Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə39/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

92
Müəllim: – Bu qara xətlə haşiyələnmiş torpaqlarımız ermənilər  tərəfindən istila olunub.
Onların bu hərəkətinə nə ad vermək olar? 
(işğal, qəsbkarlıq)
– Sizcə, bu yerlərdən məcburən çıxarılan həmvətənlərimiz uzun illər əzab-əziyyətlə
qurduqları doğma ocaqlarını tərk edərkən hansı hisləri keçirirdilər?
Şagirdlərin fikirləri dinlənilir (“Ən qiymətli” hekayəsi xatırladıla bilər).
Oxu
Uşaqlar mətni (dərslik, səh. 88) əvvəlcə səssiz oxuyurlar. Sonra müəllim onlara sual və
tapşırıqlar verir:
1. Mətnin giriş, əsas və sonluq hissələrini müəyyənləşdirin (hər hissə ayrıca nəql edilir).
2. Hər hissəyə başlıq verin.
3. Mətnin ideyasına hansı atalar sözləri uyğun gəlir?
(Nə yoğurdum, nə yapdım, hazırca
kökə tapdım. Yersiz gəldi, yerli qaç)
1-4-cü tapşırıqlar yerinə yetirilir. 
3-cü tapşırıq.
…., çünki dəcəl uşaqlar onların yuvalarını dağıda bilər.
…., çünki zəhmətlə qurduqları yuvanı qoruyurdu. (-lar)
…, çünki hər kəs öz zəhməti ilə yaşamalıdır.
4-cü tapşırıq. Cavab “A” variantıdır. 
5-ci tapşırıq ev tapşırığı kimi verilə bilər. 
Mətnlə bağlı iş dəftərinin 58-ci səhifəsindəki sual və tapşırıqlardan istifadə oluna bilər. 
Dinləmə
SEVDA
Sevda səhər tezdən eyvana çıxdı. Divarın yuxarı küncünə bir qaranquş qonmuşdu. Quş
Sevdanı görcək havaya qalxıb gözdən itdi. Sevda onun dalınca baxa-baxa qaldı. Ancaq
qaranquş tez geri döndü. Dimdiyindəki çöpü divara yapışdırdığı palçığın üstünə qoyub yenə
getdi. Sevda nə fikirləşdisə, tələsik həyətə düşdü, bir azdan əlində uzun qarğı geri qayıtdı.
Qarğının ucuna palçıqlı saman çöpü keçirib qaranquşun tikdiyi yuvaya yapışdırdı.
Sonra isə oturub qaranquşu gözlədi.
Anası da eyvana çıxdı. Sevda sevinə-sevinə yuvanı ona göstərdi. Elə bu vaxt
qaranquş qanadlarını süzə-süzə eyvana girdi. Dimdiyində gətirdiyi çöpü yuvanın qırağına
bərkitdi. Sevdanın qoyduğu çöpü isə dimdiyinə alıb döşəməyə atdı. Qaranquşun bu
hərəkəti Sevdanın xətrinə dəydi. O, incik bir səslə anasına dedi:
– Mən ona kömək eləyirəm ki, yuvasını tez tiksin. O isə çöpü yerə tullayır.
Anası Sevdanı başa saldı:
– Qızım, qaranquş həmişə yuvasını öz zəhməti ilə tikir. Başqası kömək etmək
istəyəndə ona elə gəlir ki, yuvasına göz dikən var.
Anasının dediyi bu sözlər indi də Sevdanın yadından çıxmır.
Musa Məmmədov
Mətn oxunduqdan sonra müəllim suallar verir:
1. Qaranquş yuvanı nədən tikir?
2. Qaranquş yuvasını harada qurur?
3. Sevda qaranquşdan niyə incidi?
4. Anası Sevdanı necə başa saldı?
Yazı 
(ifadə)
Müəllim: – Oxuduğunuz və dinlədiyiniz hər iki əsərdəki epizodları vahid süjet xətti altında
birləşdirməklə mətn qurub yazın.
Mətnin planı:
Giriş. Sevdanın qaranquş üzərində müşahidələri
3
Çap üçün deyil


Əsas hissə:
1. Sevdanın qaranquşa kömək cəhdləri
2. Qaranquşun buna münasibəti
3. Ananın izahı
4. Sərçələrin hücumu
5. Sevdanın qaranquşa köməyi
Sonluq. Baş vermiş hadisələrlə bağlı Sevdanın düşüncələri
Danışma 
“Niyə hərənin öz yuvası onun üçün şirin və müqəddəsdir?” mövzusunda diskussiya  keçir ilir.
Dil qaydaları
6-7-ci tapşırıqlar yerinə yetirilir.
7-ci tapşırıq.
1-ci cümlədəki “qədər”, 4-cü cümlədəki “kimi” sözləri bənzətmə bildirir. 
2-ci cümlədəki “lap”, 3-cü cümlədəki “ha” sözləri cümlənin təsir gücünü artırır.
İş dəftərinin 58-ci səhifəsində verilmiş dil qaydaları üzrə sual və tapşırıqlardan istifadə oluna
bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 36. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat) 
Bu dərsdə dərsliyin 90-cı səhifəsində verilmiş sual və tapşırıqlar yerinə yetirilir, müvafiq
bölmədə tədris olunmuş materiallar təkrarlanır. Bununla yanaşı, müəllim həm özünün ha zır la -
dığı materiallardan, həm də müxtəlif qiymətləndirmə vasitələrindən istifadə edə bilər. Tap -
şırıqların seçimi zamanı bölmədə reallaşdırılmış standartları əsas götürmək lazımdır.
Dərs 37. 3-cü BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏT LƏNDİRMƏ (2 saat)
Dinləmə və yazı üzrə qiymətləndirmə 
(İş dəftərinin 59-cu səhifəsində də verilmişdir.)
QUŞLARIN XATİRİNƏ
Elşənlə Novruz çəpərdən qonşu həyətə boylana-boylana qalmışdılar. Orada quşlar
elə gözəl səs-səsə vermişdi ki, gəl görəsən. Uşaqlar quşlara saatlarla qulaq asmaqdan
doymurdular.
– A bala, haradasınız, eh-eyyy?!
– Nənə, buradayıq, burada.
– Öz bağınız yoxdurmu, ay mənim əzizlərim?
– Nənə, o bağda quşlar oxuyur. Bizim bağa heç gəlmirlər də. Neyləyək axı?
– Görürsünüz, o bağda gül-çiçək əkiblər, quşlara yuva qurublar, tez-tez onlara dən
səpirlər. Bəs siz neyləmisiniz, hə?
Nənə düz deyirdi. Elşənlə Novruz başlarını aşağı salıb susdular.
Ertəsi gün onlar hamıdan tez oyanıb işə başladılar. Biri güllük üçün yer belləyir, o biri
isə quşlar üçün ağaca dənlik vururdu.
Çəpərə bir quş qonmuşdu. Onlara tərəf baxıb cikkildəyirdi.
Xalidə Abbasova
1. Uşaqlar qonşu həyətə getməyə can atırdılar, çünki ...
A) orada uşaqlarla oynamaq istəyirdilər.
B) orada quşlar oxuyurdu.
C) orada çoxlu meyvə ağacı var idi.
93
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


94
2. Elşəngilin həyətində quşlar oxumurdu, çünki  ...
A) onların həyətində gül-çiçək yox idi.
B) onların həyətində böyük bir it var idi.
C) uşaqlar quşlara daş atırdılar.
3. Uşaqlar güllük üçün yer belləyir, dənlik düzəldirdilər, çünki ...
A) nənələrinin rəğbətini qazanmaq istəyirdilər.
B) quşları öz həyətlərinə cəlb etmək istəyirdilər.
C) qonaq gözləyirdilər.
4. “Nənə düz deyirdi” cümləsində “düz” sözü ...  
A) varlığın əlamətini bildirir.
B) nənənin hərəkətini bildirir.
C) hərəkətin əlamətini bildirir.
5. Plana əsasən mətnin qısa məzmununu yaz.
1. Uşaqların qonşu həyətə can atması
2. Nənənin öyüdü
3. Uşaqların çıxardığı nəticə
Oxu və dil qaydaları üzrə qiymətləndirmə
(İş dəftərinin 60-61-ci səhifələrində də verilmişdir.)
KÖMƏK
Ata oğluna hasarı təmir etməyi tapşırmışdı. Oğlan 
götürərək atasının
tapşırığını yerinə yetirmək üçün hasara yaxınlaşdı. 
Lakin o, sınmış taxtaları yerinə
oturda bilmirdi. ... vurduğu 
mismarlar
əyilir, ... çəkic mismara deyil, 
barmaqlarına
dəyirdi.
Bir sözlə, heç nə alınmırdı. Üstəlik də, yaxınlıqda futbol oynayan 
yoldaşlarının
şən
səsləri gəlirdi. Oğlanın fikri onlarda idi. 
Bu vaxt yol
ilə
baba 
ilə
nəvə gedirdi. Nəvə oğlanın çətinlik çəkdiyini görüb babası 
ilə
birgə onun yanına gəldi, alətləri alıb hasarı düzəltdi. Oğlan çox sevindi və oynamaq üçün
dostlarının yanına qaçmaq istədi. Ancaq baba yaxınlaşıb taxtaları yerindən qopartdı. 
Nə edirsən, baba? – deyə nəvə heyrətlə soruşdu. – Axı sən özün məni öyrətmisən
ki, mərhəmətli olum, heç kəsdən kömək əlimi əsirgəməyim.
Baba cavab verdi:
– Düzdür, mən sənə bunları demişəm, amma sən kömək etmirsən.
Nəvə daha da təəccübləndi: 
– Nə danışırsan, baba? Axı mən əlimdən gələni edirəm.
– Sən başqasına tapşırılan işi görməklə ona yaxşılıq yox, pislik edirsən. Birincisi, o,
hasarı təmir etməyi öyrənməlidir. İkincisi, o başa düşməlidir ki, istəyinə səbirlə çatmaq
olar və nəhayət, o bilməlidir ki, əvvəl əylənmək, sonra iş görmək lazımdır. 
1. Mavi boşluğun yerinə hansı sözlər uyğun gəlir?
A) mala, bel və yabanı
B) qayçı, süpürgə və iynəni      C) mişar, çəkic və mismarları
2. Altından xətt çəkilmiş hansı söz cümlənin təsir gücünü artırır?
A) üçün
B) axı 
C) amma
3. Nöqtələrin yerinə bunlardan hansı uyğun gəlmir?
A) gah, gah da
B) nə, nə də 
C) lakin, sanki 
4. “Ağrıdan onun gözləri yaşarırdı” cümləsi rəqəmlə işarələnmiş hansı boşluğa uyğun gəlir?
A) 2-ci 
B) 3-cü 
C) 1-ci
1
2
3
3
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə