«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«Allah sizin imanınızı puç etməz».60



Yüklə 2,89 Mb.
səhifə4/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   2   3   4   5   6   7   8   9   ...   27

«Allah sizin imanınızı puç etməz».60

Səfehlər isə belə dedilər: «Bunları əvvəlki qiblədən dön­dərən nədir?». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭼ
«Səfeh adamlar deyəcəklər: “Onları üz tut­duqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”».
Uca Allah buyurur:
ﭽ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﭼ
«Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz in­san­la­ra şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əv­vəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərq­ləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç et­məz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir».

(143-cü ayə)
İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh.237) de­mişdir­: «Bəra ibn Azib (r.a) rəvayət edir ki, Peyğəmbər  16 və ya 17 ay Beytülməq­disə tərəf namaz qıldı. Lakin o, çox istəyirdi ki, qiblə Kəbəyə tərəf olsun. Bir gün o, ca­maatla bərabər əsr nama­zı­nı qıldı. Sonra onunla namaz qıl­mış səhabələrdən biri çıxdı, məsciddə namaz qı­lan və rüku halında olan bir qöv­mün yanından keçərkən dedi: «Allaha and olsun ki, Pey­ğəm­bərlə  birlikdə Məkkəyə tərəf namaz qıl­dım». On­lar da namazda ikən Məkkəyə tərəf döndülər.

Qiblə dəyişməmişdən qabaq namaz qılanların və artıq ölüb ge­dənlərin qıldıqları namazın necə olacağını bilmirdik. Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﭼ
«…Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir».

Hədisi həmçinin imam Buxari «İman» fəslində (1-ci cild, səh. 103), Əbu Davud Təyalisi «Müsnəd» əsərində, (1-ci cild, səh. 85), ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh. 5) və ibn Cərir «Təf­sir»ində (2-ci cild, səh. 17) rə­va­yət et­miş­lər. İbn Cərir bu hədisi həmçinin ibn Abbasdan da (r.a) rə­vayət etmişdir.

İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 70) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  Kəbəyə tərəf namaz qıl­mağa başladıqdan sonra səhabələr dedilər: «Ey Allahın elçisi! Bizim Bey­tül­məqdisə tə­rəf namaz qılıb, ölüb getmiş qardaş­ları­mı­zın halı necə ola­caq?». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﭼ
«Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir».

Sonra imam Tirmizi demişdir: «Bu hədis «həsən-sə­hih»dir.

Bu rəvayətin isnadının mötəbər olmasına şübhə olsa da əvvəl­ki rəva­yət­lərlə bir yerdə bu da mötəbər hesab olunur. Bu hə­disi həmçinin Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 354), Tə­yalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 12) və Hakim «Mustəd­rək» əsərində (2-ci cild, səh. 269) rəvayət etmişlər. Hakim bu hə­disin isnadının «səhih» olduğunu demiş, Zəhəbi isə bu barədə sus­muşdur.
Uca Allah buyurur:
ﭽ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﭼ
«Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil­dir».

(144-cü ayə)
İmam Buxari «Səhih» əsərində (2-ci cild, səh. 48) demiş­dir­: «Bəra ibn Azib (r.a) rəvayət edir ki, Peyğəmbər  Bey­tülməqdisə tərəf 16 və ya 17 ay namaz qıldı. Bununla belə o, Kəbəyə tərəf namaz qılmaq istə­yirdi və bu ayə nazil oldu:
ﭽ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﭼ
«Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! ….»

O, Kəbəyə tərəf namaz qılmağa başladıqda yəhudilər de­dilər: «Öz qiblələ­rin­dən onları döndərən nədir?». Uca Allah bu ayəni nazil etdi.


ﭽ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭼ
«De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”».

Səhabələrdən biri Peyğəmbərlə  birgə na­maz qıldıqdan sonra çıxıb getdi və Bey­tülməqdisə tərəf əsr nama­zını qılan, ən­sarlar­dan olan bir qöv­mün yanından keçərkən dedi: «Mən, Pey­ğəmbər­lə  Kəbəyə tərəf namaz qıldı­ğıma şəhadət edirəm!». Bu qövm də dərhal, namazda ikən Kəbə­yə tərəf döndü».

Bu hədisi həmçinin müxtəlif ləfzlərlə Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 79), ibn Macə «Sünən» əsərində (1010-cu hədis), Əhməd «Müsnəd» əsərin­də (4-cü cild, səh. 274), Daraqutni «Sü­­nən» əsərində (1-ci cild, səh. 274), ibn Kəsir və ibn əbi Hatim «Təfsir»lərində və ibn Səd «Təbə­qat» əsərində (4-cü cild, səh. 2) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

İmam Muslim «Səhih» əsərində demişdir­: «Ənəs ibn Ma­lik (r.a) rəvayət edir ki, Peyğəmbər  Beytül­mə­q­disə tərəf namaz qılardı və bu ayə nazil oldu:
ﭽ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﭼ
«Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!»

Sonra səhabələrdən biri, artıq fəcr namazının birinci rə­kətini qılmış, rükuda olan «Bənu Sələmə» qövmünün yanın­dan keçər­kən dedi: «Həqiqətən, qiblənin istiqaməti (Kəbəyə tərəf) dəyişil­di!». Onlar da dərhal həmin istiqamətə tərəf dön­dülər».

Bu hədisi həmçinin ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh. 4) rəvayət etmişdir.
Uca Allah buyurur:
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﭼ
«Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir. Kim Evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah əvəzini verəndir, Biləndir».

(158-ci ayə)
İmam Buxari «Səhih» əsərində (4-cü cild, səh. 244) demişdir­: «Urva (r.a) Aişədən (r.a) so­ruşub dedi: «Bu ayəni görürsən?
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﭼ
«Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə zi­ya­rət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz…»

Allaha and olsun ki, heç kəsə Səfa və Mərvəni təvaf etməməkdə günah yoxdur!»

Aişə (r.a) dedi: «Ey bacım oğlu! Sənin dediyin necə də pisdir! Əgər bu ayə sənin dediyin kimi təfsir olunsaydı, əlbəttə onları tə­vaf etməmək günah sayıl­maz­dı. Lakin bu ayə ənsarlar barəsin­də nazil olmuşdur. Onlar İslamı qəbul etməmişdən əvvəl ibadət et­dikləri Mənatı61 ziyarət etmək üçün «Müşəlləl»62 adlanan yer­dən yola düşürdülər. Və kim (Mənatı ziyarət etmək üçün) yola düşər­disə Səfa və Mərvəni təvaf etməyi özünə günah sayardı. İslamı qəbul etdikdən sonra isə onlar bu barədə Peyğəm­bər­dən  soruşub dedilər: «Ey Allahın elçisi! Biz cahiliyyə döv­ründə Səfa və Mərvəni təvaf etməzdik». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﭼ

«Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə zi­yarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz…»

Aişə (r.a) dedi: «Artıq Peyğəmbər  Səfa və Mər­və­ni təvaf et­məyi vacib buyurdu və heç kəs (ziyarət vaxtı) onu tərk edə bil­məz».

Sonra mən (yəni Zuhri) bu barədə Əbu Bəkr ibn Abdurrəh­mana xəbər verdim və o dedi: «Mən bu haqda heç eşitməmişəm, lakin bir qism alimdən eşitdi­yim yalnız odur ki, onlar deyirdilər: «İnsanların hamısı Səfa və Mərvəni təvaf edərdilər». O zaman ki, Uca Allah Kəbəni təvaf etməyi Qurani Kərimdə əmr etdi, Səfa və Mərvə barəsində isə heç nə demədi, onlar dedilər: «Ey Allahın el­çisi! Biz, Səfa və Mərvəni təvaf edərdik. Uca Allah da Kəbəni tə­vaf etmək barəsində ayə nazil etdi, Səfa və Mərvə haqqında isə heç bir şey demədi. Məgər Səfa və Mərvənı təvaf etməyimiz gü­nahdır?». Bu za­man Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﭼ
«Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir….».

Əbu Bəkr ibn Abdurrəh­man dedi: «Mən bilən bu ayə cahiliyyə dövründə Səfa və Mərvəni təvaf etməyi günah hesab edən və bir də cahilliyə döv­ründə Səfa və Mərvani təvaf edib, İslama gəl­dikdən sonra isə Kəbəni təvaf etmək barəsində nazil olan ayəyə əsaslanaraq bunu günah hesab edən iki dəstəyə cavab olaraq na­zil olmuşdur».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (4-cü cild, səh. 364 və 10-cu cild, səh. 236), Muslim «Səhih» əsərində (9-cu cild, səh. 21-24) müxtəsər şəkildə, Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 70), əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 121), Nəsai «Sünən» əsərində (5-ci cild, səh. 190), ibn Macə «Sünən» əsərində (2986-cı hədis), Əhməd «Müsnəd» əsərində (6-ci cild, səh. 144, 162, 227), Malik «Muvatta» əsərində (1-ci cild, səh. 338), Hümey­di «Müsnəd» əsərində (1-ci cild, səh. 107) rəvayət etmişlər.

İmam Buxari (9-cu cild, səh. 242) demişdir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, biz Səfa və Mərvəni təvaf etməyi cahiliyyə dövrünə aid olan əməllərdən he­sab edirdik və hətta İslama gəldikdən sonra belə bu ayə nazil ola­na qədər onları təvaf etməzdik».

Bu hədisi həmçinin Muslim (9-cu cild, səh.24) və Tirmizi (4-cü cild, səh.71) rəvayət ediblər.

Tirmizi bu hədisin «səhih» olduğunu demişdir.

Ayənin hər iki hadisəyə görə nazil olmasına mane olan bir sə­bəb yoxdur.
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭼ
«Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. On­lar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə ya­xınlıq edirsiniz). Elə buna görə də O, töv­bənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için».

(187-ci ayə)
İmam Buxari «Səhih» əsərində (5-ci cild, səh. 31) de­mişdir­: «Bəra ibn Azib (r.a) rəvayət edir ki, Peyğəmbərin  səhabələri oruc tutduqları za­man iftar etmə­miş yatsaydılar, sonradan bütün gecəni və növbəti günü axşam düşənə qədər yemək yeməzdilər. (Həmçinin zövcələ­rilə yaxınlıq etməz və su da içməzdilər).

Qeys ibn Sirmə əl-Ənsari (r.a) bir gün iftar zamanı gəlib zövcə­sinə dedi: «Yeməyə bir şey varmı?» o dedi: «Xeyr, ancaq bu də­qiqə bir şey hazırlayaram». O, gün ərzində çox işlədiyi üçün (yor­ğunluğa dözmədi və) yuxu onu üstələdi. Qayıdıb onu bu vəziyyət­də görən həyat yoldaşı ona dedi: «Sən ziyana uğradın!». Günorta üstü o huşunu itirdi və bu barədə Peyğəmbərə  söylədi. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭼ
«Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. On­lar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxın­lıq edirsiniz). Elə buna görə də O, töv­bənizi qəbul edib si­zi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Alla­hın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığın­dan) seçilənə qədər yeyin-için». Bu ayə nazil olduqdan sonra səhabələr çox sevindilər.

Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (8-ci cild, səh. 30), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh.265), Nəsai «Sünən» əsərində (4-cü cild, səh.121), Əh­məd «Müsnəd» əsərində (4-cü cild, səh.295), Darimi «Sü­nən» əsərində (2-ci cild, səh. 5) rəvayət etmişlər. Lakin bu rəvayətdə xüsusi qeyd olunur ki, oruc ayəsi nazil olduqda səhabələr bütün Ramazan ayını qadın­ları ilə yaxınlıq etməzdilər. Onlardan bəziləri isə nəfslərinə xəyanət edir­dilər və Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭼ
«Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. On­lar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxın­lıq edirsiniz). Elə buna görə də O, töv­bənizi qəbul edib si­zi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Alla­hın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığın­dan) seçilənə qədər yeyin-için». Bu iki rəvayətdən bizə aydın olur ki, ayə hər iki səbəbə görə nazil olmuşdur.
Uca Allah buyurur:
ﭽ ﭽ ﭾ ﭼ

«Sübh açılınca»

(187-ci ayə)
İmam Buxari «Səhih» əsərində (5-ci cild, səh.35) de­miş­dir­: «Səhl ibn Səd (r.a) rəvayət edir ki: «ağ sap qara sap­dan fərqlənincəyə qədər yeyib için» ayəsi nazil olanda, «sübh açılınca» ifadəsi hələ nazil olmamışdı. Səhabələr­dən bəziləri oruc tutmaq istədikdə ayaqlarına ağ və qara sap bağ­layar, onların rəngi aydın seçilənə qədər yeyib-içərdilər. Odur ki, Uca Allah:
ﭽ ﭽ ﭾ ﭼ
«sübh açılınca» ayəsini nazil etdi. Bundan sonra onlar başa düş­dülər ki, Uca Allah ağ sap qara sap dedikdə gündüz və gecə­ni qəsd edir».

Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (8-ci cild, səh. 31), Muslim «Səhih» əsərində (7-ci cild, səh. 220) rəvayət et­mişlər.


Uca Allah buyurur:

ﭽ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ


«Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl de­yildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəl­kə nicat tapasınız!»

(189-cu ayə)
İmam Buxari «Səhih» əsərində (4-cü cild, səh.370) de­miş­dir­: «Bəra ibn Azib (r.a) deyir ki, bu ayə bizim üçün (ən­sar­lara) nazil olub. Ənsarlar həcc ziyarətin­dən qayıtdıqdan son­ra evlərinə qapılardan yox, əksinə, arxa tərəf­dən daxil olar­dı­lar. Lakin onlardan biri evinə qapısından daxil ol­du və buna görə də başqaları onu danladı­lar. Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ
«Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxs­dir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız!»

Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 249), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 161), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 12) rəva­yət etmişlər.

Hakim «Mustədrək» əsərində (1-ci cild, səh.483) demiş­dir­: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «o zaman Qü­reyş qəbiləsi Hims əhli adlanırdı. Onlar həcc vaxtı (niyyət edib ihrama daxil olduqdan sonra) evlərinə qapıla­rından daxil olardılar. Ənsarlar və digər ərəblər isə həcc vaxtı (niy­yət edib ihrama daxil olduqdan sonra) evlərinə qa­pı­larından daxil olmazdılar. Bir dəfə Peyğəmbər  bağda idi. O, Qatiy­yə ibn Amir əl-Ənsari (r.a) ilə bir yerdə qapıdan çıxdı və onlar dedilər: «Ey Allahın elçisi! Qatiyyə ibn Amir (r.a) günah­kardır, çünki səninlə bir yerdə bağın qapısından çıxdı». O  dedi: «Bunu etməyə səni nə vadar etdi?» Qatiy­yə (r.a) dedi: «Sənin belə etdiyini gör­düm mən də belə et­dim». Peyğəmbər  dedi: «Axı mən Hims əhlindənəm?» O dedi: «Dinimiz ki birdir!» Uca Allah da bu ayə­ni nazil etdi:

ﭽ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ


«Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız!»

Hakim deyir ki, bu hədis Buxari və Muslimin şərtlərinə görə «səhih»dir, lakin onlar hədisi bu əlavə ilə rəvayət etməmişlər.

Əbul Cəvab əl-Əhvəs ibn Cəvab və Ammar ibn Zureyq Buxa­rinin əsaslandığı ravilərdən deyildir. Bu hədis yalnız Muslimin şərtinə görə rəvayət olunub. İbn Həcər «Fəthul Bari» əsərində (4-cü cild, səh. 371) demişdi: «Bu hədisin isnadı Muslimin şərtinə uyğun olmasına baxmayaraq hədis alimləri, ravilər arasında bağ­lılığın olub-olmadığı barədə ixtilaf etmişlər».

Uca Allah buyurur:
ﭽ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ
«Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir».

(195-ci ayə)
İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 251) de­mişdir­: «Hüzeyfə ibn əl-Yəmən (r.a) rəvayət edir ki, bu ayə Allah yolunda xərcləmək barəsində nazil olub».

İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 72) demişdir­: «Əsləm əbu İmran ət-Tucibi deyir ki, biz Rumda olarkən rumlular bizə qarşı böyük bir qo­şun çıxardılar. Biz müsəlmanların sayı isə onlar qədər və ya on­lardan da bir az artıq idi. Misirdən olan camaata Uqbə ibn Amir, digər camaata isə Fədalə ibn Ubeyd başçılıq edirdi. Bu vaxt müsəlman­lardan biri rumluların üzərinə hücum edib özünü qoşu­nun içəri­sinə atdı. Müsəlmanlar isə qışqırıb dedi: «Sübha­nəllah! O öz əli ilə özünü təhlükəyə atdı!» Bunu eşidən Əbu Əy­yub əl-Ənsari (r.a) qalxıb dedi: «Ey insanlar! Siz bu ayə­ni beləmi izah edirsiniz? Hal­buki bu ayə biz ənsarlara aid nazil olmuşdur. Uca Allah İslam di­nini izzətləndirən və bu dinin kö­məkçiləri çoxalan zaman, biz Peyğəmbərdən  gizlin bir-birimizə dedik: «Doğrudan da var-dövlətimiz azalıb. Artıq Uca Allah İslam dini­ni izzətlən­di­rib və bu dinin köməkçiləri də çoxalıb. Odur ki, var-dövlətimizi xərcləmə­yib saxlasaq və əskilmiş olanı bərpa etsək yaxşı olar». Bu vaxt Uca Allah bizə cavab olaraq Öz Peyğəmbəri­nə  bu ayəni nazil etdi:


ﭽ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ

«Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir». Təhlükə isə var-dövləti xərcləməyib saxlamaqda, əskilmiş ola­nı bərpa eməkdə və Allah yolunda olan ci­ha­dı tərk etməkdə idi. Əbu Əyyub əl-Ənsari (r.a) isə Rum torpağında dəfn olunana qə­dər Allah yolunda canı və malı ilə əzmkarlıq göstərdi».

Bu hədis «həsən, ğərib, səhih»dir.

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində rəvayət et­miş, lakin «di­gər camaata isə Fədalə ibn Ubeyd başçılıq edirdi» ifadəsini «digər camaata isə Abdurrəhman ibn Xalid ibn Valid (r.a) rəhbərlik edirdi» ifadəsi ilə əvəz et­miş­dir.

Tirmizinin rəvayət etdiyi hədisi həmçinin ibn Hibban «Səhih» əsərində (Heysəminin «Məva­riduz-Zaman» əsərin­də (səh. 401) qeyd olunduğu kimi), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 13), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 275) rəvayət etmişlər.

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu de­miş­dir.

Zəhəbi isə bu hədisin hökmü barədə susmuşdur.

İmam Buxari və Muslim Əsləm əbu İmrandan hədis rəvayət etməmişlər və bu hədis də onların şərtlərinə uyğun deyildir. Buna baxmayaraq Əsləm əbu İmran «siqa» ravidir. «Təhzibut-Təhzib» əsərinə bax.

Təbərani «Mucəmul Kəbir» əsərində (22-ci cild, səh. 390) demişdir­: «Əbu Cubeyra ibn əd-Dahhak rəvayət edir ki, ənsarlar Allah yolunda çoxlu sədəqə verirdilər. Onlara qıtlıq üz verdikdə isə var-dövlətlərini xərcləmə­yib saxladılar və Uca Allah da, bu ayəni nazil etdi:


ﭽ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ
«Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özü­nü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir». Əbu Cubeyranın səhabə olması isbat olunduğu təqdirdə hədis «səhih» hesab olunur. Onun haqqında inşəallah «əl-Hucurat» su­rəsi­nin izahında danışa­ca­ğam.

Təbərani «Mucəmul Kəbir» və «Mucəmul Əvsət» əsər­lə­rində demişdir­: «Numən ibn Bəşir rə­vayət edir ki, müsəl­manlardan biri gü­nah edib, «Allah məni ba­ğışlamayacaq!» dedikdən sonra Uca Allah bu ayə­ni nazil etdi.


ﭽ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ
«Öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir». Hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin isti­nad etdiyi ravilərdir.

İbn Həcər «Fəthul Bari» əsərində (9-cu cild, səh. 251) Bəra ibn Azibdən (r.a) rəvayət olunan hədisin şərhində demişdir: «Bu ayə­ «(Malınızı) Allah yolunda xərcləyin» - ifadəsilə başladığı üçün onun nazil olma səbəbinin Allah yolunda sədəqə verməklə bağlı olması daha doğrudur».

Mənim fikrimcə Numən ibn Bəşir (r.a) və Bəra ibn Azibin (r.a) «səhih» rəvayətlərini ləğv etməyə lüzum yoxdur, çünki bu ayə həm Allah yolunda cihadı tərk edib paxıllığından sədəqə vermə­yənə, həm də gü­nah iş görüb Allahın onu bağışlamaya­cağını zənn edənə aiddir. Daha doğrusu­nu isə Allah bilir.
Uca Allah buyurur:
ﭽ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﭼ
«Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər si­zin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq ve­rin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxma­yın».

(196-cı ayə)
Təbərani «Məcməul-Bəhreyn min Zəvaidil-Mucəmeyn» əsərin­də (2-ci cild, səh. 141) demişdir­: «Yə'lə ibn Ümeyyə (r.a) rəvayət edir ki, o Pey­ğəmbərin  yanına gəlib dedi: «Ey Allahın elçisi, ümrə ziyarətini necə yerinə yetirim!» Uca Allah bu ayə­ni nazil etdi:
ﭽ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﭼ
«Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxma­yın».

Peyğəmbər  dedi: «Ümrə barəsində soruşan kim idi?» Yə'lə : «mən» - deyə cavab verdikdə, Peyğəmbər  dedi: «Paltarını də­yiş, bacardığın qədər yuyunub tə­mizlən (ihram paltarını gey) və sonra həccdə etdiyini ümrədə də et!»

Bu hədis Buxarinin «Səhih» əsərində ayə qeyd olunma­dan rə­vayət olun­muş­dur.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (3-cü cild, səh. 205) hə­disi Yə'lə ibn Ümeyyəyə (r.a) istinad edib demişdir­: «Bir kişi (r.a) ihram paltarını geyindikdən sonra onu ətirləyib Peyğəmbərin  yanına gəldi…..» sonra bu hədisi əvvəlki hədis kimi axıra qədər rəvayət etdi».

Təbərani bu hədisi «Mucəmul Əvsətdə» mötəbər isnadla rəva­yət etmişdir.

İbn Həcər isə bu hədisi «Fəthul Bari» də qeyd etdikdən sonra hökmü barə­də susmuşdur.

Qaldı ki, İbn Kəsirin bu hədisə təəccüblənməsinə, buna heç bir gərək yox­dur, çünki Təbəraninin rəvayət etdiyi bu hədisdəki «Uca Allah
ﭽ ﮱ ﯓ ﯔ ﯕ ﭼ
«Allah üçün həcc və ümrəni tam yerinə yetirin» ayəsini ona  nazil etdi»- ifadəsi Bu­xari və Muslimin rəvayət etdiyi «Sonra ona  vəhy nazil oldu» rəvayətini açıq­layır. İbn Əbi Hatimin istinadla Səfvan ibn Ümeyyədən gətirdiyi rəva­yətin əsli, Səfvan ibn Yə'lə ibn Ümeyyənin atasından rəvayət et­di­yi kimi izah olu­nur. Elə bu sonuncu isnadla da Buxari, Muslim, Təbərani və başqaları hədis əsərlərində bu hədisi rəvayət etmişlər».
Uca Allah buyurur:
ﭽ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ ﰐ ﰑﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚﰛ ﰜ ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ ﭼ
«Siz­lər­dən xəstələnən və ya başındakı xəstəlikdən əziy­yət çəkən varsa, fidyə olaraq ya oruc tut­malı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təq­dirdə üm­rəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməli­dir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşama­yanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şid­dətli cəza verəndir».

(196-cı ayə)
Buxari «Səhih» əsərində (4-cü cild, səh. 387) demişdir­: «Kə'b ibn Ucra (r.a) deyir ki, Hüdey­biyyədə63 Peyğəmbərin  yanında dayanmışdım və saçımda çoxlu bit var idi. O dedi: «Bitlər sənə əziyyət verirmi?» Mən: «bəli» - deyə ca­vab verdim. O mənə dedi: «Saçını qırx!». Bu zaman mənim barəmdə Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ الآية


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə