«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«Səndən qənimətlər haqqında soruşurlar. De: “Qəni­mətlər Allaha və Peyğəmbərə aiddir”



Yüklə 2,89 Mb.
səhifə12/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

«Səndən qənimətlər haqqında soruşurlar. De: “Qəni­mətlər Allaha və Peyğəmbərə aiddir”..»104 - Sonra o dedi: «Bu onların xeyrinə idi. Elə isə mənə itaət edin, çünki mən bunun aqibətini sizdən da­ha yaxşı bilirəm».

İbn Abbasdan (r.a) rəvayət olunan başqa hədisdə isə Pey­ğəm­bər  Bədr döyüşündə demişdir: «Kim bir düş­mən öl­dürsə, ona qəni­mətdən filan qədər pay düşəcək. Kim düş­mən­dən bir nəfər əsir götürsə, ona qənimətdən filan qədər pay düşəcək».

Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 75), İbn Hibban «Səhih» əsərində (Heysəminin «Mə­va­riduz-Zaman» əsərində (səh. 431) qeyd olunduğu kimi), Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 132, 171, 221, 326), ibn Cərir «Təfsir»ində (9-cu cild, səh. 171), Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 291) və ibn Kəsir «Təf­sir»ində (2-ci cild, səh. 284) rəvayət etmiş­lər.

Hakim bu hədisi «səhih» hesab etmiş, Zəhəbi də onu təs­diqlə­mişdir.

Bu iki rəvayətin arasında heç bir ziddiyyət yoxdur və bu ayə hər iki ha­di­sə­yə şamil edilə bilər. Daha doğrusunu isə Allah bilir.
Uca Allah buyurur:
ﭽﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭼ
«O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi».

(9-cu ayə)
İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 30) de­mişdir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Ömər ibn əl-Xəttab (r.a) demişdir: Bədr döyüşündə Pey­ğəmbər  nəzər salıb gördü ki, səhabələrinin sa­yı üç yüzdən bir az çox, müş­rik­lə­rin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qib­ləyə tərəf çevirdi və əllərini açıb dua et­di: «Allahım, mənə verdiyin vəd nə oldu! Allahım, mənə verdiyin vədini doğ­rult! Allahım, əgər bu müsəlmanlar həlak olsa, yer üzündə Sənə kim ibadət edəcək?» Peyğəmbər  uzun müddət bu duanı edərək Rəbbindən kömək istədi, hətta üst geyimi yerə düşdü. Əbu Bəkr (r.a) onu götürüb yenidən Peyğəm­bərin  çiyninə atdı və ona dedi: «Ey Allahın elçisi! Sən ki, bu qədər dua edirsən, Rəbbin sənə verdiyi vədi doğ­ruldacaq və sənə kömək olacaq!» Uca Allah da bu ayəni nazil et­di:
ﭽﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭼ
«O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi».105

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (12-ci cild, səh. 84, 85), Tir­mizi «Sünən» əsərində (4-cü cild, səh. 111-112), Əbu Davud «Sünən» əsərində (ibn Kəsirin «Təfsir»ində (2-ci cild, səh. 286) qeyd olunduğu kimi), ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 230) və ibn Cərir «Təfsir»ində (9-cu cild, səh. 189) rəvayət etmişlər.

İbn Kəsir «Təfsir»ində demişdir ki, bu hədisi Əli ibn əl-Mədini «səhih» say­mışdır.
Uca Allah buyurur:
ﭽ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﭼ
«Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna ol­maq­la, kim belə bir gündə özününkülərə arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer Cəhən­nəmdir. O, necə də pis dönüş yeridir».

(16-cı ayə)
Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 349) de­miş­­dir­: «Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki,

ﭽ ﯥ ﯦ ﯧ ﯨ ﭼ الآية


«Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən….» ayəsi - Bədr döyüşündə nazil olub».

Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 327) və ibn Cərir «Təfsir»ində (9-cu cild, səh. 201) rəvayət etmişlər.

Hakim bu hədisin Muslimin şərtinə görə «səhih» olduğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir.

İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 295) Nəsai və ibn Mərdə­veyhin bu hə­disi rəvayət etdiklərini qeyd etmiş və demişdir: «Bü­tün bu dəlillər məhz Bədr döyüşünə aid olub, digər döyüşlərdən qaçmağın haram olmamasına dəlalət etmir. Belə ki, əvvəldə qeyd etdiyimiz Əbu Hüreyrənin (r.a), döyüşdən qaçmağın böyük gü­nahlardan olması barədə rəvayət etdiyi hədis buna dəlildir. İslam alimlərinin böyük əksəriyyətinin fikrinə görə bu hökm hamıya şamil edilir və döyüşdən qaçmaq böyük günahlardan hesab olu­nur. Daha doğru­su­nu isə Allah bilir».


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭼ
«Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düş­mənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən at­madın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Bilən­dir.»

(17-ci ayə)
Təbərani «Mucəm» əsərində (3-cü cild, səh. 227) de­miş­­dir­: «Hukeym ibn Hizam (r.a) rəvayət edir ki, Bədr döyüşündə Peyğəmbər  bir ovuc çınqıl (və ya torpaq) götürüb bizə tərəf atdı. Gözlərimiz toz-tor­paqla doldu və biz məğlub olduq. Uca Allah da bu ayəni nazil et­di:
ﭽ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭼ الآية
«(Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı …»

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (2-ci cild, səh. 84) bu hədisin isnadı­nın «həsən» olduğunu demişdir. Ola bilsin ki, Hey­səmi bununla isnadın «həsən li-ğeyrihi» ol­ma­sını qəsd etmişdir.

Heysəmi bu hədisi qüvvətləndirmək üçün başqa bir hədis də qeyd etmiş və demişdir: «Bu hədisi Təbərani rəvayət et­mişdir və isnadında olan ravilərin ha­mısı Buxari və Mus­li­min istinad etdiyi ra­vilərdir».

Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 327) başqa isnadla, Səid ibn Museyyibin atasından rəvayət etmişdir ki, Peyğəmbər  ovucundakı çınqılı Ubey ibn Xələfə tərəf atmışdır. O bu hədisi rəvayət etdikdən son­ra isnadının Buxari və Muslimin şərtlərinə uy­ğun olduğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir.

İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 229) Hakimin bu rəvayə­tini və həm­çi­nin Zuhridən olan rəvayəti qeyd etdik­dən sonra de­mişdir: «Bu iki imamın (Səid ibn Museyyibin və Zuhrinin) rəvayət etdiyi hadisənin məhz ona (Ubey ibn Xələfə) aid olması mümkün deyil. Ola bilsin ki, onlar ayə­nin ümumi mənasından bu nəticəni çıxarmışlar».
Uca Allah buyurur:
ﭽ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﭼ
«Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir»

(19-cu ayə)

İbn Cərir «Təfsir»ində (9-cu cild, səh. 208) de­miş­­dir­: «Abdullah ibn Sələbə (r.a) rəvayət edir ki, Bədr döyüşündən əvvəl Əbu Cəhl dedi: «Allahım! O (Peyğəmbər ), bizi qohum-əqrə­ba­mızla düş­mən etdi, bizə dədə-babalarımızın bilmədiyi bir şeyi gətirdi. Sa­bah onu məhv et!» Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭼ الآية
«Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir...»

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 431), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 357) və Vahidi «Əsbabun-Nuzul» əsə­rin­də rəvayət etmişlər. Əhməd bu hədisi, ayənin nazil olma səbəbini qeyd etmə­dən rəvayət etmişdir.

Hakim bu hədisin isnadının Buxari və Muslimin şərt­lə­ri­nə uy­ğun olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. İbn kəsir «Təfsir»ində (2-ci cild, səh. 296) bu hədisi Nəsa­i­nin rəvayət etdi­yini qeyd etmişdir.
Uca Allah buyurur:
ﭽ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭼ
«Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. Onlar Məscidul­hara­mın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. La­kin onların çoxu bunu bilmir».

(33 və 34-cü ayələr)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 378) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Əbu Cəhl dedi: «Allahım! Əgər bu (Mə­həmmədin dedikləri) haq­dırsa, onda bizim üzərimizə göydən daş yağdır, ya da şiddətli bir əzab göndər». Uca Allah da bu ayəni nazil etdi.
ﭽ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭼ الآية
«Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. Onlar Məscidulhara­mın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin?..»

Bu hədisi Buxari həmçinin «Səhih» əsərində (9-cu cild, səh. 379), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 139), ibn Əbi Ha­tim «Təfsir»ində (3-cü cild, səh. 242) və Vahidi «Əsbabun-Nu­zul» əsərində rəvayət etmişlər.

İbn Cərir «Təfsir»ində (9-cu cild, səh. 235) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, müşriklər Kəbənin ətrafını təvaf etdikdə de­dilər: «Ey Allah! Sənin dəvətini qəbul edib hüzuruna gəlmişik. Sənin heç bir şərikin yox­dur». Peyğəmbər  də dedi: «Doğrudur! Doğ­rudur!». Onlar yenə dua edib belə dedilər: «Sənin heç bir şərikin yoxdur! Yalnız Sənin o şərikindən başqa ki, Sən ona və onun mülkünə sahibsən! Ey Allah! Bizi ba­ğışla! Ey Allah! Bizi bağışla!» Uca Allah da bu ayəni nazil etdi:

ﭽﯫﯬﯭﯮ ﯯ ﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ ﭼ


«Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir» - ibn Abbas deyir ki, aralarında onları Allahın əzabından qoruyan iki vasitə var idi: «Allahın elçisi və istiğfar (bağışlanma diləmək). Pey­ğəmbər  aralarından getdi. Onlar isə hələ də bağışlanma diləyirdilər.

Sonra ibn Abbas (r.a):


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭼ
«Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir» ayəsini oxuyub dedi: «Bu (ayə), onların axirətdə çəkəcəkləri əzaba, o (33-cü ayə) isə bu dünyadakı əzablarına aiddir».

Bu hədisi həmçinin ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 241) rəvayət etmişdir. Hədis «həsən»dir.

Bu ayə hər iki hadisəyə şamil oluna bilər. Doğrusunu isə Allah bilir.
Uca Allah buyurur:
ﭽ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﭼ
«İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər ara­nız­da min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir»

(66-cı ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 382) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki;
ﭽ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﭼ الآية
«Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr…»106 ayəsi nazil olduqda hər on nəfər müşrikin müqabilində bir nəfər müsəlmanın olması fərz buyuruldu və bu əmr müsəlmanlar üçün çox ağır oldu. Bu zaman Uca Allah onlar üçün bu əmri asanlaş­dırdı və bu ayəni nazil etdi:
ﭽ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﭼ الآية
«İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər ara­nız­da min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mi­ninə qalib gələr».

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 349), ibn Rahaveyh «Müsnəd» əsərində (ibn Hə­cərin «Mə­talibul Aliyə» əsərində (3-cü cild, səh. 336) qeyd olunduğu kimi), ibn Carud «Müntəqa» əsərində (shə. 350), ibn İshaq (ibn Hişa­mın «Sira» əsərində (1-ci cild, səh. 676) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (10-cu cild, səh. 40) və ibn Əbi Şeybə «Mü­sənnəf» əsərində (5-ci cild, səh. 324) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﭼ
«Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsi­niz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüdrət­lidir, Müdrikdir»

(67-ci ayə)

Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 329) de­miş­­dir­: «İbn Ömər (r.a) rəvayət edir ki, Allahın elçisi əsirlər barəsində Əbu Bəkrlə (r.a) məsləhətləşdi. O dedi: «Ey Alla­hın elçisi! Bu əsirlər hamısı bizim qar­daş­larımız, qohum-əq­rəbalarımız və yaxınları­mız­dır. Mən təklif edirəm ki, fidyə alıb onları azad edək». Peyğəmbər  Ömərlə (r.a) də məs­lə­hətləşdi və o dedi: «Onların boynunu vur!»

Peyğəmbər  fidyə alıb onları azad etdi və Uca Allah bu ayələri nazil etdi:
ﭽ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦﭼ إلى قوله ﭽ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﭼ
«Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz….» ayəsindən «Ələ keçirdiyiniz qə­nimətləri halal və təmiz olaraq yeyin …» ayəsinə qədər.

Ertəsi gün Peyğəmbər  Ömərlə (r.a) rast­laşdı və ona dedi: «Sənin məsləhətinə müxalif olduğumuz üçün (əsir­lə­rin müqabilində götürülmüş fidyəyə görə) az qala müsibətə dü­çar olacağdıq!»

Bu hədisin isnadı «səhih»dir.

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (12-ci cild, səh. 87), Əbu Da­vud «Sünən» əsərində (3-cü cild, səh. 3), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 31), ibn Əbi Ha­tim «Təf­sir»ində (4-cü cild, səh. 19) və Təbəri «Təf­sir»­ində (10-cu cild, səh. 44) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﭼ
«Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm ol­masaydı aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı. Ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Ba­ğışlayandır, Rəhmlidir»

(68-69-cu ayələr)
Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 19) de­miş­­dir­: «Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Bədr döyüşündən sonra səhabələr çoxlu qənimət topladılar. Pey­ğəmbər  onlara de­di: «Sizdən əvvəlki ümmət­lərə döyüşdən qənimət götürmək halal olmamışdı. O zamanlar hər hansı bir peyğəmbər səha­bələrilə birlikdə döyüşdən sonra qə­nimət toplayardılarsa Allah göydən od endirər və bu qənimətləri məhv edərdi. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﭼ الآيات
«Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm ol­masaydı….»

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 113), ibn Carud «Müntəqa» əsərində (səh. 358), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 46), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 20), Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 290), Tə­havi «Müşkilul-Əsar» əsərində (4-cü cild, səh. 292), Əh­məd, Nə­sai və ibn Hibban (Heysəminin «Məvariduz-Zaman» əsərində (səh. 402) qeyd olunduğu kimi) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 329) de­miş­­dir­: «Xeysəmə rəvayət edir ki, bir dəfə Sə'd ibn Əbi Vəqqas (r.a) camaat ara­sında olarkən onların Əli ibn Əbi Talibi (r.a) söydüklərini eşitdi və dedi: «Dayanın! Peyğəmbə­rin  sə­ha­bələrini söyməyin! Hə­qi­qətən, biz Peyğəmbərlə  birlikdə dünyaya (qənimətə, var-dövlətə) sahib olduq. Uca Allah:


ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﭼ
«Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm ol­masaydı aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı» ayəsini nazil etdi. Allah­dan istəyim budur ki, qoy dünya malı Allah tərəfindən bizə verilmiş rəhmət ol­sun!»

Onlardan bəziləri dedilər: «Allaha and olsun ki, o (Əli ibn Əbi Talib (r.a)) sənə nifrət edir və səni «fındıqburun» adlandırır!»

Sə'd ibn Əbi Vəqqas (r.a) onların bu sözünə doyunca güldük­dən sonra de­di: «Belə ki, iki qardaş arasında söz-söh­bət ola bilər, lakin bu onların əmanətinə (dininə, etiqadına, qardaşlıq münasi­bətlərinə) xələl gətirməz!»

Hakim bu hədisin «səhih», Buxari və Muslimin şərt­ləri­nə uy­ğun olduğunu de­miş­dir.

Bu hədisi həmçinin İshaq ibn Rahaveyh «Müsnəd» əsə­rində (ibn Həcərin «Mətalibul Aliyə» əsərində (4-cü cild, səh. 150) qeyd olunduğu kimi) və ibn Əbi Hatim «Təf­sir»­ində (4-cü cild, səh. 20) rəvayət etmişlər.
Uca Allah buyurur:
ﭽ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﭼ
«Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabı­na görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqi­qətən, Allah hər şe­yi bilir»

(75-ci ayə)
Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 19) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  sə­habələri (məkkəlilərlə mədinəli­lər) arasında qardaşlıq əlaqəsi yaratdı və bun­dan sonra onlar bir-birinə varis oldular.
ﭽ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﭼ الآية
«Qohumlar Allahın Kitabına görə bir-birinə varis ol­mağa daha yaxındırlar…» ayəsi na­zil olduqdan sonra bu vərəsəlik tərk olundu və yalnız qohumlar bir-birlərinə varis olaraq qaldılar».

Bu hədisi həmçinin Təbərani «Mucəm» əsərində (Heysə­minin «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 28) qeyd olunduğu kimi), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 25) və Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 384) rəvayət etmişlər.

Heysəmi bu hədisin isnadında olan ravilərin hamısının Buxari və Muslimin istinad etdiyi ravilər ol­duğunu demiş­dir. Hakim bu hədisin isnadını «səhih» saymış, Zəhəbi də bu­nu təsdiqləmişdir.

İbn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 24) və ibn Cərir «Təfsir»ində (10-cu cild, səh. 58) is­nad edərək bu hə­disi Zubeyr ibn əl-Əvvama (r.a) istinad edərək rə­va­yət etmişlər.


Ət-Tövbə surəsi
Uca Allah buyurur:
ﭽ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ
«Doğrudanmı siz hacılara su verməyi və Məscidulha­ra­mı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz»

(19-cu ayə)
Muslim «Səhih» əsərində (13-cü cild, səh. 25) de­miş­­dir­: «Nu'mən ibn Bəşir (r.a) rəvayət edir ki, mən cümə günü Peyğəmbərin  minbərinin yanında olarkən bir kişi dedi: «Mən İslamın ərkanlarından sonra hacılara su paylamağı ən gözəl əməl hesab edirəm». Di­gər bir kişi isə: «Mənim üçün İslamın ərkanlarını yerinə yetirdikdən sonra ən gözəl əməl Məscidülhəramı təmir etməkdir» - dedi. Üçüncü kişi isə: «Allah yolunda cihad sizin dediklərinizdən də (hacılara su paylamaqdan və Məscidülhəramı təmir et­məkdən də) əfzəl sayı­lır» - dedikdə Ömər (r.a) onları danlayıb dedi: «Pey­ğəmbərin  minbərinin yanında səsini­zi qaldırmayın! Cümə namazını qılıb qurtardıqdan sonra mübahisə etdiyiniz mə­sələ barəsində soruşub cavabınızı alarsınız». Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﭼ الآية إلى آخرها
«Doğrudanmı siz hacılara su verməyi və Məscidulha­ramı abadlaşdırmağı Allaha və Axirət gününə iman gəti­rib Allah yolunda cihad edənlərlə eyni tutursunuz?...»

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 269), ibn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 342), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 95) və ibn Əbi Ha­tim «Təfsir»ində (4-cü cild, səh. 35) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﭼ
«Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən ço­xu insanların mallarını haqsız olaraq yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müj­də­lə».

(34-cü ayə)
Buxari «Səhih» əsərində (4-cü cild, səh. 15) de­miş­­dir­: «Zeyd ibn Vəhb (r.a) rəvayət edir ki, mən Rəbzədə107 Əbu Zər (r.a) ilə rastlaş­dım və ona dedim: «Bura gəlməyinin səbəbi nədir?» O dedi: «Şamda olarkən
ﭽ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﭼ
«Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyən­ləri üzücü bir əzabla müjdələ» ayəsinin nazil olma səbəbi barəsində Müaviyə ilə mübahisə etdim. Müaviyə bu ayənin əhli kitab barəsində, mən isə həm onlar, həm də bizim (mü­səl­manların) barəmizdə nazil olduğunu dedim. Elə buna gö­rə də aramızda narazıçılıq əmələ gəldi. O, Osmana (r.a) məktub yazıb mənim barəmdə ona şi­kayət etdi. Osman da mənə məktub yazıb Mədinəyə gəlməyimi tələb etdi. Mən Mədinəyə gəldiyim zaman ətrafıma çoxlu adam toplandı, sanki məni bi­rinci dəfə idi ki görürdülər. Bu barədə Osmana (r.a) xəbər verdikdə o dedi: «İstə­yirsənsə kənara çəkil, yaxın bir yerdə ol! (Rəbzə vilayətinə yaşa­mağa get!) Bura gəl­mə­yimin səbəbi də budur. Əgər mənim üzə­rimə həbəşi (qara dərili) bir kimsəni əmir təyin etsəydilər belə onu eşidib, ona tabe olardım».

Buxari bu hədisi həmçinin «Təfsir» fəslində (9-cu cild, səh. 393), Vahidi «Əsbabun-Nuzul» əsərində, Təbəri «Təf­sir»ində (10-cu cild, səh. 122) və ibn Əbi Hatim «Təf­sir»ində (4-cü cild, səh. 45) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﭼ
«Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöq­san tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər».

(58-ci ayə)
Buxari «Səhih» əsərində (15-ci cild, səh. 320) de­miş­­dir­: «Əbu Səid əl Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər  qə­ni­mətləri bölərkən Ab­dullah ibn zil-Xuveysira ət-Təmimi gə­lib ona dedi: «Ey Allahın elçisi, qənimətləri ədalətlə böl!» O dedi: «Vay sənin halına! Əgər mən ədalətlə bölmürəmsə, bəs onda kim ədalətlə bölə bilər?» (Əgər mən əda­lətli deyi­ləmsə, onda (ədalətsiz bir insana tabe ol­duğun üçün) sənin ümidlərin boşa çıxmış və ziyana uğramış­san.)108

Bu zaman Ömər ibn əl-Xəttab (r.a): «İzn ver onun boy­nunu vurum» - deyə­ Peyğəmbərə  müraciət etdi. Peyğəm­bər  dedi: «Ona toxunma! Həqiqətən, onun tərəfdarları olacaq və sizlərdən biri onların ibadətlərinə nis­bətdə öz namazına və orucuna həqarətlə baxacaq. (Yəni onlar siz­dən də çox namaz qılacaq və oruc tutacaq­lar. Onlar Quran oxu­yacaqlar, lakin oxuduqları Quran onların boğazların­dakı körpü­cük sümüklərindən o yana keçməyəcəkdir)».109

Onlar, ox şikara bir tərəfdən daxil olub, digər tərəfdən çıxdığı kimi dindən çıxacaqlar. O oxa baxdıqda, onun nə ucunda, nə gövdəsində, nə də arxasında ovun nə qanı, nə də başqa bir əlamə­ti görünməz. Onların əlamətləri bunlardır: əl ilə çi­yin və ya çiyinlə dirsək arasında olan əzələsi və ya si­nəsi qadın sinəsinə bən­zər, ya­xud titrəyən, gedib-gələn ət parçası kimi olacaq. Onlar insanlar arasın­da ixtilaf olduğu zaman meydana çıxacaqlar».

Əbu Səid əl-Xudri (r.a) dedi ki, mən bütün bunları Pey­ğəmbər­dən  eşitdiyimə və Əlinin (r.a) onları məhv etdiyi zaman onun yanında olduğuma şəhadət verirəm. O vaxt on­lardan birini Əlinin (r.a) yanına gətirdilər və mən Peyğəm­bərin  vəsf etdiyi əlamətləri onun üzərində gördüm. Elə:


ﭽ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﭼ الآية
«Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar..» ayəsi də onlar barəsində nazil olmuş­dur».

Bu hədisi həmçinin Abdurrəzzaq «Müsənnəf» əsərində (10-cu cild, səh. 147), ibn Cərir «Təfsri»ində (10-cu cild, səh. 157), Vahi­di «Əsbabun-Nuzul» əsərində və ibn əbi Ha­tim «Təfsir»ində (4-cü cild, səh. 57) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﭼ
«Onlardan nə üçün istehza etdiklərini soruşsan, de­yər­lər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?”»

(65-ci ayə)
İbn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 63) de­miş­­dir­: «Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Təbuk döyüşündə olarkən bir kişi məclisdə dedi: «Bizim aramızdakı qari­lər­dən acgöz, yalançı və döyüşdə qorxaq olan bir kimsə gör­mədim». Bu zaman səhabələrdən biri dedi: «Yalan danışır­san! Sən münafiqsən! Bu haqda mütləq Peyğəmbərə  xə­bər verəcəm». Bu xəbər Peyğəmbərə  çatdıqda ayə110 nazil oldu: «Abdullah ibn Ömər (r.a) deyir ki, mən onu Pey­ğəm­bərin  dəvəsinin yüyəninə sarılıb yalvararaq: «Ey Allahın el­çisi, biz ancaq söhbət edib zarafatlaşır, əylənir­dik!» - de­di­yini gördüm. Peyğəmbər  də ona bu ayəni oxudu:
ﭽ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﭼ
Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə