«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə16/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

«Arvadlarını zinada günahlandırıb….»

Peyğəmbər  bu ayələri ona oxuyub, nəsihət etdikdən sonra dünya əzabının axirət əzabından daha yüngül olacağı barədə ona xəbər verdi. O dedi: «Xeyr! Səni haqq ilə gön­dərənə and olsun ki, mən ona böhtan atmıram!» Peyğəmbər  qadını çağırtdırdı, ona nəsihət edib dünya əzabının axirət əzabından daha yüngül olacağını ona xəbər verdi. Qadın dedi: «Xeyr! Səni haqq ilə göndərənə and olsun ki, o yalan danışır!»

Əvvəlcə kişi doğru danışdığına dair dörd dəfə Allahın adı ilə şəhadət verdi və beşinci dəfə: «Əgər yalan deyirəmsə, Allah mənə lənət etsin»- dedi. Sonra qadın onun yalan deməsi barəsində dörd dəfə Allahın adı ilə şəhadət gətirdi və beşinci dəfə: «Əgər o doğru deyirsə, Allahın qəzəbi məni tutsun»- dedi. Sonra Peyğəmbər  onları ayırdı. (bir-birindən boşadı.)

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (2-ci cild, səh. 224; 4-cü cild, səh. 154), Nəsai «Sünən» əsərində (6-ci cild, səh. 144) Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 19, 42), Darimi «Sünən» əsərində (2-ci cild, səh. 150), ibn Carud «Müntəqa» əsərində (səh. 252) və ibn Cərir «Təf­sir»ində (18-ci cild, səh. 84) rəvayət etmişlər.

Tirmizi bu hədisin «səhih» olduğunu demişdir.

Bu hədisdə sual verən və lənətləşən şəxsin kim olduğu bəlli deyildir, lakin Muslim və Nəsainin rəvayət etdiyi hə­disdə onun İclani (r.a) olduğu qeyd olunmuşdur.

Muslim «Səhih» əsərində (10-cu cild, səh. 127) demişdir: «Abdullah (r.a) rəvayət edir ki, cü­mə gecəsi məsciddə idik. Ənsarlardan bir kişi gəlib dedi: «Əgər bir kişi həyat yol­da­şını başqa bir kişi ilə zina edərkən tutsa və bu ba­rədə xəbər versə onu şallaqlayacaqsınız, yaxud öldürübsə onu öl­dü­rə­cəksiniz? Yox əgər susarsa, günahı gizlətmiş olar? Alla­ha and olsun ki, bu haqda Peyğəmbərdən  mütləq soruşa­ca­ğam».

Ertəsi gün o, Peyğəmbərin  yanına gəlib dünən dedik­lə­rini ona dedi. Peyğəmbər  : «Allahım, bunun hökmünü bi­zə bəyan et!»- deyib dua etməyə başladı və lənət ayələri na­zil oldu:


ﭽ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﭼ الآيات
«Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahid­ləri ol­mayanların …..»134

Həmən kişi bu müsibətə düçar oldu və sonra arvadı ilə Pey­ğəmbərin  yanına gəlib, onun hüzurunda lənətləşdi. Kişi doğru dediyini sübuta yetirmək üçün Allahın adı ilə dörd dəfə şəhadət gətirdi və beşinci dəfə: «Yalan danı­şı­ram­sa, Allah mənə lənət etsin!»- dedi. Sonra qadın lənət etmək istədikdə Peyğəmbər  ona bir az düşünməyi əmr etdi. O isə lənət edərək dönüb getdi. O getdikdən sonra Peyğəmbər  dedi: «Ola bilsin ki, onun dünyaya gətirəcəyi uşaq qara dərili, qıvrımsaç (yaxud barmaqları qısa) olsun».

Uşağın əlamətləri Peyğəmbərin  dediyi kimi də oldu».

Bu hədisi həmçinin əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 242), ibn Macə «Sünən» əsərində (2068-ci hədis), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 448) və ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 84) rəvayət etmişlər.

Muslim «Səhih» əsərində (10-cu cild, səh. 128) demiş­dir: «Məhəmməd rəvayət edir ki, mən Ənəs ibn Malikin (r.a) lənətləşmə barəsində elmli olduğunu bilib bu haqda ondan soruşdum. O dedi: «Doğrudan da Hilal ibn Ümeyyə (r.a) zövcəsini Şureyk ibn Səhma ilə zina etməkdə ittiham etdi. O, Bəra ibn Malikin (r.a) qardaşı və İslamda ilk lə­nət­ləşən kimsə idi. O, zövcəsi ilə lənətləşdikdən sonra Peyğəm­bər  dedi: «Bu qadına nəzarət edin! Əgər onun dünyaya gətirəcəyi uşaq ağbəniz, boy-buxunlu və qaragöz olarsa, de­məli uşaq Hilal ibn Ümeyyədəndir (r.a). Yox əgər uşaq qa­ra, qıvrımsaç (yaxud barmaqları qısa) arıq baldırlı olarsa, de­məli uşaq Şureyk ibn Səhmadandır».

Mənə bəlli oldu ki, qadının dünyaya gətirdiyi uşaq Pey­ğəm­bərin  Şureykdən olacaq uşağı vəsf etdiyi şəkildə do­ğuldu».

Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 141) rəvayət etmişdir.

Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 60) de­mişdir: «Huzeyfə ibn əl-Yəmən (r.a) rəva­yət edir ki, Pey­ğəmbər  Əbu Bəkrə (r.a) dedi: «Əgər sən, Ummu Ruman­la birgə yad kişi görsən, nə edərsən?» O dedi: «Allaha and olsun ki, ona pislik edərəm». Sonra Peyğəmbər  dedi: «Bəs sən nə edərsən ey Ömər?» Ömər (r.a) dedi: «Allaha and olsun ki, mən onu öldürərəm. Allah aciz olana (zinaya meyl edənə) lənət etsin! Həqiqətən, o alçaqdır!» Uca Allah bu ayəni nazil etdi:

ﭽ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﭼ الآيات
«Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahid­ləri ol­mayanların …..»135

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 74) demiş­dir: «Bu hədisin isnadında olan ravilərin hamısı «si­qa» ravilər­dir».

Huzeyfənin (r.a) hədisini əvvəlki iki hədislə cəm etməyə ehtiyac yoxdur. Çünki bu rəvayəti, ibn Kəsirin «Təfsir»ində göstə­rildiyi kimi Zeyd ibn Yəsirdən yalnız Əbu İshaq rə­va­yət etmişdir. Onu da yalnız ibn Hibban və İcli (ibn Həcərin «Təhzibut-Təh­zib» əsərində qeyd olunduğu kimi) etibarlı ravi hesab etmişlər. Lakin onlar «mütəsahil»dirlər. Həmçi­nin bu hədisin «məvsul» və ya «mürsəl» isnadla rəvayət olunmasında ixtilaf etmişlər. Lakin «mürsəl» olduğunu de­yənlər daha çox üstünlük təşkil edir. Bununla belə Əbu İs­haq «mü­dəllis»dir və hədisi «eşitdim»- deməklə rəvayət et­məmişdir.

Əvvəlki iki hədisə gəlincə isə onları cəm edib demək olar ki, Hilal ibn Ümeyyə (r.a) Peyğəmbərdən  bu barədə so­ruşmuş, ardınca İclani gəlib soruşduqda bu ayə nazil ol­muşdur. Daha doğrusunu isə Allah bilir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﭼ

«Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gəti­rənlər özü­nüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəs­tədən olan hər bir şəxsin qa­zandığı günahın cəzası var­dır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yax­şı fikirdə olub: “Bu, açıq-aydın bir böh­tandır!”- demə­dilər? Nəyə görə onlar buna dair dörd şahid gətir­mədi­lər? Madam ki, şa­hid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar. Əgər Allahın dünyada və axi­rətdə sizə lütfü və mərhəməti olma­saydı, dedi-qodu­ları­nıza görə sizə böyük bir əzab toxu­nardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”- demədiniz? Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Bi­lən­dir, Müdrikdir. Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağ­rılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və ya­ramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskin­lərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi ba­ğışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhm­lidir»

(11-22-ci ayələr)
Buxari «Səhih» əsərində (6-cı cild, səh. 198) demişdir: «Aişə (r.a) rəvayət edir ki, Peyğəm­bər  səfərə çıxmağa ha­zır­laşdıqda zövcələri arasında püşk atardı. Püşk kimə düş­səydi onu da özü ilə səfərə aparardı. Döyüşlərin birində o yenə bizim aramız­da püşk atdı və bu dəfə mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Bu vaxt ar­tıq hicab ayəsi nazil olduğundan məni kəcavə­nin içərisində apar­dılar. Səfər biz döyüşü başa vurub geri dönənə qədər davam etdi. Biz Mədinəyə qayıtdıqda ona yaxın bir yerdə (dincəlmək üçün) dayandıq. Pey­ğəmbər  orada gecələməyib sə­fərə çıxmağı əmr etdi. Mən (zəruri ehtiyacımı ödəmək üçün tək­başına) qoşundan uzaqlaşmışdım. Ehti­yacımı ödəyib geri qayıt­dıqda yolda əlimi sinəmə toxundurub Yəmən muncuğundan olan boyunbağımın qırılıb düşdüyünü gör­düm və onu axtarmaq üçün yenidən geri qayıtdım. Elə onu axtar­maq da məni yol­dan saxladı. Kəcavəni aparanlar mənim onun içərisində ol­duğumu güman edərək onu götürüb dəvənin üstünə qoy­du­lar. O zamanlar qadın­lar az yedikləri üçün yüngül çəkili olurdular və elə bu səbəbdən də onlar kəcavəni qaldırarkən onun çəkisindəki fərqi hiss etmədi­lər. Mən o zamanlar çox gənc idim və onlar beləcə dəvəni sürüb apar­dı­lar.

Boyunbağını tapıb geri qayıtdıqda qoşun artıq çıxıb get­miş, orada nə bir çağıran, nə də bir cavab verən qalmışdı. Mən on­ların məni yerimdə tapmadıqları üçün mütləq dönə­cəklərini gü­man edərək kəcavənin dayandığı yerə gəl­dim. Az sonra oturduğum yerdə yuxuladım. Bu vaxt Səfvan ibn Muattil əs-Suləmi əz-Zəkvani (r.a) (qoşundan qalan əşyaları toplayıb sahiblərinə qay­tarmaq üçün) qoşunun ardı ilə gə­lir­di. O mən olan yerə səhərə ya­xın gə­lib çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxın­laşdı. O hicab ayəsi nazil olmamışdan öncə məni gör­düyü üçün dərhal məni tanıdı. Mən onun istirca136 etməsinə oyan­dım və çar­şabla üzümü örtdüm. O mənə heç bir söz demədi və mən də on­dan istir­cadan başqa bir kəlmə də eşitmədim. O dəvəsini diz çök­dür­dü və mən ona mindikdən sonra (üzəngisin­dən) tuta­raq sü­rüb apardı. Nəhayət biz şiddətli isti olduğundan çayın qıra­ğında otur­muş orduya ye­tişdik. Bu zaman bir çoxları (mənə iftira atmaqla) həlak oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Səlul idi. Mədi­nəyə çatdıqdan sonra bir ay xəstə oldum. Bu andan camaat böh­tan atanların söz-söh­bət­lərini müzakirə edir, mən isə bütün bunlardan xəbərsiz idim. Həmişə xəstələndi­yim za­man Pey­ğəmbərin  mənə göstər­diyi qayğını indi ondan görməməyim məni şübhələndirirdi. O  sadəcə olaraq yanıma gə­lir, salam ve­rib «vəziyyətin ne­cə­dir?»- deyir və gedirdi. Bütün bun­lar məni şübhələndirsə də mənə yönələn şərdən xəbərim yox idi.

Sağaldıqdan sonra Ummu Mistahla (r.a) birgə Mədinənin kə­narında olan bir yerə getmək üçün evdən çıxdım. Bura bi­zim ge­cədən-gecəyə zəruri ehtiyaclarımızı ödəmək üçün gəldiyimiz yer­lər idi. O vaxt­lar hələ evlərin yaxınlığında ayaqyolular tikilmə­mişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Um­mu Mistahın (r.a) atası Əbu Ruhm bin Abdumənaf, anası Əbu Bək­rin (r.a) xalası Raita bint Səxr bin Amir, oğlu isə Mistah ibn Usasədir (r.a). Biz birgə evə yaxınlaşdıqda onun ayağı əbasına ilişdi və: «Mistah hə­lak olsun!»- dedi. Mən ona dedim: «Sənin dediyin necə də pisdir! Bədr döyüşündə iştirak etmiş bir kimsəni söyür­sən?!» O dedi: «Ey qafil! Məgər sən onun nə dediyini eşit­məmisən?» Mən: «O nə deyib ki?»- deyə soruşdum və o da iftira­çıların mənim haqqımda dediklərini mənə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldik­dən sonra Pey­ğəmbər  yenə mənim yanıma gəldi. O əvvəlki tək salam verib əh­valımı soruşdu. Mən ondan valideynlərimin yanına getməyə izn istədim, o da etiraz etmədi. Mənim niyyətim bu xəbə­rin doğru olub-olmadığını valideynlərimdən dəqiqləş­di­r­ib əmin olmaq idi. Valideynlərimin yanına getdim və ana­ma: «Anacan camaat nə danışır?»- dedim. O dedi: «Qızım özünü üzmə (öz sağlığını düşün) çox na­dir hallarda rast gəl­mək olar ki, gözəl qadını əri sevsin və ortaqla­rı (ərin başqa zövcələri) onun əleyhinə danışma­sınlar». Mən: «Sübhanəl­lah! Demək insanlar bunu danışırlar­mış»- dedim. Mən bü­tün gecəni ağladım, səhərə qədər göz yaşım dayan­madı və bir anlıq belə yuxulaya bilmədim.

Vəhy nazil olması gecikdiyi üçün Peyğəmbər  Əli ibn əbu Ta­libi (r.a) və Usamə bin Zeydi (r.a) zövcəsini tərk edib-etməməsi barədə məsləhət almaq üçün yanına dəvət et­di. Usamə bin Zeyd (r.a) Peyğəmbərə  mənim namuslu ol­duğumu və bizi ürəkdən istədiyini bildirərək dedi: «Ey Alla­hın elçisi! Mən onun barəsində zərrə qədər də pis bir şey eşitməmi­şəm!» Əli ibn əbu Talibin (r.a) cavabı isə belə ol­du: «Allah sənə heç bir hədd qoymayıb. Ondan başqa nə çox qadın­lar var. Əgər Aişənin (r.a) xidmətçisindən (Bəri­rə­dən (r.a)) soruş­san, o sənə dü­zünü deyər». Peyğəmbər  Bərirəni (r.a) çağırıb dedi: «Ey Bə­rirə! Səni şübhələndirəcək bir şey görmüsənmi?» Bərirə (r.a) : «Xeyr! Səni haqq ilə Göndərənə and olsun ki, ondan bir qəbahət iş görsəydim onu qınayardım. Yalnız onu deyə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğurduğum xə­miri qorumağı ona tapşırdıqda o yatırdı və qoyun gəlib xəmiri yeyirdi»- dedi.

Abdullah ibn Ubey ibn Səlul dediyinə görə üzrxahlıq is­təsin de­yə həmin gün Peyğəmbər  minbərə qalxıb dedi: «Ey müsəlman­ camaatı! Sizlərdən kim mənim əhlimə əziy­yət ve­rən kimsənin ittihamla­rını rədd edərək əhlimə bəraət qazandıra bilər? Mən öz həyat yol­daşımdan heç bir pis hə­rəkət görməmi­şəm. Eləcə də ittiham olu­nan kişinin (Səfvan ibn Muattilin (r.a)) pis bir hərəkət etdiyi də mənə məlum deyil. O heç vaxt mənsiz bizim evə daxil olmayıb».

Bu vaxt Səd ibn Muaz (r.a) ayağa qalxıb dedi: «Ey Alla­hın elçi­si, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər itti­ham edən şəxs Əvs qəbiləsindəndirsə biz onun boynunu vurarıq, yox əgər qar­daşlarımız olan Xəzrəc qəbi­ləsindən­dirsə əmr et, sənin əmrini ye­rinə yetirək».

Bu vaxt Xəzrəc qəbiləsinin başçısı - əvvəl əməlisaleh olan, sonra isə yolunu azmış - Səd ibn Ubadə Səd ibn Mua­za (r.a) dedi: «Alla­ha and olsun ki, sən yalan danışdın! Sən onu nə öldürənsən, nə də öldürməyə qadirsən!» Bu sözdən sonra - Səd ibn Muazın (r.a) əmi­si oğlu - Useyd ibn Xudeyr (r.a) qalxıb Səd ibn Ubadəyə dedi: «Allaha and olsun ki, sən yalan danışdın! Biz onu mütləq öldürərik. Həqiqə­tən, sən münafiqsən və münafiqləri müdafiə edirsən». Beləliklə Xəzrəc və Əvs qəbilələri arasında elə çaxnaşma düşdü ki, az qala bir-birləri­ni öldürəcəkdilər. Bu vaxt Peyğəmbər  min­bərdə da­yanıb onları sakitləşdirirdi. Onlar susana qədər Pey­ğəmbər  onları sakitləşdirdi. Mən daha bir gün dayanma­dan ağladım və yatmadım. Səhərisi gün valideynlərim mə­nim bir gün yarım da­yanmadan ağladığımın şahidi olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mə­nim yanımda olarkən ənsar qadın­lardan biri mənim yanıma daxil olmaq üçün izn istədi və gəlib mənimlə bərabər ağladı. Elə bu zaman Peyğəm­bər  içəri daxil oldu və salam verib oturdu. Bu söz-sohbət başlanandan o mənim yanımda da­yan­mamışdı. Bir ay keçməsinə baxmayaraq mənim ba­rəmdə heç bir ayə nazil olmurdu. O  , Allaha həmd-səna et­dikdən sonra dedi: «Ey Aişə! Sənin barəndə mənə filan-filan xəbər­lər çatıb. Əgər günahkar deyilsənsə Allah səni təmizə çıxar­dacaq. Yox əgər günah iş görmüsənsə Allahdan bağışlanma dilə, tövbə et! Həqiqətən, bəndə günahını etiraf edib tövbə edərsə Allah onun tövbəsini qəbul edər». Peyğəmbər  sözünü qurtardıqdan sonra mənim göz yaşım kəsildi və gö­zümdən bir damla yaş belə çıxmadı. Mən atama: «Allahın elçisinə cavab ver!»- dedim. O dedi: «Allaha and olsun ki, ona nə deyəcəyimi bilmi­rəm». Sonra mən anama: «Allaın el­çisinə cavab ver»- dedim. O dedi: «Mən bilmirəm Allahın elçisinə nə deyim». Mən az yaşlı qız uşağı olduğum üçün, Qurandan da çox dəlil-sübut bilmədiyimə görə dedim: «Hə­qiqətən, hər şey mənə bəlli oldu. Siz insanların danışdıqları bütün bu söhbətləri eşit­diniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız ol­duğumu desəm, Allah da bilir ki, həqiqətən, mən günah­sı­zam, siz mənə inanmayacaqsınız. Yox əgər günahkar ol­du­ğumu etiraf etsəm, Allah da bilir ki, mən o günahdan uza­ğam, siz buna inanacaqsınız. Allaha and olsun ki, Yusifin  atası Yaqubun  dediyindən başqa misal çəkə bilmə­rəm:
ﭽ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﭼ
«Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabi­lində Allahdan kömək diləmək lazımdır».137

Bunları deyib dönüb getdim və yerimə uzandım. O za­man mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Mən ümid edirdim ki, Allahın elçisi  mə­nə bəraət qazandıracaq bir yuxu görəcək. Lakin mən heç vaxt inan­mazdım ki, Uca Allah mənim günahsız­ olduğum barədə qiyamətə qədər oxunacaq ayələr nazil edəcək.

Vallahi Rəsulullah  heç yerindən qalxmamış və ev əh­lin­dən də hələ çolə bir kəs çıxmamış ona vəhy nazil oldu. O hər dəfə vəhy nazil olduğu zaman düşdüyü görkəmi aldı. En­dirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirir və qış günündə belə ondan mirvari dənəsi kimi damla-damla tər tökü­lürdü. Vəhy nazil olduqdan sonra o sevincindən gü­lürdü. Dediyi ilk söz isə bu oldu: «Ey Aişə, Allaha həmd et! O səni təmizə çıxartdı».

Anam dərhal: «Qızım, Rəsulullaha doğru qalx və ona tə­şəkkür et!»-dedi. Mən isə dedim: «Vallahi mən nə ona tərəf qalxaca­ğam, nə də Allahdan başqa bir kimsəyə həmd edə­cəyəm!»

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭼ العشر الآيات كلها
«Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gəti­rənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin …..» (11- dən 22-yə qədər)

Mənə bəraət qazandıran ayələr nazil olduqdan sonra, qo­hum­luq əlaqələrinin hörmətinə və ka­sıb olduğuna görə Mis­tah bin Usasəyə (r.a) öz malından xərcləyən Əbu Bəkr əs-Siddiq (r.a) dedi: «And olsun Allaha! Mistah Aişə barəsində belə dedik­dən sonra mən ona malımdan heç bir şey ver­mə­yəcəyəm. Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﭼ
«Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohum­lara, miskin­lərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağış­lasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsi­nizmi? Allah Bağışlayandır, Rəhmlidir»138

Əbu Bəkr (r.a) dedi: «Əksinə, vallahi mən istəyirəm ki, Allah məni bağışlasın!» O, yenə də malından xərcləməyinə davam etdi və dedi: «Vallahi Mən heç vaxt malımı ondan əsirgəməyəcəyəm!»

Allahın elçisi  Zeynəb bint Cəhşdən (r.a) mənim ba­rəmdə soruşub dedi: «Ey Zeynəb! Sən (bu haqda) nə bi­lir­sən, yaxud nə görmüsən?» O dedi: «Ey Allahın elçisi! Mən gö­zümü, qulağımı (görmədiyim, eşit­mədiyim şeylərdən) qo­ruyu­ram! Mən onun barəsində xeyirdən başqa bir şey bil­mirəm».

Bu o Zeynəbdir ki, Peyğəmbərin  zövcələri arasında gözəlliyi və Peyğəmbərin  yanında olan mövqeyi ilə mə­nimlə rəqabət aparırdı. Lakin bunun pis aqi­bətindən qorx­du­ğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu. Ba­cısı Həmnə isə ona qarşı müharibəyə başladı (iftiraçı­ların Aişə barəsində söylədikləri böhtanları yaymağa başladı) və bu səbəbdən də iftiraçılardan həlak olanlarla birgə həlak ol­du».

Bu hədisi həmçinin Buxari (8-ci cild, səh. 436; 10-cu cild, səh. 68, 106; və müxtəsər olaraq 14-cü cild, səh. 373; 17-ci cild, səh. 32), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 102), Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 155), Abdurrəzzaq «Müsənnəf» əsə­rində (5-ci cild, səh. 410), Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 59, 103), ibn İs­haq (ibn Hişamın «Sira» əsərində (2-ci cild, səh. 297) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 90) və «Tarix» əsərində (3-cü cild, səh. 67) rəva­yət etmişlər.
Uca Allah buyurur:
ﭽ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﭼ
«Əgər kə­nizləriniz is­mətlərini qoru­maq istəsələr, fani dünya malı əldə edəcək­siniz deyə onları zinakarlı­ğa məcbur etməyin. Kim onları bu işə məc­bur etsə, bil­sin ki, onlar məcbur edildikdən sonra Allah onları bağış­layar və Rəhm­ edər».

(33-cü ayə)
Muslim «Səhih» əsərində (18-ci cild, səh. 162) demişdir: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Abdullah ibn Ubey ibn Səlul öz cariyəsinə deyərdi: «Get zina et, bizim üçün bir şey qazan!» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﭼ
«Əgər kə­nizləriniz is­mətlərini qoru­maq istəsələr, fani dünya malı əldə edəcək­siniz deyə onları zinakarlı­ğa məcbur etməyin. Kim onları bu işə məc­bur etsə, bil­sin ki, onlar məcbur edildikdən sonra Allah onları bağış­layar və Rəhm­ edər».

Muslim bu hədisi başqa isnadla Əbu Süfyandan (r.a) rə­vayət edir ki, Abdullah ibn Ubey ibn Səlulun Museykə və Umeymə adlı iki cariyəsi var idi. O, cariyələri zinakarlığa məcbur etdiyinə görə onlar Peyğəmbərə  şikayət etdilər. Uca Allah da bu ayəni («ən-Nur», 33) nazil etdi.

Bu hədisi həmçinin Əbu Davud «Sü­nən» əsərində (2-ci cild, səh. 264), ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 132-133), Bəzzar «Müsnəd» əsərində (ibn Kəsirin «Təfsir»ində (3-cü cild, səh. 288) qeyd olunduğu kimi) və Hakim «Mus­tədrək» əsərində (2-ci cild, səh. 211, 397) rəva­yət etmişlər. Hakim hər iki yerdə hədisin Muslimin şərtlərinə uyğun ol­duğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmişdir.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 82) hədi­si nəql edib demişdir: «Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, Abdullah ibn Ubey ibn Səlulun cariyəsi ca­hiliyyə dövründə zina edirdi. Zina haram buyurulduqda isə o: «Allaha and olsun ki, mən heç vaxt zina etməyəcəyəm!»- dedi və bu ayə («ən-Nur», 33) nazil oldu.

Bu hədisi Təbarani və Bəzzar Rəvayət etmişlər. Təbə­ra­ninin rəvayət etdiyi hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.
Uca Allah buyurur:
ﭽ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﭼ
«Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi on­ları da yer üzünün varisləri edəcək, möminlər üçün on­la­rın Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və on­la­rın qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. On­lar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmur­lar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlər­dir».

(55-ci ayə)

Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 401) de­miş­dir: «Ubey ibn Kəb (r.a) rəvayət edir ki, Peyğəmbər  səhabələrilə birgə Mədinəyə gəldikdə ənsarlar onlara sığı­na­caq verdilər. O zaman ərəblər müsəlman­lara qarşı əlbir idi­lər. Bu səbəbdən də müsəlmanlar silahla yatır və silah­la oyanırdılar. Odur ki, onlar: «Görəsən biz yalnız Allahdan qorxaraq rahat yaşayacaq və xatircəm olub ar­xayınlıqla yata biləcəyikmi?!»- dedilər və bu ayə nazil oldu:

ﭽ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﭼ
«Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi on­ları da yer üzünün varisləri edəcək, möminlər üçün on­la­rın Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və on­la­rın qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. On­lar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmur­lar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlər­dir».

Hakim: «Hədisin isnadı «səhih»dir, lakin Buxari və Mus­lim onu rəvayət et­məmişlər»- demiş, Zəhəbi də bunu təsdiq etmişdir.

Bu hədisin isnadında olan Əli ibn əl-Huseyn ibn Vaqid adlı ra­vini Əbu Hatim «daif» ravi, Buxari isə «mətruk» ravi hesab etmişlər. O demişdir: «İshaq barəsində pis fikirlər söy­lənilmişdir, lakin ibn Hibban onu «siqa» ravi hesab et­mişdir. Nə­sai isə belə demişdir: «Səduq» ravidir. (Bax «Təhzibut-Təhzib» əsərinə). Heysəmi isə «Məcməuz-Zə­vaid» əsərində (7-ci cild, səh. 83) demişdir: «Bu hədisi Tə­bərani «Mucəmul-Əvsət» əsərində rəvayət etmişdir və is­na­dında olan ra­vilərin hamısı «siqa» ravilərdir». Hədisi həm­çinin Təbəri «Təf­sir»ində (18-ci cild, səh. 159) Əbu əl-Ali­yəyə istinad edərək «mürsəl» isnadla rəvayət etmişdir.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə