«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə6/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   2   3   4   5   6   7   8   9   ...   27

«Ey iman gətirənlər! Qazandığınız və sizin üçün tor­paqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yo­lunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngin­dir, Tərifəlayiqdir».

(267-ci ayə)
Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 77) demiş­dir­: «Bə­ra ibn Azib (r.a) rəvayət edir ki, bu ayə biz ənsarlar haqqında nazil olmuşdur. O zaman bizim xur­ma ağaclarımız var idi və hər kəs özündə olan xurmanın miqda­rına görə az və ya çox xurma gətirərdi. Bizlərdən bəziləri bir və ya iki salxım xurma gətirib məscidin yanından asardıq. Suffə əhli­nin68 isə yeməyə heç nəyi yox idi. Odur ki, onlar gəlib həmin sal­xımı ağacla vurar və yerə düşmüş yetişmiş və tam yetişməmiş xur­malardan yeyərdilər. Xeyirxah işlərə can atmayan bəzilərimiz isə bir salxım bürüşmüş və keyfiyyət­siz xurmanı gəti­rib məscidin qa­pısından asardı və Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﭼ
«Ey iman gətirənlər! Qazandığınız və sizin üçün tor­paqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yo­lunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yu­mub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın». Pey­ğəm­­bər  de­di: «Sizdən birinizə, verdiyiniz xurmalar ki­mi keyfiyyətsiz bir şey verilsə idi, siz onu gözünüzü yumaraq və ya uta­na­raq götürər­diniz!»

Bəra ibn Azib (r.a) deyir ki, «bundan sonra biz, ən keyfiy­yət­li ma­lımızı Allah yolunda sərf etməyə başladıq». Hədis «həsən, sə­hih, ğərib­»dir.

Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (1822-ci hədis), ibn Cərir «Təfsir»ində (3-cü cild, səh. 82), ibn Əbi Hatim «Təf­sir»ində (ibn Kəsirin «Təfsir»ində (1-ci cild, səh. 320) qeyd olun­duğu kimi) və Ha­kim «Mustədrək» əsərində (2-ci cild, səh. 285) rəvayət etmişlər. Hakim bu hədisin Muslimin şərtinə uyğun oldu­ğunu qeyd etmiş, Zəhəbi də onu təsdiq­lə­mişdir.

Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 284) demiş­dir­: «Səhl ibn Hənif (r.a) atasından be­lə rəvayət edir: «Bir gün Peyğəmbər  səhabələrə Allah yolunda sədəqə verməyi əmr etdi. Onlardan biri bir sal­xım bürüşmüş xurma gətirdikdə Peyğəmbər  : «Bunu kim gətirib?»- deyə soruşdu. Çünki hər bir xurma­nın kim tərəfin­dən gətirildiyi ona xəbər verilirdi. Odur ki, bu ayə nazil oldu:


ﭽ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﭼ
«Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alaca­ğı­nız pis şeylərdən xərcləməyə çalışmayın». Sonra Peyğəm­bər  iki növ - solğun qəhvəyi (bürüşmüş, dəyməmiş və yarpıza oxşar rənglər­də olan xurmadan sədəqə ver­məyi qadağan etdi».

Hakim buna oxşar hədisi Süleyman ibn Kəsirdən istinadla rəva­yət etmiş və demişdir ki, bu hədis Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar bu hədisi rəvayət etməmişlər. Qeyd et­mək lazımdır ki, bu rəvayət «daif»dir. Bu­xa­rinin Süleyman ibn Kəsirdən rəvayət etdiyi hədislər isə digər hədisləri qüv­vət­ləndir­ir. Bu rəvayəti həmçinin Dara­qut­ni «Sünən» əsə­rin­də (2-ci cild, səh. 31) rəva­yət etmişdir. Hakimin Süfyan ibn Hüseyndən is­­tinad­la rəvayət etdiyi birinci hədisi həmçinin Təbə­rani «Mucəm» əsərində (6-cı cild, səh. 93) rəvayət etmişdir. Bu hədis isə «həsən»dir.


Uca Allah buyurur:
ﭽ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﭼ
«Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edir­siniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz».

(272-ci ayə)
Əbu Cə'fər ibn Cərir Təbəri «Təfsir»ində (3-cü cild, səh. 94) demişdir­: «İbn Abbas (r.a) rə­vayət edir ki, səhabələr, müşrik olan qo­hum-əqrəbalarına maddi yardım göstərmir­di­lər və Uca Allah da bu ayəni na­zil etdi:
ﭽ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﭼ الآية
«Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir....».

Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad edə­rək əsaslan­dıq­la­rı ravilərdir. İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 323) Nəsainin bu hədisi rə­vayət etdiyini qeyd etmişdir. Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində, Təbə­ra­ni «Mucəm» əsə­rin­də, Heysəmi «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh. 324) və Bəzzar «Müs­­­­nəd» əsərində rəvayət etmişlər. Hakim və Zəhəbi bu hədisin Buxari və Muslimin şərtlərinə uyğun olduğunu təsdiq etmişlər.


Uca Allah buyurur:
ﭽ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﭼ
«Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətir­dilər. On­lar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!” Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qə­dər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbi­miz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”».

(285 və 286-cı ayələr)
İmam Muslim «Səhih» əsərində (2-ci cild, səh. 145) de­miş­dir­: «Əbu Hüreyra (r.a) rəvayət edir ki, Uca Allah:
ﭽ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﭼ
«Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir»69 ayəsini Peyğəm­bərə  na­zil etdikdən son­ra, onu eşidən səhabə­lər böyük sıxıntılar keçirərək Peyğəmbərin  yanına gəlib, diz üstə oturub de­dilər: «Ey Allahın elçisi! Biz ba­cardığımız, sə­də­qə vermək, cihad etmək, oruc tutmaq və namaz qılmaq kimi əməlləri yerinə yetirməyə mükəlləf olduq, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücü­müz çatmır». Peyğəmbər  onlara dedi: «Sizdən əvvəlki kitab əhli kimi: «eşitdik və asi olduq» - demək istəyirsiniz? Əksinə, deyin ki, eşit­dik və ita­ət etdik! Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qa­yıdacağıq!». Onlar: «Eşitdik və ita­ət etdik! Ey Rəbbimiz, bizi ba­ğışla, Sənin dərgahına qayıda­ca­ğıq!» dedikdən sonra Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﭼ
«Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələk­lə­rinə, kitablarına və elçilərinə iman gətirdilər. On­lar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!”»- On­lar Peyğəmbərin  əmrini yerinə ye­tir­di­lər və Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﭼ
«Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəl­ləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qa­zan­dı­ğı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlki­lərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbi­miz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bi­zi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayə­da­rımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”».

Möminlər bu ayəni oxuduqda, hər dəfə: «Ey Rəbbi­miz.»- deyə dua edərək Allaha müraciət etdikdə, O, «Bəli, istəyi­nizi yeri­nə yetirdim!»- deyə cavab ve­rir».

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 412), ibn Cərir «Təfsir»ində (3-cü cild, səh. 143) və Beyhəqi «Şüa­bul-İman» əsərində (1-ci cild, səh. 221) rəvayət etmişlər.

İmam Muslim «Səhih» əsərində (2-ci cild, səh. 146) demişdir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Uca Allah:

ﭽ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﭼ
«Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir»70 ayəsini Peyğəmbərə  na­zil etdikdən son­ra, onu eşidən səhabələr bö­yük sıxıntılar keçirdilər və Peyğəmbər  onlara dedi: «Deyin ki: Eşitdik, itaət etdik və təslim olduq!». Uca Allah onların qəlblərinə iman saldıqdan sonra bu ayəni nazil etdi:
ﭽ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﭼ
«Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazan­dı­ğı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlki­lərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbi­miz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayə­darımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”».

Möminlər bu ayəni oxuduqda hər dəfə: «Ey Rəbbi­miz,…»- de­yə dua edərək Allaha müraciət etdikcə O: «Bəli, istəyinizi yerinə yetirdim!»- deyə cavab ve­rir».



Ali-İmran surəsi
Uca Allah buyurur:
ﭽ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﭼ
«Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdır­mayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmaya­caqdır. Onlar üçün üzücü bir əzab vardır»

(77-ci ayə)
İmam əbu Abdullah Buxari «Səhih» əsərində (5-ci cild, səh. 430) demişdir­: «Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəm­bər  belə demişdir: «Kim bir müsəlmanı malından məhrum etmək üçün and içsə, Allahın hüzurunda olduğu zaman Allahın ona qəzəbi tutar». Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﭼ
«Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur ..»

Əşas bin Qeys (r.a) deyir ki, Əbu Abdurrrəhmanın (r.a) rə­va­yət etdiyi bu hadisə, ayənin nazil olma səbəbi mənə aiddir. Əmim oğlunun torpaq sahəsində mənə məxsus bir su quyusu var idi. (Əmim oğlu quyunun mənə məxsus olmadı­ğını iddia etdiyi üçün mübahisəmiz düşdü və) Peyğəmbər  mənə dedi: «Şahidlərini gətir». Mən: «şahidim yoxdur» - deyə cavab verdim. O, əmim oğlundan and içməyi tələb et­dikdə mən dedim: «Ey Allahın elçisi, onun üçün heç bir təfavü­tü yoxdur, o and içə bilər». Bu zaman Peyğəmbər  : «Kim bir mü­səl­manı malından məhrum etmək üçün and içsə, Allahın hüzurunda olduğu zaman Allahın ona qəzəbi tutar»- dedi və Uca Allah da onun dediklərini təsdiq etmək üçün bu ayə­ni nazil etdi.

Bu hədisi həmçinin imam Buxari «Səhih» əsərində (6-cı cild, səh. 70, 210, 215 və 280; 9-cu cild, səh. 280; 14-cü cild səh. 352, 368; 16-cı cild, səh. 302), Muslim «Səhih» əsərində (2-ci cild, səh. 158), Tirmizi «Sü­nən» əsərində (2-ci cild, səh. 254; 4-cü cild, səh. 81), Əbu-Davud «Sünən» əsərində (3-cü cild, səh. 214, 215), İmam Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 426, 442; 5-ci cild, səh. 211, 212), Tə­yalisi «Müs­nəd» əsərində (1-ci cild, səh. 246; 2-ci cild, səh. 16), ibn Cərir «Təfsir»ində (3-cü cild, səh. 321) rəvayət etmişlər. Mü­barəkfuri «Tövhətül Əhvəzi» əsərində (2-ci cild, səh. 254) bu hə­disi Nəsai və ibn Macənin «Sünən» əsər­lərin­də rə­va­yət etdiklə­rini xəbər vermişdir. Buxarinin rəvayət­lərinə gəlincə, onlardan bəzilə­rində Əşas ibn Qeysin (r.a) bir yəhudi ilə torpaq sahəsi barəsində, digərində isə bir kişi ilə mübahisə etdiyi qeyd olunur.

Buxari «Səhih» əsərində (9-cu cild, səh. 280) demişdir­: «Abdullah ibn Əbi Əufə (r.a) rəva­yət edir ki, bir nəfər bazarda malını saxlamaq üçün onu müsəl­manlar­dan bi­rinə həvalə etdi. Sonra da onun malına sahib çıx­maq üçün ona həvalə etdiyi malı olduğu kimi geri qaytarmadığı­na and içdi və Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﭼ الآية

«Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur ..»

Bu iki rəvayətin arasında heç bir ziddiyyət yoxdur və ayə hər iki səbəbə görə nazil olmuş, məna etibarilə də hər iki hadisəni əhatə edir. Hər iki hədis səhihdir, lakin Abdullah ibn Məsudun (r.a) rə­vayət etdiyi hədis daha səhih hesab olu­nur. Çünki Abdul­lah ibn Əbu Əufənin (r.a) rəvayət etdiyi hədisi bir-birinə ötürən ravilərin silsiləsində olan İbrahim ibn Abdurrəhman əs-Səksəkini imam Nəsai və Şöbə «leyyin» ravi hesab edirlər. Bunu Zəhəbi «Mizan» əsərində qeyd etmişdir.

Bəzi rəvayətlərdə torpaq sahəsinin, bəzilərində isə su quyusu­nun qeyd olunma­sı­nı ibn Həcər «Fəthul Bari» əsərində (14-cü cild, səh. 369) belə izah etmişdir: «Bu rəvayətləri cəm edib demək olar ki, torpaq sahəsi deyildikdə, su quyusunun yer­ləş­diyi torpaq sahəsi qəsd olunur və quyu da bura daxil olmuş hesab olunur».

Daha geniş məlumat üçün «Fəthul Bari» əsərinə (14-cü cild, səh. 369) bax.


Uca Allah buyurur:
ﭽ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ
«İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər ol­duğu­na şahid olduq­dan və özlərinə aydın dəlillər gəl­dik­dən sonra kafir olan adamları Allah necə doğru yola yö­nəldər? Allah zalım adamları doğru yola yönəltməz. On­ların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün in­sanların onları lənətləməsidir. Onlar bu lənətə həmişəlik gömüləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və on­lara möhlət də verilməyəcəkdir. Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir»

(86, 87, 88, 89-cu ayələr)

Əbu Cəfər ibn Cərir ət-Təbəri «Təfsir»ində (3-cü cild, səh. 340) demişdir­: «İbn Abbas (r.a) rə­vayət edir ki, İslamı qəbul etmiş ənsarlardan biri mürtəd oldu və Allaha şərik qoşmağa başladı. Etdiklərinə peşi­man olduqdan sonra qövmünə müraciət etdi. Onlar da Peyğəmbərdən  onun tövbəsinin qəbul olub-olmayacağı barəsində soruşduqda bu ayələr nazil oldu:


ﭽ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﭼ إلى قوله ﭽ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ
«İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğu­na şahid olduq­dan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?.....» ayəsindən «…..Yalnız bundan sonra tövbə edərək düzə­lən şəxslər (ba­­­­ğış­­la­nar­lar). Şüb­həsiz ki, Allah bağışlayan və rəhm edən­dir!» ayəsinə qədər.

Bu hədisi bir-birinə ötürən ravilərin hamısı Buxari və Musli­min istinad etdiyi ravilərdəndir.

İbn Cərir bu hədisi «məvsul» və «mürsəl» sənədlə rə­va­yət et­mişdir. Bu hədisi həm­çi­nin ibn Hibban «Sə­hih» əsə­rində (Heysə­minin «Məvariduz-Zaman» əsərində (səh. 427) qeyd olunduğu kimi), Təhavi «Muş­ki­lul Əsar» əsərində (4-cü cild, səh. 64) və Ha­kim «Mustədrək» əsərində (2-ci cild, səh. 142; 4-cü cild, səh. 366) rəvayət etmişlər.

Hakim bu hədisin isnadının Buxari və Muslimin şərt­lə­rinə gö­rə olduğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.


Uca Allah buyurur:
ﭽ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﭼ
«Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır»
(90-cı ayə)
İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 380) demişdir­: «Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, İslamı qəbul etmiş bir dəstə mürtəd olduqdan sonra İslamı yenidən qəbul etdi, sonra yenə də mürtəd oldu. Sonra öz qövm­ü­nə müraciət etdilər. Onlar da Peyğəmbərdən  bu ba­rə­də soruşduqda Uca Allah bu ayəni nazil etdi».
ﭽ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﭼ
«Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır»

Bu hədisin isnadı «ceyyid»dir.


Uca Allah buyurur:
ﭽ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﭼ
«Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqi­ləri tanıyır»

(113-115-ci ayələr)
İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 396) demişdir­: «Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, bir gün Peyğəmbər  işa nama­zını gecikdirdi, sonra məscidə gəldi və namazı gözləyənlərə belə dedi: «Sizdən başqa bütün din­lərin təmsilçiləri arasında gecə­nin bu saatında Allahı xa­tır­layan bir kimsə tapılmaz». Uca Allah da bu ayəni nazil etdi.
ﭽ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﭼ حتى بلغ ﭽ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﭼ
«Hamısı eyni cür deyillər. Kitab əhli içərisində ….» ayə­sindən «Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqi­ləri tanıyır» ayəsinə qədər.

Şəvkani «Fəthul Qədir» əsərində (1-ci cild, səh. 375) bu hədisin «həsən» olmasını Suyutidən nəql etmişdir. Çünki hədisi bir-birinə ötürən ravilərdən birinin, yəni Asimin ha­fi­zəsində bir az zəiflik var. Həmçinin Heysəmi «Məc­məuz-Zəvaid» əsərində (1-ci cild, səh. 312) bu hədisi rəvayət et­dikdən sonra demişdir: «Əhmədin əsaslandığı ravilərin ha­mısı «siqa»dır. Asim ibn Əbi ən-Nəcvədə gəlincə, onun rə­vayətlərinə etimad etmək barəsində alimlər ixtilaf etmişlər».

Bu hədisi həmçinin ibn Hibban «Sə­hih» əsərindən (Hey­səmi «Məvariduz-Zaman» əsərində (səh. 91) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 55), Əbu Nueym «Hilyə» əsə­rin­də (4-cü cild, səh. 187) və Əbu Yə'lə «Müsnəd» əsərində rə­vayət etmişlər.

Bu ayənin nazil olma səbəbinə dair başqa bir hədis də «Məc­məuz-Zəvaid» əsə­rində (6-cı cild, səh. 732) ibn Ab­basdan (r.a) rəvayət olunmuşdur. O deyir: «Abdullah ibn Səlam (r.a), Sələbə ibn Sə'yə (r.a), Əsəd ibn Ubeyd (r.a) və İslam dinini qəbul etmiş digər yəhudilər iman gətirib, Pey­ğəmbərin  de­diklərini təsdiq edib, İslama rəğbət bəs­lə­dik­ləri zaman, yəhudilə­rin iman gətirməmiş bir qisim alimləri dedilər: «Bizlərdən Mə­həmmə­də  iman gətirib tabe olan­lar, içimizdən ən pisləridir. Yaxşı olsaydılar, dədə-baba­la­rı­nın dinini tərk et­məzdilər». Uca Allah da bu ayəni nazil etdi.

ﭽ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﭼ
«Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər».

Təbərani rəvayət etdiyi bu hədisin ravilərinin hamısı «siqa»dır.

Əbu Cəfər ibn Cərir Təbəri «Təfsir»ində (7-ci cild, səh. 29) bir çox rəyləri nəql etdikdən sonra birinci rəvayətin daha mötəbər ol­duğunu qeyd edib demişdir: «Bu rəvayət ona görə mötəbər hesab olunur ki, işa namazını kitab əhlindən olan kəslər qılmır və Uca Allah da kafir olan kitab əhlindən fərqləndirmək üçün bu namazı yalnız Məhəmmədin  ümmətinin qıl­dığını bil­dirmişdir».

Bu ayənin hər iki hadisəyə görə nazil olmasında heç bir ziddiy­yət yoxdur. Daha doğrusunu isə Allah bilir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭼ
«O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər»

(122-ci ayə)
İmam Buxari «Səhih» əsərində (8-ci cild, səh. 360) demişdir­: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, bu ayə bizə, yəni bənu Sələmə və bənu Harisə qə­bilələrindən olan iki dəstəyə aid nazil olmuşdur. Bu ayənin (zahiri mənasında bizə məzəmmət olsada onun) nazil olduğunu çox sevi­rəm. Belə ki, Allah deyir:

ﭽ ﭗ ﭘﭙ ﭼ


«Allah isə onların yardımçısı oldu».

Bu hədisi həmçinin Buxari (9-cu cild, səh. 393), Muslim «Sə­hih» əsərində (16-cı cild, səh. 66) və ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 73) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﭼ
«Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».

(128-ci ayə)
İmam Buxari «Səhih» əsərində (8-cil cild, səh. 368) demişdir­: «Salim atasından rəvayət edir ki, o Peyğəmbərin  fəcr namazında axı­rıncı rəkətinin rükusundan qalxıb : «Allah ona həmd edəni eşitdi! Ey Rəbimiz! Həmd yalnız Sənədir!»- deyə dua etdikdən sonra belə dediyini eşitdim: «Allahım! Filankəsə və filankəsə lənət et!» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﭼ
«Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».
Başqa rəvayətdə Salim ibn Abdullah belə demişdir: «Pey­ğəm­bər  Səfvan ibn Ümeyyənin, Süheyl ibn Amrın və Haris ibn Hi­şa­mın əleyhinə dua etdi və bu ayə nazil oldu».

ﭽ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﭼ


«Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».

Bu hədisi Buxari həmçinin «Təfsir» fəslində (9-cu cild, səh. 293 və 17-ci cild, səh. 77) başqa isnadla, Nəsai «Sünən» əsərində (2-ci cild, səh. 160), Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 93; 104; 118; 147), Abdurrəzaq «Müsənnəf» əsərində (2-ci cild, səh. 446) və ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 88) rəvayət et­miş­lər. Əh­məd və Abdurrəzzaqın rəvayətində deyilir ki, Peyğəmbər  münafiqlərdən olan bir sinif insanın əleyhinə dua etdi.

Tirmizi bu hədisi «həsən, ğərib» hesab etmişdir.

İmam Muslim «Səhih» əsərində (5-ci cild, səh. 178) demişdir­: «Ənəs bin Malik (r.a) rəva­yət edir ki, Peyğəmbər  Məunə quyusunun ya­xınlığında öldürülən səhabələrin (70 və ya 40 nəfər qarinin) qatil­lərinin əleyhinə 30 gün ardıcıl olaraq fəcr namazında dua etdi. Bunlar da Allah və Onun rəsuluna asi olan Ra'l, Zəkəvan, Lihyan və Useyyə qəbilələri idi. Uca Allah da onlar (şəhid olan 70 və ya 40 səhabə) ba­rə­sində bu ayəni nazil etdi: «Qövmümüzə çatdırın ki, artıq, biz Rəbbimizlə görüşdük. O bizdən, biz də Ondan razı qaldıq».

Biz bu ayəni başqa bir ayə onu (tilavətini) nəsx edən vaxta qə­dər oxuduq.

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 99; 179; 201; 206; 253 və 288), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 83), ibn Sə'd «Təbə­qat» əsərində (2-ci cild, səh. 31 ) və ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 86, 87) rəvayət etmişlər.

İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 294) de­mişdir­: «Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər  ki­minsə əleyhinə və ya lehinə dua etmək istədikdə, bunu ru­kudan sonra edərdi. O: «Allah Ona həmd edəni eşitdi! Ey Rəbbimiz! Həmd yalnız Sənə­dir!» - dedikdən sonra bu dua­nı da səslə etdi: «Allahım, Vəlid bin Vəlidə, Sələmə ibn Hi­şama, Ayyaş ibn əbu Rəbiyəyə və bütün zəif möminlərə kö­mək ol! Allahım, Mudar qəbiləsini, Yusifin  zamanında olan quraqlıq kimi quraqlığa düçar etməklə əzab-əziy­yət­lə­rini, sıxıntılarını artır!» Həmçinin fəcr namazında: «Alla­hım, ərəb sakinlərindən olan filankəs və filankəsə lənət et!» - deməklə də dua etdi və Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﭼ
«Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (5-ci cild, səh. 177), Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 255) və ibn Cərir «Təfsir»ində rəvayət etmişlər.

İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 295) demiş­dir: «O filankəslərin adları Muslimin «Səhih» əsərində, Yunusun Zuhridən rəvayət etdiyi hədisdə, bu ləfz ilə: «Allahım, Ra'l, Zəkə­van və Useyyə qəbilələrinə lənət et!» - açıq aydın qeyd olunmuş­dur. Məlumdur ki, ayənin nazil olması ilə bağşı olan hadisə Uhud döyüşündə baş vermişdir. Ra'l, Zəkəvan ilə bağlı olan bu hadisə isə, Uhud döyüşündən sonra baş vermişdir. Elə bu da, məndə hə­min rəvayətin mötəbər olmasına şübhə oyatmışdır. Sonradan mənə bu xəbərin71 «illə»si məlum olmuşdur ki, Ra’l və Zəkəvan qəbilələri ilə əlaqəli olan bu hadisədəki: «Sonra Uca Allah bu ayəni nazil etdi» - kəliməsi «müd­rəc»dir. Çünki Zühri bu hadisəni ona danışan ravidən: «Sonra Uca Allah bu ayəni nazil etdi» - əla­vəsi ilə eşitməmişdir. Muslim bunu Yunusun rəvayətində bə­yan edib belə demişdir: «Burada «o dedi» yəni «Zuhri dedi»- demək­dir».

İbn Ömər (r.a) və Ənəsin (r.a) rəvayət etdiyi hədisləri cəm edib demək olar ki, Peyğəmbər  namazında, hədisdə xatırlanan insanların əleyhinə dua etdi və ayə də hər iki səbəbə görə nazil oldu. Deməli bu hadisələr Uhud döyüşündə baş ver­mişdi. Ra’l və Zəkəvan qəbilələri ilə əlaqəli olan hadisə isə bun­dan fərqlidir. Belə ki, bu hadisə Uhüd döyüşündən sonra baş ver­mişdir. Lakin ehtimal olunur ki, bu hadisə Uhud döyüşündən dərhal sonra baş verib və ayə də bu hadisədən bir az sonra nazil olub. Odur ki, ayə yuxarıda qeyd olunan rəvayətlərin hamısına görə nazil olmuşdur. Daha doğrusunu isə Allah bilir.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə