Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə46/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

111
Şagirdlər tapmacaların açmasını (yarasa) tapdıqdan sonra müəllim hansı əlamətlərə görə
bu nun yarasa olduğunu soruşur (gündüzlər yatıb gecələr uçması, başqa quşlar kimi yumurta
qoymaması).
Oxu
Dərsliyin 103-104-cü səhifələrindəki mətn oxunur. 
Dərsliyin 104-cü səhifəsindəki 1-ci tapşırıq lövhədə aşağıdakı cədvəli çəkməklə kollektiv
şəkildə yerinə yetirilə bilər:
Dərslikdəki 2-3-cü tapşırıqlar (səh. 104) yerinə yetirilir. “Vergi” sözünün mənası əvvəlcə
şagirdlərin öz təxmininə görə, sonra isə lüğətin köməyi ilə izah olunur. 
Tətbiqi çalışmalar üçün iş dəftərinin 70-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilə bilər.
Dinləmə
YARASA
Sual: –  Oxuduğunuz əfsanə ilə müqayisədə bu şeirdə yarasa haqqında hansı yeni
məlumatlar var?
(1. Yarasa uçarkən tez-tez istiqamətini dəyişir. 2. Yarasa siçana oxşayır)
Yazı
(cütlərlə iş)
– Heyvanların şahının quşların şahına və ya quşların şahının heyvanların şahına
məktubunu yaz.
Cütlüyə daxil olan şagirdlərdən biri heyvanların şahının quşların şahına, digəri quşların şahı -
nın heyvanların şahına məktubunu yazır. Bir neçə cütün məktubları oxunur və müzakirə olunur.
Danışma
(qruplarla iş)
Müəllim: – Bu dərsdə biz yarasada bəzi xüsusiyyətlərin yaranması haqqında əfsanə oxu -
duq. Keçən dərsdə isə heyvanların qeyri-adi xüsusiyyətləri haqqında söhbət açmışdıq. İndi siz
heyvanlarda həmin xüsusiyyətlərin yaranması haqqında əfsanə düşünüb təqdim etməlisiniz.
Səsvermə yolu ilə 4 heyvan seçilir. Şagirdlər 4 qrupa bölünürlər. Hər qrup bir heyvanda qeyri-
adi xüsusiyyətlərin yaranması haqqında əfsanə janrında mətn qurub təqdim edir.
Dil qaydaları
Dərsliyin 104-cü səhifəsindəki 4-5-ci tapşırıqlar yerinə yetirilir. Müəllim mətndən başqa
köməkçi nitq hissələri də seçib tapşırıqlar qoya bilər; məsələn: 
– Mətnin sonuncu cümləsində hansı köməkçi nitq hissəsini vergüllə əvəz etmək olar?
A) bəri
B) və
C) üçün 
5-ci tapşırıq. Mən axı (cümlənin təsir gücünü artırır) heyvan deyiləm, quşam.
Heyvanların şahı qəzəbləndi və (cümlələr arasında əlaqə yaradır) quşların şahına məktub yazdı.
Hətta (sözün təsir gücünü artırır) quşların şahı da yarasadan vergi ala bilmədi.
1. Gündüz yatar yuvada,
Gecə gəzər obada.
2. Halalar, ha halalar,
Dağda ceyran balalar.
Quşlardan hansı quşdur
Yumurtasız balalar?
3. Çıxdım Qız qalasına,
Ox atdım yuvasına,
Quşlardan hansı quşdur
Süd verir balasına?
4. Bir quşum var,
Ziy-ziyidi.
Gecə uçar,
Gündüz yatar.
5. Zülmət enəndə gülər,
İşıq görsə, mürgülər.
Yarasa  quşdur
Yarasa heyvandır
Yarasa, a yarasa,
Nimçə verim, ya kasa?
Çörək qoyum, çay qoyum,
Sənə yaxşı pay qoyum.
Gecə uçma, gündüz uç,
Əyri uçma, dümdüz uç.
Sayım, sanayım səni,
Yaxşı tanıyım səni.
Sən adamdan qaçansan,
Həm quşsan, həm siçansan?
Nigar Rəfibəyli
YÜZ MİN NİYƏ
Çap üçün deyil


QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 46. YARASA  (4 saat)
Motivasiya 
Müəllim şagirdlərə krossvordu həll etmək üçün suallara cavab verməyi tapşırır:
Lövhədə BİBÖ cədvəli çəkilir.
Şagirdlər yarasa haqqında bildiklərini deyir, müəllim cədvəlin sol sütununda qeyd edir. II sü-
tunda şagirdlərin bilmək istədikləri məlumatlar yazılır. Bu məlumatlar fikir mübadiləsi edildikdən
sonra cədvələ qeyd olunur.
Oxu 
Dərsliyin 105-ci səhifəsindəki “Yarasa” mətni oxunur, həmin səhifədəki tapşırıq yerinə yetirilir. 
Mətndən əldə olunan yeni məlumatlar cədvəlin III sütununa yazılır. 
Müəllim: – Bilmək istədiklərinizi mətndən oxuyub öyrəndinizmi?
Əgər cavabsız qalan suallar varsa, müəllim şagirdlərə evdə əlavə kitablardan, ensiklopediya
və ya internet vasitəsilə araşdırma aparmağı tövsiyə edir.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətndəki fikirləri genişləndirərək
şərh edir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri,
oxuduqları hadisələr haqqında kiçik
təqdimatlar edir. 
Oxuduğu və dinlədiyi mətnlərdəki
məlumatları ümumiləşdirərək elmi
məruzə ilə çıxış edir.
2.2.1. Müvafiq mətnləri müəyyən
olunmuş tələblərə uyğun sürətli, düzgün,
şüurlu, ifadəli oxuyur.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
1
Qış yuxusu zamanı baş
barmağını soran heyvan
2
Sürü şəklində yaşayan yırtıcı
3
Tikanlı heyvan, ilanların
qənimi
4
Zəhərli sürünən
5
Suda-quruda yaşayan yırtıcı
heyvan
6
Heyvanların ən  qorxağı
YARASALAR HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
112
4
Çap üçün deyil


113
Mətnin sonundakı tapşırıq yerinə yetirildikdən sonra iş dəftərinin 70-ci səhifəsindəki 3-cü
tapşırıq əvvəlcə şifahi, sonra yazılı şəkildə icra oluna bilər.
Müəllim: – Bədii mətnlə elmi mətn bir-birindən nə ilə fərqlənir? (III  sinifdə öyrənilən biliklər
təkrarlanır) Yarasalar  haqqında keçən dərsdə oxuduğunuz mətnin bədii, bu dərsdə oxuduğunuz
mətnin elmi mətn olduğunu əsaslandırın.
Dinləmə
HEYVANLARDA NƏSİLARTIRMA
Yer üzündə heyvanların milyonlarla növü mövcuddur. Onların bir çox oxşar və fərqli
xüsusiyyətləri var. Görmə, eşitmə, dad və iybilmə, lamisə (yəni toxunma ilə hissetmə)
heyvanların əksəriyyətinə xas olan xüsusiyyətlərdir. Bu duyğu qabiliyyətlərindən hər biri
müəyyən heyvanlarda daha çox, digərlərində nisbətən az inkişaf etmişdir. Məsələn, qar-
talda görmə, itdə isə iybilmə qabiliyyəti çox güclüdür.
Heyvanların ortaq xüsusiyyətlərindən biri də onların çoxalması, yəni nəsil verməsidir.
Bu xüsusiyyətinə görə heyvanlar üç qrupa bölünür: 1) kürü qoymaqla çoxalanlar; 2) yu-
murta qoymaqla çoxalanlar; 3) balalamaqla nəsil artıranlar. Kürü qoymaqla çoxalmaq
balıqlara aid olan xüsusiyyətdir. Quşlar və bir sıra sürünənlər yumurta qoymaqla çoxalırlar.
Balalamaqla nəsil artıran heyvanlar isə məməlilər adlanır.
Bəzən elə düşünürlər ki, suda üzən bütün heyvanlar balıq, göydə uçan bütün heyvan-
lar quşdur. Əslində, elə deyil. Məsələn, dünyanın ən böyük heyvanı sayılan balina suda
üzsə də, kürü qoymur. Balina yaxşı tanıdığımız bir çox ev və çöl heyvanları kimi balalayır.
Sual və tapşırıqlar:
– Heyvanlara xas olan xüsusiyyətlər hansılardır?
– Nəsil verməsinə görə heyvanlar neçə qrupa bölünür və bu qruplar hansılardır?
– I qrupa nələr aiddir?
– II  qrupa nələr aiddir?
– III qrupa nələr aiddir?
– Balina haqqında nə deyə bilərsiniz?
– Heyvanlara aid əlamətləri sadalayın, suitinin balıq, yoxsa heyvan olduğunu faktlarla
təsdiqləyin.
– Quşlara aid əlamətləri sadalayın,  pinqvinin  quş, yoxsa balıq olduğunu faktlarla təsdiqləyin.
– Balıqlara aid əlamətləri sadalayın,  delfinin balıq, yoxsa heyvan olduğunu faktlarla
təsdiqləyin.
– Uça bilməyən quşlardan hansılarını tanıyırsınız? (dəvəquşu)
Müəllim uşaqlara test vərəqi paylayır.
1. Mətndə bu sualların birinə cavab yoxdur:
A) Yarasa nə ilə qidalanır?
B) Yarasaya nə üçün “gecəquşu” deyirlər?
C) Yarasa səs dalğalarını necə təyin edir?
2. Səncə, bu adlardan hansı yarasaya uyğundur?
A) ayaqlı quş               
B) uçan siçan           
C) uzunömürlü  quş
İş dəftərinin 70-ci səhifəsindəki dil qaydalarına aid tapşırıqdan istifadə oluna bilər.
Danışma
Son iki dərsdə yarasa haqqında oxuduqlarınızı və dinlədiklərinizi ümumiləşdirərək elmi
məruzə hazırlayıb təqdim edin. 
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə