«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«Əgər ikiniz də Allaha tövbə etsəniz



Yüklə 2,89 Mb.
səhifə18/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

«Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir….» ayəsində xatırlanan Peyğəmbə­rin  iki zövcəsi kimlər­dir?» O dedi: «Ey ibn Abbas! Sənin sualın çox təəccüblü­dür! Bu Aişə ilə Həfsədir!» Sonra o, hədisi danışmağa başlayıb dedi: «Mən və ənsarlardan olan bir qonşum Bənu Ümeyyə ibn Zeyd tay­fasında – Mədinənin yaxınlığında yerləşən bir kənddə – qa­lırdıq. Biz növbə ilə Pey­ğəmbərin  yanına gedərdik. Bir gün mən gedib Peyğəmbərdən  eşitdiklərim əmrlər və s. (qa­dağalar, əvvəlki ümmətlə­rin başına gələnlər) barədə ona xəbər gətirərdim, bir gün də o bütün bunlar barədə mənə xə­bər gətirər­di. Biz qüreyşlilər qadınlarımızı üstələyən bir tay­fa idik. Mədinə­yə gəldikdə isə ənsar qadınların ərlərini üstə­ləyən (onlara cavab qaytaran) bir qövm olduğunu gördük. Bizim qadınlar onların ədəblərindən təsirləndilər. Bir gün mən həyat yoldaşımın üstünə qışqırdım və o mənə cavab qaytardı. Mən cavab qaytarmağı ona qadağan etdikdə o de­di: «Sən cavab qaytarmağı mənə niyə qada­ğan edirsən? Allaha and olsun ki, Peyğəmbərin  zövcələri ona cavab qaytarırlar. Bəziləri hətta bu gün gecəyə qədər ondan üz döndərib». Onun bu sözləri məni çox həyəcanlan­dırdı. Mən: «Doğrudan da onlardan bu günahı edən müvəffəqiy­yətsizliyə uğramış­dır!» - dedim. Sonra libasımı geyib Həf­sənin yanına getdim. Mən onə dedim: «Ey Həfsə! Sizlərdən biri Allahın elçisini  bu gün gecəyə qədər qəzəblən­dirib­mi?» O: «Bəli» - deyə cavab verdi. Mən dedim: «O şəxs bədbəxt olmuş və xəsarətə uğramışdır! Sən əminsən ki, Rə­sulullahı qəzəblən­dirməklə Allahın qəzəbinə gəlib həlak ol­mayacaqsan? Allahın el­çisindən çox şey (artıq xərclik və s.) istəmə, ona cavab qaytarma, ondan üz döndərmə və nə ehti­yacın varsa məndən istə! Və qonşu­nun (yəni, Aişənin) Pey­ğəmbərə  səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!»

O zaman biz, «Ğəssanlılar bizim üstümüzə yürüş etmək üçün atlarının ayaqlarını nallayırlar!» - deyə öz aramızda danışırdıq. (Bir gün Bənu Umey­yəli) yoldaşım öz növbə­sin­də Rəsulallahın  yanına getdi və gecə geri döndükdə qapı­mı bərk-bərk döyüb dedi: «O (yəni, Ömər) oyaqdırmı?». Mən həya­canlandım və onun yanına çıxdım. O dedi:

– Dəhşətli bir hadisə baş verib!

– Nədir, Ğəssanlılar hücum edib?

– Xeyr! Əksinə, bundan da artıq dəhşətli hadisə baş verib. Alla­hın elçisi  zövcələrini boşayıb.

– Artıq Həfsə həlak oldu və ziyana uğradı. Mən bunun ya­xın zamanlarda baş verəcəyini zənn edirdim.

Mən libasımı geyib Peyğəmbərin  yanına getdim və onunla birgə fəcr namazını qıldım. Sonra o, öz eyvanı­na qalxıb təkliyə çəkildi. Mən Həfsənin yanına gəldim və onu ağ­layan görüb dedim: «Nə üçün ağlayırsan, məgər mən səni bu iş­dən çəkindirməmişdim? Allahın elçisi  sizi boşa­yıb­mı? Həfsə dedi: «Mən bilmirəm, odur bax o, eyvan­dadır».

Sonra mən minbərin ətrafında oturan bir toplum səha­bə­nin yanına gəldim. Onlardan bəziləri ağlayırdı. Mən bir müddət on­larla oturduqdan sonra döz­məyib onun yanına, oturduğu eyva­nın önünə gəldim və orada dayanan Pey­ğəm­bərin  balaca, zənci xidmətçisinə dedim: «Ömər üçün izn istə (onun yanına daxil olum)». O, içəri daxil olub Pey­ğəm­bərlə  danışdı. Sonra bayıra çıxıb dedi: «Sənin xahi­şini ona çatdırdım, lakin o susdu». Mən minbərin ətrafında otu­ran səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra döz­məyib yenə onun yanına gəl­dim və bu dəfə də o, eyni cavabı verdi. Mən bir daha minbərin ətrafında oturan səha­bələrin yanı­na gayıtdım. Bir az onlarla oturduqdan son­ra döz­məyib yenə onun yanına gəl­dim. O bu dəfə də eyni cavabı verdi. Mən çıxıb getdikdə o, məni çağırıb dedi: «Peyğəmbər  sənə onun yanına daxil olmağa izn verdi». Mən Peyğəmbərin  yanına da­xil olduqda gördüm ki, o, ye­rə sə­rilmiş həsirin üstünə uzanıb, altına heç bir döşək qoy­mayıb və yerdəki qum da onun böyrünə iz salıb. Özü də içə­risi xurma lifi ilə doldurulmuş, dəridən hazırlanan yastığa söykənmişdi. Mən ayaq üstə duraraq ona salam verdikdən sonra de­dim: «Ey Alla­hın elçisi, sən zövcələrini boşamı­san­mı?» O mənə nəzər salıb: «Xeyr!» - deyə cavab verdi. Mən yenə ayaq üstə duraraq de­dim: «Ey Allahın elçisi! Təsəvvür et, biz qüreyşlilər qadın­larımızı üstə­ləyən bir qövm idik. Sonra qadınları ərlərini üstələyən bir qöv­mün yanına gəl­dik». Peyğəmbər  gülümsədi. Mən dedim: «Təsəvvür et, mən Həf­sənin yanına gəlib: «Qonşu­nun (yəni, Aişənin) Pey­ğəmbər  üçün səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!»- dedim. Peyğəmbər  yenə təbəssüm etdi. Mən onun təbəssüm etdiyini görüb oturdum və evinə nəzər saldım. Allaha and olsun ki, orada mən aşılanmış üç heyvan dərisindən başqa gözə çarpan bir şey görmə­dim. Mən dedim: «Allaha dua et ki, ümmətinin imkanlarını ge­nişlətsin! Həqi­qətən, farsların və rumlu­ların imkanları çox genişləndirilib, onlara dünya­nın naz-nemət­lərindən verilib. Halbuki onlar Alaha ibadət etmirlər». O, dikəlib oturdu və dedi: «Ey ibn əl-Xəttab! Sən şəkk edirsən? Onlar o qövm­dür ki, cah-cəlal onlara dünya həyatında verilmiş və onlar üçün tezləşdirilmişdir». Mən dedim: «Ey Allahın elçisi, mə­nim üçün (Allahdan) bağışlanma dilə!»

Həfsə (r.a) Aişəyə (r.a) Peyğəmbərin  sirrini bildir­dik­dən sonra o, zövcələrini tərk etmiş və qəzəbindən: «Bir ay mən onlara yaxınlaşma­yacağam!» - demişdi. O zaman Uca Allah da onu qı­namışdı.151 İyirmi doqquz gün keçdikdən sonra o, ilk əvvəl Aişə­nin yanına daxil oldu. Aişə (r.a) isə ona dedi: «Axı sən bir ay bizə ya­xınlaşmayacağına and iç­misən! Mən bir-bir bu günləri saymışam. Artıq bu iyirmi doqquzuncu gündür». Pey­ğəm­bər  : «Ay iyirmi doqquz­dandır!»

Bu ay doğ­rudanda iyirmi doqquz oldu. Aişə dedi: «Təx­yir (seç­mək, üstünlük vermək)152 ayə­si nazil oldu və o, zöv­cələrindən ilk əvvəl mənim yanıma daxil olub dedi: «Doğ­rusu, mən sənə bir məsələni xatırlamaq istəyirəm. Sən gərək tələsməyəsən və ata-ananla məs­ləhətləşəsən». Aişə dedi: «Mən bilirəm ki, valideynlə­rim sən­dən ayrılmağı mənə heç vaxt nəsihət etməmişlər». Pey­ğəm­bər  dedi: «Allah demiş­dir:

ﭽ ﮫ ﮬ ﮭ ﮮ ﭼ إلى قوله ﭽ ﯩ ﯪ ﭼ
«Ey Peyğəmbər! Zövcələrinə de:...» ayəsindən «…bö­yük bir müka­fat hazırlamışdır» ayəsinə qədər.

Mən dedim: «Buna görə ata-anamla məsləhətləşim?! Axı mən həqiqətən də Allahı, Onun elçisini və axirət yur­du­nu istəyirəm!»

Sonra o  digər zövcələrinə də eyni təklifi etdi və on­lar­da Aişə (r.a) kimi cavab verdilər.

Bu hədisi həmçinin Buxari (11-ci cild, səh. 188), Mus­lim «Sə­hih» əsərində (10-cu cild, səh. 93), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 163, 203), Nə­sai «Sünən əsərində (6-cı cild, səh. 46, 130), ibn Macə «Sünən» əsə­rində (2053-cü hədis), imam Əhməd «Müs­nəd» əsə­rində (1-ci cild, səh. 33; 6-cı cild, səh. 87, 163, 185, 212, 248, 264), ibn Carud «Müntəqa» əsərində (səh. 274) və ibn Cərir «Təfsir»ində (21-ci cild, səh. 158) rəvayət etmişlər. Tirmizi hər iki yerdə hədisin «səhih» olduğunu qeyd etmişdir.

Muslim «Səhih» əsərində (10-cu cild, səh. 80) de­miş­­dir­: «Cabir ibn Abdullah (r.a) deyir ki, Əbu Bəkr (r.a) gəlib Peyğəmbərin  yanına da­xil olmaq üçün izn istədikdə, onun  qapısının yanında bir dəstə adamın oturduğunu gördü. Onlardan heç bir kimsəyə içəri daxil olmağa izn veril­mə­mişdi. Əbu Bəkrə (r.a) isə izn verildi və o içəri daxil oldu. Sonra Ömər (r.a) gəlib izn istədi və ona da izn verildi O, Peyğəmbəri  və ət­ra­fında sükut içində oturmuş zövcələrini görüb dedi: «Mən bir söz deyəcəyəm və Peyğəmbəri  gül­dürəcəyəm».

Sonra o dedi: «Ey Allahın elçisi! Hərgah (ərinə qarşı) çı­xan qız mən­dən xərclik istəsəydi onun boynuna (şillə və ya yumruq) iliş­dirər­dim!» Peyğəmbər  güldü və dedi: «Gör­dü­yün kimi onlar mənim ətrafımda oturub məndən xərclik istəyir­lər». Bu vaxt Əbu Bəkr (r.a) Aişəni (r.a), Ömər (r.a) də Həfsanı (r.a) cəzalandırmaq üçün ayağa qalxıb dedi: «Siz Allahın elçisin­də  olmayan bir şeyi ondan istəyirsiniz?!» Onlar dedilər: «Biz heç zaman Allahın elçisində  olmayan bir şeyi ondan istəmərik?». Peyğəmbər  otuz və ya iyirmi doqquz gün onlardan ayrı qaldı. Sonra ona bu ayələr nazil oldu:


ﭽ ﮫ ﮬ ﮭ ﮮ ﭼ حتى بلغ ﭽ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﭼ
«Ey Peyğəmbər! Zövcələrinə de:...» ayəsindən «…yaxşı işlər görənlər üçün böyük bir müka­fat hazırlamışdır» ayəsinə qədər.

O, ilk əvvəl Aişənin (r.a) yanına gəlib dedi: «Ey Aişə! Doğ­rusu, mən sənə bir təklif etmək istəyirəm. Və istəyirəm ki, sən bu təklifi qəbul etməyə tələsməyəsən və ata-ananla məsləhətləşəsən». Aişə dedi: «O nədir ey Allahın elçisi?» Pey­ğəm­bər  Allahın ona nazil etdiyi ayələri oxudu. Aişə dedi: «Ya Rəsu­lullah! Məgər sə­nə görə (səninlə birgə ol­maqdan ötrü) valideynlə­rimlə məsləhət­ləşməliyəm?! Əksi­nə, mən Allahı, onun elçisini və axirət yurdunu seçirəm! Səndən də xahiş edirəm ki, həyat yoldaş­larından heç bi­rinə bu barədə xəbər verməyəsən!» Peyğəmbər  dedi: «O qa­dınlardan hansı birisi məndən (bu məsələ barəsində) soruşsa mən ona xəbər verəcəyəm. Allah məni nə (insanlara nə isə etməyi) zorla məcbur edən, nə də hər şeyə irad tutan bir kimsə olaraq göndər­məmişdi, lakin O məni (onlara bil­mə­diklərini) öyrədən, (bacarmadıqlarını) müyəssər edən bir kimsə olaraq göndərmişdi.

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 328) rəvayət etmişdir.

Uca Allah buyurur:
ﭽ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﭼ
«Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadın­lar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədə­qə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qa­dınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır».

(35-ci ayə)
Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 116) de­miş­­dir­: «Ummu Əmmara əl-Ənsariyyə (r.a) Peyğəmbərin  yanına gəlib dedi: «Mən, hər şe­yin yalnız kişilər üçün olduğunu və qadınların heç bir şeylə xatır­lanmadığını görü­rəm!». Odur ki, bu ayə nazil oldu:
ﭽ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﭼ الآية
«Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar...».

Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 416) (istinad edərək) Ummu Sələmədən (r.a) rəva­yət etmiş və demişdir: «Hədis Buxari və Muslimin şərtlərinə görə «səhih»dir, lakin onlar bunu rəvayət etməmişlər». Zə­həbi də bunu təs­diqlə­mişdir. Lakin (isnadında olan) Müca­hid «mürsəl» isnadla bir çox hədislər rəvayət edib. Belə ki, mən bilmirəm o, Ummu Sələ­mədən (r.a) bu hədisi eşidib ya yox. Mən bu hədisi əvvəlki hədisi qüvvət­ləndirən bir amil kimi nəql etmişəm. Hədisi həmçi­nin Təbərani «Mucəm» əsərində istinad edərək ibn Abbasdan (r.a) rəvayət etmişdir. Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 91) demişdir: «Bu hədisin isnadında olan Qabus «daif» ra­vidir, lakin bəziləri onu «siqa» ravi hesab etmişlər». Sonra mən ibn Kəsirin «Təfsir»ində (3-cü cild, səh. 47) bu hədisi Um­mu Sələ­mədən (r.a) iki isnadla rəvayət etdiyini gör­düm.
Uca Allah buyurur:
ﭽ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﭼ
«Bir zaman Allahın nemət verdiyi və sənin özünün ne­mət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanın­da saxla, Allahdan qorx!”- deyirdin. Allahın aşkar edə­cəyi şeyi ürəyində gizli saxlayır və insan­lardan çəkinir­din. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır».
(37-ci ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 142) de­miş­­dir­: «Ənəs ibn Malikdən (r.a) rəvayət olunur ki, bu ayə
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ

«…Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır.. - Zeynəb bint Cəhş və Zeyd ibn Harisə barəsində nazil olmuşdur.

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (17-ci cild, səh. 184), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 168), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 150) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 417) rəvayət etmişlər. Zəhəbi Hakimin bu rəvayətinin Buxari və Muslimin şərt­lə­ri­nə uyğun olduğunu demiş­dir.


Uca Allah buyurur:
ﭽ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﭼ

«Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir».

(37-ci ayə)
İbn Səd «Təbəqat» əsərində (8-ci cild, səh. 73) demişdir: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Zeynəb bint Cəhş (r.a) barəsində
ﭽ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﭼ
«Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki,..» ayəsi nazil oldu. O, Pey­ğəm­bərin  digər zövcələrinin yanında fəxr edərək deyirdi: «Sizin hamınızı öz əhliniz ərə verib. Məni isə Allah yeddi səmanın üzərindən (Pey­ğəm­bər  ilə) evləndirib». Hədisin isnadında olan ravilərin hamı­sı Buxari və Muslimin istinad etdiyi ravilərdir.

İbn Səd başqa isnadla deyir ki, Ənəs ibn Malik (r.a) de­mişdir: «Zeynəb bint Cəhşin (r.a) iddəti153 qur­tardıqdan son­ra Pey­ğəm­bər  Zeyd ibn Harisəyə (r.a) dedi: «Mən öz ya­nımda səndən daha etibarlı və daha inanınlmış bir kimsə gör­mürəm. Odur ki, Zeynəbin yanına get və onu mənə ni­şanla». Zeynəb (r.a) xəmir yoğurarkən Zeyd (r.a) onu götü­rüb (Pey­ğəm­bərin  yanına) gə­tirdi. Mən Zeynəbi gördükdə onun hörməti mənim qəlbimdə bir az da artdı. Pey­ğəm­bərin  onu xatırladığını bildikdə isə artıq mən onun üzünə baxa bilmədim. Mən üzümü ondan çevirdim və dedim: «Ey Zey­nəb sevin! Həqiqətən, Allahın elçisi səni xatırlayır!» O dedi: «Mən heç bir şey etməmişəm. Bu Rəbbimin buyu­ruq­ları­dır!». Sonra o qalxıb məscidə getdi və bu ayə nazil oldu:


ﭽ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﭼ
«Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki,..»

Hədisin isnadında olan ravilərin hamı­sı Buxari və Mus­li­min istinad etdiyi ravilərdir.

Hədisi həmçinin Muslim «Səhih» əsərində (9-cu cild, səh. 228) və Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 195) rəvayət etmiş­lər.
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭼ

«Onlardan dilədiyinin səninlə gecələmək növbə­sini tə­xirə sala bilərsən, dilədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz. Bu, onların se­vinmələri, kədərlənməmələri və sənin onlara verdiklə­rindən razı qalmaları üçün daha münasibdir. Allah qəl­binizdə olanları bilir. Allah Biləndir, Həlimdir».

(51-ci ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 144) ­demişdir: «Aişə (r.a) rəvayət edir ki, mən öz nəfsləri­ni Pey­ğəm­bərə  bağışlayan (heç bir təmənnasız ona ərə getməyə razılıq ve­rən) qadınları danla­yıb de­yərdim: «Heç qadın da öz nəf­si­ni bağışlayarmı? Uca Allah
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭼ
«Onlardan dilədiyinin səninlə gecələmək növbə­sini tə­xirə sala bilərsən, dilədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz…» ayəsini nazil etdikdə mən (Pey­ğəm­bərə ) dedim: «Mən görürəm ki, Rəbbin yalnız sənin istəyini tezliklə yerinə yetirir».

Hədisi həmçinin Muslim «Səhih» əsərində (1-ci cild, səh. 49), Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 158), ibn Cərir «Təf­sir»ində (22-ci cild, səh. 26) və Hakim «Mustəd­rək» əsə­rində (2-ci cild, səh. 436) rəvayət etmiş­lər. Hakim bu hədisin Bu­xari və Mus­limin şərtlərinə görə «səhih» ol­du­ğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir.

Qeyd etmək istəyirəm ki, Buxari Muhadir ibn əl-Muvar­ri­dən yal­nız «müəlləq» isnadla rəvayət etmişdir. Muslim isə ondan yal­nız bir hədis rəvayət etmiş və bunu da başqa bir hədisi qüvvətlən­dirmək üçün belə etmişdir. Bütün bunlar ibn Həcərin «Təhzibut-Təhzib» əsərində izah olunub. Odur ki, bu hədis onların şərtlərinə müvafiq deyildir. Daha doğ­rusunu isə Allah bilir!
Uca Allah buyurur:
ﭽ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﭼ
«Ey iman gətirənlər! Sizə yeməyə izn veril­məyib süf­rə­yə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərə­kətiniz Pey­ğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. Pey­ğəmbərin zövcələ­rin­dən bir şey istədikdə, pərdə ar­xa­sından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini na­razı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah dərgahında böyük günahdır».

(53-cü ayə)

Buxari «Səhih» əsərində (10-cu cild, səh. 149) demişdir: «Ənəs (r.a) rəvayət edir ki, Pey­ğəm­bər  Zeynəb bint Cəhş (r.a) ilə evlənəndə ziyafət verdi. O, camaata doyunca çörək və ət verdi. Sonra isə adəti üzrə evləndiyi günün səhərisi di­gər zövcələrinin otaqlarını bir-bir ziyarət etdi, onlara salam verdi və onlar üçün dua etdi. Onlar da qarşılıqlı olaraq sa­lam verib onun üçün dua etdilər. Daha sonra o evinə qayıtdı və iki kişinin (onun evində oturub) bir-birilə söhbət etdiyini gördükdə evdən çıxıb getdi. Onlar Pey­ğəm­bərin  evdən çıxıb getdiyini gördükdə dərhal ayağa qalxıb tələ­sik oranı tərk etdilər. Bilmirəm, onların evdən çıxdıqlarını Pey­ğəm­bərə  mən xəbər verdim, ya başqa birisi (məni qabaqlayıb bu barədə ona xəbər verdi). Odur ki, o, geri qayıdıb evə da­xil oldu və mənimlə öz arasına pərdə çəkdi. Bu vaxt hicab ayəsi154 nazil oldu.

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 148; 11-ci cild, səh. 134, 139, 519; 13-cü cild, səh. 259, 305) və «Ədəbul Mufrad» əsərində (səh. 632), Muslim «Səhih» əsərində (9-cu cild, səh. 229, 230, 232, 233), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 168-169), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 105, 168, 196, 242, 246), ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh. 75), ibn Cərir «Təf­sir»ində (22-ci cild, səh. 37-38) və Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 418) rəvayət etmiş­lər. Tirmizi rəvayət etdiyi birinci hədisi «həsən», ikincisini isə «həsən-səhih» adlandırmış­dı. Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhibə də bunu təs­diqləmişdir.

Qeyd etmək istəyirəm ki, hədis Buxari və Muslimin şərt­lərinə uyğundur, lakin Muslim hədisi həmin isnadla (9-cu cild, səh. 233) rəvayət etmişdir. Odur ki, hədisin «Mustəd­rək» əsərinə əlavə olunmasının mənası yox­dur.

Buxari «Səhih» əsərində (1-ci cild, səh. 259) demişdir: «Aişə (r.a) rəvayət edir ki, Peyğəm­bərin  zövcələri gecə vaxtı ayaqyoluna - böyük bir sahəyə su başına - çıxardılar. O zaman Ömər (r.a) gəlib Peyğəmbərə  dedi: «Zövcə­ləri­nə hicab örtməyi əmr et!» O zaman Peyğəmbər  zövcələ­ri­nə bunu əmr etmədi. Bir gecə Peyğəmbərin  hündürboylu, Səudə bint Zəm'a (r.a) adlı zövcəsi bayıra çıxdıqda, Ömər çox istəyirdi ki, hicab ayəsi nazil olsun. Odur ki, o Səudəni (r.a) çağırıb dedi: «Ey Səudə! Biz səni tanıdıq!»

Bu hədisi həmçinin Buxari «Sünən» əsərində (13-cü cild, səh. 260), Muslim «Sə­hih» əsərində (14-cü cild, səh. 152) və ibn Cərir «Təfsir»ində (22-cü cild, səh. 39) rəvayət et­mişlər.

Təbərani «Mucəmus-Səğir» əsərində (1-ci cild, səh. 83) demişdir: «Aişə (r.a) rəvayət edir ki, mən Peyğəm­bərlə  birgə camda xurma hal­vası155 yeyirdik. Bu vaxt Ömər (r.a) gəlib bizim yanımızdan keç­dikdə Peyğəm­bər  onu da ye­məyə də­vət etdi. Yemək yeyərkən onun barmağı mənim barmağıma dəydi və o (təəssüflənərək) dedi: «Ax, ax, əlim dəydi! Əgər barənizdə hökm nazil olsaydı heç bir göz sizi görməzdi!» Sonra isə hicab ayəsi nazil oldu».

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 93) demiş­dir: «Musa ibn Əbi Kə­sirdən başqa hədisin isnadında olan ravilə­rin hamısı Buxari və Muslimin istinad etdiyi ra­vi­lərdir. Musa ibn Əbi Kə­sirə gəlincə, o da «siqa» ravidır.

İbn Həcər «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 260) bu hədis­ləri cəm edib demişdir: «Bu hədisləri cəm edib demək olar ki, hi­cab ayəsinin nazil olmasına dair baş vermiş ha­di­sələr müxtəlif cür olmuşdur. Lakin, Zeynəb (r.a) barəsindəki xəbər ayə ilə əlaqədar olan sonuncu xəbərdir. Yaxud demək olar ki, bəzi rəvayətlərdəki «hicab ayəsi» deyildikdə
ﭽ ﮤ ﮥ ﮦ ﮧﮨ ﭼ الآية
«…çarşabları ilə örtsünlər...» ayəsi qəsd olunur».

Qeyd etmək istəyirəm ki, ibn Həcərin: «Yaxud demək olar ki, bəzi rəvayətlərdəki «hicab ayəsi» deyildikdə


ﭽ ﮤ ﮥ ﮦ ﮧﮨ ﭼ الآية
«…çarşabları ilə örtsünlər...» ayəsi qəsd olunur»- ifa­dəsi isə araşdırılmalıdır. Belə ki, rəvayətlər Zeynəb (r.a) ba­rəsində, həm­çinin Ömərin (r.a) diləyindən156 sonra (Təbə­ri­nin «Təfsir»in­də (12-ci cild, səh. 40) qeyd olunduğu kimi) məhz
ﭽ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﭼ
«Ey iman gətirənlər! Sizə yeməyə izn veril­məyib süf­rə­yə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin...» ayəsinin nazil olduğunu bəyan edir. Odur ki, bu ayənin nazil ol­masına dair baş vermiş hadisələr müxtəlif cür olduğunu demək daha doğrudur.

Qeyd: Ömərin (r.a): «Ey Səudə! Biz səni tanıdıq!»- de­məsin­dən belə aydın olur ki, bu hadisə hicab ayəsinin nazil olmasından əvvəl, bəzi rəvayətlərdə isə sonra baş vermişdir. Bu rəvayətləri necə cəm etmək olar?

İbn Həcər «Fəthul-Bari» əsərində (10-cu cild, səh. 150) demiş­dir: «Kərmani deyir ki, əgər desən ki, bu, hicab ayəsi nazil olduqdan sonra baş vermişdir, onda demək olar ki, həmçinin dəs­təmaz fəslində də bu hadisənin hicab ayəsi nazil olduqdan əvvəl baş verməsi qeyd olunmuşdur. Bunun isə cavabı belədir. Ola bilsin ki, o hadisə iki dəfə baş ver­mişdir».

İbn Həcər – sözünə davam edib – deyir ki, əvvəlki ha­di­sədə nazil olmuş hicab ayəsi ilə sonrakı hadisədə nazil ol­muş hicab ayəsi arasında fərq var. Nəticə budur ki, yad kişi­lərin Peyğəmbə­rin  zövcələrinə baxması Ömərin (r.a) qəl­bini narahat edirdi. Odur ki, o, açıq-aydın Peyğəm­bərə  : «Zövcələrinə hicab örtməyi əmr et!»- dedi. Bu da onunla təsdiqləndi ki, hicab ayəsi nazil oldu. Sonra onların ümu­miyyətlə örtünmüş halda belə gözə görünməmələrini məslə­hət etdi. Lakin Peyğəm­bər  buna mane oldu və qadınlara əziyyət olmasın deyə ehtiyaclarını ödəmək üçün bayıra çıx­maqla­rına rüxsət verdi».
Ya sin surəsi
Uca Allah buyurur:
ﭽ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﭼ
«Həqiqətən, ölüləri dirildən, onların bu dünyada tö­rət­diklərini və tələsik tərk et­diklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuz­da) qeydə almı­şıq».

(12-ci ayə)

İbn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 566) Bəzzardan nəql edir ki, o de­miş­­dir­: «Əbu Səid (r.a) rəvayət edir ki, Bənu Sələmə qəbiləsi gəlib Alla­hın elçi­sinə  mənzillərinin məsciddən uzaq ol­ması barədə şikayət etdilər. Odur ki, bu ayə nazil oldu:

ﭽ ﯢ ﯣ ﯤ ﯥﯦ ﭼ الآية
«…onların bu dünyada törətdiklərini və tələsik tərk et­diklərini yazan Bizik..Onlar da öz yurdlarında qalmalı oldular».

İbn Kəsir bu hədisi başqa isnadla nəql etdikdən sonra de­miş­dir: «Hədisdə ayənin məhz bu səbəbdən nazil ol­ma­sında qəribəlik vardır. Çünki bu surə bütövlükdə Məkkə surəsi­dir».

Abbad ibn Ziyaddan başqa hədisin isnadında olan ravi­lə­rin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Onun barəsin­də ibn Həcərin «Təhzibut-Təhzib» əsərində bəzi tənələr qeyd olunub. Lakin başqa rəvayətlərlə birgə onun rəvayəti qüvvəyə minə bilər. Bu hədisi Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 171) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 428) rəvayət etmişlər Tirmizi bu hə­disi «həsən» hesab etmişdir. Hakim isə bu hədisin «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Qeyd et­mək lazımdır ki, hədisin isnadında olan Tərif ibn Şihab «daif» ravidir. Hədisi həmçinin ibn Cərir «Təfsir»ində: «Ənsarla­rın evləri məscid­dən uzaq olduğundan onlar məs­ci­də köçmək istə­yirdilər. Buna görə də bu ayə nazil oldu» ləf­zi ilə rəvayət etmiş və isnadının «səhih» olduğunu qeyd et­mişdir.

O ki qaldı ibn Kəsirin: «Hədisdə ayənin məhz bu səbəb­dən na­zil olmasında qəribəlik vardır. Çünki bu surə bütöv­lükdə Məkkə surəsidir»- deməsinə onun nəyi qəsd etdiyi mənə bəlli deyildir. Əgər ayənin Məkkədə nazil olduğu sü­buta yetirilsə, onda de­mək olar ki, bu ayə iki dəfə (Məkkədə sonra da Mə­dinədə) nazil olub. Əks təqdirdə bu ayəni çıxmaq şərtilə surənin Məkkə su­rəsi oldu­ğunu hesab etmək olar. Daha doğrusunu isə Allah bilir!


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə