«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə10/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Uca Allah buyurur:
ﭽ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﭼ
«Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəs­tə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin eh­tiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldı­cı bir əzab hazırlamışdır»

(102-ci ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 333) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, bu ayə nazil olduqda Abdurrəhman ibn Auf (r.a) yaralı idi».

İbn Həcər hədisin izahında deyir ki, yəni onun barəsində ayə nazil oldu.

Doğrusu, Hakim bu hədisi: «Bu ayə nazil oldu» - ləfzi ilə «Mustədrək» əsə­rin­də (2-ci cild, səh. 308) rəvayət etmiş və onun «səhih» olduğunu, Buxari və Muslimin şərtlərinə mü­vafiq oldu­ğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqlə­miş­dir.

Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (5-ci cild, səh. 259) rəvayət et­miş­dir.


Uca Allah buyurur:
ﭽ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﭼ
«Mən onları mütləq doğru yoldan azdıracaq və xül­ya­lara sala­cağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramış­dır».

(119-cu ayə)
İmam Təbəri «Təfsir»ində (9-cu cild, səh. 215) de­miş­­dir­: «ibn Abbas (r.a) axtalanmanı yara­maz əməl hesab edib demişdir: «Belə yaramaz işlər barəsində bu ayə nazil ol­muş­dur». Bu hədis Muslimin şərtinə müvafiq olan «səhih» hə­disdir.
Uca Allah buyurur:
ﭽ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﭼ
«Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində və həmçinin Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək ev­lənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetim­lər­lə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şüb­həsiz ki, Allah onu bilir”».

(127-ci ayə)
Buxari «Səhih» əsərində (6-ci cild, səh. 58) de­miş­­dir­: «Urva ibn əz-Zubeyr (r.a) Aişədən (r.a)
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﭼ الآية
«Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qor­xursunuzsa..»90 ayəsi barəsində soruş­duqda o (surənin əv­vəlində bu ayə barəsində qeyd etdiyimiz hədi­si rəvayət et­dikdən sonra) demişdir: «Bəli, sə­habələr də bu ayə nazil ol­duqdan sonra Peyğəmbərdən  qa­dınlar barəsində fətva so­ruşdular, Uca Allah da bu ayəni nazil etdi»:
ﭽ ﮱ ﯓ ﯔﯕ ﭼ إلى قوله ﭽ ﯨ ﯩ ﯪ ﭼ
«Səndən qadınlar barəsində hökm verməyini istəyir­lər….»

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (6-cı cild, səh. 320; 9-cu cild, səh. 308; 11-ci cild, səh. 39, 103), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 154, 155), Əbu Davud «Sü­nən» əsərində(2-ci cild, səh. 184), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 95), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 265) və ibn Cərir «Təf­sir»ində (5-ci cild, səh. 301) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭼ
«Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz ara­la­rında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barış­maq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorx­sanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır»

(128-ci ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 334) de­miş­­dir­: «Aişə (r.a) rəvayət edir ki, bir kişi öz qadınına qarşı az məhəbbət bəslədi­yin­dən ondan ayrılmaq istəyir­di. Qadını ona dedi: «Məni boşamadan tərk et!» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ الآية
«Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa….»

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (8-ci cild, səh. 157) rəvayət etmişdir.

Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 208), Tirmizi «Sü­nən» əsə­rin­də (4-cü cild, səh. 95), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 17), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 186) və ibn Cərir «Təfsir»ində bu ayənin Peyğəmbərin  zövcəsi Səudə (r.a) barəsində nazil ol­du­ğu­nu rəvayət et­mişlər. Tirmizi, Təyalisi və ibn Cərir ibn Abba­sa (r.a) istinad edə­rək91 rəvayət etmişlər. Əbu Davud, Hakim və ibn Cərir isə həmin hədisi Aişəyə (r.a) istinad edərək rəvayət etmişlər. Hakim bu hə­disin «səhih» ol­du­ğu­nu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Əbu Davudun rə­vayət etdiyi ləfzdə Aişə (r.a) Urva ibn əz-Zubey­rə belə de­mişdir: «Ey bacım oğlu! Peyğəmbər  bizim (zövcələrini) birimizi digərindən üstün hesab etmir və hər birimi­zin ya­nın­da müvafiq bölgüyə əsasən qalırdı. O hər gün bizim ha­mımızı ziyarət edir və növbəsi çatmış zövcəsinin yanında qalırdı. Səudə bint Zəm'ə (r.a) artıq ya­şa dolmuşdu və qor­xurdu ki, Peyğəmbər  onu boşa­yar. Elə buna görə də o Peyğəmbərə  dedi: «Ey Allahın elçisi, öz növbəmi Aişəyə (r.a) bağışlayıram!» Peyğəmbər  onunla razılaşdı və Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ الآية
«Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa….»

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir.

Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 308) de­miş­dir­: «Rafi ibn Xadicin (r.a) zöv­cəsi artıq yaşa dolmuşdu. Buna görə də o baki­rə qızla evləndi və onun yanında qal­ma­ğa daha çox üstünlük verdi. Zövcəsi də onun bu hərəkətinə öz etirazını bildirdi. Bu zaman Rafi (r.a) ona talaq verdi. Göz­ləmə müddətinin bitməsinə az qalmış Rafi (r.a) ona de­di: «Səbr edə­cək­sənsə, talaqı geri götürüm, ya da əcəlin ça­tana qədər səni tərk edim». O dedi: «Səbr edəcəyəm, talaqı geri götür». Sonra o, yenə ərinin bu hərəkətinə səbr et­mə­dikdə Rafi (r.a) onu boşadı. Elə bu da nazil olmuş ayədən bizə məlum olan sülh­dür».92

Bu rəvayətlər arasında heç bir ziddiyyət yoxdur və ayə onların hamısına şamil edilir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﭼ
«Səndən fitva istəyirlər. De: “Valideyni və övladı ol­mayan kəsin mirası barəsində fitvanı sizə Allah verir”. Əgər övladı ol­mayan şəxs öldükdə onun bacı­sı varsa, qo­yub getdiyinin yarısı bacıya çatır. Əgər onun öv­ladı yox­dur­sa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyi­nin üçdə iki hissəsi onlara ça­tır. Əgər varislər qardaş və bacılar­dırsa, kişiyə iki qadı­nın payı qədər pay dü­şür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayası­nız. Allah hər şeyi bilir».

(176-cı ayə)
Muslim «Səhih» əsərində (11-ci cild, səh. 55) de­miş­­dir­: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, mən xəstə olarkən Peyğəmbər  və Əbu Bəkir məni ziyarət etdilər. Mən huşumu itir­dik­də Peyğəmbər  dəstamaz alıb suyundan mənim üstümə səpdi. Mən özümə gəldikdən sonra dedim: «Ey Allahın elçisi, malımı necə bölüm?» O mənə cavab ver­mədi və miras ayəsi nazil oldu:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭼ الآية
«Səndən fitva istəyirlər. De: “Valideyni və övladı ol­mayan kəsin mirası barəsində fitvanı sizə Allah ve­rir”…»

Bu hədisi həmçinin Tirmizi «Sü­nən» əsərində (3-cü cild, səh. 180), Əbu Davud «Sü­nən» əsərində (3-cü cild, səh. 79), ibn Macə «Sünən» əsərində (2728-ci hədis), Əhməd «Müs­nəd» əsərində (3-cü cild, səh. 307, 372), Təyalisi «Müs­nəd» əsərində (2-ci cild, səh. 17), ibn Carud «Müntəqa» əsərində (səh. 320) və Əbu Nueym «Hilyə» əsərində (7-ci cild, səh. 157) rəvayət etmişlər.



QEYD : Əvvəldə 11-12-ci ayələrin, burada isə bu ayənin Cabir ibn Abdullah (r.a) barəsində nazil olduğu qeyd olun­muşdur. İbn Kəsir 11-12-ci ayələrin Sə'd ibn Rəbinin (r.a) qızları barəsində na­zil olduğunu, bu ayənin isə Cabir ibn Abdullah (r.a) barəsində nazil olduğunu daha üstün hesab etmişdir. Çün­ki o zaman Cabir ibn Abdullahın (r.a) qızları yox yalnız bacıları var idi.

İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 337) demiş­dir: «Bu hadisə əvvəlki hadisədən fərqlidir».

Hər iki ayənin eyni vaxtda nazil olmasına maneçilik tö­rədən heç bir səbəb yoxdur. Çünki hədis eyni ravidən, Mə­həmməd ibn Munkədirdən müxtəlif ləfz­lərlə rəvayət olun­muşdur. Əgər etiraz olunsa ki, 11-12-ci ayələr Cabir (r.a) və Sə'd ibn Rəbinin (r.a) qız­ları barəsində nazil olub, o da Uhud döyü­şün­də şəhid olub, 176-cı ayə isə son nazil olmuş ayələrdəndir, cavab vermək olar ki, ümumiyyətlə «səhih» hədislə (yəni 11-12-ci ayələrin Cabir (r.a) barə­sin­də nazil olmasını Buxari və Muslim rəvayət etmişdir) ha­fizəsində zəiflik olan Abdullah ibn Məhəmməd ibn Əqilin rəvayə­tini qarşı-qarşıya qoymaq düz­gün deyildir.

Lakin ayənin nazil olması hər iki hadisəyə şamil edilir. Çünki demək olmaz ki, Cabir ibn Abdullahdan (r.a) qalmış miras onun ölümündən dərhal sonra bölünmüşdür.


Əl-Maidə surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﭼ
«Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir­­səklərə qə­dər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib na­tə­miz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə ol­sanız, yaxud siz­lər­dən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuz­sa (cinsi əlaqədə olmuşsunuz­sa), su tapmasanız, təmiz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə sal­maq istəməz, lakin O sizi pak etmək və sizə olan ne­mətini tamam­lamaq istər ki, bəlkə şükür edəsiniz»

(6-cı ayə)

Buxari «Səhih» əsərində (1-ci cild, səh. 448) de­miş­­dir­: «Aişə (r.a) rəvayət edir ki, biz Pey­ğəmbərlə  birlikdə sə­fə­rə çıxdıq. Beyda və ya Zətul-Ceyş deyilən yerə çatdıqda bo­yunbağım qırılıb düşd­ü. Peyğəmbər  dayanıb onu ax­tar­mağa başladı. Onun yanında olan səhabələr də dayanmağa məcbur oldular. Ətrafda su olma­dı­ğından səhabələrdən bə­ziləri Əbu Bəkrin (r.a) yanına gəlib dedilər: «Aişənin nə et­diyini görürsən? Allahın elçisi və bu qədər camaat ona görə dayanıb. Onlarda olan su ehtiyatı qurtarıb, özləri də su ol­mayan yerdə dayanıblar». Əbu Bəkr (r.a) mənim yanıma gəldi. Bu vaxt Peyğəmbər  ba­şını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr (r.a) dedi: «Allahın el­çi­sini və bu qədər camaatı su olmayan yerdə saxlamısan?» Son­ra o, barmağı ilə böyrümdən vura-vura məni bir az da tənbeh edib getdi. Bu vaxt Peyğəmbərin  başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Peyğəmbər  ayıldıqda (paklanıb namaz qılmaq üçün) su tapmadı və Uca Allah təyəmmüm ayəsini nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭼ الآية

«Ey iman gətirənlər! Namaza durarkən……» Onlar da təyəmmüm etdilər.

Useyd ibn Xudeyr (r.a) dedi: «Ey Əbu Bəkrin əhli-əyalı! Sizin bu hərəkətiniz camaat üçün necə də bərəkətli oldu».

Sonra biz boyunbağını mindiyim dəvənin altından tap­dıq».

Buxari bu hədisi həmçinin (9-cu cild, səh. 321, 341, 342; 11-ci cild, 135; 15-ci cild, səh. 189) rəvayət etmişdir.

Orada qeyd olunur ki, Aişə (r.a) boyunbağını bacısı Əsmadan (r.a) taxmaq üçün götürmüşdü.

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (4-cü cild, səh. 58-59), Əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 145), Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 133), İbn Macə «Sünən» əsərində (565-ci hədis), Əhməd «Müsnəd» əsə­rində (6-cı cild, səh. 57, 179), Malik «Muvatta» əsərində (1-ci cild, səh. 75), Abdurrəzaq «Mü­sənnəf» əsərində (1-ci cild, səh. 228) və İbn Cərir «Təf­sir»ində (5-ci cild, səh. 106, 108) rəvayət etmişlər.

Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 9) bu hədisi istinad edərək ibn Abbasdan (r.a) rəvayət etmiş və onun «səhih» olduğunu qeyd etmişdir. Zə­hə­bi də bunu təsdiqləmişdir.
Uca Allah buyurur:
ﭽ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﭼ
«Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fit­nə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaq­larını çarpazvari kəsmək və ya­xud da yaşadıqları yer­dən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüs­vayçılıqdır. Axirətdə isə onları böyük bir əzab göz­lə­yir».

(33-cü ayə)

Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 228) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) Ura­nilərin hədisini rəvayət etdikdən sonra de­miş­dir ki, Peyğəmbər  onların arxasınca bir dəstə göndərdi və onları tutub gətirdilər. Uca Allah da bu ayəni nazil etdi»:

ﭽ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﭼ الآية
«Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fit­nə-fəsad törətməyə səy göstərənlərin cəzası…..»

Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ra­vi­lərdir. Hədisin özü (ayənin nazil olduğu qeyd olunmadan) Buxarinin «Səhih» əsərində Qətadədən rəvayət olumuşdur. Qəta­də demişdir ki, bu ayə onların barəsində nazil olmuşdur.

(Bu hədisi Buxari «Səhih» əsərində (12-ci cild, səh. 111) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) rəva­yət edir ki, Ukl qə­bi­lə­sindən olan bir dəstə Pey­ğəm­bə­rin  yanına gəlib İslamı qə­bul etdilər. Xəstə ol­duq­la­rı üçün Mədinədə qalmaq istə­mə­dilər. Peyğəmbər  də onlara əmr etdi ki, sədəqə malından olan dəvələrin oldu­ğu yerə gedib onların sü­dündən və si­di­yindən içsinlər. Onlar Pey­ğəmbərin  əm­rini yerinə yetir­di­lər və şəfa tap­dılar. Sonra onlar mürtəd olaraq dindən dön­dü­lər, dəvələri ota­ran çobanı öldürüb dəvələri sürüb apar­dı­lar. Bu xə­bər Peyğəm­bərə  çatdıqda onların ardıyca bir dəstə gön­dərdi və onları tutub gətirdilər. Peyğəmbər  on­la­rın əllərini və ayaqlarını kəsdirdi, gözlərini çıxartdırdı və ölənə qədər yaraya dağ basmaqla qanaxmanın qarşısını al­mağa onlara izn vermədi».)

Əbu Qilabənin Ənəsdən (r.a) rəvayət etdiyi hədisi həm­çinin Nəsai «Sünən» əsərində (7-ci cild, səh. 92) və ibn Cərir «Təf­sir»ində (6-cı cild, səh. 208) rəvayət etmişlər. İbn Kəsir «Təf­sir»ində qeyd etmişdir ki, bu hədis bir çox sə­ha­bədən rəvayət olunmuşdur.




Uca Allah buyurur:
ﭽ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﭼ
«Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”- deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərlən­dirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanı­na gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu gö­türün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axi­rət­də isə böyük bir əzaba düçar olacaqlar. Onlar yalana hə­vəslə qulaq asanlar və daima haram yeyən­lərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya on­lardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zə­rər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim tə­yin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar mömin deyillər. Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bunun­la, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qo­ru­nub saxlanılanlarla hökm verirdilər. Onlar ha­mısı buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qor­xun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir. Biz Töv­rat­da onlara yazıb buyur­duq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da ya­ralar qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qi­sas­dan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır».

(41-45-ci ayələr)

Muslim «Səhih» əsərində (11-ci cild, səh. 209) de­miş­­dir­: «Bəra ibn Azib (r.a) rəvayət edir ki, yəhudilər üzünü his-pasla qaraltdıqları və şal­laqladıqları bir yəhudi ilə Peyğəm­bərin  yanından keçib get­dikləri zaman Peyğəmbər  onları çağırıb dedi: «Sizin kitabınızda zinakarı bu cür cəza­landırmaq əmr olunub?» Onlar: «Bəli» -deyə cavab verdilər. Peyğəmbər  onların alimlərindən birini çağırıb dedi: «Səni Musaya (ə.s) Töv­ratı nazil edən Allaha and verirəm! De gö­rüm sizə kitabınızda zi­nakarı belə cəzalandırmaq əmr olu­nub?» O dedi: «Xeyr! Əgər sən, Allaha and verməsəydin, mən sənə bu barədə xəbər verməz­dim. Həqiqətən, zina­ka­rın daş-qalaq olunması bizə əmr edilib. Lakin zina edənlərin çoxu bizim şə­rəf­li­lərimizdən olduğu üçün biz onları cəzasız buraxır və yalnız zəifləri cəzalan­dı­rı­rdıq. Sonra qərara gəl­dik ki, elə bir hökm çıxaraq ki, hamıya şamil edilsin. Elə buna görə də daş-qalağın hökmünü üzün his-pasla qaral­dılması və şal­laq­la­nma ilə əvəz etdik. Peyğəmbər  : «Alla­hım! Həqiqətən, mən sənin ləğv edilmiş əmrini qüvvəyə mindirən ilk şəxsəm» - dedi. Sonra o, yə­hudini daş-qalaq etməyi əmr etdi və onlar da onun əmrini yerinə yetirdilər. Uca Allah da bu ayəni nazil etdi:


ﭽﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﭼ إلى قوله ﭽﯘ ﯙ ﯚ ﯛ ﯜ ﭼ
«Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”- deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərlən­dirməsin…..» ayəsindən «Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün» ayəsinə qədər.

O (yəhudilərin alimi) dedi: «Məhəmmədin  yanına gedin! Əgər sizə zinakarı his-pasa bulayıb şallaqlamağı əmr edərsə, onun dediyini qəbul edin, yox, əgər daş-qalaq et­mə­yə fətva verərsə, qaçının!» - Uca Allah da kafirlər ba­rə­sində bu ayə­ləri nazil etdi:


ﭽ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﭼ
«Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir»93
ﭽ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﭼ
«Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır».94

ﭽ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭼ


«Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir».95

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 263), Əh­məd «Müsnəd» əsərində (4-cü cild, səh. 286), Bey­həqi «Sünən» əsərində (8-ci cild, səh. 246), İbn Cərir «Təfsir»ində (6-cı cild, səh. 233, 254) və ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 3) rəvayət etmişlər.

Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 286) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, cahiliyyə dövründə yəhudilərdən olan Bənu Nədir qəbilə­sinin sakinləri Bənu Qureyzə qəbiləsinin sakinlərindən daha şə­rəfli sayılırdılar. O zaman Bənu Qureyzə qəbiləsindən olan bir şəxs Bənu Nə­dir qəbiləsindən olan hər hansı bir şəxsi öldürsəydi, bunun müqabilində onu öldürərdilər. Əks halda isə Bənu Nədir qəbiləsi onlara qanbahası ola­raq yüz «vəsəq»96 xurma verərdi. İslam dini gəldikdən sonra Bənu Nədirdən olan bir şəxs Bənu Qureyzədən olan bir şəxsi öldürdü və onlar da: «Onu bizə təslim edin oldürək!» deyə qatili tələb etdilər. Bənu Nədirdən olanlar dedilər: «Bizimlə sizin aranızda hakim Məhəmməd  olacaq». Onlar Peyğəmbərin  yanına gəldikləri zaman bu ayə nazil oldu:
ﭽ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭼ
«Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver».97 Ədalət o deməkdir ki, canın qisası can olsun! Sonra Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯾ ﯿ ﰀﰁ ﭼ
«Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər?»98

Bu hədisi Əbu Davud həmçinin «Sünən» əsərində (3-cü cild, səh. 330), Nə­sai «Sünən» əsərində (8-ci cild, səh. 17), İbn Hibban «Səhih» əsərində (Hey­sə­mi­nin «Məvaridu-z-Zaman» əsərində (səh. 430) qeyd edildiyi kimi) ibn Carud «Müntəqa» əsərində (səh. 261), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 198), ibn Cərir «Təfsir»ində (6-cı cild, səh. 243), ibn Əbi Hatim «Təf­sir»ində (3-cü cild, səh. 4), ibn İshaq (ibn Hişamın «Sira» əsərində (1-ci cild, səh. 566) qeyd olunduğu kimi) və Ha­kim «Mustədrək» əsərində (4-cü cild, səh. 367) rəvayət etmişlər.

Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 61) deyir ki, ola bilər ki, hər iki hadisə eyni vaxtda baş versin və ayə də onların hər ikisi barəsində nazil olsun. Daha doğrusunu isə Allah bilir!

Sonra mənə məlum oldu ki, ibn Abbasın (r.a) rəvayəti «daif» rəvayətdir, çünki bu rə­va­yətin isnadında, yəni Simakın İkrimədən olan rəvayəti «müttərib» rəvayətdir. Başqa bir rə­vayət isə, yəni Davud ibn Hüseynin İkrimədən olan rəvayəti «münkər»dir.


Uca Allah buyurur:
ﭽ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﭼ
«Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə et­məsən, Onun göstərişini (sənə tapşırdığı elçilik və­zifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insan­lar­dan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz»

(67-ci ayə)
İbn Hibban «Səhih» əsərində (Heysəminin Məvariduz-Zaman əsərində (səh. 430) qeyd olun­duğu kimi) de­miş­­dir­: «Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Pey­ğəmbər  bir yerə getdikdə səhabələr ona ora­da olan ən böyük ağacın kölgəsi altında dincəlməyi təklif edərdilər və o da ora­da dincələrdi. Səhabələr də o ağacın kölgəsində, Pey­ğəmbərin ət­ra­fında dincələrdilər. Bir gün Peyğəmbər  qılıncını ağac­dan asıb dincəlirdi. Bu vaxt bir bədəvi ərəb gəlib onun qılıncını gö­türdü və yaxınlaşıb Peyğəmbəri  oyatdıqdan sonra ona dedi: «Ey Məhəmməd! İndi səni mənim əlimdən kim xilas edə bilər?» Peyğəmbər  : «Allah!» - deyə cavab verdi və Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﭼ
«Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə et­məsən, Onun göstərişini (sənə tapşırdığı elçilik və­zifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insan­lar­dan qoruyar…..»

Bu hədis «həsən»dir, çünki Zəhəbi «Mizan» əsərində bu hə­disin isnadında olan Məhəmməd ibn Amrın «həsən» hə­dis rəva­yət etdiyini qeyd etmişdir. Həm­çi­nin isnadında olan Muəmməl ibn İsmayılın hafizəsinin zəif olması barəsində alimlərin rəyləri mövcuddur. Lakin bu rəvayəti qüvvət­ləndi­rən başqa isnadın ol­duğunu İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 79) qeyd etmişdir. Belə ki, Muəmməl ibn İs­ma­yı­lın rəvayətini Adəm ibn Əbi İyasın rəvayəti qüvvətləndirir.

( Hədisin özü (ayənin nazil olduğu qeyd olunmadan) Bu­xarinin «Səhih» əsərində (6-cı cild, səh. 213-215; 7-ci cild, səh. 390-391) Muslimin «Səhih» əsərində (15-ci cild, səh. 45) rəvayət olumuş­dur. «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, biz Peyğəmbərlə  birgə Nəcdə tərəf yürüş etdik. Nəhayət biz gəlib çoxlu tikanlı ağaclar olan yerə çatdıq. Peyğəmbər  qılıncını ağaclardan birinin budağından asıb dincəlmək üçün onun kölkəsində uzandı. Camaat da ağac­ların kölgəsində dincəlmək üçün vadiyə dağılışdılar. Bir qə­dər sonra Peyğəmbər  bizi çağırıb dedi: «Mən yatan vaxt bir kişi gəlib qılıncımı götürdü. Oyandıqda isə mən onu əlində qılınc hazır və­ziyyətdə başımın üstündə dayandığını gördüm. O dedi: «İndi səni mənim əlimdən kim xilas edə bilər?» Mənə: «Allah!» - deyə cavab verdim. O bir daha: «Səni mənim əlimdən kim xilas edə bilər?» deyə soruşdu. Mən yenə «Allah!» - deyə cavab verdkdən sonra o, qılıncı qınına taxdı. Budur o, sizin qarşınızdadır!

Sonra Peyğəmbər  onu cəzalandırmadı. )


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə