Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə49/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

Dil qaydaları 
Dərslikdəki mətnin 3-cü abzası dəftərə köçürülür və orada işlənmiş  köməkçi nitq hissələrinin
altından xətt çəkilir. İş dəftərindən 4-cü və 5-ci tapşırıqlar yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə sual və
tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 49. MÖCÜZƏLƏR NİYƏ YOX OLUR (6 saat)
Motivasiya
(şaxələndirmə)
Müəllim yazı taxtasında “Dünyanın yeddi möcüzəsi” sözlərini yazır, möcüzələrin şəkillərini
nümayiş etdirir və şaxələndirmə sxemi uşaqların iştirakı ilə doldurulur.
Sual: – Bu möcüzələr haqqında nə bilirsiniz?
Şagirdlər arasında dünyanın yeddi möcüzəsi haqqında məlumatı olanların mülahizələri
dinlənilir. BİBÖ cədvəli çəkilir:
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətnə öz versiya və
düşüncələrini əlavə etməklə araşdırma
xarakterli təqdimat edir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
ha  disələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş mövzu ətrafında araşdırmalarını
məruzə şəklində təqdim edir.
1.2.5.  Nitqini canlı və obrazlı etmək
məqsədi ilə məzmuna müvafiq jest və
mimikalardan istifadə edir. 
Mətndəki obrazların nitqini səsləndirərkən
onların xarakterinə uyğun jest və
mimikalardan istifadə edir.
2.1.3. Öyrəndiyi yeni söz və terminlərin
lüğətini tərtib edir.
Öyrəndiyi yeni adlarla bağlı kiçik ensiklo-
pedik lüğət hazırlayır.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Elmi-kütləvi mətndəki ən mühüm məlu-
mat ları seçərək yazılı şəkildə təqdim edir.
2.2.3. Verilmiş mətni genişləndirmək və
davam etdirmək məqsədi ilə yaradıcı plan
tutur.
Mətnin planına yeni başlıqlar əlavə edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Oxuduqlarından və eşitdiklərindən bəhrə -
lənərək mühakimə xarakterli inşa yazır.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlələrdə mübtəda və xəbərin yerini
müəyyən edir.
Dünyanın yeddi möcüzəsi 
DÜNYANIN YEDDİ MÖCÜZƏSİ HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
119
YÜZ MİN NİYƏ
Çap üçün deyil


120
Şaxələndirmənin nəticələri BİBÖ cədvəlinin 1-ci sütununda qeyd olunur. Şagirdlər möcüzələr
haqqında bilmək istədiklərini 2-ci sütunda qeyd edirlər.
Dinləmə
Mətni oxumazdan əvvəl müəllim şagirdlərə tapşırır ki, bir vərəq götürüb mətndə eşitdikləri
adlar, rəqəmlər və onlarla bağlı məlumatları qeyd etsinlər. Buna görə də müəllim həmin
cümlələri aramla (bəzən iki dəfə) oxuyur və bu cümlələrdən sonra fasilə verir.
DÜNYANIN MÖCÜZƏLƏRİ
“Yeddi möcüzə” anlayışı təxminən 2200 il bundan əvvəl yaranmışdır. O dövrdə bu
möcüzələrin hamısı mövcud idi. Hər bir səyyah bir necə ay müddətində səyahət edərək
bu yeddi möcüzənin yeddisini də görə bilərdi.
Bir müddətdən sonra bu abidələr müxtəlif səbəblərdən – müharibələr, zəlzələlər və s.
nəticəsində bir-bir yox olmağa başladı. Bizim dövrümüzə isə onlardan yalnız biri, qəribə
də olsa, ən qədimi – Misir ehramları gəlib çatmışdır. Piramida şəklində olduğu üçün onlara
Misir piramidaları deyirlər. Bu tikililər Misir hökmdarlarının – fironların dəfn olunduğu yerdir.
Ən böyük piramida 4800 il bundan əvvəl inşa edilən Xeops ehramıdır. Məhz bu piramida
dünyanın yeddi möcüzəsindən birincisi sayılır. Xeops piramidası düz 30 ilə tikilmişdir.
Təkcə birinci on il ərzində piramida tikilən yerdən daş karxanasına yol çəkilmişdir. Burada
eyni zamanda on minlərlə adam işləyirdi.
Suallar:
– Firon kimdir?
– Karxana nədir?
– Dünyanın ilk möcüzəsi necə adlanır?
– Xeops piramidası nə zaman inşa edilmişdir?
Bir neçə şagird öz qeydlərini oxuyur. Müəllim şagirdlərə dinləmə mətni üzrə yazılı qeyd
aparmaq yolunu öyrədir. Bildirir ki, vacib saydıqları cümlələri olduğu kimi yazmaq çox vaxt
aparır. Ona görə də yaxşı olar ki, açar söz və söz birləşmələrini qeyd etsinlər. Bu qeydlər son-
radan mətni təfərrüatı ilə yada salmağa imkan verir; məsələn:
– 2200 il əvvəl – “Yeddi möcüzə” anlayışı
– Misir ehramları – ən qədim möcüzə
– Ən böyük piramida – Xeops piramidası – 4800 il əvvəl
Ən vacib iki məlumat BİBÖ cədvəlinin 3-cü sütununda qeyd olunur.
Dünyanın ikinci möcüzəsi Babilin asma bağları sayılır. Əfsanəyə görə, bu bağları 2700 il
bundan əvvəl Babil padşahı öz arvadı Semiramidanın şərəfinə saldırmışdır. Bu bağlar bir neçə
mərtəbədən ibarət idi. Bura dünyanın hər yerindən gül və ağaclar gətirilmişdi. Yüzlərlə qul gecə-
gündüz nəhəng çarxları fırladaraq Fərat çayından asma bağlara su qaldırırdı.
Şagirdlər öz qeydlərini oxuyurlar.
Suallar: – Dünyanın ikinci möcüzəsi necə adlanır?
– Babil bağları kimin şərəfinə salınmışdı?
– Bu bağlar hansı çayın yaxınlığında yerləşirdi?
Ən vacib iki məlumat BİBÖ cədvəlinin 3-cü sütununda qeyd olunur.
Artemis məbədi 2550 il bundan əvvəl Yunanıstanın Efes şəhərində ilahə Artemisin
şərəfinə ucaldılıbmış. Məbəd təxminən 120 ilə tikilmişdir. Məbədin içində Artemisin böyük
və möhtəşəm heykəli ucalırdı.
Dünyanın dördüncü möcüzəsi yunanların baş ilahı Zevsin heykəlidir. Təxminən 2450
il bundan qabaq yaradılmış bu heykəl qızıldan, fil sümüyündən və qarağacdan
düzəldilmişdi. 14 metrlik bu nəhəng abidədə Zevs taxtda oturmuş vəziyyətdə təsvir
edilirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu,
zəhmli ilahın sülhsevər olmasına işarə idi) var idi.
4
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə