«Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir….» ayəsində xatırlanan Peyğəmbərin iki zövcəsi kimlərdir?» O dedi: «Ey ibn Abbas! Sənin sualın çox təəccüblüdür! Bu Aişə ilə Həfsədir!» Sonra o, hədisi danışmağa başlayıb dedi: «Mən və ənsarlardan olan bir qonşum Bənu Ümeyyə ibn Zeyd tayfasında – Mədinənin yaxınlığında yerləşən bir kənddə – qalırdıq. Biz növbə ilə Peyğəmbərin yanına gedərdik. Bir gün mən gedib Peyğəmbərdən eşitdiklərim əmrlər və s. (qadağalar, əvvəlki ümmətlərin başına gələnlər) barədə ona xəbər gətirərdim, bir gün də o bütün bunlar barədə mənə xəbər gətirərdi. Biz qüreyşlilər qadınlarımızı üstələyən bir tayfa idik. Mədinəyə gəldikdə isə ənsar qadınların ərlərini üstələyən (onlara cavab qaytaran) bir qövm olduğunu gördük. Bizim qadınlar onların ədəblərindən təsirləndilər. Bir gün mən həyat yoldaşımın üstünə qışqırdım və o mənə cavab qaytardı. Mən cavab qaytarmağı ona qadağan etdikdə o dedi: «Sən cavab qaytarmağı mənə niyə qadağan edirsən? Allaha and olsun ki, Peyğəmbərin zövcələri ona cavab qaytarırlar. Bəziləri hətta bu gün gecəyə qədər ondan üz döndərib». Onun bu sözləri məni çox həyəcanlandırdı. Mən: «Doğrudan da onlardan bu günahı edən müvəffəqiyyətsizliyə uğramışdır!» - dedim. Sonra libasımı geyib Həfsənin yanına getdim. Mən onə dedim: «Ey Həfsə! Sizlərdən biri Allahın elçisini bu gün gecəyə qədər qəzəbləndiribmi?» O: «Bəli» - deyə cavab verdi. Mən dedim: «O şəxs bədbəxt olmuş və xəsarətə uğramışdır! Sən əminsən ki, Rəsulullahı qəzəbləndirməklə Allahın qəzəbinə gəlib həlak olmayacaqsan? Allahın elçisindən çox şey (artıq xərclik və s.) istəmə, ona cavab qaytarma, ondan üz döndərmə və nə ehtiyacın varsa məndən istə! Və qonşunun (yəni, Aişənin) Peyğəmbərə səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!»
O zaman biz, «Ğəssanlılar bizim üstümüzə yürüş etmək üçün atlarının ayaqlarını nallayırlar!» - deyə öz aramızda danışırdıq. (Bir gün Bənu Umeyyəli) yoldaşım öz növbəsində Rəsulallahın yanına getdi və gecə geri döndükdə qapımı bərk-bərk döyüb dedi: «O (yəni, Ömər) oyaqdırmı?». Mən həyacanlandım və onun yanına çıxdım. O dedi:
– Dəhşətli bir hadisə baş verib!
– Nədir, Ğəssanlılar hücum edib?
– Xeyr! Əksinə, bundan da artıq dəhşətli hadisə baş verib. Allahın elçisi zövcələrini boşayıb.
– Artıq Həfsə həlak oldu və ziyana uğradı. Mən bunun yaxın zamanlarda baş verəcəyini zənn edirdim.
Mən libasımı geyib Peyğəmbərin yanına getdim və onunla birgə fəcr namazını qıldım. Sonra o, öz eyvanına qalxıb təkliyə çəkildi. Mən Həfsənin yanına gəldim və onu ağlayan görüb dedim: «Nə üçün ağlayırsan, məgər mən səni bu işdən çəkindirməmişdim? Allahın elçisi sizi boşayıbmı? Həfsə dedi: «Mən bilmirəm, odur bax o, eyvandadır».
Sonra mən minbərin ətrafında oturan bir toplum səhabənin yanına gəldim. Onlardan bəziləri ağlayırdı. Mən bir müddət onlarla oturduqdan sonra dözməyib onun yanına, oturduğu eyvanın önünə gəldim və orada dayanan Peyğəmbərin balaca, zənci xidmətçisinə dedim: «Ömər üçün izn istə (onun yanına daxil olum)». O, içəri daxil olub Peyğəmbərlə danışdı. Sonra bayıra çıxıb dedi: «Sənin xahişini ona çatdırdım, lakin o susdu». Mən minbərin ətrafında oturan səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra dözməyib yenə onun yanına gəldim və bu dəfə də o, eyni cavabı verdi. Mən bir daha minbərin ətrafında oturan səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra dözməyib yenə onun yanına gəldim. O bu dəfə də eyni cavabı verdi. Mən çıxıb getdikdə o, məni çağırıb dedi: «Peyğəmbər sənə onun yanına daxil olmağa izn verdi». Mən Peyğəmbərin yanına daxil olduqda gördüm ki, o, yerə sərilmiş həsirin üstünə uzanıb, altına heç bir döşək qoymayıb və yerdəki qum da onun böyrünə iz salıb. Özü də içərisi xurma lifi ilə doldurulmuş, dəridən hazırlanan yastığa söykənmişdi. Mən ayaq üstə duraraq ona salam verdikdən sonra dedim: «Ey Allahın elçisi, sən zövcələrini boşamısanmı?» O mənə nəzər salıb: «Xeyr!» - deyə cavab verdi. Mən yenə ayaq üstə duraraq dedim: «Ey Allahın elçisi! Təsəvvür et, biz qüreyşlilər qadınlarımızı üstələyən bir qövm idik. Sonra qadınları ərlərini üstələyən bir qövmün yanına gəldik». Peyğəmbər gülümsədi. Mən dedim: «Təsəvvür et, mən Həfsənin yanına gəlib: «Qonşunun (yəni, Aişənin) Peyğəmbər üçün səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!»- dedim. Peyğəmbər yenə təbəssüm etdi. Mən onun təbəssüm etdiyini görüb oturdum və evinə nəzər saldım. Allaha and olsun ki, orada mən aşılanmış üç heyvan dərisindən başqa gözə çarpan bir şey görmədim. Mən dedim: «Allaha dua et ki, ümmətinin imkanlarını genişlətsin! Həqiqətən, farsların və rumluların imkanları çox genişləndirilib, onlara dünyanın naz-nemətlərindən verilib. Halbuki onlar Alaha ibadət etmirlər». O, dikəlib oturdu və dedi: «Ey ibn əl-Xəttab! Sən şəkk edirsən? Onlar o qövmdür ki, cah-cəlal onlara dünya həyatında verilmiş və onlar üçün tezləşdirilmişdir». Mən dedim: «Ey Allahın elçisi, mənim üçün (Allahdan) bağışlanma dilə!»
Həfsə (r.a) Aişəyə (r.a) Peyğəmbərin sirrini bildirdikdən sonra o, zövcələrini tərk etmiş və qəzəbindən: «Bir ay mən onlara yaxınlaşmayacağam!» - demişdi. O zaman Uca Allah da onu qınamışdı.151 İyirmi doqquz gün keçdikdən sonra o, ilk əvvəl Aişənin yanına daxil oldu. Aişə (r.a) isə ona dedi: «Axı sən bir ay bizə yaxınlaşmayacağına and içmisən! Mən bir-bir bu günləri saymışam. Artıq bu iyirmi doqquzuncu gündür». Peyğəmbər : «Ay iyirmi doqquzdandır!»
Bu ay doğrudanda iyirmi doqquz oldu. Aişə dedi: «Təxyir (seçmək, üstünlük vermək)152 ayəsi nazil oldu və o, zövcələrindən ilk əvvəl mənim yanıma daxil olub dedi: «Doğrusu, mən sənə bir məsələni xatırlamaq istəyirəm. Sən gərək tələsməyəsən və ata-ananla məsləhətləşəsən». Aişə dedi: «Mən bilirəm ki, valideynlərim səndən ayrılmağı mənə heç vaxt nəsihət etməmişlər». Peyğəmbər dedi: «Allah demişdir:
ﭽ ﮫ ﮬ ﮭ ﮮ ﭼ إلى قوله ﭽ ﯩ ﯪ ﭼ
«Ey Peyğəmbər! Zövcələrinə de:...» ayəsindən «…böyük bir mükafat hazırlamışdır» ayəsinə qədər.
Mən dedim: «Buna görə ata-anamla məsləhətləşim?! Axı mən həqiqətən də Allahı, Onun elçisini və axirət yurdunu istəyirəm!»
Sonra o digər zövcələrinə də eyni təklifi etdi və onlarda Aişə (r.a) kimi cavab verdilər.
Bu hədisi həmçinin Buxari (11-ci cild, səh. 188), Muslim «Səhih» əsərində (10-cu cild, səh. 93), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 163, 203), Nəsai «Sünən əsərində (6-cı cild, səh. 46, 130), ibn Macə «Sünən» əsərində (2053-cü hədis), imam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 33; 6-cı cild, səh. 87, 163, 185, 212, 248, 264), ibn Carud «Müntəqa» əsərində (səh. 274) və ibn Cərir «Təfsir»ində (21-ci cild, səh. 158) rəvayət etmişlər. Tirmizi hər iki yerdə hədisin «səhih» olduğunu qeyd etmişdir.
Muslim «Səhih» əsərində (10-cu cild, səh. 80) demişdir: «Cabir ibn Abdullah (r.a) deyir ki, Əbu Bəkr (r.a) gəlib Peyğəmbərin yanına daxil olmaq üçün izn istədikdə, onun qapısının yanında bir dəstə adamın oturduğunu gördü. Onlardan heç bir kimsəyə içəri daxil olmağa izn verilməmişdi. Əbu Bəkrə (r.a) isə izn verildi və o içəri daxil oldu. Sonra Ömər (r.a) gəlib izn istədi və ona da izn verildi O, Peyğəmbəri və ətrafında sükut içində oturmuş zövcələrini görüb dedi: «Mən bir söz deyəcəyəm və Peyğəmbəri güldürəcəyəm».
Sonra o dedi: «Ey Allahın elçisi! Hərgah (ərinə qarşı) çıxan qız məndən xərclik istəsəydi onun boynuna (şillə və ya yumruq) ilişdirərdim!» Peyğəmbər güldü və dedi: «Gördüyün kimi onlar mənim ətrafımda oturub məndən xərclik istəyirlər». Bu vaxt Əbu Bəkr (r.a) Aişəni (r.a), Ömər (r.a) də Həfsanı (r.a) cəzalandırmaq üçün ayağa qalxıb dedi: «Siz Allahın elçisində olmayan bir şeyi ondan istəyirsiniz?!» Onlar dedilər: «Biz heç zaman Allahın elçisində olmayan bir şeyi ondan istəmərik?». Peyğəmbər otuz və ya iyirmi doqquz gün onlardan ayrı qaldı. Sonra ona bu ayələr nazil oldu:
ﭽ ﮫ ﮬ ﮭ ﮮ ﭼ حتى بلغ ﭽ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﭼ
«Ey Peyğəmbər! Zövcələrinə de:...» ayəsindən «…yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır» ayəsinə qədər.
O, ilk əvvəl Aişənin (r.a) yanına gəlib dedi: «Ey Aişə! Doğrusu, mən sənə bir təklif etmək istəyirəm. Və istəyirəm ki, sən bu təklifi qəbul etməyə tələsməyəsən və ata-ananla məsləhətləşəsən». Aişə dedi: «O nədir ey Allahın elçisi?» Peyğəmbər Allahın ona nazil etdiyi ayələri oxudu. Aişə dedi: «Ya Rəsulullah! Məgər sənə görə (səninlə birgə olmaqdan ötrü) valideynlərimlə məsləhətləşməliyəm?! Əksinə, mən Allahı, onun elçisini və axirət yurdunu seçirəm! Səndən də xahiş edirəm ki, həyat yoldaşlarından heç birinə bu barədə xəbər verməyəsən!» Peyğəmbər dedi: «O qadınlardan hansı birisi məndən (bu məsələ barəsində) soruşsa mən ona xəbər verəcəyəm. Allah məni nə (insanlara nə isə etməyi) zorla məcbur edən, nə də hər şeyə irad tutan bir kimsə olaraq göndərməmişdi, lakin O məni (onlara bilmədiklərini) öyrədən, (bacarmadıqlarını) müyəssər edən bir kimsə olaraq göndərmişdi.
Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 328) rəvayət etmişdir.
Uca Allah buyurur:
ﭽ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﭼ
«Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır».
(35-ci ayə)
Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 116) demişdir: «Ummu Əmmara əl-Ənsariyyə (r.a) Peyğəmbərin yanına gəlib dedi: «Mən, hər şeyin yalnız kişilər üçün olduğunu və qadınların heç bir şeylə xatırlanmadığını görürəm!». Odur ki, bu ayə nazil oldu:
ﭽ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﭼ الآية
«Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar...».
Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.
Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 416) (istinad edərək) Ummu Sələmədən (r.a) rəvayət etmiş və demişdir: «Hədis Buxari və Muslimin şərtlərinə görə «səhih»dir, lakin onlar bunu rəvayət etməmişlər». Zəhəbi də bunu təsdiqləmişdir. Lakin (isnadında olan) Mücahid «mürsəl» isnadla bir çox hədislər rəvayət edib. Belə ki, mən bilmirəm o, Ummu Sələmədən (r.a) bu hədisi eşidib ya yox. Mən bu hədisi əvvəlki hədisi qüvvətləndirən bir amil kimi nəql etmişəm. Hədisi həmçinin Təbərani «Mucəm» əsərində istinad edərək ibn Abbasdan (r.a) rəvayət etmişdir. Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 91) demişdir: «Bu hədisin isnadında olan Qabus «daif» ravidir, lakin bəziləri onu «siqa» ravi hesab etmişlər». Sonra mən ibn Kəsirin «Təfsir»ində (3-cü cild, səh. 47) bu hədisi Ummu Sələmədən (r.a) iki isnadla rəvayət etdiyini gördüm.
Uca Allah buyurur:
ﭽ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﭼ
«Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”- deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır».
(37-ci ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 142) demişdir: «Ənəs ibn Malikdən (r.a) rəvayət olunur ki, bu ayə
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ
«…Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır...» - Zeynəb bint Cəhş və Zeyd ibn Harisə barəsində nazil olmuşdur.
Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (17-ci cild, səh. 184), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 168), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 150) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 417) rəvayət etmişlər. Zəhəbi Hakimin bu rəvayətinin Buxari və Muslimin şərtlərinə uyğun olduğunu demişdir.
Uca Allah buyurur:
ﭽ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﭼ
«Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir».
(37-ci ayə)
İbn Səd «Təbəqat» əsərində (8-ci cild, səh. 73) demişdir: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Zeynəb bint Cəhş (r.a) barəsində
ﭽ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﭼ
«Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki,..» ayəsi nazil oldu. O, Peyğəmbərin digər zövcələrinin yanında fəxr edərək deyirdi: «Sizin hamınızı öz əhliniz ərə verib. Məni isə Allah yeddi səmanın üzərindən (Peyğəmbər ilə) evləndirib». Hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.
İbn Səd başqa isnadla deyir ki, Ənəs ibn Malik (r.a) demişdir: «Zeynəb bint Cəhşin (r.a) iddəti153 qurtardıqdan sonra Peyğəmbər Zeyd ibn Harisəyə (r.a) dedi: «Mən öz yanımda səndən daha etibarlı və daha inanınlmış bir kimsə görmürəm. Odur ki, Zeynəbin yanına get və onu mənə nişanla». Zeynəb (r.a) xəmir yoğurarkən Zeyd (r.a) onu götürüb (Peyğəmbərin yanına) gətirdi. Mən Zeynəbi gördükdə onun hörməti mənim qəlbimdə bir az da artdı. Peyğəmbərin onu xatırladığını bildikdə isə artıq mən onun üzünə baxa bilmədim. Mən üzümü ondan çevirdim və dedim: «Ey Zeynəb sevin! Həqiqətən, Allahın elçisi səni xatırlayır!» O dedi: «Mən heç bir şey etməmişəm. Bu Rəbbimin buyuruqlarıdır!». Sonra o qalxıb məscidə getdi və bu ayə nazil oldu:
ﭽ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﭼ
«Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki,..»
Hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.
Hədisi həmçinin Muslim «Səhih» əsərində (9-cu cild, səh. 228) və Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 195) rəvayət etmişlər.
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭼ
«Onlardan dilədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, dilədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah Biləndir, Həlimdir».
(51-ci ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 144) demişdir: «Aişə (r.a) rəvayət edir ki, mən öz nəfslərini Peyğəmbərə bağışlayan (heç bir təmənnasız ona ərə getməyə razılıq verən) qadınları danlayıb deyərdim: «Heç qadın da öz nəfsini bağışlayarmı? Uca Allah
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭼ
«Onlardan dilədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, dilədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz…» ayəsini nazil etdikdə mən (Peyğəmbərə ) dedim: «Mən görürəm ki, Rəbbin yalnız sənin istəyini tezliklə yerinə yetirir».
Hədisi həmçinin Muslim «Səhih» əsərində (1-ci cild, səh. 49), Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 158), ibn Cərir «Təfsir»ində (22-ci cild, səh. 26) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 436) rəvayət etmişlər. Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir.
Qeyd etmək istəyirəm ki, Buxari Muhadir ibn əl-Muvarridən yalnız «müəlləq» isnadla rəvayət etmişdir. Muslim isə ondan yalnız bir hədis rəvayət etmiş və bunu da başqa bir hədisi qüvvətləndirmək üçün belə etmişdir. Bütün bunlar ibn Həcərin «Təhzibut-Təhzib» əsərində izah olunub. Odur ki, bu hədis onların şərtlərinə müvafiq deyildir. Daha doğrusunu isə Allah bilir!
Uca Allah buyurur:
ﭽ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﭼ
«Ey iman gətirənlər! Sizə yeməyə izn verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah dərgahında böyük günahdır».
(53-cü ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 149) demişdir: «Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər Zeynəb bint Cəhş (r.a) ilə evlənəndə ziyafət verdi. O, camaata doyunca çörək və ət verdi. Sonra isə adəti üzrə evləndiyi günün səhərisi digər zövcələrinin otaqlarını bir-bir ziyarət etdi, onlara salam verdi və onlar üçün dua etdi. Onlar da qarşılıqlı olaraq salam verib onun üçün dua etdilər. Daha sonra o evinə qayıtdı və iki kişinin (onun evində oturub) bir-birilə söhbət etdiyini gördükdə evdən çıxıb getdi. Onlar Peyğəmbərin evdən çıxıb getdiyini gördükdə dərhal ayağa qalxıb tələsik oranı tərk etdilər. Bilmirəm, onların evdən çıxdıqlarını Peyğəmbərə mən xəbər verdim, ya başqa birisi (məni qabaqlayıb bu barədə ona xəbər verdi). Odur ki, o, geri qayıdıb evə daxil oldu və mənimlə öz arasına pərdə çəkdi. Bu vaxt hicab ayəsi154 nazil oldu.
Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 148; 11-ci cild, səh. 134, 139, 519; 13-cü cild, səh. 259, 305) və «Ədəbul Mufrad» əsərində (səh. 632), Muslim «Səhih» əsərində (9-cu cild, səh. 229, 230, 232, 233), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 168-169), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 105, 168, 196, 242, 246), ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh. 75), ibn Cərir «Təfsir»ində (22-ci cild, səh. 37-38) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 418) rəvayət etmişlər. Tirmizi rəvayət etdiyi birinci hədisi «həsən», ikincisini isə «həsən-səhih» adlandırmışdı. Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhibə də bunu təsdiqləmişdir.
Qeyd etmək istəyirəm ki, hədis Buxari və Muslimin şərtlərinə uyğundur, lakin Muslim hədisi həmin isnadla (9-cu cild, səh. 233) rəvayət etmişdir. Odur ki, hədisin «Mustədrək» əsərinə əlavə olunmasının mənası yoxdur.
Buxari «Səhih» əsərində (1-ci cild, səh. 259) demişdir: «Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin zövcələri gecə vaxtı ayaqyoluna - böyük bir sahəyə su başına - çıxardılar. O zaman Ömər (r.a) gəlib Peyğəmbərə dedi: «Zövcələrinə hicab örtməyi əmr et!» O zaman Peyğəmbər zövcələrinə bunu əmr etmədi. Bir gecə Peyğəmbərin hündürboylu, Səudə bint Zəm'a (r.a) adlı zövcəsi bayıra çıxdıqda, Ömər çox istəyirdi ki, hicab ayəsi nazil olsun. Odur ki, o Səudəni (r.a) çağırıb dedi: «Ey Səudə! Biz səni tanıdıq!»
Bu hədisi həmçinin Buxari «Sünən» əsərində (13-cü cild, səh. 260), Muslim «Səhih» əsərində (14-cü cild, səh. 152) və ibn Cərir «Təfsir»ində (22-cü cild, səh. 39) rəvayət etmişlər.
Təbərani «Mucəmus-Səğir» əsərində (1-ci cild, səh. 83) demişdir: «Aişə (r.a) rəvayət edir ki, mən Peyğəmbərlə birgə camda xurma halvası155 yeyirdik. Bu vaxt Ömər (r.a) gəlib bizim yanımızdan keçdikdə Peyğəmbər onu da yeməyə dəvət etdi. Yemək yeyərkən onun barmağı mənim barmağıma dəydi və o (təəssüflənərək) dedi: «Ax, ax, əlim dəydi! Əgər barənizdə hökm nazil olsaydı heç bir göz sizi görməzdi!» Sonra isə hicab ayəsi nazil oldu».
Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 93) demişdir: «Musa ibn Əbi Kəsirdən başqa hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Musa ibn Əbi Kəsirə gəlincə, o da «siqa» ravidır.
İbn Həcər «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 260) bu hədisləri cəm edib demişdir: «Bu hədisləri cəm edib demək olar ki, hicab ayəsinin nazil olmasına dair baş vermiş hadisələr müxtəlif cür olmuşdur. Lakin, Zeynəb (r.a) barəsindəki xəbər ayə ilə əlaqədar olan sonuncu xəbərdir. Yaxud demək olar ki, bəzi rəvayətlərdəki «hicab ayəsi» deyildikdə
ﭽ ﮤ ﮥ ﮦ ﮧﮨ ﭼ الآية
«…çarşabları ilə örtsünlər...» ayəsi qəsd olunur».
Qeyd etmək istəyirəm ki, ibn Həcərin: «Yaxud demək olar ki, bəzi rəvayətlərdəki «hicab ayəsi» deyildikdə
ﭽ ﮤ ﮥ ﮦ ﮧﮨ ﭼ الآية
«…çarşabları ilə örtsünlər...» ayəsi qəsd olunur»- ifadəsi isə araşdırılmalıdır. Belə ki, rəvayətlər Zeynəb (r.a) barəsində, həmçinin Ömərin (r.a) diləyindən156 sonra (Təbərinin «Təfsir»ində (12-ci cild, səh. 40) qeyd olunduğu kimi) məhz
ﭽ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﭼ
«Ey iman gətirənlər! Sizə yeməyə izn verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin...» ayəsinin nazil olduğunu bəyan edir. Odur ki, bu ayənin nazil olmasına dair baş vermiş hadisələr müxtəlif cür olduğunu demək daha doğrudur.
Qeyd: Ömərin (r.a): «Ey Səudə! Biz səni tanıdıq!»- deməsindən belə aydın olur ki, bu hadisə hicab ayəsinin nazil olmasından əvvəl, bəzi rəvayətlərdə isə sonra baş vermişdir. Bu rəvayətləri necə cəm etmək olar?
İbn Həcər «Fəthul-Bari» əsərində (10-cu cild, səh. 150) demişdir: «Kərmani deyir ki, əgər desən ki, bu, hicab ayəsi nazil olduqdan sonra baş vermişdir, onda demək olar ki, həmçinin dəstəmaz fəslində də bu hadisənin hicab ayəsi nazil olduqdan əvvəl baş verməsi qeyd olunmuşdur. Bunun isə cavabı belədir. Ola bilsin ki, o hadisə iki dəfə baş vermişdir».
İbn Həcər – sözünə davam edib – deyir ki, əvvəlki hadisədə nazil olmuş hicab ayəsi ilə sonrakı hadisədə nazil olmuş hicab ayəsi arasında fərq var. Nəticə budur ki, yad kişilərin Peyğəmbərin zövcələrinə baxması Ömərin (r.a) qəlbini narahat edirdi. Odur ki, o, açıq-aydın Peyğəmbərə : «Zövcələrinə hicab örtməyi əmr et!»- dedi. Bu da onunla təsdiqləndi ki, hicab ayəsi nazil oldu. Sonra onların ümumiyyətlə örtünmüş halda belə gözə görünməmələrini məsləhət etdi. Lakin Peyğəmbər buna mane oldu və qadınlara əziyyət olmasın deyə ehtiyaclarını ödəmək üçün bayıra çıxmaqlarına rüxsət verdi».
Ya sin surəsi
Uca Allah buyurur:
ﭽ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﭼ
«Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tələsik tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq».
(12-ci ayə)
İbn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 566) Bəzzardan nəql edir ki, o demişdir: «Əbu Səid (r.a) rəvayət edir ki, Bənu Sələmə qəbiləsi gəlib Allahın elçisinə mənzillərinin məsciddən uzaq olması barədə şikayət etdilər. Odur ki, bu ayə nazil oldu:
ﭽ ﯢ ﯣ ﯤ ﯥﯦ ﭼ الآية
«…onların bu dünyada törətdiklərini və tələsik tərk etdiklərini yazan Bizik...» Onlar da öz yurdlarında qalmalı oldular».
İbn Kəsir bu hədisi başqa isnadla nəql etdikdən sonra demişdir: «Hədisdə ayənin məhz bu səbəbdən nazil olmasında qəribəlik vardır. Çünki bu surə bütövlükdə Məkkə surəsidir».
Abbad ibn Ziyaddan başqa hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Onun barəsində ibn Həcərin «Təhzibut-Təhzib» əsərində bəzi tənələr qeyd olunub. Lakin başqa rəvayətlərlə birgə onun rəvayəti qüvvəyə minə bilər. Bu hədisi Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 171) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 428) rəvayət etmişlər Tirmizi bu hədisi «həsən» hesab etmişdir. Hakim isə bu hədisin «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Qeyd etmək lazımdır ki, hədisin isnadında olan Tərif ibn Şihab «daif» ravidir. Hədisi həmçinin ibn Cərir «Təfsir»ində: «Ənsarların evləri məsciddən uzaq olduğundan onlar məscidə köçmək istəyirdilər. Buna görə də bu ayə nazil oldu» ləfzi ilə rəvayət etmiş və isnadının «səhih» olduğunu qeyd etmişdir.
O ki qaldı ibn Kəsirin: «Hədisdə ayənin məhz bu səbəbdən nazil olmasında qəribəlik vardır. Çünki bu surə bütövlükdə Məkkə surəsidir»- deməsinə onun nəyi qəsd etdiyi mənə bəlli deyildir. Əgər ayənin Məkkədə nazil olduğu sübuta yetirilsə, onda demək olar ki, bu ayə iki dəfə (Məkkədə sonra da Mədinədə) nazil olub. Əks təqdirdə bu ayəni çıxmaq şərtilə surənin Məkkə surəsi olduğunu hesab etmək olar. Daha doğrusunu isə Allah bilir!
Dostları ilə paylaş: |