«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə23/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   19   20   21   22   23   24   25   26   27

(1-5-ci ayələr)
Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 485) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, bu ayələr:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭼ إلى قوله تعالى ﭽ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ
«Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düş­mə­ninizi də özü­nüzə dost tutmayın! Onlar sizə gələn hə­qi­qəti inkar etdikləri halda, siz onlara mehribanlıq gös­tə­rib sirrinizi açıb deyirsiniz…» ayəsindən «…Allah nə et­dikləri­nizi görür» ayəsinə qədər Qüreyş qəbiləsinin kafir­ləri ilə məktub­laşıb (bəzi mühim məsələlər barəsində) onları xəbərdar edən Hatib ibn Bəltə'a (r.a) və onunla həmfikir olanlar barəsində nazil olmuşdur». Amma
ﭽ ﯤ ﯥ ﯦ ﯧ ﭼ
«Yalnız İbrahimin öz atasına deməsi istisnadır» ayə­sinə əsas­lanaraq İbrahimin  atası Azə­rə bağışlanma dilə­yəcəyinə söz verdiyini örnək tutub müşriklərin ba­ğış­la­nıl­masını Allahdan diləmək müsəlmanlara qadağan oldu.
ﭽ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﭼ
«Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə!» ayəsi isə, həm bila­vasitə, həm də müşriklərin əli ilə bizə əzab ver­mə deməkdir! Onlar deyirlər: «Əgər onlar (möminlər) haqq üzərində olsaydılar müsi­bətə düçar olmazdılar».

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir.

Qeyd etmək istəyirəm ki, bu hədis Buxari və Muslimin «Sə­hih» əsərlərində varid olub,216 lakin ayənin nazil olduğu qətiyyət­lə qeyd olunmayıb. İbn Həcər «Fəthul-Bari» əsərin­də (10-cu cild, səh. 260) bu hədisi izah edərkən demişdir:

«Bu əlavə (Amr ibn Dinar deyir ki, bu ayə ona (Hatibə) görə nazil oldu) «müd­rəc­»dir. Bu hədisi həmçinin Muslim istinad edə­rək Süfyan rə­va­yət etmiş və ayənin oxunmasının (yəni, nazil olduğunun) onun tərəfin­dən (əla­və) olduğunu qeyd etmişdir».

Beləliklə aydın oldu ki, bu hadisə Buxari və Muslimin «Səhih» əsərlərində rəvayət olunmuş, lakin ayənin nazil ol­ması qeyd olunmamışdır.

Süfyana gəlincə, o «tabiut-tabiin­»dir217 və buna görə də hədi­sin isnadı «mu'dəl»­dır.


Uca Allah buyurur:
ﭽ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﭼ
«Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdiklə­ri mehri özlə­rinə qay­tarın. Həmin qadınların mehrlərini özlərinə verdi­yiniz hal­da onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınla­rınızı kəbin altında saxlamayın, sərf etdi­yi­niz mehri tələb edin. Qoy onlar da mömin qa­dınlara sərf etdikləri mehri sizdən tələb etsin­lər. Allahın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah Bilən­dir, Müd­rikdir».

(10-cu ayə)
Buxari «Səhih» əsərində (6-cı cild, səh. 240) de­miş­­dir­: «Mərvan ibn əl-Həkəm (r.a) və əl-Misvar ibn Məxrəmə (r.a) xəbər verirlər ki, Pey­­­ğəmbərin  səhabələri (Hüdeybiyyə günü bağlanılan müqavilə ba­rəsində belə) rəvayət etmişlər: «Suheyl ibn Amrın (r.a) Hüdeybiy­yə günü yazdığı sülh mü­qaviləsində (Qüreyş tərəfindən Pey­­ğəm­bərin  qarşısına qo­yulmuş) bir çox şərtlər var idi. Bunlardan biri də «Sə­nin di­nini qəbul edib yanına gələni (hic­rət edəni) geri qaytarmalı və onun məsələsini həll etməyi bizə həvalə etməlisən!» şərti idi. Bu şərt möminləri hid­dət­ləndirdi və onlarda nifrət oyat­dı. Suheyl isə bu şərti pozmayacağını qə­tiy­yətlə bildirdi. Pey­­­ğəmbər  razılığa gəlib onlarla sülh müqaviləsi bağladı və həmin gün (onun yanına hicrət etmiş) Əbu Cəndəli (r.a) atası Su­heyl ibn Amra (r.a) təhvil verdi. Pey­­­ğəmbər  bu müqavilədən sonra müsəlman olaraq onun yanına hicrət et­miş hər bir şəxsi geri qaytardı.

Sonra mömin qadınlar onun yanına hicrət etdilər. Uqbə ibn Əbi Muiytin həddi-büluğa çatmış qızı Ummu Gülsüm də onlarla hicrət etmişdi. Ailəsi gə­lib onu geri aparmaq is­tə­dikdə Pey­­­ğəmbər  buna (Ummu Gülsümün kafirlərə qay­tarılma­sına) razılıq vermədi. Uca Allah da bu ayəni nazil etdi»:

ﭽ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓﯔ ﭼ إلى فوله ﭽ ﭷ ﭸ ﭹ ﭼ
«Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir» ayəsindən « Həqiqətən, Allah Bağışla­yandır, Rəhmlidir» ayəsinə qədər.218

Urva ibn əz-Zubeyr Aişənin (r.a) belə dediyini xəbər vermişdir: «Pey­­­ğəm­bər  onları bu ayə ilə imtahana çəkdi və ayədə olan şərti (imtahan olunmalarını) qəbul edən qa­dınlara, onların əlini sıxmadan: «Artıq səninlə bey'ət et­dim!» demişdi. And olsun Allaha! Bey'ət etdikdə Pey­­­ğəm­bərin  əli qadın əlinə toxunmamış və o yalnız «bey'ət et­dim!»- deməklə kifayətlənmişdi.

Bu hədisi Buxari həmçinin (6-cı cild, səh. 276), Əhməd «Müs­nəd» əsərində (4-cü cild, səh. 331), Abdurrəzaq «Mü­sənnəf» əsərində (5-ci cild, səh. 430), ibn Cərir «Tarix» əsə­rində (3-cü cild, səh. 80, 82) və «Təfsir»ində (26-cı cild, səh. 100; 28-ci cild, səh. 71) rəvayət etmişlər.
Əs-Səff surəsi
Uca Allah buyurur:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﭼ إلى آخر السورة
«Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Ey iman gə­ti­rənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrə­tlə qarşılanır...»

(Surənin sonuna qədər)
Darimi «Sünən» əsərində (2-ci cild, səh. 200) de­miş­­dir­: «Abdullah ibn Səlam (r.a) deyir ki, biz səhabələrdən olan bir camaat: «Hansı əməl­lərin Allaha daha xoş getdiyini bil­səydik, onları edərdik!» deyib (bəzi əməlləri) yad edirdik. Odur ki, bu surə nazil oldu:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﭼ إلى آخر السورة
«Göylərdə və yerdə olanların hamısı Allahın şəninə tə­riflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Ey iman gətirən­lər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Et­məyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrə­tlə qarşılanır...»

Abdullah ibn Səlam (r.a) deyir ki, Peyğəmbər  bu su­rə­ni xətm edənə (sonu­na) qədər bizə oxudu.

Həmçinin, isnadda olan ravilərin hər biri hədisi ona rə­va­yət edən ravinin (bu hadisəni danışdıqdan sonra) surəni xətm edənə qədər oxu­duğunu söyləmişdir».

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 452), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 199), ibn Hibban «Səhih» əsərində (Heysə­mi­nin «Məva­ri­duz-Zaman əsərində (səh. 383) qeyd olunduğu kimi) və Ha­kim «Mustədrək» əsərində (2-ci cild, səh. 69, 229, 487) rə­vayət etmişlər. Hakim hər üç rəvayətdən sonra bu rəva­yət­lə­rin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmişdir.

İbn Həcər «Fəthul-Bari» əsərində (10-cu cild, səh. 265) bu hədisi izah edə­rək belə demişdir: «Artıq bu surənin nazil olma səbəbi hədisin əvvəlində xatırlanaraq «səhih», «mü­səl­səl» isnadla varid ol­duğu bizə mə­lum olmuşdur. Bu cür is­nadla varid olan hədislər çox azdır». «Nuxbətul-Fikər» əsə­rində isə bunun, «müsəlsəl» isnadla varid olan ən «səhih» isnad olduğunu demiş­dir.
Əl-Cumuə surəsi
Uca Allah buyurur:
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﭼ
«Onlar ticarət və ya əyləncə gördükləri zaman dağı­lı­şıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə oldu­ğun halda tərk etdilər. De: “Allahın dərgahında qazana­cağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”».

(11-ci ayə)
Buxari «Səhih» əsərində (3-cü cild, səh. 75) de­miş­­dir­: «Cabir ibn Abdullah rəvayət edir ki, bir dəfə cümə günü Pey­ğəmbər  minbərdə xütbə oxuduğu zaman (Şamdan gə­lən) kar­van Mədinəyə yaxınlaşdı. Bunu görən səhabələr tə­ləsik karvana tərəf getdilər. Pey­­ğəmbərin  yanında isə (Məsciddə) cəmi on iki nəfər qaldı və bu ayə nazil oldu:
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﭼ الآية
«Onlar ticarət və ya əyləncə gördükləri zaman da­ğılı­şıb ona tərəf qaçdılar...»

Bu hədisi Buxari həmçinin (5-ci cild, səh. 200, 204; 10-cu cild, səh. 268), Muslim «Səhih» əsərində (6-cı cild, səh. 150-151), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 200), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 370) və ibn Cə­rir «Təf­sir»ində (28-ci cild, səh. 104-105) rəvayət etmişlər. Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

Təbəri «Təfsir»ində Buxari və Muslimin istinad etdiyi ravilərə istinad edərək və Əbu Avanə «Səhih» əsərində is­ti­nad edərək (ibn Həcərin Fəthul Ba­ri əsərində (3-cü cild, səh. 76) qeyd olunduğu kimi) Cabir ibn Abdullahdan (r.a) rəva­yət etmişlər. O demişdir: «Bir zamanlar219 nikah mə­ra­sim­lə­rində (toylarda) az yaşlı qız uşaqları təbil vurub, ney (tütək) çalardılar. Bunu görən (bəzi) səhabələr Pey­ğəmbəri  ayaq üstə minbərdə xütbə oxuduğu halda qoyub onlara tərəf ge­dərdilər. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﭼ الآية
«Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılı­şıb ona tərəf qaçdılar...»

Əl-Munafiqun surəsi
Uca Allah buyurur:
ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ الآيات
«Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəha­dət veririk ki, sən Allahın Elçisisən!”- deyirlər. Allah da bilir ki, sən Onun Elçisi­sən. Allah şahiddir ki, müna­fiq­lər əsl yalançıdırlar...»

(1-ci və sonrakı ayələr)

Buxari «Səhih» əsərində (10-cu cild, səh. 269) de­miş­­dir­: «Zeyd ibn Ərqam (r.a) rəvayət edir ki, döyüşlərin birində mən Abdullah ibn Ubeyyin belə dediyini eşitdim: «Allahın elçisinin ətrafındakılara köməklik gös­tərməyin ki, onlar onun ətrafından dağılıb getsin. Əgər biz onu tərk edib qayıt­saq izzət və hör­mət sahibi olanlar (münafiqlər), alçaq və zə­lil olanları (Peyğəmbəri və ətra­fın­da olan möminləri) Mə­di­nə şəhə­rindən çıxaracaq­lar!» Mən bunu əmimə – və ya Ömərə (r.a) – o da Peyğəmbərə  xəbər verdi. Pey­ğəmbər  məni yanına çağırdı və mən bu hadisəni ona danışdım. Sonra o, Abdullah ibn Ubey və onun tərəf­dar­ları­nın yanına bir nəfər göndərdi. Onlar isə belə bir söz demə­dik­lərini sü­but etmək üçün and içdilər. O, bu andı qəbul edib mənim dedik­lə­ri­mi təkzib etdi. Doğ­ru­su, onun belə qərara gəlməsi mənə çox təsir etdi, mi­sil­siz dərəcədə məni kə­dərləndirdi və mən evə qayıt­dım. Bu halıma yanan əmim mənə dedi: «Mən is­tə­mir­dim ki, o, sə­nin dediklərini təkzib etsin və sənə acığı tutsun!» Bu zaman Uca Allah bu ayə­lə­ri nazil etdi:


ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ الآيات

«Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəha­dət veririk ki, sən Allahın Elçisisən!”- deyirlər. Allah da bilir ki, sən Onun Elçisi­sən. Allah şahiddir ki, müna­fiq­lər əsl yalançıdırlar...»

Peyğəmbər  mənim yanıma bir nəfər göndərdi. O, bu ayələri mənə oxu­duq­dan sonra dedi: «Ey Zeyd! Həqiqətən, Allah sənin dediklərini təsdiq etdi!»

Bu hədisi Buxari həmçinin (10-cu cild, səh. 271-273), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 120), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 200), Əh­məd «Müsnəd» əsərində (4-cü cild, səh. 273), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 489), ibn Cərir «Təfsir»ində (28-ci cild, səh. 109) və «Tarix» əsə­rin­də (3-cü cild, səh. 65) rəvayət et­miş­lər.
Uca Allah buyurur:

ﭽ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﭼ


«Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağı­lıb getsinlər!”- deyirlər. Halbuki göylə­rin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anla­mırlar. Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrət­lilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!”- deyirlər. Hal­buki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsus­dur, lakin bunu münafiqlər bilmirlər».

(7 və 8-ci ayələr)

Buxari «Səhih» əsərində (10-cu cild, səh. 272) de­miş­­dir­: «Zeyd ibn Ərqam (r.a) rəvayət edir ki, mən Abdullah ibn Ubeyyin belə dediyini: «Alla­hın elçisinin ət­rafındakılara kö­məklik gös­tərməyin ki, onlar onun ətrafından da­ğılıb getsin. Əgər biz onu tərk edib qayıt­saq izzət və hör­mət sahi­bi olan­lar (münafiqlər), al­çaq və zəlil olanları (Peyğəmbəri və ət­ra­fın­da olan möminləri) Mədinədən çı­­­­­xaracaq­lar!» Peyğəm­bərə  xəbər verdim. Ənsarlar məni qınadılar. Ab­dullah ibn Ubey də belə demədiyinə görə and içdi. Mən mənzi­limə qa­yıdıb yatdım. Pey­ğəmbər  məni yanına çağırıb dedi: «Hə­qiqətən, Allah sənin dediklərini təsdiq etdi!», bu ayə nazil oldu:

ﭽ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ الآية
«Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin…»

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 201) və ibn Cərir «Təfsir»ində (28-ci cild, səh. 109, 113) rəvayət etmişlər. Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.


Ət-Təğabun surəsi
Uca Allah buyurur:
ﭽ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﭼ
«Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin on­ları əfv etsəniz, günahların­dan keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayan­dır, Rəhmlidir».

(14-cü ayə)

Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 202) de­miş­­dir­: «Bir nəfər ibn Abbasdan (r.a)

ﭽ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﭼ الآية
«Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun!..» ayəsi barəsində soruşdu və o dedi: «Onlar Məkkə əhlindən olan bir dəstə camaat idi. İslam di­nini qə­bul etdikdən sonra Peyğəm­bərin  yanına (Mədinə şə­hə­­rinə) hicrət et­mək istədikdə zövcələri və övladları onla­rı fikirlərindən dön­dərmiş­di­lər. Sonra onlar Peyğəmbərin  yanına hicrət et­dilər və din qardaşlarının savadının çox art­dığını gördülər. Onlar savad­la­rı­nı artırıb qardaşlarına çat­maq üçün səy göstərdikdə bu ayə nazil oldu:
ﭽ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﭼ الآية
«Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun!..»

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (28-ci cild, səh. 124), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 490) və ibn Kəsir «Təfsir»ində (4-cü cild, səh. 376) rəvayət etmişlər. Hakim bu hədisin «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmiş­dir. Lakin qeyd etmək lazımdır ki, hə­disi Simak İkrimədən «müt­tərib» isnadla rəvayət etmişdir. Buna görə də hədis «daif» hesab olunur.

Ət-Təhrim surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﭼ
«Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayan­dır, Rəhmlidir. Allah, andları­nızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuni­ləşdirmişdir. Allah sizin himayədarınızdır. O Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən biri­nə sirr verdi. O da bu­nu onun digər zövcəsinə xəbər ver­dikdə və Allah da bunu Peyğəm­bərə aşkar etdikdə o, bu­nun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qis­mindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildir­dikdə zöv­cəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versə­niz, bilin ki, Allah, Cəbrail və əməli­saleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır».

(1 - 4-cü ayələr)
Buxari «Səhih» əsərində (11-ci cild, səh. 293) de­miş­­dir­: «Aişə (r.a) rəvayət edir ki, Peyğəm­bər  Zeynəb bint Cəh­şin (r.a) evində oturub220 bal içirdi. Mən Həfsə (r.a) ilə məs­ləhətləş­dikdə belə qərara gəldik ki, o hər birimizin yanına gəldikdə ona: «Səndən məğafi­r221 iyisi gəlir! Ondan yemi­sən?»- deyək.

Biz ona belə dedikdə o: «Mən bir daha Zeynəb bint Cəh­şin evində bal iç­mə­yə­cə­yəm!»- deyə cavab verdi. Uca Allah da bu ayələri nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭼ إلى قوله ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﭼ
«Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən?» ayəsindən «Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar...» ayəsinə qədər.

Bu hədisi Buxari həmçinin «Səhih» əsərində (14-cü cild, səh. 385), Muslim «Səhih» əsərində (10-cu cild, səh. 75) Əbu Davud «Sü­nən» əsərində (3-cü cild, səh. 386), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 123; 17-ci cild, səh. 13), Əbu Nu­eym «Hilyə» əsərində (3-cü cild, səh. 276) və ibn Sə'd «Təbəqat» əsərində (8-ci cild, səh. 76) rəvayət etmişlər.

Nəsai «Sünən» əsərində (2-ci cild, səh. 242) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbərin  (Ma­riya adlı (r.a) ) bir kənizi var idi. Aişə (r.a) və Həfsə (r.a) onun, bu kənizlə yaşa­ma­sına narazı idilər. Odur ki, Pey­ğəm­bər  o kənizilə bir yerdə yaşamağı özünə ha­ram etdi. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭼ

«Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayan­dır, Rəhmlidir».

Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 493) rə­va­yət etmişdir. O, bu hədisin Muslimin şərtlərinə görə «səhih» olduğunu demiş, Zəhə­bi isə bu haq­da susmuşdur.

Əbu Abdurrəhman demişdir: «Bu hədisin isnadında olan Mə­həmməd ibn Bukeyr əl-Hə­drəmi Muslimin istinad etdiyi ravilərdən deyildir. İbn Həcər «Təhzibut-Təhzib» əsərin­də isə onun Buxari­nin istinad etdiyi ravilərdən olduğunu qeyd etmişdir. La­kin Mizzi bu iddianı inkar etmiş və onun (Mə­həm­məd ibn Bukeyrin) nə Buxarinin «Sə­hih» əsərində, nə də başqa əsərlərində qeyd olundu­ğunu təsdiqlə­mə­mişdir. Beləliklə də, demək olar ki, bu hədis «sə­hih»dir, lakin Mus­limin şər­ti­nə uyğun deyildir. İbn Həcər «Fət­hul-Bari» əsə­rində (11-ci cild, səh. 292) Nə­sa­inin bu hədisi rəvayət etdi­yini qeyd etdik­dən sonra onun «səhih» olduğunu demişdir. Heysəmi də «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 126) bu ayənin Peyğəmbərin  kənizi Mariya (r.a) barə­sin­də nazil oldu­ğu­nu ibn Abbasdan (r.a) rəvayət olunduğunu qeyd etmiş və demişdir: «Bu hədisi Bəzzar və Təbərani rə­vayət etmişlər. Bəzzar bunu iki isnadla rəvayət et­mişdir. Bəzzarın rəva­yət etdiyi hədisin isnadında olan ravilərin hamısı - Bişr ibn Adəmdən başqa - Buxari və Muslimin is­ti­nad etdiyi ravilərdir. Bişr ibn Adəmə gəlin­cə, o da «siqa» ravidir».

Heysəm ibn Kuleyb «Müsnəd» əsərində (ibn Kəsirin «Təf­sir»ində (4-cü cild, səh. 386) qeyd olunduğu kimi) de­miş­­dir­: «İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər  Həf­səyə (r.a) belə de­di: «İb­ra­hi­min anasını (Mariyanı (r.a) ) özümə haram etdiyimi heç kəsə de­mə!» Həf­sə (r.a): «Alla­hın sənə halal buyurduğunu özünə haram edir­sən?»- de­­yə soruşdu. O belə cavab verdi: «Allaha and olsun ki, mən ona yaxın­laş­ma­yacağam!» Həfsə (r.a) Aişəyə (r.a) bu ba­rədə xə­bər verdikdən sonra bu ayələr nazil ol­du:


ﭽ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪﭫ ﭼ
«Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir…».

İbn Kəsir bu hədisi nəql etdikdən sonra belə demişdir: «Bu hə­disin isnadı «səhih»dir, lakin altı məşhur kitabın mü­əlliflərindən (Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, ibn Ma­cə) heç biri bu hədisi rəvayət etməmişlər. Bu hədisi Ziya əl-Məqdisi «Müstəx­rəc» əsə­rin­də xüsusən qeyd et­miş­dir».

İbn Həcər «Fəthul-Bari» əsərində (10-cu cild, səh. 283) bu ayə­nin hər iki səbəbə, yəni balı və kənizi özünə haram etdiyinə görə nazil olduğunu qeyd etmiş­dir. Şəvkani də «Təfsir»ində (5-ci cild, səh. 252) demişdir: «Ayənin nazil ol­masına dair varid olmuş hər iki hadisə «səhih»dir. Bu iki hadisəni cəm edib demək olar ki, bu ayə həm bal, həm də Mariyaya (r.a) görə nazil olmuş və hər ikisinin özünə haram etdiyini heç kəsə xəbər verməməyi Peyğəm­bər  öz zöv­cə­lərindən birinə demişdir».
Uca Allah buyurur:
ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﭼ
«Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməli­saleh möminlər onun dostu və yardımçısıdır. Bun­lardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr - müsəlman, mömin, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər».

(4 və 5-ci ayələr)
Muslim «Səhih» əsərində (10-cu cild, səh. 82) de­miş­­dir­: «Ömər ibn əl-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər  zövcələrini müvəqqəti olaraq tərk etmişdi. Mən məscidə da­xil olduqda orada olanların kədərlə: «Allahın elçisi zöv­cə­lə­rini boşayıb!»- dediklərini eşitdim. Bu zaman hələ qadınlara hicab geyinmək əmr olunmamışdı. Mən öz-özümə dedim: «Bu gün mən bu məsələni mütləq öyrənəcə­yəm!» Sonra Ai­şənin (r.a) yanına gə­lib dedim: «Ey Əbu Bəkrin qızı! Sən o həddə çatmısan ki, Allahın elçisinə  əziy­yət verirsən?» O dedi: «Mənim etdiklərimin sənə heç bir aidiy­yəti yoxdur. Yax­şı olar ki, sən öz qızına nəsihət verəsən». Mən Həfsənin (r.a) yanına gəlib dedim: «Ey Həfsə, sən o həddə çat­misan ki, Allahın el­çisinə  əziyyət verirsən? Allaha and olsun ki, Pey­ğəm­bə­rin  səni sevmə­diyini bilirsən. Mən olmasay­dım o səni boşayardı!» Həfsə (r.a) bunu eşitdikdə ağladı. Pey­ğəmbərin  harada olduğunu soruşduqda o dedi: «O, öz ey­vanın­dadır».

Mən içəri daxil olduqda Peyğəmbərin  ba­laca xid­mət­çi­si Rəbah (r.a) eyvanın astanasında oturub, ayaqları­nı da Peyğəmbərin  söykənmək üçün istifadə etdiyi kötüyün üzərinə uzatmışdı. Mən onu çağırıb dedim: «Ey Rəbah, Allahın elçisindən  izn istə onun yanına daxil olum! O əv­vəl eyvana, sonra da mənə ba­xıb heç nə demədi. Mən ye­nə onu çağırıb dedim: «Ey Rəbah, Allahın elçisindən  izn istə onun yanına daxil olum». O əvvəl ey­vana, sonra da mənə ba­­xıb heç nə demədi. Mən onu uca səslə ça­ğırıb dedim: «Ey Rəbah, Allahın elçisindən  izn istə onun yanına daxil olum! Mən zənn edriəm ki, Allahın elçisi mənim Həfsəni (r.a) mü­dafiə etmək üçün gəldiyimi güman edir. Allaha and ol­sun ki, o mənə əmr etsəydi, Həfsənin (r.a) boynunu vu­rar­dım». Bu dəfə Rəbah (r.a) başı ilə işarə edib Peyğəmbərin  ya­nı­na daxil olmağa izn verdi. Mən Peyğəmbərin  yanına da­xil olduqda, o, həsirin üzərində uzanmışdı. Sonra o qalxıb otur­du və onun əy­­nin­də izardan başqa heç nə yox idi. Hə­sirin izi onun çiynində və böy­ründə qal­mışdı. Mən onun eyva­nı­na nəzər salıb gördüm ki, orada təqribən bir «saa» ar­pa, bir o qədər akasiya ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər  dedi: «Ey ibn əl-Xəttab, səni ağ­ladan nədir?» Mən de­dim: «Ey Allah elçisi! Nə üçün də ağ­lamayım. Mən görürəm ki, həsir sənin bə­də­nini bu ha­la salıb, eyvanında da gördüklərimdən başqa bir şey yoxdur. Qey­sər (Rum İmperatoru) və Xosrov (Fars İmperatoru) isə cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın elçisi və se­vim­lisi, bu da sənin eyvanın!» O dedi: «Ey ibn əl-Xəttab, is­təmirsən ki, dünya onlara, axirət isə bi­zə nəsib olsun?» Mən: «Əksinə! (İs­təyirəm)» deyə cavab verdim. Sonra mən onun qəzəblən­mə­sinin səbəbini soruşub dedim: «Zövcələrin nəyə görə narazılıq edir? Əğər sən onları boşasan, həqiqətən Uca Allah, onun mələkləri, Cəbrail  , Mi­ka­il , mən, Əbu Bəkr (r.a) və bütün mömünlər səninləyik!» Mən çox nadir hallarda dedikləri­min Allah tərəfindən təsdiq olun­ma­sını Ondan istəyirdim. Uca Allah da bu barədə ayə nazil et­di:


ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﭼ
Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə