Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların ara­sın­da nə varsa, Ona məxsusdur...”».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (17-ci cild, səh. 217), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 145), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 231, 357), ibn Cərir «Təf­sir»ində (16-cı cild, səh. 103) və Hakim «Mus­təd­rək» əsərində (2-ci cild, səh. 611) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭼ
«Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”- deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə al­mış­dır? Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıraca­ğıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələ­cəkdir».

(77-80-cı ayələr)
Buxari «Səhih» əsərində (5-ci cild, səh. 221) demişdir: «Xəbbab ibn əl-Ərat (r.a) rəvayət edir ki, mən cahiliyyə dövründə dəmirçi idim. As ibn Vailin (ona qılınc düzəlt­di­yim üçün) mənə borcu var idi. Mən gəlib ondan borcumu istədikdə o dedi: «Məhəmmədə küfr etməyənə qədər sə­nin borcunu ödəməyəcəyəm». Mən: «Allah səni öldürüb, sonra diriltməyincə mən ona küfr etmərəm»128- dedikdə o: «Əgər mən öldükdən sonra dirilsəm, mənə mütləq mal-dövlət və övlad verilə­cəkdir. Elə isə məni rahat burax, o zaman sənin borcunu ödəyə­cəm»- dedi və Uca Allah da bu ayəni nazil etdi:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭼ


«Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”- deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə al­mış­dır?»

Buxari bu hədisi həmçinin «Səhih» əsərində (5-ci cild, səh. 359; 10-cu cild, səh. 44-46), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 138), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 146), Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 111), Təyalisi «Sünən» əsərində (2-ci cild, səh. 21), ibn Səd «Tə­bəqat» əsərində (3-cü cild, səh. 116), ibn Cərir «Təfsir»ində (16-cı cild, səh. 121) və Təbərani «Mucəmul-Kəbir» əsərində (4-cü cild, səh. 77) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.
Əl-Ənbiya surəsi
Uca Allah buyurur:
ﭽ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭼ
«Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar. Onlar onun uğultusunu belə eşitməyəcəklər. Onlar ürəklərinin istə­diyi şeylər arasında əbədi qalacaqlar».

(101-102-ci ayələr)

Təhavi «Muşkilul-Əsar» əsərində (1-ci cild, səh. 431) de­mişdir: «İbn Abbas (r.a) rəvayət edir ki, Uca Allahın ki­ta­bında bir ayə var ki, insanlar onun barə­sində məndən heç nə so­ruşmurlar. Bilmirəm onlar bu ayəni bil­diklərinə görəmi so­ruşmurlar?» Ondan: «O hansı ayədir»- deyə so­ruş­duqda, o dedi:


ﭽ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﭼ
«Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cə­hənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz»129 ayə­si nazil olduqda Məkkə əhli təhqir olunduq­larını düşünüb de­dilər: «Məhəmməd bizim tanrıları söydü». İbn əz-Zəbəri onların yanına gəlib: «Sizə nə olub?»- deyə soruşdu. Onlar dedilər: «Məhəmməd bizim tanrıları söydü». O: «Nə de­di?»- deyə soruşduqda onlar: «O
ﭽ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﭼ
«Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz» - deyir. O dedi: «Onu Mənim yanıma çağı­rın». Mə­həmməd  onun yanına gəldikdə o dedi: «Ey Məhəm­məd! Bu dedik­lə­rin xüsusən bizim ilahilərimizə aiddir, yoxsa Allahdan baş­qa ibadət olunan hər şeyə şamil edi­lir?» Pey­ğəmbər  dedi: «Əksinə, bu ayə Allah­dan başqa ibadət olu­nan hər bir şeyə şamil edilir». O dedi: «Biz ona qalib gəldik! Ey Məhəm­məd! Səni and verirəm bu evin Rəbbinə! De görək İsa, Üzeyr və mələklər əməlisa­leh qullar deyillərmi?» Pey­ğəm­bər : «Əlbəttə (əməlisa­leh qullardır)!» - deyə cavab ver­dikdə o dedi: «Nəsranilər İsaya, yəhudilər Üzeyirə və bənu Məlih də mələklərə ibadət edir». Məkkə əhli sevinclə gül­dü və bu ayə nazil oldu:
ﭽ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﭼ
«Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar ….». Sonra da bu ayə nazil oldu:
ﭽ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﭼ
«Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevinc­dən güldü»130 - hay-küy saldılar.

Bu hədisi həmçinin Təhavi «Muşkilul-Əsar» əsərində (1-ci cild, səh. 431-432), Təbərani «Mucəmul-Kəbir» əsərində (12-ci cild, səh. 153) Xətib əl-Bəğdadi «Fiqh və Mutə­fəq­qih» əsərində (səh. 70) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 384) rəvayət etmişlər. Beləliklə bu hədis «Səhih li-ğeyrihi» hesab olunur.


Əl-Həcc surəsi
Uca Allah buyurur:
ﭽ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ
«Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir».

(19-cu ayə)
Buxari «Səhih» əsərində (8-ci cild, səh. 298) demişdir: «Əbu Zərr (r.a) rəvayət edir ki,

ﭽ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﭼ الآية


«Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir.. ayəsi Qüreyş qəbiləsindən olan altı kişi - Əli (r.a), Həmzə (r.a), Ubeydə ibn əl-Haris (r.a), Şeybə ibn Rəbiə, Ütbə ibn Rəbiə və Vəlid ibn Ütbə - barəsində nazil ol­muşdur».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 59), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 166), ibn Macə «Sü­nən» əsərində (2835-ci hədis), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 21), ibn Səd «Təbəqat» əsərində (2-ci cild, səh. 10), ibn Cərir «Təfsir»ində (17-ci cild, səh. 131) və Təbərani «Mucəmul-Kəbir» əsərində (3-cü cild, səh. 164) rəvayət etmişlər.

Buxari başqa rəvayətində (8-ci cild, səh. 299) demişdir: «Əli (r.a) belə demişdir: «Qiyamət günü mən Rəhmanın hü­zurunda (müşriklərlə) mühakimə olmaq üçün ilk diz çökən kimsə olacağam»».

Hədisin isnadında olan ravilərdən biri, Qeys belə de­miş­dir: «Allahın


ﭽ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﭼ الآية
«Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir.. ayəsi Bədr döyüşündə mübari­zə aparan (bir-birilə təkbətək vuruşan) Əli (r.a), Həmzə (r.a), Ubeydə ibn əl-Haris (r.a), Şeybə ibn Rəbiə, Ütbə ibn Rəbiə və Vəlid ibn Ütbə barəsində nazil olmuşdur. (Belə ki, Həmzə (r.a) Ütbə ibn Rəbiə ilə, Əli (r.a) Şeybə ibn Rəbiə ilə, Ubeydə ibn əl-Haris (r.a) isə Vəlid ibn Ütbə ilə təkbətək döyüşdü.131 )
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭼ
«Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vu­ruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qa­dirdir».

(39-cu ayə)
Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 216) demiş­dir: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  Məkkədən çıxdığı zaman Əbu Bəkr (r.a) dedi: «Onlar Peyğəmbəri  öz yur­dundan çıxartdılar. Biz Allahın bəndələriyik və Onun hüzuruna qayıdacağıq. Onlar mütləq həlak olacaqlar». Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭼ
«Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vu­ruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qa­dirdir». - bu ayədən məlum oldu ki, döyüş ola­caq.

Bu hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 151), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 3) ibn Cərir «Təf­sir»ində (7-ci cild, səh. 172) və Təbərani «Mu­cəm» əsərində, ibn Hibban (Heysəminin «Məvariduz-Za­man» əsərində qeyd olundu­ğu kimi), ibn Əbi Hatim «Təf­sir»ində (ibn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 225) qeyd olunduğu kimi) və Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 66, 246, 390; 3-cü cild, səh. 7) rəvayət et­mişlər.

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə uyğun oldu­ğunu demiş, Zəhəbi isə bu haqda susmuşdur.

Sonra Tirmizinin «Sünən» əsərindən (5-ci cild, səh. 325) mənə mə­lum oldu ki, hədisin isnadı «mürsəl»dir. İbn Cərir isə «Təf­sir»ində (17-ci cild, səh. 172) bu hədisi «məvsul» isnadla Qeys ibn Rəbiəyə istinad edərək rə­vayət etmişdir. O isə «daif» ravidir.

Hakim «Mustədrək» əsərində (3-cü cild, səh. 7) bu hədi­si rəva­yət etmişdir. Lakin məlumdur ki, onun rəvayətlərində xətalar çoxdur. Sonra mən Daraqutninin «İləl» əsərində (1-ci cild, səh. 214) onun bu hədisi «məvsul» isnadla rəvayət etdiyini gördüm. Lakin bu rəvayətdə də ixtilaf olduğu mənə bəlli olduqdan sonra deyə bilərəm ki, hədisin isnadının «mürsəl» olması rəyi daha üs­tündür. Daha doğrusunu isə Allah bilir.


Əl-Muminun surəsi
Uca Allah buyurur:
ﭽ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭼ
«Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar.»

(76-cı ayə)
İbn Cərir «Təfsir»ində (18-ci cild, səh. 45) demişdir: «İbn Abbas (r.a) rəvayət edir ki, Əbu Süfyan Peyğəmbərin  yanına gəlib dedi: «Ey Məhəmməd! Səni Allaha və qo­humluq əlaqəsinə and veri­rəm! De görək yediyimiz ilhiz (dəri və qan) barəsində nə deyə bilərsən. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭼ
«Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə bo­yun əymədilər, Ona yalvarıb-yaxarmadılar.»

Məhəmməd ibn Humeyd ər-Razidən başqa bu hədisin isna­dında olan ravilərin hamısı «siqa» ravilərdir. Məhəm­məd ibn Humeydə gəlincə o, «daif» ravidir.

Lakin bu hədisi ibn Əbi Hatim və Nəsai (ibn Kəsirin «Təf­­sir»ində (3-cü cild, səh. 251) qeyd olunduğu kimi), ibn Hibban «Səhih» əsərində (2-ci cild, səh. 226), Hakim «Mus­tədrək» əsərin­də (2-ci cild, səh. 394) və Vahidi «Əsbabun-Nüzul» əsərində rəva­yət etmişlər. Hakim bu hədisi «səhih» hesab etmiş, Zəhəbi də bu­nu təsdiqlə­mişdir. Bütün bu is­nad­larla birlikdə hədis «səhih li-ğeyrihi» hesab olunur. Daha doğrusunu isə Allah bilir!
Ən-Nur surəsi
Uca Allah buyurur:
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﭼ
«Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müş­rik bir kişiyə ərə gedə bi­lər. Möminlərə isə bu, haram edilmişdir».

(3-cü ayə)
Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 152) demişdir: «Amr ibn Şueyb atasından, o da baba­sından rəvayət edir ki, Mərsəd ibn əbi Mərsəd adlı bir kişi əsirləri Məkkədən Mə­dinəyə aparırdı. Bu kişinin Məkkədə Ənaq adlı əxlaqsız bir qadın tanışı var idi. Bir dəfə o, Məkkədə olan əsirlərdən bi­rini Mədinəyə aparmağa söz verdi. Mərsəd deyir ki, o, aylı bir gecədə Məkkədəki divarlardan birinin kölgəsində otu­rub onu (əsiri) gözləyirdi. Bu vaxt Ənaq gəldi və divarın dibin­də­ki qaraltıya nəzər saldı. Sonra yaxınlaşıb məni tanıdı və dedi: «Mər­səd, bu sənsən?» Mən dedim: «Bəli, mənəm!» O dedi: «Xoş gör­dük. Gedək bir gecə bizdə qal». Mən dedim: «Ey Ənaq, Allah zinanı haram etdi!» Bu zaman Ənaq: «Ey şəhər əhli! Bu kişi sizin əsirlərinizi qaçırır!»- deyib qışqırdı. Onlardan səkkiz nəfər məni təqib etməyə başladı. Mən gəlib «Xəndəmə» deyilən yerə çatdım və oradakı mağaraya daxil oldum. Onlar gəlib məni axtarmağa başladılar. Allah onların gözlərini bağladı və onlar məni görmədi­lər. Onlar çıxıb get­dikdən sonra mən söz verdiyim adamın yanına gəlib onu apardım. Əzxərə gəlib çatdıqda ona vurulmuş qandalla­rı aç­dım. Mən onu çox çətinliklə gətirib Mədinəyə çat­dırdım və sonra Peyğəmbərin  yanına gəlib dedim: «Ey Allahın el­çi­si, məni Ənaqla evləndir!» O susdu və mənə heç bir cavab vermədi. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﭼ
«Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müş­rik bir kişiyə ərə gedə bi­lər...». Peyğəmbər  bu ayəni mənə oxuyub dedi: «Onunla evlənmə!»

Bu hədis «həsən, ğərib»dir.

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 176), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 54), ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 71) və Hakim «Mus­tədrək» əsərində (2-ci cild, səh. 166) rəvayət etmişlər.

İbn Cəririn rəvayət etdiyi isnadda «mübhəm» ravi vardır.

Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də onu təsdiqləmişdir.
Uca Allah buyurur:
ﭽ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﭼ
«Arvadlarını zinada günahlandırıb özlərindən başqa şa­hid­ləri ol­mayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şa­hid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlar­dandırsa, Allah ona lənət eləsin!”- deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- deməlidir».

(6-9-cu ayələr)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 64) demişdir: «Səhl ibn Səd (r.a) rəvayət edir ki, (Bənu İclan tayfasından olan) Uveymir (r.a) tayfa başçısı olan Asim ibn Adiyin (r.a) yanına gəlib dedi: «Bir kişi öz qadınını baş­qa bir kişi ilə zi­na edərkən tutsa, nə etməlidir? O həmən kişini öl­dürməli, siz də onu öldürməlisiniz? Yoxsa bunun başqa bir yolu var? Bu barədə mənə aydınlıq gətirmək üçün bunu Allahın elçi­sindən soruş». Asim (r.a) Peyğəmbərin  yanına gəlib: «Ey Allahın elçisi!»- deyərək bu barədə ondan soruşdu, la­kin bu suallar Peyğəmbərin xoşuna gəlmədi. Uveymir (r.a) bunun cavabını Asimdən (r.a) soruşduq­da o dedi: «Həqiqətən, bu sual­lar Peyğəmbərin xoşuna gəlmədi və bunu çox pis əməl saydı!» Uveymir (r.a) : «Allaha and olsun ki, gedib özüm bu barədə Pey­ğəmbərdən  soru­şacağam!» - deyib onun yanı­na getdi. O, Asimə (r.a) verdiyi sualları Peyğəmbərə  ver­dikdə o dedi: «Artıq Allah sənin və zövcənin barəsində ayə nazil etdi!». Sonra o onlara Allahın kitabında oldu­ğu kimi132 lənətləşməyi133 əmr etdi. Onlar Peyğəmbərin  əmrini ye­rinə yetirdikdən sonra o: «Ey Allahın elçisi! Mən onu boşa­ma­sam, ona zülm etmiş olaram»- deyib onu boşadı. Bundan sonra bu hökm sünnə olaraq hər bir lənətləşən ər-arvada tətbiq olundu. Sonra Peyğəmbər  dedi: «Əgər doğulacaq uşaq qara dərili, gözləri qara, iri yanlı və kök baldırlı olarsa, mən Uveymi­rin haqlı olduğunu hesab edərəm. Yox, əgər uşaq qırmızı dərili, cılız doğulmuş olarsa, mən Uveymirin öz zövcəsi­nə böh­tan və iftira atdığını sanaram».

Sonra qadın Peyğəmbərin təsvir etdiyi şəkildə olan və Uvey­mirin (r.a) haqlı olduğunu sübut edən bir uşaq dünyaya gətirdi. Ona görə də uşaq anasına mənsub oldu».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (11-ci cild, səh. 282, 369, 376; 17-ci cild, səh. 40), Muslim «Səhih» əsərində (10-cu cild, səh. 120, 123), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 241), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 140), ibn Macə «Sünən» əsərində (2066-cı hədis), Əhməd «Müsnəd» əsərin­də (5-ci cild, səh. 334, 337), Malik «Müvatta» əsərində (2-ci cild, səh. 89), Darimi «Sünən» əsərində (2-ci cild, səh. 150), Daraqutni «Sünən» əsərində (3-ci cild, səh. 274) və ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 85) rəvayət etmişlər.

Buxari «Səhih» əsərində (10-cu cild, səh. 65) demişdir: «İbn Abbas (r.a) rəvayət edir ki, Hi­lal ibn Ümeyyə (r.a) Peyğəmbərin  yanına gə­lib, zövcəsini Şureyk ibn Səhma ilə zina etməkdə günahlandırdı. Peyğəmbər  dedi: «Ya dediyini sübuta yetir, ya da cəzalandırılacaqsan». Hilal (r.a) dedi: «Ey Allahın elçisi! Biz­dən birimiz arvadı ilə yataq­da bir kişi görərsə sübut axtarmalı­dır?» Peyğəmbər  dediyini bir daha təkrar etdikdə Hilal (r.a) dedi: «Səni haqq ilə gön­dərənə and olsun ki, mən doğru danışıram və Allah məni bu cəzadan qurtar­maq üçün ayə nazil edəcək». Bu zaman Cəb­rail 


ﭽ ﮭ ﮮ ﮯ ﭼ حتى بلغ ﭽ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﭼ
«Arvadlarını zinada günahlandırıb….» ayəsindən «“Əgər yalan danışanlardandırsa, Allah ona lənət elə­sin!”- deməsidir» ayəsinə qədər olan Allahın ayələrini endirdi. Peyğəmbər  qadının yanına bir nəfər göndərib onu çağırtdırdı. Qadın əri Hilal (r.a) ilə birgə Peyğəmbərin  hüzuruna gəldi və Peyğəmbər  dedi: «Həqiqətən, Allah sizdən birinizin yalan danışdığını bilir. O şəxs tövbə etmək istəmirmi?»

Sonra qadın ayağa qalxıb ərinin yalan danışmasına dair dörd dəfə şəhadət verdi. Beçinci dəfə şəhadət vermək is­tədikdə, səhabə­lər onu dayandırıb dedilər: «Diqqət et! Bu sonuncu şəhadətin sənin üçün pis nəticələnə bilər».

Qadın bir anlıq tərəddüd etdi və biz onun bu inadkar­lı­ğından əl çəkəcəyini zənn etdik. Sonra qadın: «Mən heç vaxt qövmümü rüs­vay edib, adımı bədnam edə bilmərəm» - deyib (lənətləşməni başa çatdırdı və) getdi.

Peyğəmbər  dedi: «Bu qadına diqqət edin! Əgər o, qara göz, iri yanlı və kök baldırlı bir uşaq dünyaya gətirsə, de­məli o Şureyk ibn Səhmadandır!» Qadın Peyğəmbərin  təsvir etdiyi kimi bir uşaq dünyaya gətirdi. Sonra Pey­ğəm­bər  dedi: «Allahın Öz kitabın­da nazil etdiyi hökm («ne­mət və mərhəmət») olmasaydı o qadınla hesab­laşardım. (yə­ni onu daş-qalaq edərdim).»

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 154), Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 243), ibn Ma­cə «Sünən» əsərində (2067-ci hədis), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 238, 273), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 277), ibn Cərir «Təf­sir»ində (18-ci cild, səh. 83) və Hakim «Mustədrək» əsə­rin­də (2-ci cild, səh. 202) rəvayət etmiş­lər.

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «sə­hih» olduğunu demiş, Zəhəbi isə bu barədə susmuşdur.

Muslim «Səhih» əsərində (10-cu cild, səh. 123) demişdir: «Səid ibn Cubeyr deyir ki, lənət­lənmiş ər-arvadın - Musab və onun arvadının - ayrılıb-ayrıl­maması barədə məndən so­ruşdular. Nə cavab verəcəyimi bilmə­dim. Odur ki, Mək­kə­yə, ibn Ömərin (r.a) mənzilinə gəldim və qapıda duran uşa­ğa dedim: «Onun yanına daxil olmağım üçün izn istə». Uşaq: «O indi istirahət edir»- deyə cavab verdikdə ibn Ömər (r.a) mənim səsimi eşidib dedi: «Cubeyrin (r.a) oğ­lu­san?» Mən «bəli!»- deyə cavab verdikdə o dedi: «İçəri gəl. Allaha and olsun mən bilirəm ki, sənin bu saatda gəlməyin yalnız ciddi eh­tiyacdan irəli gələ bilər». Mən içəri daxil ol­duqda onu ağac lif­lərindən düzəldilmiş yastığa söykəndiyini gördüm və dedim: «Ey əbu Abdurrəhman! Lənətləşən ər-arvad ayrılmalıdırlarmı?» O de­di: «Sübhanəllah! Əlbəttə, həqiqətən, ilk dəfə bu barədə filankəsin oğlu filankəs soru­şub demişdi: «Ey Allahın elçisi! Bizdən birimiz zövcəsini zina edərkən yaxalasa, nə etməlidir? Əgər o bu barədə xəbər versə böyük bir günahı ifşa etmiş olur, bunu gizlətsə isə onu ört-basdır etmiş olur». Peyğəmbər  susdu və ona heç bir cavab vermədi. Bir müddət sonra o, yenə gəlib dedi: «Sən­dən hökmü barəsində soruşduğum o müsibətə düçar olan mən özüməm». Uca Allah da Nur surəsində olan bu ayələri nazil etdi.

ﭽ ﮭ ﮮ ﮯ ﭼ


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə