____________Milli Kitabxana____________
249
Romanda müəllif Azərbaycan xalqının milli
mənafeyinə zidd olan bir çox məsələləri açıqlayır
və yeri
gəldikcə bəzi incə mətləblərə də toxunur. Azərbaycanlıların
millı ruhunu öldürmək üçün Tehranın məkrli siyasəti və bu
hissiyyatdan Rusiyanın və ingilislərin öz məqsədləri üçün necə
istifadə etməyə çalışmaları, daşnak dəstələri yaratmaq cəhdləri,
həmin dövrdə “Novoye vremya” qəzetində ermənilərin “Tebriz
– Erivanskaya quberniya” arzusunun ifadə olunması və s.
məsələləri açıqlayarkən müəllifin milli siması və vətəndaşlıq
mövqeyi layiqincə görünür.
Əlbəttə, müasir ədəbi düşüncənin ölçüləri bucağından
“Dumanlı Təbriz” romanı haqqında müəyyən tənqid də
söyləmək olar. Lakin bu
tədqiqatda məqsədimiz böyük
yazıçımızın sovet ideologiyası çərçivəsində milli simasını,
milli-mənəvi ideallara sədaqətini göstərmək bacarığını
qabartmaq idi. Toxunduğumuz və misal çəkdiyimiz bəzi
məqamlarla (bunlar romandakı saysız-hesabsız belə
məqamların cüzi hissəsidir) elə bilirəm bu qənaətimizi az-çox
əsaslandıra bilərik.
”QILINC
VƏ
QƏLƏM
”. BƏDİİ
TƏXƏYYÜL
VƏ
TARİXİ
____________Milli Kitabxana____________
250
HƏQİQƏT
M.S.Ordubadi özünün milli-mənəvi ideallarının
ifadəsi
üçün “Qılınc və qələm” romanında sanki daha geniş imkanlar
tapmış, yaradıcılıq manevrləri ilə daha sərbəst hərəkət etmişdir.
Azərbaycanın XII əsrdəki tarixi dövrünü əhatə edən bu əsrdə
müəllifin bədii təxəyyülü kifayət qədər güclü və zəngindir.
Azərbaycan dövlətinin təşəkkülü, bərqərar olması,
azərbaycanlıların öz milli varlıqlarını təsdiq etmələri kimi
motivlər üzərində köklənən roman həm əhatəliliyi,
çoxplanlılığı,
hadisələrin genişliyi, obrazlarının əlvanlığı və
dərinliyi, həm də cazibədarlığı ilə seçilir. Əlbəttə, Azərbaycan
tarixi romanlarının tədqiqatçısı Y.Axundlunun təsdiq etdiyi
kimi, “Ordubadi... heç vaxt tarixi xronika yaratmamışdır”.
Lakin müəllif hər şeydən əvvəl, tarixi həqiqətlərə də sadiq
qalmış, bədii təxəyyülündə yaratdığı hadisələrlə, obrazlarla,
lövhələrlə, söykəndiyi məqsəd
və ideyalarla konkret tarixi
təsdiq etmiş, oxucuda həmin tarix haqqında inandırıcı və real
təsəvvür yaratmışdır. Külli miqdarda tarixi, elmi, ədəbi
məxəzlərə istinadən yazılan bu romanda bədii təxəyyüllə tarixi
həqiqət ustalıqla əlaqələndirilmişdir.
Obrazlar cərgəsində həm tarixi şəxsiyyətlər, həm də müəllif
təxəyyülünün yaratdığı insanlar vardır. Oxucu bu obrazları –
____________Milli Kitabxana____________
251
dahi Azərbaycan şairi Nizamini, Fəxrəddini, Atabəyləri –
Məhəmməd Cahan Pəhləvanı, Qızıl Arslanı,
Azərbaycan şairəsi
Məshəti xanımı, Qətibəni, Əmir İnancı, Əbubəkiri,
Hüsaməddini, Səbanı, Gözəli, Təliəni, Dilşadı və digərlərini
maraqla və diqqətlə izləyir. Romanda müəllifin çatdırmaq
istədiyi mənanı isə hər kəs dərhal anlayırdı: bir xalq kimi
özümüzü təsdiq etmək, mılli istiqlaliyyətimizə yiyələnmək
istəyiriksə həm ağlımızla, sözümüzlə, müdrikliyimizlə,
həm də
gücümüzlə, cəsarətimizlə seçilməliyik. Romanın adını ehtiva
edən bu məna Nizami və Fəxrəddin obrazlarında konkret
görünür: Nizami – xalqın mənəvi qüvvəsi, istedadı, qələmi;
Fəxrəddin – mərdlik, hünər, qəhrəmanlıq, azərbaycanlı qılıncı.
M.S.Ordubadi qədim tariximizdə Azərbaycan xalqının
azadlıq, istiqlaliyyət istəyini, xalqın milli birliyi, milli siması,
milli qürur və s. məsələləri axtarır və bu dəyərləri hadisələrin,
xarakterlərin mahiyyətinə hopdurur.
Belə bir qənaəti də istisna
etmirik ki, müəllifin bu məqamlara yanaşmasında tarixilikdən
çox, müasir düşüncə, müasir baxım və istək vardır.
Romanda müəllifin əsasən rəğbət bəslədiyi obraz – Qızıl
Arslan qardaşı Atabəy Məhəmmədə yazır:
“ Buna görə də mən müstəqil Azərbaycan hökuməti
təşkil etmək təklifini meydana sürməkdə özümü haqlı hesab
____________Milli Kitabxana____________
252
edirəm. Məmləkəti öz xalqının əlinə vermək lazımdır. Burada
hökuməti idarə edə biləcək kişilər az deyildir” (84, 195).
Nizaminin Fəxrəddinə tövsiyyələrindən:
“ – Bu gündən etibarən bütün xalqın birliyini
yaratmağa çalış... Səadət və azadlıq ancaq bununla qazanılır”
(84, 203).
Azərbaycan qızı Gözəli
dinləyəndən sonra Atabəy
Məhəmmədin etirafı:
“Qızın sözləri Atabəyi düşündürdü, özünün nə kimi bir
xalq içində olduğunu və nə kimi bir mühitin insanları ilə
qarşı-qarşıya durduğunu təyin etdi” (84, 328).
Sevdiyi Dilşadı xəlifə sarayından xilas edən Fəxrəddinin
onun dodaqlarından eşitdiyi sözlər:
“ – Dünyada azadlıqdan da böyük bir nemət vardırmı” (84,
76).
Bağdad səfərindən qələbə ilə qayıdan Fəxrəddinin Gəncədə
qarşılanma mərasimində Nizami deyir:
“ – Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıq
sevən bir xalq olmuş, öz azadlıq yollarında bitən maneələri
məhv etməkdə məşhur olmuşdur... Azərbaycan xalqı öz
mədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslim
etməmiş, yenə də etməyəcəkdir” (85
, 70
).