«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə26/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   19   20   21   22   23   24   25   26   27

Müsnəd: Bu kəlmə ( مُسْنَدٌ ) ərəbcə «əsnədə» ( أسْنَدَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da lüğətdə dayaq, dirək, söykənəcək, istinad və s. mənaları ifa­də edir.314

Bu kəlmənin istilahi mənasına gəlincə, o aşağıdakı mə­na­ları ifadə edir:

– Hər bir səhabənin rəvayətlərini ayrı-ayrılıqda özündə cəm edən kitab «müsnəd» adlanır;

– Sənəd baxımından bağlanmış, yüksəldilmiş hədis «müs­nəd» adlanır. (Yəni, hə­disi bir-birinə xəbər verən ra­vi­lər ara­sın­da bağlı­lıq vardır və on­lardan hər biri onu eşitdiyi kimsəyə is­tinad etmiş­dir);

– Müsnəd - sənəd (hədisin mətninə gətirib çıxaran ra­vi­lərin silsi­ləsi) mənasını da ifadə edir. Bu mənada o, «mim» qoşul­muş məs­dər olur.315

Mütəsahil: Bu kəlmə ( مُتَسَاهِلٌ ) ərəbcə «təsahələ» ( تَسَاهَلَ ) fe­li­nin məlum nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da güzəştə gedən, yumşaqlıq göstərən, yüngülləşdirən, sa­də­ləş­dirən, asanlaş­dıran, səhlənkar və s. mənaları­ ifa­də edir. 316

Müttərib: Bu kəlmə ( مُضْطَرِبٌ ) ərəbcə «ittərəbə» ( اِضْطَرَبَ ) fe­linin məlum nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da lü­ğət­də aydın olmayan, ni­zamsızlıq, anlaşılmaz, qeyri-müəyyən mənaları­nı ifa­də edir. 317

İstilahi mənada isə - eyni dərəcəli, müxtəlif yollarla (bir-bi­ri­nə zidd olan mətnlər və ya isnadlarla) rəvayət olunan hədis «müttə­rib» hədis adlanır.318



Səduq: Bu kəlmə ( صَدُوقٌ ) lüğətdə səmimi, ürəyiaçıq dost, doğruçu, düzdanışan və s. mənaları ifadə edir.

İstilahi mənada isə - mübaliğə olunmaqla doğruluqla sə­ciy­yə­ləndirilən bir kimsə «səduq» ravi sayılır. Bu ravi dərə­cə eti­barı ilə «siqa» ravidən aşağı hesab olunur.319



Səhih: Bu kəlmə ( صَحِيحٌ ) lüğətdə müxtəlif mənalarda is­ti­fa­də olu­nur. Məsələn: Sağlam, möhkəm, qıvraq, gümrah və s.320

İstilahi mənada isə - səhih hədis, isnadının əvvəlindən axırı­na qədər də­qiq olan insaflı ravinin aramsız, sapdır­ma­dan (şazz ol­ma­dan) və qüsursuz (müəlləlsiz) olaraq özü ki­misindən xəbər ver­diyi hədis­dir».321

Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:

a) isnadın aramsız olması: yəni isnadın əvvəlindən axı­rı­na qədər hədisin ravilərindən hər biri onu özündən əvvəlki ra­vi­dən bilava­sitə götürmüş (eşitmiş) olsun;

b) ravinin insaflı olması: yəni hədisin ravilərindən hər bi­ri müəy­yən dəyərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həd­di-büluğa çatmış, şüurlu olmalı, fasiq və əxlaqsız ol­ma­malıdır;

v) ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam də­qiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm ol­malı, ya da yaz­dıqlarını qorumaqda dəqiq olmalıdır;

q) şazz olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəva­yəti «məq­bul» («səhih», yaxud «həsən») sayılan ravinin özündən də nüfuzlu ravi­yə müxalif olması şazz adlanır.

d) müəlləl olmaması: Hədisdə (sənəddə və ya mətndə) «illə» olma­malıdır. «İllə» hədisin mötəbər olmasında naqis­lik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir.



«Səhih» hədisin dərəcələri:

1. O hədis ki, Buxari və Muslim «Səhih» əsərlərində onun üzə­rində ittifaq etmiş­lər (onu yekdilliklə səhih saymışlar) ;

2. O hədis ki, onu yalnız Buxari «Səhih» əsərində rəvayət et­mişdir ;

3. O hədis ki, onu yalnız Muslim «Səhih» əsərində rəva­yət et­mişdir ;

4. O hədis ki, hər ikisinin şərtlərinə (hədisin səhih olma­sı­na dair qəbul etdiyi şərtlərə) müvafiqdir, lakin onlardan heç biri bunu «Səhih» əsərlərində rəvayət etməmişdir ;

5. O hədis ki, yalnız Buxarinin şərtlərinə müvafiqdir, la­kin o bunu «Səhih» əsərində rəvayət etməmişdir ;

6. O hədis ki, yalnız Muslimin şərtlərinə müvafiqdir, la­kin o bunu «Səhih» əsərində rəvayət etməmişdir ;

7. O hədis ki, Buxari və Muslimin şərtlərinə uyğun de­yil­dir, la­kin onlardan başqa ibn Xuzeymə və ibn Hibban kimi hədis alim­lərinə görə «səhih» hesab edilmişdir.322



Səhih li-ğeyrihi: «Səhih» və «Li-ğeyrihi» kəlmələrinin ayrı-ayrılıqda lüğəti və istilahi məna­sı artıq yuxarıda izah olunub.

İstilahi mənada isə - bu, özünün mislində və ya özün­dən­də qüv­vətli bir başqa yolla (isnadla) rəvayət olunmuş «hə­sən» hə­disdir.

Bu növ hədis dərəcə etibarilə «səhih»dən aşağı hesab olu­nur.323

Sənəd: Bu kəlmə ( سَنَدٌ ) lüğətdə dirək, dayaq və s. məna­la­rı ifa­də edir.324

İstilahi mənada isə - hədisin mətninə gətirib çıxaran ra­vi­lərin silsiləsinə «sənəd» deyilir.325



Siqa: Yuxarıdakı - «əsbatus-siqat»- terminin izahına bax.

Sünnə: Bu kəlmə ( سُنَّة ) lüğətdə yol, adət və s. mənaları ifa­də edir .326

İstilahi mənada isə bu kəlmənin bir çox izahı var ki, bun­lar­dan da ən məşhuru aşağıdakılardır:327

– Hədis alimlərinin tərifi: «Peyğəmbərdən  va­rid olan hər bir kəlmə, ya hərəkət, ya təsdiq etmə, ya da sifət»328 sünnə ad­lanır; 329

– Üsuli fiqh alimlərinin tərifi: «Şəriət hökmü üçün dəlil ol­mağa yararlı sayılan Peyğəmbərdən  varid olan hər bir kəl­mə, ya hərəkət, ya da təsdiq etmə» sünnə adlanır; 330

– Fiqh alimlərinin tərifi: «Sünnə odur ki, onun yerinə ye­ti­ril­mə­sində savab, tərk olunmasında isə heç bir cəza yox, yalnız danlaq və məzəmmət vardır». 331

Şazz: Bu kəlmə ( شَاذ ٌّ ) ərəbcə «şəzzə» ( شَذ َّ ) felinin məlum nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da tək-tənha, yana çə­kil­miş mənaları ifa­də edir.332

İstilahi mənada isə - rəvayəti məqbul («səhih», yaxud «hə­sən») sayılan ravinin özündən də nüfuzlu raviyə mü­xa­lif ola­raq rəvayət etdiyi hədis şazz adlanır.333



Vahin: Bu kəlmə ( وَاهٍ ) zəif, gücsüz, qüvvətsiz, əhəmiy­yətsiz, ikinci dərəcəli və s. mənaları ifadə edir.334

İstilahi mənada isə bu - o kimsədir ki, alimlər onun ina­nıl­mış ravi olduğunu əsla qeyd etməyib və bununla belə (onda olan) nöqsanla onu etibarsız hesab ediblər.335



Daha geniş məlumat üçün aşağıda adları qeyd olunan kitab­lara nəzər sala bilərsiniz!
– «Cami li Əxlaqir-Ravi və Ədabus-Sami»- Əbu Bəkr Əh­məd ibn Əli ibn Sabit Xətibul Bəğdadi;

– «Dəvabitul Cərh vət-Tədil»- Abduləziz ibn Məhəmməd ibn İbrahim Abdullətif;

– «Fəthul-Muğis fi Şərh Əlfiyyətul-Hədis»- Məhəmməd ibn Ab­durrəh­man əs-Səxavi;

– «İlma ilə Mərifətu Usulur-Rivayə və Təqyidu-s-Sima»- İyad ibn Musa əl-Yəhsubi;

– «Kifayə fi Elmir-Rivayə»- Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit Xətibul Bəğdadi;

– «Qəvaidut-Təhdis»- Cəmaluddin əl-Qasim;

– «Mə lə yəsəul-Mühəddisə Cəhluhu»- Əbu Həfs Ömər ibn Ab­dul-Məcid əl-Məyənəci;

– «Mərifətu Ulumul-Hədis»- Əbu Abdullah Məhəmməd ibn Ab­dullah əl-Hakim ən-Nisaburi;

– «Mənzumətul-Beyquniyyə»- Ömər ibn Məhəmməd əl-Bey­quni;

– «Muhəddisul-Fasil beynər-Ravi vəl-Vai»- Əbu Məhəm­məd Hə­sən ibn Abdurrəhman ibn Xəllad ər-Raməhurmuzi;

– «Muqaddimətul-Cərh vət-Tədil»- İbn Əbi Hatim;

– «Mustəxrəc alə Mərifətu Ulumul-Hədis»- Əbu Nueym Əh­məd ibn Abdullah əl-Əsbəhani;

– «Nəzmud-Dürər fə Elmil-Əsər»- Zeynuddin Abdur­rəh­man ibn Huseyn əl-İraqi;

– «Nuxbətul-Fikər fi Mustaləhil-Əhlil-Əsər»- İbn Həcər əl-Əsqə­la­ni;

– «Tədribur-Ravi fi Şərh Təqribun-Nəvə­vi»- Cəlaləddin Ab­dur­rəhman ibn Əbu Bəkr əs-Suyuti;

– «Təqrib vət-Təysir li Mərifətu Sunənul-Bəşir ən-Nə­zir»- Muh­yiddin Yəhya ibn Şərəf ən-Nəvəvi;

– «Ulumul-Hədis»- İbnus-Səlah Əbu Amr Osman ibn Ab­durrəh­man əş-Şəhrəzuri;

– «Tərif Əhlil-Təqdis bi Məratibil-Məusufinə bit-Tədlis»- ibn Hə­cər əl-Əsqəlani;




İstifadə olunan ədəbiyyat
1. Müqəddəs Quranın mənaca tərcüməsi;

2. Abduləzizin «Dəvabitul-Cərh vət-Tədil» əsəri;

3. Abdurrəzaqın «Müsənnəf» əsəri;

4. Beyhəqinin «Əsma vəs-Sifat» əsəri;

5. Beyhəqinin «Dəlailun-Nubuvvə» əsəri;

6. Beyhəqinin «Sünən» əsəri;

7. Bey­hə­qinin «Şüəbul-İman» əsəri;

8. Bəzzarın «Kəşful-Əstar» əsəri;

9. Bəzzarın «Müsnəd» əsəri;

10. Buxarinin «Ədəbul-Mufrad» əsəri;

11. Buxarinin «Xalqu Əf'alil-ibad» əsəri;

12. Buxarinin «Səhih» əsəri;

13. Buseyrinin «Misbahuz-Zucacə» əsəri;

14. Cəlaləddin Suyutinin «Dürrul-Mənsur fi Təfsiril-Məsur» əsə­ri;

15. Cəlaləddin Suyutinin «İtqan» əsəri;

16. Cəlaləddin Suyutinin «Lübabin-Nüqul fi Əsbabin-Nuzul» əsə­­ri;

17. Cəlaləddin Suyutinin «Tədribur-Ravi fi Şərh Təqribun-Nəvə­vi» əsəri;

18. Daraqutninin «İləl» əsəri;

19. Daraqutninin «Sünən» əsəri;

20. Dariminin «Rəddu aləl-Cəhmiyyə» əsəri;

21. Dariminin «Sünən» əsəri;

22. Əbu Davudun «Sünən» əsəri;

23. Əbu Nueymin «Hilyə» əsəri;

24. Əbuş-Şeyxin «Əxlaq» əsəri;

25. Əbu Yə'lənın «Müsnəd» əsəri;

26. Əhmədin «Müsnəd» əsəri;

27. Əlainin «Camiut-Təhsil» əsəri;

28. Əli ibn Məhəmməd Curcaninin «Tə'rifat» əsəri;

29. Hakimin «Mustədrək» əsəri;

30. Heysəminin «Məcməuz-Zəvaid» əsə­ri;

31. Humeydinin «Müsnəd» əsəri;

32. Xəttabinin «Ğəribul-Hədis» əsəri;

33. Xəttabinin «Məalimus-Sünən» əsəri;

34. Xətib Bağdadinin «Fiqh vəl-Mütəfəqqih» əsəri;

35. Xətib Bağdadinin «Tarix Bağdad» əsəri;

36. Xətib Bəğdadinin «Muvəddih Əvhamil-Cəmi vət-Təfriq» əsə­ri;

37. İbn Cərir ət-Təbərinin «Tarix» əsəri;

38. İbn Cərir ət-Təbərinin «Təfsiri»;

39. İbn Carudun «Müntəqa» əsəri;

40. İbn Əbi Asimin «Sünnə» əsəri;

41. İbn Əbi Hatimin «Təfsiri»;

42. İbn Əbi Hatimin «İləl» əsəri;

43. İbn Əsirin «Nihayətu fi Ğəribil-Hədis» əsəri;

44. İbn Həcərin «İsabə» əsəri;

45. İbn Həcərin «İstiy'ab» əsəri;

46. İbn Həcərin «Kəşşaf» əsəri;

47. İbn Həcərin «Mətalibul-Aliyə» əsəri;

48. İbn Həcərin «Nükət» əsəri;

49. İbn Həcərin öz şərhilə olan «Nuxbətul-Fikər» əsəri;

50. İbn Həcərin «Tə'ci­lul-Mənfəə» əsəri;

51. İbn Həcərin «Təhzibut-Təhzib» əsəri;

52. İbn Həcərin «Təqribut-Təhzib» əsəri;

53. İbn Həcərin «Fəthul-Bari» əsə­ri;

54. İbn Həzmin «Muhəllə» əsəri;

55. İbn Hibbanın «Məvaridiz-Zaman» əsəri;

56. İbn Hişamın «Sira» əsəri;

57. İbn Kəsirin «Bidayə vən-Nihayə» əsəri;

58. İbn Kəsirin «Təfsir»i;

59. İbn Kuleybin «Müsnəd» əsəri;

60. İbn Macənın «Sünən» əsəri

61. İbn Mübarəkın «Cihad» əsəri;

62. İbn Teymiyyənin «Sarimul-Məslul» əsəri;

63. İbn Sə'dın «Təbəqat» əsəri;

64. İbnus-Səlahın «Ulumul-Hədis» əsəri;

65. İbn Xuzey­mənin «Tövhid» əsəri;

66. İbn Xuzeymənin «Səhih» əsəri;

67. İbnun-Nəcarın «Şərhul-Kəukəbul-Munir» əsəri,

68. İbn Useyminin «Şərhul-Mumti alə Zadul-Mustəqnəi» əsəri;

69. İraqinin təhqiq etdiyi «İhya» əsəri;

70. İshaq ibn Rahavyanın «Müsnəd» əsəri;

71. İsmailinin «Ümdətul-Qari» əsəri;

72. Qattanınin «Məbahis fi Ulumul-Quran» əsəri;

73. Qasimin «Ənisul-Fuqəha» əsəri,

74. Qurtubinin «Təfsir»i;

75. Mahmud Təhhanın «Təysirul-Mustaləhəl-Hədis» əsəri;

76. Malikin «Muvatta» əsəri;

77. Məhəmməd Əmin Şinqi­tinin «Üsulil-Fiqh» adlı qeydlər dəftə­ri;

78. Məhəmməd ibn Mətər Zəhraninin «Tədvinus-Sünnə» əsəri,

79. Məhəmməd Mənavinin «Təa'rif» əsəri;

80. Məhəmməd Mənavinin «Feydul-qadir» əsəri;

81 Mizzinin «Tuhfətul-Əşraf» əsəri;

82. Mübarəkfurinin «Tuhvətul-Əhvəzi» əsəri;

83. Muslimin «Səhih» əsəri;

84. Nəsainin «Sünən» əsəri;

85. Səxavinin «Fəthul-Muğis» əsəri;

86. Şəukaninin «Fəthul-Qadir» əsəri;

87. Təyalisinin «Müsnəd» əsəri;

88. Təbərani «Məcməul-Bəhreyn min Zəvaidil-Mucəmeyn» əsəri (əlyazmadır);

89. Təbəraninin «Mucəmul-Əvsət» əsəri;

90. Təbəraninin «Mucəmul-Kəbir» əsəri;

91. Təbəraninin «Mucəmul-Səğir» əsəri;

92. Təbərinin «Təfsir»i;

93. Təhavinin «Muş­ki­lul-Əsar» əsəri;

94. Tirmizinin «Sünən» əsəri;

95. Vahidinin «Əsbabun-Nuzul » əsəri;

96. Zəhəbinin «Təcridu Əsmais-Səhabə» əsəri;

97. Zəhəbinin «Təzkirətul-Huffaz» əsəri;

98. Zəhəbinin «Mizan» əsəri;



99. Ziya əl-Məqdisinin «Müstəx­rəc» əsə­ri.
Mündəricat
Ön söz………………………………………………………...…5Müqəddimə……………………………………………….…..14Bu mövzunu seçməyə müəllifi təhrik edən səbəblər……19Əsas qaydalar…………………………………………………30Fayda…………………………………………………….……..35« Əl Bəqərə » surəsi………………………………………..…37« Ali İmran » surəsi………………………………….……….90« Ən Nisa » surəsi…………………………………………...121« Əl Maidə » surəsi……………………………………….…161« Əl Ən'am » surəsi…………………………………………182« Əl Ə'raf » surəsi…………………………………………...185« Əl Ənfal » surəsi…………………………………………..186« Ət Tövbə » surəsi………………………………………….202« Hud » surəsi………………………………………………..223« Yusif » surəsi………………………………………………227« Ər Rə'd » surəsi……………………………………………229« İbrahim » surəsi.…………………………………………..230« Ən Nəhl » surəsi.………………………………………….231« Əl İsra » surəsi.……………………………………………238« Məryəm » surəsi.…………………………………………..245« Əl Ənbiya » surəsi.………………………………………..247« Əl Həcc » surəsi…………………………………………...249« Əl Muminun » surəsi.…………………………………….252« Ən Nur » surəsi.…………………………………………...253« Əl Furqan » surəsi.………………………………………..276« Əl Qəsəs » surəsi.…………………………………………281« Əl Ənkəbut » surəsi.……………………………………...283« Loğman » surəsi.…………………………………………..286« Əs Səcdə » surəsi..………………………………………...287« Əl Əhzab » surəsi..………………………………………..288« Ya sin » surəsi..…………………………………………….308« Əz Zumər » surəsi..……………………………………….311« Fussilət » surəsi.…………………………………………...315« Əş Şura » surəsi.…………………………………………..316« Əz Zuxruf » surəsi.………………………………………..319« Əd Duxan » surəsi.………………………………………..321« Əl Casiyə » surəsi.………………………………………...323« Əl Əhqaf » surəsi.…………………………………………325« Əl Fəth » surəsi..…………………………………………..330« Əl Hücurat » surəsi..……………………………………...358« Əl Qəmər » surəsi..………………………………………..363« Əl Vaqiə » surəsi..………………………………………...366« Əl Mucadələ » surəsi..……………………………………367« Əl Həşr » surəsi..…………………………………………..372« Əl Mumtəhinə » surəsi..………………………………….377« Əs Səff » surəsi..…………………………………………..382« Əl Cumuə » surəsi..……………………………………….384« Əl Munafiqun » surəsi..………………………………….386« Ət Təğabun » surəsi..……………………………………..388« Ət Təhrim » surəsi..……………………………………….390« Əl Cinn » surəsi..………………………………………….397« Əl Muzzəmmil » surəsi..…………………………………399« Əl Muddəssir » surəsi..…………………………………...400« Əl Qiyamə » surəsi..………………………………………405« Ən Naziat » surəsi..……………………………………….407« Əbəsə » surəsi..…………………………………………….408« Əl Mutaffifin » surəsi..…………………………………...410« Əd Duha » surəsi..………………………………………...411« Əl Ələq » surəsi..………………………………………….413« Əl Kovsər » surəsi..……………………………………….416« Əl Məsəd » surəsi..………………………………………..417Bəzi hədis terminlərinin izahlı lüğəti.…………………...419İstifadə olunan ədəbiyyat..………………………………...436 

1  [ «Ali İmran» surəsi, 102. ]

2  [ «ən-Nisa» surəsi, 1. ]

3  [ «əl-Əhzab» surəsi, 70-71. ]

4  «ən-Nəhl» surəsi, 89.

5  «əl-Maidə» surəsi, 3.

6  «Ali-İmran» surəsi, 85.

7  «ən-Nəhl» surəsi, 36.

8  «Yunus» surəsi, 72.

9  «Ali-İmran» surəsi, 67.

10  «Yunus» surəsi, 84.

11  «əl-Maidə» surəsi, 111.

12  «Ali-İmran» surəsi, 1-3.

13  «ən-Nəcm» surəsi, 3-4.

14  [ «Ali İmran» surəsi, 102. ]

15  [ «ən-Nisa» surəsi, 1. ]

16  [ «əl-Əhzab» surəsi, 70-71. ]

17  [ Ayələrin nazil olma səbəblərindən səhih müsnəd. ]

18  [ Ravi - hədisi isnad edərək rəvayət edən şəxsə deyilir. «Mucəmul Vasit» səh. 384. ]

19  [ Peyğəmbərin  zamanında olmayan və sonradan meyda­na gəlmiş ibadət. «ən-Nihayə fi Ğəribil-Hədis» 4/52; «Ğəribul-Hədis» 2/295. ]

20  [ Sufyan ibn Uyeynənin bu ifadəsi ona görədir ki, o, Zuhrinin Peyğəmbə­rin  adından yalan danışmamasına etibar edirdi. ]

21  [ Bu, ravi ilə Peyğəmbər  arasında olan boşluğun nə dərə­cə­də olduğunu göstərmək üçün çəkilən misaldır. ]

22  [ «Ali İmran» surəsi, 102. ]

23  [ «ən-Nisa» surəsi, 1. ]

24  [ «əl-Əhzab» surəsi, 70-71. ]

25  Burada mən «səhih» dedikdə, keçmiş alimlərin istilahına uyğun olaraq həm «səhih», həm də «həsən» hədisləri qəsd etmişəm. «Tədribur-Ravi» səh. 21.

26  [ Ayələri izah edən elm. «Mucəmul Vasit» səh. 688. ]

27  [ Səhabə - Peyğəmbər  sağ ikən onunla görüşüb, dediklə­rinə iman gətir­miş və müsəlman kimi vəfat etmiş şəxsə deyilir. Suyutinin «Təd­ribu-r-Ravi» əsəri, 2/191; Təhhanın «Təysirul Mustalə­həl Hədis» əsəri, səh. 198; «Mucəmul Vasit» səh. 507. ]

28  [ «əl-Bəqərə» surəsi, 195. ]

29  [ «əl-Ən'am» surəsi, 82. ]

30  [ «Loğman» surəsi, 13. ]

31  [ «əl-Bəqərə» surəsi, 158. ]

32  [ «əl-Fatihə» surəsi, 7. ]

33  Şəvkaninin «Fəthu-l-qadir» əsərində (3-cü cild, səh.254) «Səndən ruh haqqında soruşur­lar» [«əl-İsra surəsi, 5.] ayəsinin təfsirində nəql etdiyi bundan da artıq azğınlıqdır. O demişdir: «Bəzi tədqiqatçılar «ruh» haqqında müxtəlif fikirdə olanların rəylərinin yüz on səkkizə çatdığını nəql etmişlər». Diqqətlə nəzər salsanız onların əbəs ye­rə xidmət et­diklərini, boş yerə əziyyət çəkdikləri­ni və beləliklə də çox acınacaqlı halda olduqlarını dərk edər­siniz. Bütün bunlar ona görədir ki, onlar, Allahın ruhun mahiyyəti haqqında Öz pey­ğəm­bər­lərinə belə heçnə bildir­mə­di­yini, bu haqda sual verməyi qadağan etdiyini və onun key­fiyyətini araşdırmamağı bilə-bilə onu izah etməyə cəhd göstərmişlər….»

34  [ «ət-Tövbə surəsi, 75. ]

35  İbn Cərir ət-Təbəri bu ayənin Sə'ləbə ibn Hatib (r.a) deyil, Sə'ləbə ibn əbi Hatibə (r.a) görə nazil olduğunu başqa is­nad­­­­la ibn Abbasdan (r.a) rəvayət etmişdir. Lakin, qeyd etmək lazımdır ki, hədisin mət­ni­ni bir-birinə xəbər verən ravilərin silsiləsi Auf qəbiləsindən olanlardan ibarətdir və onlar da etibarsız ra­vilərdir. Elə bu səbəbdən də ibn Cəririn gətirdiyi bu rəvayət çox zəif hesab olu­nur.

36  [ «ət-Tövbə» surəsi, 118. ]

37  [ «ən-Nur» surəsi, 11-20. ]

38  [ «ən-Nur» surəsi, 6-9. ]

39  Müxtəlif sənədlərlə varid olmuş hədisləri cəm etməyin digər üstünlükləri də vardır ki, bu­na aşağıdakıları misal gətirmək olar:

- «Müdəllis»-in rəvayət etdiyi hədisi eşitdiyini sübuta yetirmək; Naməlum ravinin məlum olması; «Daif» ravinin nəql etdiyi xəbərin hökmünü qüvvətləndir­mək.



40  [ Pul verib azad etdirmə. «Mucəmul Vasit» səh. 678. ]

41  [ 1 əvqiya 40 dirhəmdir. «ən-Nihayətu fi Ğəribil-Hədis» 1/80. ]

42  [ «əl-Ənfal» surəsi, 70. ]

43  [ «əl-Bəqərə» surəsi, 223. ]

44  [ Səhabələrin ardıcılları. Suyutinin «Tədribu-r-Ravi» əsəri, 2/213; Təhha­nın «Təysirul Mustalə­həl Hədis» əsəri, səh. 202. ]

45  [ «Hud» surəsi, 114. ]

46  [ «ən-Nur» surəsi, 6-9-cu ayələrin nazil olma səbəbinə bax. ]

47  [ Misal olaraq «əl-Bəqərə» surəsi, 195-ci ayənin nazil olma səbəbinə bax. ]

48  [ «ət-Tövbə» surəsi, 113. ]

49  [ «əl-Qəsəs» surəsi, 56. ]

50  [ «ət-Tövbə» surəsi, 75. ]

51  [ «əl-İnsan» surəsi, 7. ]

52  [ Mixraq xüsusiyyəti bizə məlum olmayan alətdir. «Nihayətu fi Ğəribil hədis» 2/25. ]

53  [ Müqavilə bağlayaraq rəhbər seçmək. «Mucəmul Vasit» səh. 79. ]

54  [ «əl-Bəqərə» surəsi, 97-101. ]

55  [ Qeyd etmək istəyir ki, hər iki rəvayət mötəbər sayılır, çünki hər iki sə­nəd bir-birini tamam­la­maqla zəifliyi aradan qaldırır və üstəlik icma da bunu təs­diqləyir. ]

56  Buxarinin «Tarixul Kəbir» əsəri (2-ci cild səh. 114-115)

57  [ «əl-Əhzab» surəsi, 53. ]

58  [ «ət-Təhrim» surəsi, 5. ]

59  [ «əl-Bəqərə» surəsi, 144. ]

60  [ «əl-Bəqərə» surəsi, 143. ]

61  [ Bütün adıdır. ]

62  [ Məkkə ilə Mədinə arasında yerləşən «Qudeyn» adlı bol suyu olan kən­din yaxınlığındakı təpənin ətəyidir. «Fəthul Bari», 3/630. ]

63  [ Hüdeybiyyə quyunun adıdır. Elə buna görə də o vadiyə Hüdeybiyyə adı verilmişdir. «Fəthul Bari» 7/506. ]

64  [ Hicrət- lüğətdə tərk etmək, istilahi mənada isə Allahın qadağan et­­­di­yi şeyləri tərk etmək deməkdir. Hicrət iki qisimdir: təhlükəli yerdən əmin-aman­lıq olan yerə və küfr olan yerdən iman olan yerə hicrət. «Fəthul-Bari» 1/23. ]

65  No'mən ibn Raşidin bu rəvayətə etdiyi «istər üzü üstə, istərsə də arxası üstə uzanmış vəziyyətdə olan qadınla yalnız icazə verilən yerdən cinsi əlaqədə olmaq» əlavə isə mötəbər sayılmır, çünki o, zəif ravilərdəndir. Bu əlavənin zəif olduğunu ibn Həcər «Fəthul-Bari» əsərində (8-ci cild, səh.40) qeyd etmişdir.

66  İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 262) demişdir: «Əhməd bu hədisi başqa ləfz ilə də rəvayət etmişdir. Bu hədisdə deyilir: «Peyğəmbər  Zöhr namazını günorta qılardı və bu namazda onun arxasında bir və ya iki səf olardı. Bu vaxt camaatın bir qismi günorta istirahə­tində [yat­maqda], digərləri isə ticarət etməkdə idi. Elə bu səbəbdən də ayə nazil oldu».

67  [ «əl-Bəqərə» surəsi, 256. ]

68  [ Peyğəmbərin  yanına hicrət etmiş, ev-eşiyi olmadığın­dan məs­ciddə yaşayan muhacirlər. Qurtubinin «Təfsir»i 3/340. ]

69  [ «əl-Bəqərə» surəsi, 284. ]

70  ] «əl-Bəqərə» surəsi, 284. ]

71  Muslimin «Səhih» əsəri, 5-ci cild, səh. 177.

72  [ «Ali İmran» surəsi, 112. ]

73  [ «əl-Ənfal» surəsi, 9. ]

74  [ «əl-Ənfal» surəsi, 67-68. ]

75  «Təfsir» 1/39.

76  [«Bənu-Qaynuqa» qəbiləsinin «alim»lərindəndir. Təbərinin «Təfsir»i 4/200.]

77  [ Bu, Hişam ibn Yusifin şəkk etməsidir - «Fəthul Bari» 8/87. ]

78  [ «ən-Nisa» surəsi, 23. ]

79  Sənbur - sonsuz, zəif, zəlil və yardımçısı olmayana deyilir. («Qamus», 2/73.)

80  [ «əl-Kovsər» surəsi, 3. ]

81  [ Bədənin alt yarı hissəsini örtən geyim. «Mucəmul Vasit» səh. 16. ]

82  [ 1 saa: Dənli bitkiləri və ya ona bənzər bitkiləri ölçmək üçün təyin olu­nan öl­çü vahididir və dörd ovuca bərabərdir – bu da təqribən 2 kq. 40 qrama bərabərdir. «əş-Şərhul-Mumti alə Zadul-Mustəqnəi» 6/176; «Mucəmul Vasit» səh. 528. ]

83  [ «ət-Təhrim» surəsi, 4-5. ]

84  [ Mədinə şəhərinin digər adlarından biridir. «Səhih Muslim», 2942. ]

85  [ Abdullah ibn Ubey ibn Səlul və onun kimilərini oradan uzaqlaşdırır. ]

86  Qatilin Miqdad olması səhih deyildir, çünki bu rəvayət «mürsəl»dir.

87  [ İdəm: Yer adıdır. ]

88  [ Abdullah ibn Zubeyrin Məkkənin əmi­ri olduğu vaxt. ]

89  [ «ən-Nisa» surəsi, 97. ]

90  [ «ən-Nisa» surəsi, 3. ]

91  Bu isnad zəifdir. Çünki Simakın İkrimədən rəvayət etməsində «ittirab» var.

92  Süfyan ibn Uyeynə və Şueyb ibn Əbi Həmzə bu hədisi «mürsəl» isnadla, Mə'mər isə «məvsul» isnadla rəvayət etmişlər. «Mürsəl» isnadla rəvayət olunan hədis daha mötəbər sayılır.

93  [ «əl-Maidə» surəsi, 44. ]

94  [ «əl-Maidə» surəsi, 45. ]

95  [ «əl-Maidə» surəsi, 47. ]

96  [ 1 vəsəq - 60 saaya bərabərdir. «Nihayə fi Ğəribul-Hədil», səh. 978. ]

97  [ «əl-Maidə» surəsi, 42. ]

98  [ «əl-Maidə» surəsi, 50. ]

99  [ Bu, Həbəşistan krallarının tituludur. Qeyd olunanın adı Əshəmədir. ]

100  «Sünən» əsəri - «Təfsir» fəsli, 1/61.

101  [ «əl-Maidə» surəsi, 93. ]

102  Əbu Yə'lənin «Müsnəd» əsərində (3-cü cild, səh. 265-266) rast gəldim ki, Şubə bu hədisi rəvayət edən Əbu İshaqdan soruşdu: «Bu hədisi Bəra ibn Azib­dən (r.a) eşitdinmi?» O: «Xeyr!» deyə cavab verdi».

103  [ Cinsiyyət orqanı. ]

104  [ «əl-Ənfal» surəsi, 1-5. ]

105  [ Bu hədis «Ali İmran» surəsi, 165-ci ayənin izahında tam şəkildə qeyd olunmuşdur. ]

106  [ «əl-Ənfal» surəsi, 65. ]

107  [ Məkkə və Mədinə arasında yerləşən yer adıdır. «Fəthul-Bari», 3/322. ]

108  [ «Səhihul-Buxari», 3610. ]

109  [ «Fəthul-Bari», 12/307; «Lisanul Ərəb», 3/292. ]

110  [ «ət-Tövbə» surəsi, 65. ]

111  [ «ət-Tövbə» surəsi, 103. ]

112  [ «ət-Tövbə» surəsi, 80. ]

113  [ «əl-Qəsəs» surəsi, 56. ]

114  [ Əqəbə – dağ yoluna deyilir. «ən-Nihayə», 1/226. ]

115  [ Yəni, hərəkət etdiyi istiqaməti və günü gizli saxlayardı. Buna ərəbcə «təvriyə» deyilir. ]

116  [ «Fəthul-Bari», 7/726. ]

117  [ Kiminsə Kə'b ibn Malik (r.a) ilə danışması Peyğəmbərin  qoyduğu qadağaya ziddir. Bunu belə izah etmək olar: ola bilsin ki, həmin şəxs onun ailə üzvlərindən biri olsun. Belə ki, Peyğəmbərin  qoyduğu qadağa zövcəyə aid edilmirdi. Ya da ona bu nəsihəti verən Peyğəm­bərin  əmrinə tabe olmayan münafiq idi. Yaxud da bu şəxs onun xidmətçisi idi ki, ona da qadağa aid deyildi. «Fəthul Bari», 7/727. ]

118  [ «Fəthul-Bari», 7/728. ]

119  [ Xeybər – böyük bir şəhərin adıdır. Bu şəhər Mədinədən səkkiz burd aralıda, Şam isti­qamətində yerləşir. Bir burd = dörd fərsəx və ya 23040m; bir fərsəx = üç mil və ya 5760 m; bir mil = dörd min dirsək və ya 1920m. «Fəthul-Bari», 7/530; «Nihayə fi Ğəribul-Hədis», səh. 71; «Bolğşoy Arabsko-Russkiy slovarğ», 2/589, 777. ]

120  [ «ət-Tövbə» surəsi, 95-96. ]

121  [ «ət-Tövbə» surəsi, 118. ]

122  [ «əz-Zümər» surəsi, 23. ]

123  [ Burada bərzəx deyildikdə dünya ilə axirət həyatı arasında mövcud olan həyat qəsd edilir. «ən-Nihayə», 1/118 və «Lisanul Ərəb», 3/8. ]

124  Bu hədisi Beyhəqi «Şuabul-İman» əsərində (1-ci cild, səh. 95) rəvayət etmişdir.

125  [ «ən-Nisa» surəsi, 97. ]

126  [ «əl-Ənkəbut» surəsi, 10. ]

127  [ «əl-Kəhf» surəsi, 109. ]

128  [ İbn Həcər «Fəthul-Bari» əsərində (8-ci cild, səh. 283) demişdir: «Allah səni öldürüb, sonra diriltməyincə mən ona küfr etmərəm – ifadəsindən onun belə olacağı təqdirdə küfr edəcəyi başa düşülür, lakin o bununla küfr edəcəyini qəsd etmir. Çünki həmin gün küfr etmək təsəvvür olunmazdır. O, sanki belə demişdir: «Mən heç vaxt küfr etməyəcəm!» O bu ifadə ilə yalnız As ibn Vaili qınamışdır. Çünki o, öldükdən sonra dirilməyə inanmırdı. ]

129  [ «əl-Ənbiya» surəsi, 98. ]

130  [ «əz-Zuxruf» surəsi, 57. ]

131  [ «Fəthul-Bari», 7/347]

132  [ «ən-Nur» surəsi, 6-9. ]

133  [ Lənətləşmə o deməkdir ki, kişi öz arvadını zina etməkdə ittiham etdik­dən sonra, hər ikisi hakimin yanına gəlir və o, əvvəl kişiyə, sonra da qadına birinin di­gərinə lənət etməsini tələb edir. Kişi deyir: «Mən şəhadət verirəm ki, o, filankəslə zina etmişdir». Bunu dörd dəfə təkrar etdikdən sonra beşinci dəfə isə: «Əgər onu yalandan ittiham edirəmsə, Allahın mənə lənəti olsun!»- deyir. Qadın isə dörd dəfə: «mən şəhadət verirəm ki, o, məni zinada ittiham etməklə yalan danışır!» - dedikdən sonra beşinci dəfə: «Əgər o doğru danışırsa, Allahın lənəti mənə olsun!» - deyir. Bundan sonra qadın ondan boşanmış hesab olunur və heç vaxt ona halal olmur. [Təkrar ona ərə gedə bilməz.] Lisanul Ərəb (13-cü cild, səh. 388) ]

134  [ «ən-Nur» surəsi, 6-9. ]

135  [ «ən-Nur» surəsi, 6-9. ]

136  [ «İnna lilləhi və inna ileyhi raciun!» demək. Yəni, «Biz Allahın bəndələ­ri­yik və Ona tərəf qayıdacağıq!» ]

137  [ «Yusif» surəsi, 18. ]

138  [ «ən-Nur» surəsi, 22. ]

139  [ «əz-Zumər» surəsi, 53. ]

140  [ «əl-Ənam» surəsi, 151; «əl-İsra» surəsi, 33. ]

141  [ «ən-Nisa» surəsi, 93. ]

142  [ «ən-Nisa» surəsi, 93. ]

143  [ «Loğman» surəsi, 15. ]

144  [ «əl-Ənfal» surəsi, 1. ]

145  [ «əl-Maidə» surəsi, 90-91. ]

146  [ «əl-Ənam» surəsi, 82. ]

147  Tirmizi bu hədisi «Sünən» əsərində, 4/165 rəvayət etmiş və onun «həsən-səhih» olduğunu demişdir.

148  [ Burada ehtimal olunur ki, o, ya atası Nədr ilə, ya da oğlu Nədr ilə bir­likdə cənnətdə olmağı təmənna edir. «Fəthul Bari», 6/22. ]

149  Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 163) demişdir: «Bu hədis «hə­sən-səhihdir.

150 [ «ət-Təhrim» surəsi, 4. ]

151  [ «ət-Təhrim» surəsi, 1-4. ]

152  [ «əl-Əhzab» surəsi, 28-29. ]

153  [ Boşanan və ya dul qalan qadının yenidən ərə gedə bilməsinə qədər olan gözləmə müddətidir. ]

154  [ «əl-Əhzab» surəsi, 53.]

155  [ Bu, xurmadan, kəsmikdən və yağdan hazırlanmış yeməyə deyilir. Kəsmiyi isə un və ya çörək qırıntıları ilə də əvəz etmək olar. Buna ərəbcə «heys» [ حَيْسٌ ] deyilir. «Nihayə fi Ğəri­bul-Hədis», səh. 245. ]

156  İbn Həcər «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 260) demişdir: «Əbu Əvanə «Səhih» əsərində Zubeydiyə isnad edərək ibn Şihabdan əlavə etmişdir ki, «Uca Allah hicab aysəni nazil etdi:
ﭽ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﭼ

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə