Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə50/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

121
Şagirdlər öz qeydlərini oxuyurlar.
Suallar: – Artemis məbədi kimin şərəfinə tikilmişdi?
– Artemis məbədinin içində nə var idi?
– Dünyanın dördüncü möcüzəsinin adı nədir?
–  Zevs kim idi? 
– Zevsin heykəlini təsvir edin.
Ən vacib iki məlumat BİBÖ cədvəlinin 3-cü sütununda qeyd olunur.
Beşinci möcüzə də Yunanıstanda yaranmışdı. Bu, Halikarnas şəhərində Mavsol adlı
padşah üçün ucaldılan məqbərədir. Mavsolun adından mavzoley sözü yaranmışdır. 
2300 il bundan əvvəl sərkərdə Demetri Yunanıstandakı Rodos adasına hücum edir.
Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi
şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara alırlar. Rodos
nəhəngi adlanan bu heykəl dünyanın altıncı möcüzəsi sayılır. 36 metrlik tunc heykəldə
gənc oğlan təsvir olunmuşdu. Ada sakinləri onu özlərinin himayədarı sanırdılar.
Təxminən Rodos nəhəngi ilə eyni vaxtda İsgəndəriyyə şəhərinin kənarında Qədim
Yunanıstanın ən böyük mayakı tikilmişdi. Dünyanın yeddinci möcüzəsi sayılan bu qüllənin
hündürlüyü 120 metrə çatırdı. Onun zirvəsində gəmilərə yol göstərən tonqal yanırdı.
Şagirdlər öz qeydlərini oxuyurlar.
Suallar: – Dünyanın beşinci möcüzəsinin adı nədir və harada yaranmışdır?
– Dünyanın altıncı möcüzəsi nəyin şərəfinə qoyuldu?
– Rodos heykəlinin hündürlüyü nə qədər idi?
– Dünyanın yeddinci möcüzəsi nə vaxt tikilmişdir?
– İsgəndəriyyə  mayakının hündürlüyü nə qədər idi?
– Dünyanın yeddinci möcüzəsi hansı məqsədlə tikilmişdi?
Ən vacib iki məlumat BİBÖ cədvəlinin 3-cü sütununda qeyd olunur.
Şagirdlər iş dəftərində (səh. 74-75) verilmiş cədvəli diqqətlə nəzərdən keçirdikdən sonra 1-
8-ci tapşırıqları yerinə yetirə bilərlər.
Əlavə tapşırıqlar:
1. Dünyanın birinci, üçüncü və sonuncu möcüzələrinin yaranma tarixini “Milad oxu”nda qeyd
edin. 
2. “Dünyanın yeddi möcüzəsi” ifadəsi neçənci əsrdə yarana bilərdi?
A) M.ə. III əsrdə (doğru cavab)
B) M.ə. VI əsrdə
C) M.ə. XXVIII əsrdə
3. Dinlədiyiniz mətndə yadınızda qalan, lakin iş dəftərində verilmiş cədvəldə öz əksini tap-
mayan məlumatları dəftərdə qeyd edin.
4. Dünyanın yeddi möcüzəsini bildirən adların ensiklopedik lüğətini hazırlayın (şagirdlərə
bildirilir ki, bu lüğətdə möcüzələrin adları əlifba sırası ilə düzülməli və qarşısında müvafiq
möcüzə haqqında ətraflı məlumat verilməlidir).
5. Verilmiş sözləri izah edin və cümlələrdə işlədin:
firon, ehram, karxana, məbəd, piramida, mavzoley, mayak, məqbərə
Cütlərlə iş. Şagirdlər cütlərlə işləyərək dinləmə mətni üzrə öz qeydlərini ümumiləşdirir, onları
iş dəftərindəki cədvəllə müqayisə edir və mövzu üzrə məruzə hazırlayırlar. Bir neçə cütlüyün
məruzəsi dinlənilir. Qalan şagirdlər məruzədəki boşluqları öz əlavələri ilə doldururlar.
Oxu
Müəllim: – Dünyanın 7 möcüzəsindən hansı indiyədək qorunub saxlanılır?
– Dünyanın  hansı möcüzələri indiki Türkiyənin ərazisində yerləşib? (Halikarnas mavzoleyi,
Artemis məbədi) 
– Bunlardan hansı qədim yunan ilahəsinin şərəfinə tikilib? (Artemis məbədi)
YÜZ MİN NİYƏ
Çap üçün deyil


122
– Digər 6 möcüzə hansı səbəbdən yox olub?
Cavablar dinlənilir. 
Mətn (dərslik, səh. 110-111) 3 hissəyə bölünüb “Ziqzaq” üsulu ilə oxunur. 
1-ci ekspert qrupunun şagirdləri – 1, 2-ci abzaslar
2-ci ekspert qrupunun şagirdləri – 3, 4, 5-ci abzaslar
3-cü ekspert qrupunun şagirdləri – 6, 7-ci abzaslar
Şagirdlərə tapşırılır ki, hər bir ekspert qrupu oxuduğu hissəyə başlıq versin.
Mətn bütövlükdə əsas qrup nümayəndələri tərəfindən nəql olunduqdan sonra suallar veri lir:
1. Məbədin damının hündürlüyü nə qədər idi?
2. Tarixi abidələrin qeydinə hansı xalq daha çox qalırdı?
A) türklər              
B) yunanlar              
C) ingilislər
3.  Artemis məbədinin eksponatları harada qorunub saxlanılır?
A) Ermitaj muzeyində         B) Britaniya muzeyində         C) Efes şəhərində
4. Herostratın hərəkətini necə qiymətləndirirsiniz? 
5. Artemis məbədinin qalıqları Britaniyaya necə gedib çıxdı?
6. Makedoniyalı İsgəndər və dünyanın III möcüzəsi arasında hansı əlaqə var?
Dərsliyin 111-ci səhifəsindəki 1-6-cı tapşırıqlar yerinə yetirilir. Eləcə də iş dəftərinin 75-ci
səhifəsindəki 9-cu tapşırıqdan istifadə etmək olar.
Dinləmə
DOĞRUDANMI, HEROSTRAT?
Tarixin yaddaşında Herostrat məşhurlaşmaq məqsədi ilə günah işlədən bir adam kimi
qalıb. Bəzi tarixçilərin fikrincə, doğrudan da, o dövrdə Efesdə belə bir adam olub, lakin
Artemis məbədini heç də o yandırmayıb.
Həmin dövrdə Yunanıstanda Artemis məbədi ən müqəddəs yerlərdən biri sayılırdı.
Buradakı kahinlərə – o dövrün ruhanilərinə hamı inanır və etibar edirdi. Uzaq səfərə çıxan
tacirlər öz pullarını saxlamaq üçün kahinlərə verirdilər. Yanğının sirri də elə bundadır. Baş
kahin ona etibar edilmiş pulları şəxsi məqsədləri üçün istifadə etmişdi. Pulu qaytarmaq
məqamı çatanda isə o, izi itirmək üçün məbədi yandırdı. Kahin işi elə düzüb-qoşdu ki,
hamı yanğının günahını səfeh Herostratda gördü.
Danışma
(müttəhimlər və ittihamçılar)
Müəllim: – Siz Artemis məbədinin yandırılması ilə bağlı iki versiya ilə tanış oldunuz: Heros-
trat və baş kahin. Mənim bununla bağlı öz versiyam var. Ancaq onu səsləndirməzdən əvvəl
istərdim ki, siz cütlərlə işləyərək öz versiyanızı düşünüb təqdim edəsiniz.
Şagirdlərə bir neçə dəqiqə vaxt verilir. Bundan sonra cütlər öz versiyalarını təqdim edir.
Sonda müəllim öz versiyasını təqdim edir: – Makedoniyalı İsgəndərin atası II Filip çox
şöhrətpərəst adam idi. O, oğlunun anadan olduğu günü tarixə salmaq üçün həmin gecə öz
adamlarını Efesə göndərdi ki, Artemis məbədini yandırsınlar. 
Şagirdlər səsvermə yolu ilə ən maraqlı və inandırıcı versiyanı seçirlər.
Müəllim: – Təsəvvür edin ki, Artemis məbədi yandırıldıqdan sonra Efes şəhərinin hakimi
məhkəmə qurub ki, günahkarı müəyyən etsin. İndi siz bu məhkəməni səhnələşdirməlisiniz.
Bunun üçün aranızdan üç nəfərdən ibarət məhkəmə heyəti seçilməlidir. Qalan şagirdlər üç
qrupa bölünürlər.
I qrup: müttəhim Herostrat, onun vəkili və şahidləri
II qrup: müttəhim baş kahin, onun vəkili və şahidləri
III qrup (əgər müəllimin versiyası seçilibsə)müttəhim II Filip, onun vəkili və şahidləri
Müəllim məhkəmə prosesinin qaydalarını izah edir və hamını bu qaydalara əməl etməyə çağırır.
Müəllimin nəzərinə: Bu səhnənin xaotik hay-küyə çevrilməməsi üçün baş hakim vəzifəsinə lider -
lik xüsusiyyətlərinə malik şagird seçilməlidir. O, hamıya bir-bir söz verməli, qərarları
məhkəmə heyətində səsə qoymaqla qəbul etməlidir.
4
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə