Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə36/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   32   33   34   35   36   37   38   39   ...   100

– Hansı atalar sözü mətnin ideyasına uyğun gəlir?
A) Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar.
B) Quş qanadı ilə tanınar, insan adı ilə.
C) Sonrakı peşmançılıq fayda verməz.
Sual: – Hər bir inşaatçının tikdiyi evin kimə məxsus olacağını bilməsi vacibdirmi? Fikrinizi
izah edin. 
Mətnlə bağlı iş dəftərinin 53-cü səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
Sonra 1-ci tapşırıq oxunur. “Mücrü” sözünün mənası açıqlanır (balaca sandıqça). Burada
“mücrü” sözünün məcazi mənada yazıldığı qeyd olunur.  Söz mücrüsündən götürülmüş  sözlərdən
mətnin ideyası formalaşdırılır:
– Öz işinə hörmət edən insanda düzgünlük, məsuliyyət, peşə vicdanı, peşəkarlıq kimi
keyfiyyətlər olur.
Yaxud: – Düzgünlük, məsuliyyət, peşə vicdanı, peşəkarlıq kimi keyfiyyətləri  olmayan insan
öz işinə hörmət etməz. 
Danışma
(qruplarla iş) 
2-ci tapşırıq. Oxuduğunuz hekayənin qəhrəmanı inşaatçıdır. Siz də eyni mövzuda elə bir
hekayə qurun ki:
I qrup: Baş qəhrəman gənc həkimdir.
II qrup: Baş qəhrəman gənc müəllimdir.
III qrup: Baş qəhrəman gənc neftçidir.
IV qrup: Baş qəhrəman gənc memardır.
Danışma
(debat)
Şagirdlər mətnin davamı ilə bağlı öz variantlarını hazırlayıb təqdim edirlər.
Şagirdlər dörd qrupa bölünüb iki mövzu ətrafında debat keçirirlər. Müəllim tapşırır ki, tərəflər
öz fikirlərini həyatda görüb-eşitdiklərindən və oxuduqları hekayələrdən misal gətirməklə
əsaslandırsınlar.
1-ci mövzu: “Əl əli yuyar, əl də üzü”.
I qrup (yardımçı – III qrup): – Yaxşılıq edirsənsə, əvəzini gözləməməlisən.
II qrup (yardımçı – IV qrup): – Etdiyin yaxşılığın əvəzini görmürsənsə, onu etməyə dəyməz.
2-ci mövzu: “Ruzini verən Allahdır”.
III qrup (yardımçı – I qrup): – Ruzini verən Allahdır, ona görə də nə qədər çalışsan da,
qismətdən artıq yeyə bilməzsən.
IV qrup (yardımçı – II qrup): – Allah deyir: “Səndən hərəkət, məndən bərəkət”.
Yazı
I variant: – Hekayənin qəhrəmanına məktub yaz. 
II variant: – “Böyüyün sözünə baxdım və xeyir tapdım” mövzusunda indiyədək başına gələn
bir əhvalatı yaz.
Dil qaydaları
Dil qaydasına motivasiya xarakterli 3-cü tapşırıq yerinə yetirildikdən sonra dərslikdəki qayda
oxunur və mənimsədilir. Müəllim qaydanı şagirdlərin necə mənimsədiyini yoxlamaq məqsədilə
elə cümlələr deməyi tapşırır ki, həmin cümlələrdə köməkçi nitq hissəsi  əsas nitq hissəsi ilə
omonimlik təşkil etsin. 
4-5-ci tapşırıqlar yerinə yetirilir. 
5-ci tapşırıq.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 53-cü səhifəsindəki dil qaydaları üzrə tapşırıqlardan
istifadə oluna bilər.
1. Sonra – zərf (əsas nitq hissəsi) 
2. Sonra – köməkçi nitq hissəsi
3. Kimi – əvəzlik (əsas nitq hissəsi) 
4. Kimi  – köməkçi nitq hissəsi
5. Əlavə  – sifət  (əsas nitq hissəsi) 
6. Əlavə – köməkçi nitq hissəsi
86
3
Çap üçün deyil


87
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 32. İKİ QARDAŞ (4 saat)
Motivasiya 
Müəllim şeir oxuyur:
Sual: – Süsən haqqında nə deyə bilərsiniz?
Şagirdlər Süsəni xarakterizə edən sözlər deyirlər.
Oxu 
(rollu oyun)
“İki qardaş” mətni (dərslik, səh. 82-83) rollara bölünərək oxunur. 
Şagirdlər əsərin ideyasını müəyyən edirlər (dərslik, səh. 83, tap.1). Dərslikdəki 2-ci  tapşırıq
yerinə yetirilir. Eləcə də iş dəftərinin 54-cü səhifəsindəki 1-2-ci tapşırıqlardan da istifadə oluna
bilər.
Danışma
Əsərin sonunda Kərimin keçirdiyi hisləri təsvir edin
(peşmançılıq, təəssüf, xəcalət)
. Əgər o
hər şeyin belə qurtaracağını bilsəydi, tənbəllik edərdimi?
Yazı
Şagirdlər “Zəhmətdən qorxan adam sonradan bu qorxunun əziyyətini çəkir” mövzusunda
inşa yazırlar.
Dil qaydaları
Dil qaydasına motivasiya xarakterli 3-cü tapşırıq yerinə yetirildikdən sonra (cavab: doğru,
sarı) dərslikdəki qayda oxunur və mənimsədilir. Müəllim qaydanı şagirdlərin necə mənim sədiyini
yoxlamaq məqsədilə elə cümlələr deməyi tapşırır ki, həmin cümlələrdə köməkçi nitq hissəsini
ona yaxınmənalı olan   köməkçi nitq hissəsi əvəz etsin (ötrü – görə, üçün; kimi – tək; başqa –
savayı və s.). 4-cü tapşırıq yerinə yetirilir.
İş dəftərinin 54-cü səhifəsindəki dil qaydaları üzrə tapşırıqlar yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Mətnin ideyasını atalar sözü ilə ifadə edir.
2.2.5. Mətnin məzmununu genişlən -
dirilmiş formada yaradıcı nəql edir.
Oxuduğu əsərin məntiqi sonluğunu
düşünüb təqdim edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, on la -
rın əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
– Qabı kim yusun?
– Xalidə yusun.
– Kim su gətirsin?
– Gülərlə Dursun.
– Kim çay dəmləsin?
– Bacım Yeganə.
– Kimə don alım?
– Nənə, ay nənə,
Mənə al, nənə,
Nəvən Süsənə....
M.Namazov
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə