Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

76
2-ci tapşırıq. Hər iki mətndə oğullar əziyyətlə nail olduqlarını itirmək istəmirlər. 
İş dəftərinin 45-ci səhifəsindəki 1-3-cü tapşırıqlar yerinə yetirilə bilər.
Dinləmə
ŞAİR VƏ ƏKİNÇİ
Məşhur bir şair səyahətə çıxmışdı. Yolu bir kəndin yanından keçirdi. Baxdı ki, bir əkinçi
iş görə-görə onun gözəl bir qəzəlinin qol-qıçını sındıra-sındıra oxuyur. Şair o saat atının
başını döndərib əkinçinin yanına gəldi. Atdan düşüb zəmiyə girdi, təzəcə boy atan
sünbülləri çıxarıb atmağa başladı.
– Ay qardaş, niyə mənim zəhmətimi zay edirsən? – deyə əkinçi həyəcanla qışqırdı.
Şair cavabında dedi:
– Əvvəl özünə bax, sonra mənə. Öz eybini görmürsən, özgədə nöqsan axtarırsan.
Bəs sən niyə mənim qəzəlimin qol-qıçını sındırıb oxuyursan? Sən mənim şeirimi zay
edirsən, mən də sənin zəmini.
Mətnin mənimsənilməsini iş vərəqində verilmiş suallar vasitəsilə yoxlamaq olar. 
İŞ VƏRƏQİ
1. Kəndli harada işləyirdi?
A) tarlada 
B) zəmidə
C) bostanda
2. Kəndlinin oxuduğu əsər nə idi?
A) qəzəl           
B) layla                
C) bayatı
3. “Öz eybini görmürsən, özgədə nöqsan axtarırsan” cümləsini hansı atalar sözü ilə əvəz
etmək olar?
A) Öz gözündə tiri görmür, özgə gözündə tük seçir.
B) Göz gördüyündən qorxar.
C) Göz gördüyünə inanar.
Yazı
“Başqasının əməyinə hörmət etməliyik” mövzusunda inşa yazılır. 
İnşanın planı:
Giriş. Hər bir insanın öz əməyi ilə ərsəyə gətirdiyi məhsul onun üçün əziz olur. Ona görə də
hər kəsin zəhmətinə həssaslıqla yanaşmaq lazımdır.
Əsas hissə. Zəhmətə hörmətlə bağlı başıma gələn və ya şahidi olduğum hadisə (məsələn,
bağça uşağının plastilindən düzəltdiyi  tülkü fiqurunu qardaşı lağa qoyur, atası isə tərifləyir).
Sonluq. İnsanın əməyinə düzgün münasibət bəzən onun həyatında böyük rol oynayır.
Dil qaydaları
Dil qaydasına motivasiya xarakterli verilmiş 6-cı tapşırıq yerinə yetirildikdən sonra dərslikdəki
qayda oxunur və mənimsədilir.  Müəllim  şagirdlərə başa salır ki, sözün leksik mənası onun
birbaşa ifadə etdiyi mənadır. Sözün leksik mənasını bir neçə yolla izah etmək olar:
– verilən sözə yaxınmənalı söz seçməklə;
– verilən sözə əksmənalı söz seçməklə;
– verilən sözün əlamətlərini izah etməklə;
– sözün hissələrinin mənasını açmaqla.
7-ci tapşırıq. Bu tapşırıq yazılı şəkildə yerinə yetirilərsə,  cədvəl formasında yazmaq
məqsədəuyğundur.  
8-ci tapşırıq. Birinci cümlədə “yaz” sözü fəslin adıdır, başqa sözlə, ona bahar da deyilir.
İsimdir.
İkinci cümlədəki “yaz” sözü hərəkətdir, qələmlə dəftərə nəyi isə qeyd etməkdir. Qrammatik
mənası feildir.
İş dəftərinin 45-ci səhifəsindəki dil qaydaları üzrə tapşırıqlardan istifadə oluna bilər.
3
Çap üçün deyil


77
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 27. TƏNDİR TİKƏ BİLMƏYƏN EV TİKƏ BİLMƏZ (4 saat) 
Motivasiya
Müəllim “Evin bərəkəti ocağındadır” atalar sözünü izah etməyi tapşırır. Daha sonra “Təndir
haqqında nə bilirsiniz?” deyə əqli hücum keçirilir. 
Oxu 
(proqnozlaşdırma)
Mətn (dərslik, səh. 70-71) bir neçə yerdə fasilə verilməklə oxunur. Fasilələrarası suallar
verilir, mətnin davamı ilə bağlı fikirlər dinlənilir, daha sonra mətndə yazılanlarla müqayisə olu -
nur. Müəllim 1-ci hissədə  aşağıdakı cümlədən sonra  fasilə verir:
– Qonşusunun sözündən razı qalan Mahmud kişi evə gəlib oğluna dedi...
1-ci hissə oxunub qurtarır, hissənin sonundakı 1-ci tapşırıq oxunur və şagirdlərin versiyaları
dinlənilir. 
2-ci hissədə “Birdən atasının sözlərini xatırladı...” və “ Hirsini boğub qonşunun yanına getdi”
cümlələrindən sonra mətnin davamı ilə bağlı fikirlər dinlənilir.
Dərsliyin 71-ci səhifəsindəki 2-4-cü tapşırıqlar yerinə yetirilir. İş dəftərinin 46-cı səhifəsindəki
tapşırıqlardan da istifadə etmək olar.
2-ci tapşırıq. Mətnin mövzusu – zəhmətkeşlik, ideyası – mətnin adı.  
Danışma 
(debat)
I qrup: – Xudaverdi mənfi obrazdır.
II qrup: – Xudaverdi müsbət obrazdır.
Debatda təxminən aşağıdakı arqumentlər səslənə bilər: 
I qrupun arqumentləri:
– atasının oğlu haqqında qonşuya danışdıqları;
– Xudaverdinin bacarıqsızlığı (bir ay əlləşir, təndir tikə bilmir);
– atasının yasını verən kimi evi satmaq fikrinə düşməsi və s.
II qrupun arqumentləri:
– atasının vəsiyyətinə əməl etməsi;
– müdrik qocanın nəsihətinə qulaq asması;
– təndir tikməyə cəhd göstərməsi;
– evi satmaq fikrindən vaz keçməsi;
– son nəticədə zəhmətə alışması.
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə fikirlərini
əsaslandırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndə rast gəldiyi dərinmənalı fikirləri
mənimsədiyini nümayiş etdirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Giriş hissəsi verilmiş mətni genişləndirərək
öz təxəyyülünə uyğun nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə