Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə44/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

Mətnə aşağıdakı tapşırıqlar qoyula bilər:
1. Mürəkkəb sözlərin altından xətt çəkin.
2. -lar, -lı, -lıq şəkilçiləri işlənmiş sözlərin tələffüz formasını göstərin.
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Hansı cümlədə söz sırası düzgündür? 
A) Uşaqlar baxırlar cizgi filminə böyük həvəslə.
B) Meşənin kənarında ovçu rastlaşdı yaralı ceyranla.
C) Gəmi Xəzərin sularını yara-yara sahildən uzaqlaşdı.
2. Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub?
A) Dənizin sahili uşaqlarla dolu idi.
B) Qardaşım buruq ustasıdır.
C) Hekayə mənim çox xoşuma gəldi.
3. Hansı cümlədə ikincidərəcəli üzvlərin yeri dəyişik düşüb?
A) İstedadlı xanəndə məharətlə oxuyurdu.
B) Körpəcə sərçə balası yamanca qorx muşdu.
C) Yaxşıca pəncərələr geniş yuyulmuşdu.
4. Cümlələrdən birində ikincidərəcəli üzv işlənməyib:
A) Vüsal şeiri əzbərlədi.
B) Rəşid isə yorulmuşdu.
C) O, həmişə məktəbdə nümunəvi şagird olmuşdur.
5. Hansı cümlədə ikincidərəcəli üzvlər necə? nə? suallarına cavab verir?
A) Balaca Leyla onlara tamaşa edirdi.
B) Bal arıları çiçəklərin üzərində vızıldaşırdılar.
C) Günəş zəif işıq saçır.
Dərs 42. NİYƏ MƏHZ SUAL İŞARƏSİ (2 saat)
Motivasiya
Müəllim şagirdlərə belə bir mətni göstərir:
Ah meşə necə də gözəldir Quşların civiltisindən qulaq tutulur Görəsən onlar nə ilə qidalanır
Deyirlər ki quşlar olmasa meşə yaşaya bilməz Bu doğrudanmı belədir Axı quşların nə xeyri ola
bilər Quşları heyvanlardan fərqləndirən hansı xüsusiyyətlər var
Şagirdlər mətni oxuyurlar. 
Sual: –  Bu yazılı mətni oxumağa çətinlik törədən nədir? 
(Durğu işarələrinin olmaması
cümlənin intonasiyasını təyin etməyə mane olur)
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətndəki fikirləri genişləndirərək
şərh edir.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Elmi-kütləvi mətndəki məlumatları
mənimsəyib təqdim edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Oxuduğu əsər haqqında rəy yazır.
4.1.7. Cümlə və onun növləri ilə
əlaqədar kiçik təqdimatlar edir.
Cümlələrin məqsəd və intonasiyaya görə
növünü müəyyənləşdirir.
105
YÜZ MİN NİYƏ
Dinləmə_Müəllim_şagirdlərə_belə_bir_şeir_oxuyur:_Sual'>Çap üçün deyil


Dinləmə
Müəllim şagirdlərə belə bir şeir oxuyur:
Sual: 
1. Şeirdə nədən danışılır?(Şagirdlər şeirdə sual işarəsindən danışıldığını deyirlər)
2. “Sual işarəsi bizi dağa-daşa salır” cümləsini izah edin.
(Cavab tapmağa, araşdırmalar
aparmağa sövq edir)
3. Sual işarəsi nəyə görə: 
– nida işarəsinin qocalığına bənzədilir?
– orağa bənzədilir?
– deyingən qarıya bənzədilir?
4. Bəs siz sual işarəsini nəyə bənzədərdiniz? Bu işarə əlifbadakı hərflərdən hansına daha
çox oxşayır?
Oxu 
Dərsliyin 98-ci səhifəsindəki mətn abzaslarla  oxunur. Hər abzasdan sonra mənimsəməni
yoxlamaq məqsədilə suallar verilir. Həmin səhifədəki tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Cavab: 4-cü abzas
2-ci tapşırıq.
..., çünki bir çox cümlələrin sual, yoxsa nəqli cümlə olduğu bilinmirdi.
..., çünki oxucular cümlənin sonundakı “Q” işarəsinin “kü” hərfi, yoxsa sual işarəsi
olduğunu başa düşmürdülər.
..., ona görə də sonrakı naşirlər başqa işarə fikirləşmədilər, elə bu hərfi dəyişdirib indiki
sual işarəsinə çevirdilər.
“Auksion”. Şagirdlərə təklif olunur ki, mətnlə bağlı “niyə?” sözü ilə başlanan suallar
hazırlasınlar. Sonuncu belə bir sualı verən şagird qalib sayılır; məsələn:
– Niyə Manutsi sual cümlələrini işarə etmək fikrinə düşdü?
– Niyə Manutsi məhz “Q” işarəsindən istifadə etdi?
– Niyə naşirlər “Q” işarəsini “?” işarəsi ilə əvəz etdilər?
İş dəftərinin 67-ci səhifəsindəki 1-3-cü tapşırıqlar yerinə yetirilə bilər.
Yazı
– Oxuduğun mətndən nələri öyrəndin? Bunları qısa bir mətn şəklində yaz. 
– Bu mətni oxuduqdan sonra öyrəndim ki, ...
Qruplarla iş. Şagirdlər dörd qrupa bölünür və hər qrup bir durğu işarəsinin (nida, dırnaq,
vergül, tire) yaranması haqqında  rəvayət hazırlayır.
Dil qaydaları
Müəllim şagirdlərə belə tapşırıqlar da verə bilər:
1. Verilmiş sözlərdən sual cümləsi düzəldin:
– dərslər, niyə, yaxşı, oxumamaq;
– ata, söz, qulaq asmaq;
– sual, işarə, harada, tətbiq edilmək;
– iş, sən,  vaxtında, niyə, görmək, qurtarmaq.
2. Durğu işarələrinin yazılmadığı bir şeir parçası verilir və şagirdlər buraxılan işarələri qoy-
maqla şeiri köçürürlər.
Sual bizim nidanın
Qocalığıdır, bəlkə?
Beli tamam bükülüb,
Bir gör düşüb nə kökə?
Duruşu salır bizi
Çox zaman daşa, dağa.
Sözləri biçəcəkmi?
Bənzəri var orağa.
Yorulmur, hey soruşur
Deyingən bir qarıtək.
Ona cavab verməyə
Sözlər tapasan gərək.
106
4
Çap üçün deyil


Tətbiqi çalışmalar üçün iş dəftərinin 66-cı səhifəsindəki 4-6-cı tapşırıqlardan istifadə etmək
olar.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 43. LAMPA NİYƏ SÖNDÜ (2 saat)
Motivasiya 
Müəllim: – Evinizdə elektrik cərəyanı kəsildikdə hansı çətinliklərlə üzləşirsiniz?
(işıq olmur, televizor, kompüter və başqa elektrik cihazları işləmir, isti su gəlmir və s.)
Oxu 
Dərsliyin 99-100-cü səhifələrindəki mətn rollu oyun şəklində oxunur.
Şagirdlər mətnin giriş, əsas və sonluq hissələrini müəyyən edirlər. Əsas hissədəki məlumat -
lar ardıcıllıqla nəql olunur. 
Sual: – Bu  ardıcıllıq pozulsa, mətnin məzmununa xələl gələrmi?
Dərslikdən mətnlə bağlı sual və tapşırıqlar yerinə yetirilir. İş dəftərinin 68-ci səhifəsindəki
tapşırıqlardan da istifadə etmək olar.
Dinləmə
KİMƏ TƏŞƏKKÜR ETMƏLİ
Balaca Hüseyn yemək yeyirdi. Çörək çox xoşuna gəldi. Anasına dedi:
– Anacan, nə gözəl çörək bişirmisən, çox sağ ol, əlin-qolun var olsun!
Anası dedi:
Çörəyi mən bişirməmişəm, quzum, dükandan almışam. Get dükançıya təşəkkür elə. 
Hüseyn məhəllədəki çörək mağazasına getdi. Dükançıya dedi:
– Dükançı əmi, anam çörəyi buradan alıb. Çörək çox xoşuma gəldi. Bunun üçün Sizə
təşəkkür edirəm.
Sual: – Sizcə, dükançı Hüseynə nə cavab verəcək?
Ay havada uçan durna
Bizi qoyub qaçan durna
Get xoş gəldin səfa gəldin
Gələcəksən haçan durna
Getmə-getmə gözüm durna
Sənə var bir sözüm durna
Sən gedəndə necə sənin
Həsrətinə dözüm durna
Rəşidbəy Əfəndiyev
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətndəki fikirləri genişləndirərək
şərh edir.
2.2.1. Müvafiq  mətnləri müəyyən
olunmuş tələblərə uyğun sürətli, düzgün,
şüurlu, ifadəli oxuyur.
Oxuduğu mətndə təsvir olunan
hadisələrin səbəb-nəticə əlaqəsini
müəyyən edir.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Oxuduğu mətndəki məlumatların
təsnifatını aparır (sistemləşdirir).
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Oxuduğu əsərdəki müəyyən epizodla
bağlı kiçikhəcmli esse yazır.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Söz sırası pozulmuş nəzm nümunəsində
mübtəda və xəbərin yerini müəyyən edir.
107
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə