Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə43/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

Dərs 41. ÜŞÜMÜRMÜ, GÖRƏSƏN (4 saat)
Motivasiya  
Müəllim şagirdlərə üzərini buz bağlamış sular, ağ örtüyə  bürün müş çöl, çılpaq ağaclar  təsvir
olunmuş bir rəsm əsəri göstərir və qış fəslində soyuq havada üşüyərkən hansı hisləri
keçirdiklərini sözlə ifadə etməyi təklif edir. 
Şagirdlər cavab variantlarını söyləyirlər. 
Oxu 
Dərsliyin 97-ci səhifəsindəki şeir ifadəli oxunur, həmin səhifədəki 1-ci tapşırıq yerinə yetirilir. 
Əlavə suallar:
– Şeir kimin dilindən deyilir?
– Bəs, görəsən, qışda heyvanlar, quşlar üşümür?
– Şaxtada suyun üzəri də donub buz bağlayır. Bəs dənizdə, çayda yaşayan canlılar niyə
donmur? 
Mətnlə bağlı iş dəftərinin 65-ci səhifəsindəki tapşırıqlardan istifadə etmək olar.
Dil qaydaları
Motivasiya xarakterli 2-ci tapşırıq yerinə yetirildikdən sonra qayda oxunur və mənimsədilir.
Şagirdlər müstəqil olaraq cümlələr söyləyir və həmin cümlələrdə mübtəda və xəbərin yeri
müəyyənləşdirilir.
2-ci tapşırıq. Ağaclar hər bahar göy atlazdan paltar geyir.
3-cü tapşırıq. Şagirdlər tapşırıqda söz sırasının pozulduğu cümlələri cümlə üzvlərinin
yerləşməsi qaydasına görə düzgün söz sırası ilə yazırlar.
Heyvanlar qışda yemi çətinliklə tapırlar.
Sərçələr səhər-səhər həyətdə civildəşirdilər. 
Tətbiqi çalışmalar üçün iş dəftərinin 65-ci səhifəsindəki dil qaydalarına aid tapşırıq lar dan
istifadə oluna bilər.
Şagirdlərlə Kim daha cəld? oyunu keçirilir. Lövhədə atlaz, qar, daş, bahar, şaxta, qış, yel
sözləri yazılır. Müəllim əlindəki topu şagirdlərin birinə atır və bu sözlərdən birini deyir. Həmin
şagird  bu sözün bir hərfini dəyişməklə yeni söz yaradıb deyir, sonra topu başqa şagirdə atıb
daha bir söz deyir. Bu qayda ilə oyun davam edir. Bir sözdə bir neçə dəfə hərf dəyişdirməklə
yeni söz də  yaratmaq olar (qar – tar – bar – nar; yel – bel – sel).
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və ya dinlədiyi mətnin ideyası ilə
bağlı mühakimə xarakterli fikirlər irəli sürür.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Elmi mətndə rast gəldiyi terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətnin ideyasını həyatla
əlaqələndirir.
4.1.6. Cümlənin düzgün qurulmasında
baş və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlə qurarkən cümlə üzvlərinin ardıcıl lığı -
na riayət edir.
102
4
Dinləmə_Müəllim'>Çap üçün deyil


Dinləmə
Müəllim: – Qış vaxtı buz bağlamış pəncərəni görmüsünüzmü? Pəncərə şüşəsindəki buz
naxışları nəyə bənzədərdiniz?
Şagirdlər öz fikirlərini söylədikdən sonra müəllim mətni səsləndirir:
QIŞ GÜNÜ
Pəncərəm buz bağlayır 
yarpaq-yarpaq.
Otağımda hərarət 
sıfır üstü 23.
Küçədə çılpaq ağaclar 
qısılıb bir-birinə.
Gətirə biləydim onları otaqcığıma – 
Qızınsınlar.
– Yarpaq naxışa dəymə, qızım, sınar!
Çağır gəlsin ağacları, 
qızınsınlar.
Rəsul Rza
Suallar:
1. Pəncərə üzərindəki buz naxışla yarpaq arasında hansı oxşarlıq var? 
Müəllim yarpaq nümayiş etdirir, şagirdlər yarpaq damarcıqlarının buz naxışa bənzədiyinin
şahidi olurlar. 
2. “Otağımda hərarət sıfır üstü 23” nə deməkdir? 
3. “Otaqcığıma” sözündə -cıq şəkilçisi sözün mənasına hansı çaları gətirir?
Oxunmuş və dinlənilmiş mətnlər arasında ideya-məzmun və janr yaxınlığı müəyyən olunur.
(Hər iki mətn uşaq dilindən yazılmış şeirdir. Hər iki şeirin qəhrəmanını şaxtada çılpaq ağacların
üşüməsi narahat edir)
Dinləmə
Sual: – Oxuduğunuz şeirlərdə qoyulmuş suala cavab verilirmi? Bəs hansı mətnlərdə bu cür
hadisələrin səbəbi və izahı əks olunur? 
(elmi mətnlərdə)
AĞACLARIN YARPAQLARI NİYƏ TÖKÜLÜR
Doğrudan da, görəsən, niyə ilin soyuq fəsillərində və ya hava çox quraq keçəndə ağac ların
əksəriyyəti yarpaqlarını tökür? Axı ağacın həyatında yarpaq çox vacib rol oynayır – bütövlükdə
ağac üçün qida hazırlayır. Bunun üçün o, ağacın kökündən su, havadan karbon qazı, Günəş
işığından isə enerji alır. Günəş işığı azalmağa başlayanda yarpaqlar saralıb tökülməyə başlayır.
Bununla da ağaclar işlətdikləri qidanın miqdarını kəskin surətdə azaldır. Ağac da, bir növ, ayı
kimi qış yuxusuna gedir və bu dövrdə köklərdə toplanıb qalmış qidalı maddələrin hesabına
yaşayıb salamat qalır. Yazda hava istiləşəndə ağac qış yuxusundan oyanır və onun
budaqlarında yeni yarpaqlar cücərməyə başlayır. 
Karbon qazı, enerji, maddə sözlərinin mənaları izah olunur. Şagirdlər dinlədikləri mətnin
köməyi ilə “Üşümürmü, görəsən” şeirində qoyulmuş suala cavab tapmağa çalışırlar.
qış
xış
daş
qaş
şaxta
taxta
atlaz
atlas
maşa
paşa
sarı
qarı
çay
yay
bahar
nahar
103
YÜZ MİN NİYƏ
Çap üçün deyil


104
QiymətləndirməMüşahidə, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında təlim
məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 66-cı səhifəsində də verilmişdir.) 
KENQURU
Avstraliyaya ilk dəfə gələn ingilislər burada qəribə heyvan görürlər. Sən demə, onlar o
vaxta qədər dünyanın heç bir yerində belə heyvana rast gəlməyiblərmiş. İngilislər bu
kisəli heyvanı göstərib yerli sakinlərdən onun adını soruşurlar. ... yerlilər ingilislərin nə
dediyini anlamırlar və öz dillərində “kenquru” deyirlər, yəni “mən sizi başa düşmürəm”.
“Kenquru” sözünü eşidən ingilislər elə bilirlər ki, bu söz elə həmin heyvanın adıdır. Onlar
bu heyvanı Avropaya “kenquru” adı ilə tanıdırlar. ..., yerlilərin dilində “mən sizi anlamıram”
sözü bu qəribə heyvanın adına çevril mişdir. 
1. Nöqtələrin yerinə uyğun gələn köməkçi nitq hissələrini yaz.
A) ancaq, beləcə
B) yəqin, əlbəttə
C) nəhayət ki, yəqin
2. İngilislərin Avstraliyada gördükləri kisəli heyvanın Avropada “kenquru” adı ilə
tanınmasına səbəb ...
A) yerli əhalinin bu heyvanı məhz belə adlandırması idi.
B) bu heyvanın kisəli olması idi.
C) yerli əhalinin ingilis dilini bilməməsi idi.
3. Kenquru haqqında deyilənlərdən biri yanlışdır:
A) Kenqurunu ilk dəfə ingilislər Avropaya tanıdıblar.
B) Kenquru ingilis dilində “mən sizi anlamıram” deməkdir.  
C) Kenquru kisəli heyvandır.
4. Mətndə hansı məlumat var?  
A) yerli əhalinin dilində “kenquru” sözünün mənası 
B) yerli əhalinin dilində kenqurunun adı
C) ingilislərin Avstraliyaya səfərinin məqsədi
Yazı
üzrə qiymətləndirmə (imla)
QIZ QALASI 
(124 söz)
Qız qalası – Bakının, eləcə də Abşeronun ən möhtəşəm memarlıq abidəsidir. Qala
İçərişəhərin cənub-şərq hissəsində, Dənizkənarı parkın yaxınlığında yerləşir. Uca
qülləşəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq sirləri çoxdur.
Qız qalası haqqında el arasında müxtəlif rəvayətlər söyləyirlər. Bu qala Bakının ən
qədim hissəsi olan İçərişəhərdə yerləşir. Keçmişdə Xəzərin ləpələri onun daşlarına
çırpılarmış. Suya qərq olmuş Səbayel şəhərindən Qız qalasına yeraltı yol da var imiş.
Qala sonralar Bakının yadellilərdən müdafiəsində etibarlı istehkama çevrilmişdi. Qalanın
başında dayanan keşikçilər uzaqdan gələn düşmən gəmisini görüb xəbər verirdilər və
düşmənə qarşı hazırlıq görülürdü. Onun adının bir mənası da “alınmaz, yenilməz qala”
deməkdir. Bu gözəllik abidəsi Azərbaycanın misilsiz sənətkarlar, memarlar diyarı olduğunu
sübut edir.
Son illərdə Qız qalasında və onun ətrafındakı meydanda hər il Novruz bayramı
şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır.
4
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə