«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə3/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   2   3   4   5   6   7   8   9   ...   27

Əsas qaydalar
Ayələrin nazil olma səbəbləri ilə əlaqəli bir çox əsas qaydalar mövcuddur ki, bun­lardan yalnız bəzilərini qeyd etmək istəyirəm. Müxtəsər olsun deyə şeyx Mahmu­d ibn Abdulvəhhab Faidin – Allah onu qorusun – tərtib etdiyi qaydalardan məşhur və labüd olanlarını qeyd edəcəyəm.

Birincisi, ayənin nazil olma səbəbini öyrənməkdir. Bu da iki hissədən ibarətdir;

a) Baş vermiş hər hansı hadisəyə aid Quran ayəsinin nazil olması. Buna «əl-Məsəd» surəsinin nazil olmasını mi­sal çəkmək olar. Bu surənin nazil olma sə­bə­binin izahı barəsində inşə-Allah aşağıda da­nışacağıq.

b) Hər hansı bir məsələnin hökmü barəsində Peyğəmbərə  veri­lən suala cavab olaraq Quran ayəsinin nazil olma­sı; Buna «ən-Nur» surəsinin 6-9-cu ayələrinin na­zil olmasını mi­sal çəkmək olar. Bu ayələrin nazil olma sə­bə­binin izahı barə­sində də inşə-Allah aşağıda danışacağıq.

İkincisi, Ayələrin nazil olma səbəblərinin doğru olub- olmadı­ğını bilməyin yolları. Alim­­­lər ayələrin nazil olma səbəbini bilmək üçün hədislərin «səhih» olmasını, onların həqiqətən Pey­ğəm­­­bər­dən  və onun səhabələrindən varid olmasını əsas tuturlar. Həqiqətən, səhabənin də bu mövzu­da dedikləri əsas gö­tü­rü­lür.

İbnus-Səlah «Ülumul-Hədis» əsərində (səh. 46) demiş­dir: «Üçüncü hissə: həqiqətən səhabənin (Peyğəmbərin  zamanına aid edərək) hər han­sı bir ayəni təfsir etməsi «müs­nəd» hədisə bən­zə­yir ki, bu da ayələrin nazil olma səbəbi və s. təfsir elmi ilə əlaqə­li olur». Buna Cabir ibn Abdullahın (r.a) aşağıdakı ayənin nazil olma sə­bəbi haqqında xəbər ver­mə­­­sini mi­sal göstərmək olar. O demişdir: «Yəhudilər deyər­dilər ki, əgər kişi həyat yoldaşı ilə arxa tərəf­dən, lakin Allahın halal buyurduğu yerdən cinsi əlaqədə olarsa onun uşağı çəpgöz olar». Uca Allah da, bu ayəni nazil etdi:


ﭽ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﭼ
«Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın!»43

Amma səhabələrin ayələri Peyğəmbərə  istinad et­mədən təfsir etməsi «məvquf» rəvayət sayılır. Ən doğru­sunu isə yal­nız Allah bilir!»

Amma tabiinin:44 «Bu ayə filan səbəbə görə nazil olmuş­dur!»- deməsi «mürsəl» rəvayət sayılır. Mühəddislərin rəyi­nə görə, belə rəvayət yalnız bir neçə isnadla varid olduqdan sonra məqbul sa­yıla bilər.

Üçüncüsü, ibrət, ifadənin varid olmasında deyil, onun ümumi mə­na­sın­dadır. (Yəni ayə və hədislərdən çıxarılan nəticə­lər, hər hansı xüsusi sə­bəb­lə bağlı olub yalnız səbəb­kara şamil edilmir, əksinə bütün nəticələr ayə və hədislərin yalnız mənasın­dan çıxarı­lır.) Buna dəlil olaraq aşağıdakı hadisə­ni misal gətirmək olar.

Ənsarlardan biri naməhrəm qadını öpdü və bu ayə nazil oldu:


ﭽ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﭼ
«Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır».45

O, Peyğəmbərə  dedi: «Ey Allahın elçisi! Bu ayə yal­nız mənə aiddir?»- yəni, mənim bu hərəkətim ayənin nazil ol­masına səbəb olduğundan, bu ayənin hökmü yalnız mənə aid­dir? Peyğəmbər  ayənin hamıya şamil olundu­ğunu bə­yan etmək üçün ona belə dedi: «Xeyr, əksinə bütün üm­məti­mə aiddir!»

İslam hüququ qaydalarını öyrənən alimlərin böyük əksəriyyə­ti bu fikirlə həmrəydirlər. Onlar, müəy­yən bir səbəbə görə nazil ol­muş ayənin və ya Pey­ğəm­bərdən  va­rid olmuş hədisin qətiy­yətlə ümumiliyə aid olduğunu dəs­təkləyirlər. Onların fikrincə, belə ayə və hədisləri ümu­milik­dən yalnız onları xüsusi­ləş­di­rən dəlillər çıxara bilər. Yalnız imam Malikdən bu­nun əksi rəvayət olunmuş­dur.

Üçüncü bölməyə aid olan məlumatı, Məhəmməd əl-Əmin əş-Şinqi­ti­nin «Üsulil-Fiqh» adlı qeydlər dəftərindən (səh. 209-210) nəql etmi­şəm.



Dördüncüsü, a) Müxtəlif səbəblərə görə eyni ayənin nazil ol­ması.

Bu qaydaya dəlil olaraq aşağıda qeyd olunmuş lənət ayəsini46 və digər ayələri47 misal göstərmək olar.



b) Eyni səbəbə görə müxtəlif ayələrin nazil ol­ması;

Bu qaydaya dəlil olaraq aşağıda qeyd olunmuş Müseyyi­bin (r.a) rəvayət et­­­­di­yi hədisi misal gətirmək olar.

Bu hədisdə xəbər verilir ki, Əbu Talibin ölümqa­bağı Pey­ğəm­bər  ona demişdir: «Mənə qadağan olunana qədər sənin uçun ba­ğış­lan­ma diləyəcəyəm!» Uca Allah da bu ayə­ni nazil etdi:
ﭽ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭼ
«Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraş­maz!»48
ﭽ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﭼ
«Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməz­sən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğ­ru yolda olanları da daha yaxşı tanıyır».49

Ayələrin nazil olma səbəblərini oxuduqca buna aid misalla­ra çox rast gələ­cək­sən.



Beşincisi, ayənin nazil olma səbəbinin ya açıq-aydın, ya da iki­mənalı formada ifadə olunması.

Ravi hədisi danışarkən ayənin hansı səbəbə görə nazil olduğu­nu ya açıq-aydın, ya da ikimənalı formada rəvayət edir. Aşağıda­kı ifadələr açıq-aydın formada olan rəvayətlərə aiddir:

«Bu ayə filan səbəbə görə nazil olmuşdur», «filan hadisə baş verdi və bu ayə nazil oldu», «Pey­ğəm­bərdən  filan şey barəsində so­ruş­­dular və bu ayə nazil oldu».

İkimənalı formada rəvayət olunan hədislərə gəlincə, on­lara da aşağıdakı ifadələr aiddir:

«hesab edirəm ki, bu ayə filan şeyə aid nazil olmuşdur», «he­sab edirəm ki, bu ayə yalnız filan şeyə görə nazil olmuş­dur», «bu ayənin yalnız filan şeyə görə nazil olduğunu he­sab edirəm».

Doğrusu, ravi bu ifadəni deməklə ayənin hansı səbəbə görə nazil olduğunu qətiyyətlə bildirmir. Bu iki ifadə ya ayənin hər hansı səbəbə görə nazil olmasına ehtimal olunur, ya da başqa bir şey bildirir. Ayələrin ayrı-ayrı izahlarında, yuxarıdakı ifadələrlə rəvayət olunmuş hə­dis­lərə rast gələ­cəksiniz.

Beşinci bölməyə aid olan məlumatı, əl-Qəttaninin «Mə­bahis fi ulumil-Quran» əsərindən nəql etmi­şəm.
Fayda
Quran ayələrindən bəziləri müəyyən səbəblərə görə nazil ol­muş, bəziləri­ isə heç bir səbəbsiz nazil olmuşdur ki, bunlar da, iman və etiqada, İslamda olan vaciblərə və digər şəriət hökmləri ilə əlaqəli məsələlərə aiddir. Elə məni də bu əsəri yazmağa sövq edən əsas iki hadisə olmuşdur. Bir dəfə mən: «Həqiqətən, bu ayə­nin
ﭽ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﭼ
«Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”- deyə Allaha əhd edənləri də vardır».50- Sə'ləbə ibn Hatibə görə nazil ol­ması ilə bağlı rəvayətlərin hamısı «daif»dir- dedikdə bəziləri mən­dən bu ayənin digər nazil olma səbəbini xatırlamağımı tələb etdilər.

Həmçinin:


ﭽ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭼ
«Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar».51

Bu ayənin Əli (r.a) və Fatiməyə (r.a) görə nazil olması ilə bağlı bütün rə­va­yət­lərin «daif» olduğunu dedikdə mən­dən eyni şeyi tələb etdilər. Bu ayənin Əli (r.a) və Fatiməyə (r.a) görə nazil ol­ması ilə bağlı bütün rə­va­yət­lərin «daif» olduğunu ibn əl-Cövzi «Məudu­at» əsərində qeyd etmiş, Suyuti də onu təs­diqləmişdir. Bunu yazmaqda məqsədim budur ki, ayə­­­­l­­­ərin nazil olma səbəblə­ri ilə məşğul olmayan şəxs, hər bir ayə­nin müəy­yən bir səbəbə gö­rə nazil oldu­ğunu zənn etməsin.

Mənim yazdığım bu qədərdir, bundan da artıq məlumat­lar əl­də etmək istəyirsənsə onda Suyutinin «İtqan» əsərinə müra­ciət edə bilərsən.

Allah hörmətli şeyximizdən razı olsun, onun əməyinin əvəzini versin! O, özünü yoraraq buraxdığım xətaları mənə izah etmiş və öz dəqiq mülahizələri ilə mənə yardım göstərmişdir. Allah onun bu əməlinə, övladlarına və malına xeyir-bərəkət əta etsin! Amin!



Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Əl-Bəqərə surəsi
Uca Allah buyurur:
ﭽ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﭼ
«Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”- deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıq­ları şeyə görə vay onların halına!»

(79-cu ayə)
İbn Abbas (r.a) rəvayət edir:
ﭽ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭼ
«Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”- deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər» ayəsi kitab əhli üçün na­zil olmuşdur.

Bu hədisin isnadında olan Abdurrəhman ibn Alqəmədən baş­qa ravilərin hamı­sı Buxari və Muslimin istinad etdiyi mötəbər ra­vilərdir. Buna baxma­ya­raq, Nəsai, ibn Hibban və İcli onu da «si­qa» ravilərdən biri hesab etmişlər. İbn Şahin deyir ki, ibn Mehdi onun «əsbatus-siqat» ravi olduğunu söyləmişdir. Bax: «Təhzibut-Təhzib» əsərinə.



Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫﭼ
«Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələ­bə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar et­dilər. Allah kafirlərə lənət etsin!»

(89-cu ayə)
İbn İshaq rəvayət edir ki, Asim ibn Ömər ibn Qətadə öz qövmündən olan bir dəstə kişinin ona danışdığı hekayəni mənə rəvayət etdi. Onlar deyirdilər ki, biz müşrik və bütpərəst olarkən «kitab əhli» bizdən daha elmli idi. Bizim İslamı qəbul etməyimizə əsas səbəb də Allahın mərhəməti və hidayətindən sonra yəhudilərdən eşitdi­yimiz xəbər oldu.

Bizimlə yəhudilər arasında tez-tez çaxnaşmalar baş verir və hər dəfə biz qalib gəldikdə onlar belə deyirdilər: «Artıq sonuncu pey­ğəm­bərin gəlişi yaxınlaşıb. O gələndə, biz onunla birlikdə sizə qarşı vuruşub Ad və İrəm qövmünün məhv edildiyi kimi sizi məhv edəcəyik». Biz bunu onlardan çox eşidirdik. Allah Öz elçi­sini göndərdiyi zaman o, bizi İslama dəvət etdi və biz də dərhal onun dəvətini qəbul etdik. Çünki onlar bizi hədələdikləri zaman xatırladıqları peyğəmbərin Məhəmməd  ol­duğunu yəqin etdik və ona iman gətirdik. Onlar isə ona inanma­yıb küfr etdilər. Bizim və onların barəsində bu ayə nazil oldu.


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫﭼ

«Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələ­bə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar et­dilər. Allah kafirlərə lənət etsin! »

Bu hədis «həsən»dir, (çünki sənədində olan ibn İshaq «müdəl­lis­»dir və bu rəvayəti o «mənə rəvayət etdi» deməklə Asim ibn Ömərdən eşitdiyini təsdiq etmişdir). Çünki Zəhəbi «Mizan» əsə­rində qeyd etmişdir ki, əgər ibn İshaq açıq-aydın «mənə rəvayət etdi»- deyərək rəvayət edərsə hədis «həsən» hesab olunur.


Uca Allah buyurur:
ﭽ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﭼ
«De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”».

(97-ci ayə)
İbn Abbas (r.a) rəvayət edir ki, yəhudilər Peyğəmbərin  yanına gəlib dedilər: «Ey Əbul-Qasim! Həqiqətən, biz sən­dən beş şey barəsin­də soruşacağıq. Əgər soruşduqlarımız barəsində bizə xəbər ver­sən, sənin Peyğəmbər olduğunu yə­qin edərik və sənin ardınca gə­lərik». Peyğəmbər  onlar­dan, İs­ra­­­il (Yəqub ) öz övladlarından and içdirib əhd al­dı­ğı kimi əhd aldı. Belə ki, onlar dedilər: «Allah bizim de­dikləri­mizə şahiddir!» Odur ki, Peyğəmbər  buyurdu: «So­ruşun!». On­lar dedilər: «Bizə Peyğəmbərin əlaməti haqqın­da xəbər ver!» O dedi: «Peyğəmbərin gözləri yatır, qəl­bi isə oyaq qa­lır». Onlar de­dilər: «Ana bətnində uşağın hansı səbəbdən qız və ya oğlan ol­ması barədə bizə xəbər ver!» O dedi: «Kişinin belindən və qadının kök­sün­dən gələn su bir-birinə qarışdıqda kişidən gələn su üstün­lük təşkil etsə oğlan, qadından gələn su üstünlük təşkil etsə qız olar». Onlar de­di­lər: «İsrailin (Yəqubun ) nəyi özü­nə haram etməyi barə­də bi­­­zə xəbər ver!» O dedi: «O oturaq sinirin­dən şikayət edirdi və buna əlac tapmadıq­dan sonra dəvə ətini və südünü özünə haram etdi». Onlar bunun doğ­ru olduğunu təsdiq et­dik­dən sonra dedilər: «Bizə ildırım haqqında xəbər ver!» O dedi: «Bu, Allahın bu­ludları idarə etmək üçün müvəkkəl et­di­yi bir mə­ləkdir ki, əlindəki oddan olan «mixraqla»52 bu­ludları dağı­daraq Allahın əmr etdiyi yerə aparır». Onlar dedilər: «Bəs eşidi­lən o gurultu nədir? O dedi: «Onun səsi­dir». Onlar bu xəbəri də təsdiq etdikdən sonra dedilər: «Ar­tıq bir sualı­mız qaldı. Onun haqqında da bizə xəbər versən, sənə beyət53 edərik. Hər bir Pey­ğəm­­bərə vəhyi çatdıran mə­lək vardir. Bəs sənin (vəhy çatdıran) dostun kimdir?». O de­di: «Cəbraildir». Onlar dedilər: «Bizim düş­mə­ni­miz olan, əzab, ölüm və mühari­bə gətirən Cəb­rail?! Əgər rəh­mət, bitgi və yağış gətirən Mikaili desəydin doğru olardı». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﭼ
«De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”».

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (8-ci cild, səh. 242) de­mişdir: «Bu hədisi Əhməd və Təbərani rəvayət etmiş və hər iki hə­disin mətni­ni bir-birinə xəbər verən ravilərin hamısı «siqa» ravi­lərdir.

Həmçinin Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 305) bu hədisi başqa isnadla qeyd etmiş­dir. Bu isnadda olan Bukeyr ibn Şihab haqqında ibn Həcər «Təqribut-Təhzib» əsərində demiş­dir: «məqbul» ravidir. Yəni hədisi nəql edən şəxs o zaman «məq­bul» ravi hesab olunur ki, onun rəva­yə­tini gücləndirən başqa rə­vayət nəql olunsun. Əks halda isə o, «leyyin» ravi he­sab olunur. Bu qay­da­nı ibn Həcər əsərin müqəddimə­sində qeyd et­mişdir. La­kin ibn Cərir Təbərinin «Təfsir»ində ibn Abbasdan (r.a) rəva­yət olu­nan bu hədisin bir neçə başqa isnadı da mövcud­dur ki, onlar­dan bəzisini Əhməd ibn Həmbəl «Müsnəd» əsərin­də qeyd etmiş­dir.

İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh.278) de­miş­dir: «İbn Abbas (r.a) rəvayət edir ki, bir gün bir dəstə yəhudi Peyğəmbərin  yanına gəlib dedi: «Ey Əbul-Qasim! Yalnız Peyğəm­bər­lərə məlum olan xüsusiyyət­lər haqqında soruşacaqlarımız barəsində bizə xəbər ver!». O dedi: «İstə­diyiniz şey barəsində soruşun, ancaq Yə­qub  öv­ladla­rın­dan vəd aldığı kimi siz də Allah qarşı­sında vəd verin ki, əgər görsəniz dediklərim doğrudur, mənə tabe olub İslam dinini qəbul edəcəksiniz!». Onlar dedilər: «Qoy sən de­yən olsun». O dedi: «İstədiyinizi soruşun!». Onlar dedilər: «Dörd xüsusiyyət barəsin­də bizə xəbər ver: Tövrat nazil ol­mamışdan əvvəl İsrail  özünə hansı yeməyi haram etmişdi? Kişinin belindən və qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olur ki, uşaq oğlan olur? Yazıb - oxumağı bacarmayan Pey­ğəmbər necə yatır və hansı mə­lək onun sevimli dostudur?

O dedi: «Dediklərinizə doğru cavab versəm Allah qar­şısında ver­di­yi­niz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib olacaqdır». Onlar bir daha çoxlu vədlər verdilər. O dedi: «Sizi Tövratı Musaya  nazil edən Allaha and verirəm, deyin görək, bilirsinizmi ki, İsrail - Yəqub  çox şiddətli xəstə­liyə tutulmuş və xəstəliyi uzun müddət davam etdiyinə görə Alla­ha nəzir etmişdir ki, əgər Allah ona şəfa versə, ən sevimli yeməyi­ni və ən sevimli iç­kisini özünə haram edəcək. Onun ən sevimli yeməyi dəvə əti, ən sevimli içkisi də, onun südü idi». Onlar de­dilər: «Allaha And olsun ki, belə olub». O dedi: «Allahım! Sən onların dediklərinə şahid ol! Sizi Tövratı Musaya  nazil edən, heç bir şəriki olmayan Allaha and verirəm, deyin gö­rək, bilirsinizmi kişinin belindən gələn su ağ rəngli qatı ma­ye, qadının kök­sündən gələn su isə sarı rəngli duru ma­yedir. Bunlardan hansı üstün­lük təşkil etsə uşaq da Allahın izni ilə üstünlük təşkil edənin cinsindən olar və ona oxşayar. Ki­şi­nin be­lin­dən gələn su üstünlük təşkil etsə Allahın izni ilə oğlan uşa­ğı, qadının köksündən gələn su üstünlük təşkil etsə Allahın izni ilə qız uşağı doğular». Onlar dedilər: «Allaha and olsun ki, belədir». O dedi: «Allahım! Sən onların de­dik­lərinə şa­hid ol! Sizi Tövratı Musaya  nazil edən Allaha and veri­rəm, deyin görək, bilirsinizmi ki, yazıb – oxu­mağı bacar­ma­yan Peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır». Onlar dedilər: «Allaha and olsun ki, be­lə­dir». O dedi: «Allahım! Onların dediklərinə şahid ol!». Onlar dedilər: «İndi isə mə­ləklər­dən hansının sənin sevimli dostun olduğu barədə bizə xəbər ver, bununla da biz ya sənə tabe olaq, ya da səni tərk edək». O dedi: «Həqiqə­tən, mənim sevimli dostum Cəb­rail­dir  və Allah elə bir peyğəmbər gön­dər­məyib ki, Cəbrail  onun dostu olmasın». Onlar dedilər: «Bu yerdə səni tərk etməli olacağıq. Əgər sənin dostun o yox başqa bir mələk olsaydı dediyini təsdiq edər­dik və sənə tabe olardıq». O dedi: «Si­zə, dediyimi təsdiq etməyə mane olan nədir?» Onlar dedilər: «O bizim düşmənimizdir». Bu zaman Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﭼ إلى قوله ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﭼ
«De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”» ayəsindən «Allahın Kitabına arxa çevirdilər» ayəsinə qə­dər.54 Bununla onlar özlərinə qarşı Allahın qəzəbi üs­tünə bir qə­zəb də artırdılar.

Alimlər hədisin sənədində olan Şəhr ibn Həvşəb adlı ravinin etibarlı olub-olmaması barədə ixtilaf etmiş və doğru rəyə əsasən onu hafizəsinin zəif­li­yinə görə «daif» ravi say­mışdılar. Lakin onun rəvayət etdiyi hədislər digər bu kimi rəvayətlərlə birlikdə qüvvəyə minir və mötəbər sayılır. Belə ki, Şəhr ibn Həvşəbin, İbn Abbasdan (r.a) rəvayət etdiyi bu hədisi Tayalisi «Müsnəd» əsərin­də (2-ci cild, səh.11), ibn Cərir «Təfsir»ində (1-ci cild, səh.431) və ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh.116) rəvayət etmişlər.

İbn Cərir bu ayənin Mikaili  özlərinə sevimli dost, Cəbraili  isə düşmən hesab edən İsrail övladlarından olan yə­hu­dilərə cavab olaraq nazil olması barədə İslam alimlə­rinin həmrəy ol­duq­la­rını rəvayət etmişdir. Elə isə bu həmrəyli­yin özü də bir-birini qüvvət­lən­di­rən bu iki «daif» rəvayət üçün bir dəstəkdir.55 Birinci rəvayətin «daif» olması sənədində Bu­keyr ibn Şihabin olduğuna görə56, ikinci rəvayətin «daif» olması isə sənə­dində Şəhr ibn Həvşəbin olduğuna görədir.
Uca Allah buyurur:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﭼ
«Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlin­cəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir!»

(109-cu ayə)
Əbu Şeyx «Əxlaq» əsərində demiş­dir: «Üsamə ibn Zeyd (r.a) rəvayət edir ki, Peyğəmbər  uzunqulağa minib Səd ibn Ubadənin (r.a) ya­nına getdi və ona dedi: «Eşitdin Əbul-Hubəb, yəni Abdullah ibn Ubey ibn Səlul nə dedi?!» Sonra onun dediklərini Səd ibn Ubadə­yə (r.a) xəbər verdi. Səd ibn Ubadə (r.a) dedi: «Onu əfv et və qı­nama!» Peyğəmbər  onu əfv etdi. Peyğəmbər  və onun səhabələri kitab əhlini və müşrikləri əfv edərdilər və Uca Allah da, bu ayəni nazil etdi:
ﭽ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﭼ
«Allah Öz əmri ilə gəlin­cəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir!»

Hədisin sənədində olan ravilərin hamısı «siqa» ravilər­dir. Bax: Zəhəbinin «Təzkirətul-Huffaz» əsəri (2-ci cild, səh. 640) və ibn Həcərin «Təh­zibut-Təhzib» əsəri. Hədisin əsli, yəni nazil olma sə­bəbi qeyd olunmadan, Buxarinin «Səhih» əsərində (8-ci cild, səh.78) və həmçinin ibn Kəsirin «Təfsir»ində (1-ci cild, səh.135) yazılıb.


Uca Allah buyurur:
ﭽ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠﮡﮢ ﭼ
«Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir!»

(115-ci ayə)
İmam Muslim «Səhih» əsərində (5-ci cild, səh.209) de­miş­dir: «İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər  Mək­kədən Mədinəyə gedərkən minik üzərində getdiyi istiqamətə tərəf üz tutaraq namaz qıldı və bu vaxt bu ayə nazil odlu:
ﭽ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝﭼ
«Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü orada olar … »

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 68), Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 196), Əhməd «Müs­nəd» əsərində (2-ci cild, səh. 20) və ibn Cərir «Təfsir»ində (1-ci cild, səh. 503) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu qeyd etmişdir.
Uca Allah buyurur:
ﭽ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﭼ
«Biz Evi insanlar üçün ziyarət və əmin-aman­lıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girən­lər, rüku və səcdə edən­lər üçün təmizləyin!”- dedik».

(125-ci ayə)
İmam Buxari «Səhih» əsərində (2-ci cild, səh.51) demiş­dir: «Ənəs (r.a) rəvayət edir ki, Ömər ibn əl-Xəttab (r.a) de­miş­dir: «Mən üç ayədə Rəbbimə mü­vafiq oldum». Mən: «Ey Allahın elçisi! Bəlkə İbrahimin  durdu­ğu yeri özü­müzə namazgah edək?»- deyə təklif etdik­də, Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﭼ
«İbrahimin dayandığı yeri namazgah edin!».

Yenə mən: «Ey Allahın elçisi! Bəlkə zövcələrinə hicab geyməyi əmr edə­sən?»- deyə təklif etdikdə Uca Allah «Hi­cab» ayəsini57 na­zil etdi. Həmçinin Peyğəmbər  zövcə­lə­rindən narazı olarkən mən onları hədələyib dedim: «Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən də yaxşı sövcələr versin». Bu zaman Uca Allah bu ayəni58 nazil etdi.

Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 235), Muslim «Səhih» əsərində (15-ci cild, səh. 166) başqa ləfz ilə, Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 69) müxtəsər şə­kildə, ibn Kəsir «Təfsir»ində Nəsai və ibn Macədən, Təbəri «Təf­sir»ində (1-ci cild səh. 534) rəva­yət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu qeyd etmiş­dir.

İbn Həcər «Fəthul-Bari» əsərində Buxarinin «Təfsir» fəs­lində rəvayət etdi­yi hədisin şərhində belə demişdir: Onun tədlis etmə­məsi aydın oldu. («Yəhya ibn Səidin bu rəvayəti Huşeymin (2-ci cild, səh. 51 olan) rəvayətinin daha mötəbər olmasına bir dəstək­dir. Buxari «Səhih» əsərində bundan başqa iki yerdə əv­vəlki hədi­si «müəlləq» formada rəvayət etmişdir ki, bunun da fay­dası is­nadda olan Humeydə qayı­dır. Belə ki, o, «müdəllis»dir və bu hə­disi «Ənəsdən (r.a) eşitdim» deyərək rəvayət etmiş­dir. Bu­xarinin digər iki «müəlləq» sənədlə rəvayət etdiyi hədislərində Hu­mey­din «Ənəs (r.a) mənə xəbər verdi» deməsi bu hədisi hə­qi­qətən Ənəs­dən (r.a) eşitməsinə dəlalət edir.
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭼ
«Səfeh adamlar deyəcəklər: “Onları üz tut­duqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”».

(142-ci ayə)
Suyuti «Lübabun-Nüqul» əsərində və ibn Kəsir «Təf­sir»ində belə deyiblər: «Bəra ibn Azib (r.a) rəvayət edir ki, Pey­ğəm­bər  «Beytülməq­disə» (Qüdsə) tərəf namaz qılır, tez-tez göyə baxıb Allahın əmrini gözləyirdi. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﭼ
«Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!» 59

Müsəlmanların bir qismi belə dedilər: «Hərgah bilsəydik, ölüb gedənlərin «Beytülməqdis»ə tərəf qıldıqları namazlar necə ola­caq?» Bu vaxt Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﭼ
Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə