«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə7/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   2   3   4   5   6   7   8   9   10   ...   27

Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﭼ
«Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz can­larının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”- deyə Allah barəsində haqsız ola­raq, cahiliy­yə dövründəkinə bənzər düşüncələrə qapıl­dı­lar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildir­mədik­lərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”- de­yirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öl­dürül­məsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlb­lərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”»

(154-cü ayə)

İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 84) demişdir­: «Əbu Təlhə (r.a) rəvayət edir ki, Uhud döyüşü günü mən səhabələrin hamısının mürgülə­diyini gördüm. Uca Allah da həmin hadisə ilə bağlı bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ الآية
«Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü nazil etdi..».

Bu hədis «həsən-səhih»dir.

Sonra Tirmizi bu hədisin başqa sənədlə – Əbuz-Zubeyrdən – rəvayət olunduğunu və hədisin «həsən-səhih» olduğunu demişdir. Tirmizinin «Sünən» əsərini şərh edən Mübarəkfuri bu sənədin həmçinin «Əhmədiyyə» nüsxəsində də düzgün nəql olunmadığını qeyd etmiş, sonra bu rəvayətin Zübeyrdən nəql olun­du­ğu­nu izah etmişdir. Yəni bu rəvayət Əbuz-Zübeyrdən yox, Zubeyrdən (r.a) nəql olu­nur.

İbn Həcər «Mətalibul-Aliyə» əsərində (4-cü cild, səh. 219) bu rəvayəti belə qeyd etmişdir: «Zubeyr (r.a) rəvayət edir ki, Uhud döyüşü günü Peyğəmbərlə  bir yerdə idik. Bizdə ölüm qorxusu artan zaman Uca Allah bizə bir uyğu gön­dərdi və hamımız çənəsi sinəsinə düşmüş vəziy­yət­də mürgüləməyə başladıq. Allaha and olsun ki, mən Mutəb ibn Quşeyrin: «Əgər bu işdə bizim üçün bir şey olsa idi, elə buradaca öldürülməzdik!» - dediyini yuxu kimi eşidirdim. Mən onun dediklərini əz­bər­lədim. Sonra isə Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ الآية
«Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü nazil etdi..».

«Mətalibul-Aliyə» kitabında qeydlər aparan Həbiburrəhman Ə'zəmi de­miş­dir: «Buseyri bu hədisin hökmü barəsində susmuş­dur və bu hədis «ceyyid» hesab olunur».


Uca Allah buyurur:
ﭽ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﭼ
«Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir»

(161-ci ayə)
Təbərani «Mucəm» əsərində (12-ci cild, səh. 134) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbərin  göndərdiyi ordu qəni­mətlə geri qayıtdıqdan sonra o, bir daha ordu göndərdi və onlar (topladıq­ları qənimətlərdən) qızıldan olan qəzal (antilop) başını götürmək­lə xəyanət edib geri qayıtdılar. Uca Allah da bu ayəni nazil etdi:

ﭽ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﭼ الآية


«Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz …»

Heysəmi «Məcməuz-Zəvaid» əsərində və Suyuti «Lübabun-Nüqul» əsə­rin­də bu hədisin isnadında olan ravilərin hamısının «siqa» ravilər olduğunu demişlər. Lakin Əbu Abdurrəhman buna etiraz etmiş və demişdir: «Bəli, ravilərin hamısı onların dediyi ki­mi «siqa» ravilərdir. Yalnız Həbib ibn Əbu Sabit «müdəllis»dir və bu hədisi: «Mənə ibn Abbas (r.a) danışdı» - deməklə rəvayət et­məmişdir». Odur ki, bu hədis «daif» sayılır. Lakin qeyd etmək la­zımdır ki, bu ravi bəzi hədisləri ibn Abbasdan (r.a) iki nəfərin, yəni Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbasın və atasının vasitəsilə eşitmişdir. «Təhqiqul-İlzamət vət-Tətəbbu» əsərində (səh. 483) qeyd olunduğu kimi.

«Cəmiut-Təhsil» əsərində Əli ibn Mədinidən və «Təhzibut-Təhzib» əsərində İclidən nəql olunmuşdur ki, bu ravi bəzi rəva­yətləri ibn Abbasdan (r.a) etmişdir.

Təbərani «Mucəm» əsərində (11-ci cild, səh. 101) demiş­dir­: «İbn Abbas (r.a) bu ayəni oxuduq­dan sonra demişdir: «Necə ola bilər ki, onları öldürmək Peyğəm­bərə  icazə verilsin, əldə olunan qəni­mətləri götürmək isə xəyanət sayılsın. Uca Allah buyurur ki;


ﭽ ﮠ ﮡ ﮢ ﮣﮤ ﭼ الآية
«Onlar bəzi peyğəmbər­ləri haqsız yerə öldürmüşlər …».72 Lakin mü­na­fiq­lər buna görə Peyğəmbəri  nədə isə ittiham etdilər və Uca Allah da bu ayəni nazil etmişdir.

ﭽ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﭼ الآية


«Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz …»

Bu hədisi Təbərani həmçinin «Mucəmus-Səğir» əsərində (2-ci cild, səh. 15), Vahidi «Əsbabun-Nuzul» əsərində (səh. 84), Xətib əl-Bağdadi «Tarixul-Bağdad» əsərində (1-ci cild, səh. 372) rəvayət etmişlər.

Bu hədisin isnadında olan ravilərin hamısı «siqa» ravilərdir, yalnız Məhəmməd ibn Əhməd Bağdadinin necə ravi olduğu mə­lum deyildir. Xətib Bağdadi onun barəsində «Tarixul-Bağdad» əsərində (1-ci cild, səh. 372) danışmış, lakin necə ravi olduğunu bəyan etməmişdir.

Bu hədisi həmçinin Əbu Davud və Tirmizi başqa isti­nad­la rə­vayət etmişlər. Bu isnadda olan Xəsif ibn Abdur­rəhma­nın «daif» ravi olduğunu ibn Həcər təhqiq etdiyi «Kəşşaf» əsərində qeyd etmişdir.

Əbu Abdurrəhmanı deyir ki, Xəsif ibn Abdurrəhmanı əksər hədis alimləri «daif» ravi saymışlar, çünki o, bu rəvayətləri «müt­tərib» isnadla rəvayət etmişdir. Bu barədə daha geniş məlumat üçün ibn Cəririn «Təfsir»inə (4-cü cild, səh. 155) baxa bilərsiniz.

Sonra mən bu ayə ilə əlaqəli olub, mötəbər sayılan rəvayətə Bəzzarın «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 43) rast gəldim. O demişdir­: «İbn Abbas (r.a) bu ayəni şərh edib demişdir: «Peyğəmbərə səhabələri tərəfindən ittiham olunmaq yaraşmaz».

Bu rəvayətdə ayənin nazil olma səbəbinin qeyd olun­ma­sına baxmayaraq, bu rəvayət əvvəlki rəvayətin mətninin mötəbər ol­masına bir dəstəkdir. Doğrusunu isə Allah bilir.
Uca Allah buyurur:
ﭽ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﭼ

«Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”- söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir».

(165-ci ayə)
İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 30) de­mişdir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Ömər ibn əl-Xəttab (r.a) demişdir: Bədr döyüşündə Pey­ğəmbər  nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müş­rik­lə­rin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qib­ləyə tərəf çevirdi və əllərini açıb dua etdi: «Allahım, mənə verdiyin vəd nə oldu! Allahım, mənə verdi­yin vədini doğ­rult! Allahım, əgər bu müsəlmanlar həlak olsa, yer üzündə Sənə kim ibadət edər?» Peyğəmbər  uzun müddət bu dua­nı edərək Rəbbindən kömək istədi, hətta üst geyimi belə ye­rə düşdü. Əbu Bəkr (r.a) onu götürüb yenidən Pey­ğəmbərin  çiyninə atdı və ona dedi: «Ey Allahın elçisi! Sən ki, bu qədər dua edirsən, Rəbbin sənə verdiyi vədi doğruldacaq və sənə kömək olacaq!» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭼ
«O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi».73

Allah müşrikləri məğlub edən gün onlardan yetmiş nəfə­ri öl­dürüldü, yetmiş nəfəri də əsir götürüldü. Allahın elçisi bu barədə Əbu Bəkr (r.a), Əli (r.a) və Ömərlə (r.a) məs­lə­hətləşdi. Əbu Bəkr (r.a) dedi: «Ey Allahın elçisi! Bu əsir­lə­rin hamısı bizim qardaşları­mız, qohum-əqrəbalarımız və ya­xınları­mız­dır. Mən təklif edirəm ki, fidyə alıb onları azad edək. Bununla da qüvvəmizi artıraq. Ola bilsin ki, Allah on­lara hidayət versin və onlar da bizə dayaq ol­sunlar». Pey­ğəmbər  Ömərə (r.a) dedi: «Ey ibn əl-Xəttab, sən nə təklif edirsən?» Ömər (r.a) dedi: «Mən Əbu Bəkrin (r.a) dedi­yi ilə razı deyiləm, lakin mənə izn ver filan qo­humumun boynunu vurum, Əliyə (r.a) izn ver Əqilin boynunu vursun, Həmzəyə (r.a) də izn ver filan qardaşının boynunu vur­sun və beləliklə də qəlbimizdə onların başçılarına, sərkərdələrinə və qəhrə­manlarına qarşı mərhəmət olmadığını Allaha göstə­rək. «Pey­ğəmbər  Əbu Bəkr (r.a) ilə razılaşdı, mə­nimlə razılaşmadı və fidyə alıb onları azad etdi. Ertəsi gün mən, Peyğəmbərin  yanına gəldim və Əbu Bəkrlə (r.a) onun kədərli oldu­ğu­nu görüb dedim: «Ey Allahın elçisi! Sizi kədərləndirən nədir? Deyin, mən də sizin dərdinizə şərik olum». Peyğəmbər  dedi: «Əsir­lə­rin müqabilində gö­türülmüş fidyəyə görə sənin yoldaşlarına olan əzabın bu yaxın­dakı ağacdan da yaxın olduğu mənə göstərildi!» Uca Allah bu ayələri nazil etdi:


ﭽ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﭼ
«Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyir­si­niz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüd­rət­lidir, Müdrikdir. Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı aldığınız fidyə müqabilində sizə bö­yük bir əzab toxunardı».74 Yəni aldı­ğınız fidyənin müqa­bilində. Sonra Uca Allah əldə olunan qəni­mətləri halal bu­yurdu. Növbəti il aldığımız bu fid­yə­yə görə Uhud döyü­şün­də bəlaya düçar olduq. Bu döyüşdə yetmiş nəfər şəhid oldu, səhabələr Peyğəmbəri  qoyub qaçdı, Pey­ğəmbərin  qa­baq dişləri və başındakı dəbilqə sındı, üz-gözü başından axan qana bulandı. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﭼ
«Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”- söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Hə­qiqətən, Allah hər şeyə qadirdir». Yəni fidyə aldığınıza görədir».

Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. İbn Kəsir və Suyutinin bu hədisi Əbu Ha­timdən müx­təsər şəkildə rəvayət etmələrinə baxmayaraq, la­kin mən ibrət ol­sun deyə bu hədisi tam şəkildə qeyd etdim.



Uca Allah buyurur:
ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﭼ

«Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Ək­sinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevi­nir, ar­xalarınca gəlib hələ onlara çatma­mış kəslərin heç bir qorxu ilə qar­şılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın mömin­lərin mükafatını heçə çıxarmayacağına sevinirlər».

(169, 170, 171-ci ayələr)
İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 265) demişdir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  dedi: «Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, izzət və əzəmət sahibi olan Allah onların ruhlarını yaşıl quşların daxilinə yerləşdirdi. Onların ruh­ları cənnət çaylarının ya­nı­na gəlir, cənnət meyvələrindən yeyir və ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına dönürlər. Yemək-iç­məklərinin və döndükləri yerin nə qədər gözəl olduğunu duyduqları zaman deyirlər: «Kaş qardaşlarımız Allahın bizə ver­diyi nemətlər barəsində biləydilər və Allah yolunda olan cihaddan imtina edərək dönüb qaçmayaydılar». İzzət və əzəmət sahibi olan Allah : «Mən sizin dediklərinizi onlara çatdıraram» - dedi və bu ayələri Öz elçisinə nazil etdi:
ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ الآيات
«Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir …»

Bu hədisi Əbu Zubeyr ibn Abbasdan (r.a) bilavasitə və Səid ibn Cübeyrin vasitəsilə rəvayət etmişdir. İbn Kəsir deyir ki, Əbu Zubeyrin vasitə ilə rəvayət etdiyi hədis daha mötəbər sayılır.

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 322), İbn Hişam «Sira» əsərində (2-ci cild, səh. 119), ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 170), İbn əl-Mübarək «Cihad» əsərində (səh. 60) və Hakim «Mus­təd­rək» əsərində (2-ci cild, səh. 88 və 297) rəvayət etmişlər.

Hakim bu hədisin Muslimin şərtinə uyğun olduğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.

Lakin sirr deyil ki, Muslim «Səhih» əsərində bu hədisin isna­dında olan ibn İshaq adlı ravidən, digər hədisləri «qüv­vətləndir­mək üçün» yalnız beş hədis rəvayət etmişdir. Zə­hə­bi də bunu «Mizan» əsərində belə izah etmişdir. Lakin de­mək olar ki, bu hə­dis, digər rəvayətlərlə birlikdə «səhih» sa­yılır.

Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 387) bu ayənin Həmzə (r.a) və onunla birlikdə şəhid olanlar barə­sin­də nazil ol­masının ibn Abbasdan (r.a) rəvayət olunduğunu qeyd etdikdən sonra bu rəvayətin Buxari və Muslimin şərt­ləinə uyğun olduğunu demiş, Zəhəbi də onu təsdiqləmişdir.

İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 84) de­mişdir­: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəm­bər  mənimlə rastlaşdı və mənə dedi: «Ey Cabir (r.a), nə üçün belə məyus olmusan?» Mən dedim: «Atam Uhud dö­yüşündə şəhid olmuş, əhli-əyalının təminatı və borclarının ödənilməsi mənim üzərimə düşmüşdür». O dedi: «Allahın atana verdiyi nemətlər barəsində sənə müjdə ve­rimmi?» Mən: «Bəli, ey Allahın elçisi!»- deyə cavab verdim. O de­di: «Bu vaxta qədər Allah danışdığı kəslə yalnız örtük ar­xa­sın­dan danışıb. Sənin atanı diriltdikdən sonra onunla bilavasitə danışıb dedi: «Məndən istə, Mən də sənə (istədiyini) ve­rim!» O dedi: «Ey Rəbbim, məni yenidən dirilt ki, Sənin yo­lunda bir daha şəhid olum». Uca Allah isə ona belə dedi: «Hər bir kəsin öldükdən son­ra dirilib dünyaya qayıt­maya­ca­ğını artıq mən qabaqcadan müəy­yən etmişəm!» Sonra Uca Allah bu ayələri nazil etdi:
ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﭼ الآيات
«Allah yolunda öldürülənləri əsla ölmüş sanma…»

Tirmizi deyir ki, bu hədis «həsən ğərib»dir və Musa ibn İbra­himdən başqa kimsənin bu hədisi rəvayət etdiyi bizə məlum deyil.

Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (190-cı və 2800-cü hədislər) və Darimi «Rəddu aləl Cəhmiyyə» əsərində (səh. 74) rəvayət etmişlər.

Hədisin isnadında olan Musa ibn İbrahim «məsturul-hal» ravi sayılır.

Təbəri «Təfsir»ində (4-cü cild, səh. 173) demişdir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər  Məunə quyusunun sahiblərinin yanına yetmiş və ya qırx nəfər səhabə göndərdi. Quyunun böyüyü Amr ibn Tüfeyl Cəfəri idi. Onlar gəlib su quyusunun yanında yerləşən mağarada dayandılar və öz aralarında dedilər: «Kim Peyğəmbərin  məktubunu quyunun sahiblərinə çatdırar?»

Əbu Milhan Ənsari (r.a): «Mən, peyğəmbərin məktubu­nu onlara çat­dı­ra­ram»- dedi. O, məktubu götürüb onların ya­şadığı məhəlləyə gəldi, evlərinin qarşısında yerə oturdu və dedi: «Ey quyu sahibləri mən, Peyğəmbərin  sizin ya­nı­nıza göndərdiyi elçisiyəm. Mən şəhadət verirəm ki, Allah­dan başqa ibadətə layiq olan məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir. Siz də Allaha və Onun rəsuluna iman gətirin!» Evlərin bi­rin­dən bir nəfər əlində nizə ilə çı­xıb onu vurdu. Nizə onun bir yanından keçib digər tərə­fin­dən çıxdı. O: «Allah Ən Böyükdür və Kəbənin Rəbbidir!»- deyib yoldaşlarının yanına qa­yıtdı.

Amr ibn Tufeyl və onun tərəfdarları səhabənin izinə düşüb mağaraya gəldilər və orada olan səhabələrin hamısını öldürdü­lər». Ənəs ibn Malik (r.a) deyir ki, Uca Allah da bu ayəni nazil etdi:

(«Qövmümüzə çatdırın ki, artıq, biz Rəbbimizlə görüşdük. O bizdən, biz də Ondan razı qaldıq!»)

Biz bir müddət bu ayəni oxuduqdan sonra Uca Allah onu (ti­lavətini) nəsx etdi və bu ayələri nazil etdi:


ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ الآيات
«Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir …»

Təbəri «Tarix» əsərində (3-cü cild, səh. 36) bu ayələrin (169-171) nazil olma səbəbini Məunə quyusu yaxınlığında öldürülən səhabələrlə əlaqəli olduğunu qeyd etmişdir. Şəvkani «Fəthul Qə­dir» əsərində demişdir: «Ümu­miy­yətlə bu ayələr mənasına görə bütün şəhidlərə şamil edilir».


Uca Allah buyurur:
ﭽ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭼ
«Onlar yaralandıqdan sonra da Allahın və Peyğəm­bərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır. Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”- dedilər. Bu, onların imanını daha da ar­tırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”- dedilər. Onlar özlərinə heç bir pis­lik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir».

(172, 173, 174-cü ayələr)
İmam Təbərani «Mucəm» əsərində (11-ci cild, səh. 274) demişdir­: «İbn Abbas (r.a) rəva­yət edir ki, Əbu Süfyan və onunla olan müşriklər Uhud döyüşün­dən sonra Rəvha adlı yerə çatdıqda bir-birilərinə dedilər: «Siz nə Məhəmmədi öldürə bil­di­niz, nə də onların qadınlarını cariyə kimi götürə bildiniz. Sizin bu etdikləriniz necə də pisdir». Bu xəbər Peyğəmbərə  gəlib çatdıqda o, səhabələrinə könüllü olaraq müşriklərin üzərinə getməyi təklif etdi. Onlar könüllü surətdə ona qoşulub müşriklərin ardı ilə getdilər. Onlar gəlib «Həm­rə­ul Əsəd» adlı yerə və ya «Əbu Uyeynə» adlı quyu­nun yanına çatdıqda Uca Allah bu ayələri nazil etdi.
ﭽ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﭼ
«Onlar yaralandıqdan sonra da Allahın və Pey­ğəm­bə­rinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər gö­rənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır. Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”- dedilər. Bu, onların imanını daha da ar­tırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”- dedilər».

Artıq Əbu Süfyan Peyğəmbəri  hədələmişdi ki, Bədr döyüşündə öldürdüyünüz tərəfdarlarımızın qisasını ala­cağıq. Qorxaqlar geri döndülər, şücaətli səhabələr isə Peyğəmbər­lə  birlikdə Allah yolunda cihada hazır olduq­larını göstərdilər. Səhabələr gəlib müşriklər olan yerə çatdıqda, orada heç kəsi tapmayıb geri qayıtdılar. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭼ
«Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir».

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh. 121) demişdir: «Bu hədisi Təbərani rəvayət etmiş və Mə­həmməd ibn Mənsurdan başqa isnadında olan ravilərin ha­mısı, Buxari və Muslimin istinad etdiyi ravilərdir. Lakin «Mucəm», «Məcməuz-Zəvaid» və «Təhzibut-Təhzib» əsər­lərində qeyd olunduğu kimi o da «siqa» ravi sayılır.

Suyuti «Lübabin-Nüqul» əsərində bu hədisin isnadının «sə­hih» olduğunu qeyd etmişdir. İbn Həcər «Fəthul Bari» əsərində (9-cu cild, səh. 269) demişdir: «Bu hədisi Nəsai75 və ibn Mərdə­veyh rəvayət etmişdir. İsnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Lakin İkrimənin bu hədisi «mürsəl» isnadla, yəni ibn Abbasın (r.a) adını qeyd etmədən rə­vayət etdiyi məşhurdur. Həmçinin «mürsəl» isnadla bu hədisi ibn Əbi Hatim və di­gər­lə­ri də rəvayət etmişlər.

İbn Həcərin dediklərindən belə nəticə çıxır ki, «məvsul» sənəd­lə rəvayət olunmuş bu hədis «şaz»dir. İbn Kəsirin «Təfsir»ində isə Məhəmməd ibn Ab­dul­lah ibn Yezid əl-Muqrini bu hədisi «mür­səl» isnadla rəvayət etmişdir. Təbə­ra­ni­nin rəvayətindən göründü­yü kimi Məhəmməd ibn Mən­sur ət-Tusi bu hədisi «məvsul» is­nadla rəvayət etmiş və ibn Həcər də onu «Təqribu-Təhzib» əsə­rində «siqa» ravi adlan­dır­mışdır. Təbəraninin isnadından birində Süfyan ibn Uyey­nə bu hədisi bila­va­sitə eşitdiyi ravidən, digər rə­vayətdə isə «mürsəl» sənədlə rəvayət etmişdir. Nəticə budur ki, hədis «səhih»dir.


Uca Allah buyurur:
ﭽ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﭼ
«Siz hökmən malınız və canınızla sınaqdan keçi­rilə­cəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşrik­lər­dən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir».

(186-cı ayə)
İmam Əbu Davud «Sünən» əsərində» (3-cü cild, səh. 114) demişdir­: «Abdurrəhman ibn Ab­dullah ibn Kəb ibn Malik, döyüşdən qaçıb sonra tövbəsi qəbul olunan üç nəfər­dən biri olan atasından (yəni Abdullah ibn Kəb ibn Ma­lik­dən) rəvayət edir ki, (kitab əhlinin alimlərindən biri olan) Kəb ibn Əşrəf Peyğəmbərə  rişğənd edir, Qüreyş kafir­lə­rini də onun əleyhinə qızışdırırdı. Mədinəyə gəldik­də orada həm müsəlmanlar, həm də bütlərə ibadət edən müşriklər var idi. Yəhudilər də öz növ­bə­sində Peyğəmbərə  və onun sə­habələrinə əziyyət verirdilər. Uca Allah da Pey­ğəmbərinə  səbr etməyi və bağışlamağı tövsiyə edərək bu ayəni nazil et­di»:
ﭽﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﭼ
«Siz hökmən malınız və canınızla sınaqdan keçi­ri­lə­cəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşrik­lər­dən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir».

Kəb ibn Əşrəf Peyğəmbərə  əziyyət vermək­dən əl çək­mədiyi üçün o , Səd ibn Muaza (r.a) əmr etdi ki, onu öl­dürmək üçün bir dəstə hazırlasın. Səd ibn Muaz (r.a) da Mə­həmməd ibn Məsləməni (r.a) onun üstünə gön­dərdi. O, Kəb ibn Əşrəfi öldürdükdən sonra yəhudilərin və müş­riklərin arasına çaxnaşma düşdü və onlar Peyğəm­bə­rin  yanına gə­lib dedilər: «O bizim dostumuzu döyüb öl­dürdü». Peyğəm­bər  Kəb ibn Əşrəfin əməlləri barə­sin­də yəhudilərə və müşriklərə xəbər verdikdən sonra onları sülhə çağırdı. Sonra Peyğəmbər  onlarla mü­səlmanlar arasında sülh müqaviləsi bağladı.

Munziri bu hədisin isnadını izah edib demişdir: «Bu isnadda: «Abdurrəhman ibn Abdullah ibn Kəb atasından rəvayət edir» de­yilməsi müəmmalıdır. Çünki Abdullah nə səhabə, nə də bağışla­nan üç nəfərdən biri idi. Odur ki, bu isnad «mürsəl» hesab olu­nur. Həmçinin ehtimal olunur ki, «atasından»- deyildikdə «baba­sından» qəsd olunsun, yəni Kəb ibn Malikdən (r.a). Buna əsa­sən də hədis «müsnəd» he­sab olunur, çünki Abdurrəhman babasın­dan da bir çox hə­dislər eşitmişdir. Kəb ibn Malik (r.a) isə həmin bağışlanan üç nəfərdən biri idi. Bu cür isnadlara tez-tez rast gəli­nir.

Bu ayənin digər nazil olma səbəbi də vardır ki, İbn Həcər «Fəthul-Bari» əsə­rində (9-cu cild, səh. 298) qeyd edib de­mişdir: «İbn Əbi Hatim və ibn əl-Mun­zir «həsən» isnadla rəvayət etmiş­lər ki, bu ayə Əbu Bəkrlə (r.a) yəhudi Fənhas76 arasında baş vermiş münaqişəyə görə nazil olmuşdur. Belə ki, həmin yəhudi: «Allah kasıbdır, biz isə dövlətliyik!» de­yərkən Əbu Bəkr (r.a) qəzəblənmiş və bu ayə nazil olmuş­dur:

Suyuti «Lübabin-Nüqul» əsərində demişdir: «Bu hədisin isna­dı «həsən»dir və ehtimal olunur ki, ayə hər iki səbəbə görə nazil olmuşdur».
Uca Allah buyurur:
ﭽ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ
«Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar acılı-ağrılı bir əzab hazırlanmışdır».

(188-ci ayə)
Buxari «Səhih» əsərində (8-ci cild, səh. 233) demiş­dir­: «Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər  döyüşə çıxdığı zaman bir dəstə münafiq ondan ayrılır və döyüşə get­mə­yib ona müxalif olduqları­na görə sevinirdilər. Peyğəmbər  döyüşdən qa­yıtdığı zaman onlar özlərinə bəraət qazandırmaq üçün bəhanə gə­tirir və üzr istəyirdilər. Həmçinin onlar görmədikləri işlərə görə də tərif olunmağı sevərdilər. Bu vaxt Uca Allah bu ayəni nazil et­di:
ﭽ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ
«Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar acılı-ağrılı bir əzab hazırlanmışdır».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (17-ci cild, səh. 123) və İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 205) rəvayət etmiş­dir.

Buxari bu ayənin nazil olmasına dair başqa səbəbi də «Səhih» əsərində (9-cu cild, səh. 301) demiş­dir­: «Əlqəmə ibn Vəqqas rəvayət edir ki, Mərvan ibn Hə­kəm qapıda du­ran gözətçilərdən birini ibn Abbasın (r.a) yanına göndərib dedi: «Ey Rafi! Get ibn Abasdan (r.a) soruş ki, etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olun­mağı sevən hər bir kəsə əzab veriləcəkmi?» İbn Abbas (r.a) dedi: «Bu ayə barəsində mən sizə onu deyə bilərəm ki, Pey­ğəmbər  bir dəstə yəhudini çağırıb onlardan bir məsələ ba­rəsində soruşdu. Onlar həqiqəti gizlə­dib, ona başqa cavabı dedi­lər. Bunu etməklə onlar Peyğəmbərin  sualına ver­dik­ləri bu cavaba görə tərif olunmaq istədilər və həqiqəti giz­lətdiklərinə görə də sevindilər». Sonra ibn Abbas (r.a) bu ayələri oxudu:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə