Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə53/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

Dərsin sonunda “Bağban sincab” mətni şagirdlər tərəfindən rollarla səhnələşdirilə də bilər.
Bu zaman sincab rolunu aparanın jest və mimikalarına xüsusi diqqət yetirilir.
Dil qaydaları
2-ci tapşırıq.
Qoy – cümlənin təsir gücünü artırır.
Amma – cümlələr arasında əlaqə yaradır.
Görəsən – danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.
Elə – cümlənin təsir gücünü qüvvətləndirir.
3-cü tapşırıq.
Bala sincab qozanı dişinə aparmışdı ki, uzaqdan bir şıqqıltı eşitdi.
Elə yekə qoza idi ki…
1-ci cümlədəki “ki” sözü cümlələri bir-birinə bağlayır. 2-ci cümlədəki “ki” sözü isə cümlənin
təsir gücünü artırır.
QiymətləndirməMüşahidə, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında təlim
məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 52. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat) 
Bu dərsdə dərsliyin 116-cı səhifəsində verilmiş sual və tapşırıqlar yerinə yetirilir, müvafiq
bölmədə tədris olunmuş materiallar təkrarlanır. Bununla yanaşı, müəllim həm özünün ha zır la -
dığı materiallardan, həm də müxtəlif qiymətləndirmə vasitələrindən istifadə edə bilər. Tap -
şırıqların seçimi zamanı bölmədə reallaşdırılmış standartları əsas götürmək lazımdır.
Dərs 53. 4-cü BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏT LƏN  DİRMƏ (2 saat)
Dinləmə və yazı üzrə qiymətləndirmə 
(İş dəftərinin 79-cu səhifəsində də verilmişdir.)
Dinləmə mətni
SAAT
Ən qədim saatlar günəş saatları hesab olunur. İlk günəş saatını qədim misirlilər icad
edib. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Onlar Günəşin
hərəkəti əsasında  bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. 
Daha sonralar su saatının kəşfi gecələr də vaxtı ölçməyə imkan yaratdı. Su saatları
dibində kiçicik deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülürdü və
oradakı suyun azalmasına görə vaxtı hesablayırdılar.
Su saatlarından sonra qum saatları icad edildi. O da su saatı kimi ötən vaxtın miqdarını
hesablamağa imkan verirdi. Lakin su saatından fərqli olaraq o, alt və üst qabdan ibarət
idi. Üst qabdakı qum tökülüb alt qaba yığıldıqdan sonra onu çevirib vaxtı yenidən hesabla-
maq olurdu. 
Mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə şərait yaratdı. Dünyada ilk
mexaniki saat 1335-ci ildə İtaliyada düzəldilib. Daha sonralar elektron saatlar peyda oldu.
Mexaniki saatdan fərqli olaraq elektron saatda zaman əqrəblərlə deyil, rəqəmlərlə
göstərilir.
1. Hansı saatlar funksiyasına görə bir-biri ilə oxşardır?
A) Günəş saatı və qum saatı
B) Su saatı və qum saatı
C) Mexaniki saat və su saatı
128
4
Çap üçün deyil


2. Bu saatlardan hansı günün vaxtını təyin etməyə imkan verir?
A) günəş saatı  
B) qum saatı  
C) su saatı
3. Müasir zamanda qum saatından hansı idman növündə istifadə etmək olar?
A) qaçış B) boks C) üzgüçülük
4. Fikirlərdən biri doğrudur:
A) Buludlu havada günəş saatı işə yaramırdı.
B) Qum saatından yalnız səhralarda istifadə etmək mümkün idi.
C) Su saatından yalnız dənizçilər istifadə edirdi.
5. Mexaniki saatla müqayisədə elektron saatın üstün cəhəti nədir?
A) Daha dəqiq işləyir.
B) Vaxtında oyanmaq üçün istifadə etmək olar.
C) Gecə, yoxsa gündüz olduğunu bilmək imkanı verir.
6. Saatlar haqqında (günəş saatı, su  saatı, qum saatı, mexaniki saat) yadında qalanları
dəftərinə yaz.
Müəllimin nəzərinə: İş dəftərinin 79-cu səhifəsində dinləmə mətninə qoyulmuş 3-cü və 5-ci test
suallarının çətinlik dərəcəsi yüksək olduğundan müəyyən şərh tələb edir. Bu suallar
şagirdlərdən yaş səviyyəsinə uyğun müəyyən biliklər və məntiqi təfəkkür tələb edir.
3-cü sual. Məlumdur ki, qum saatı hərəkətləri müəyyən bir vaxtda icra etmək üçün
düşünülüb. Qaçan və ya üzən adamın müəyyən məsafəni nə qədər vaxta qət edəcəyini
qabaqcadan bilmək olmaz. Ona görə də bu idman növlərində qum saatı yaramır. Boksda
isə hər raunda müəyyən vaxt ayrılır, ona görə də burada qum saatından istifadə etmək olar.
5-ci sual. Bu sualın cavabı “C” bəndidir. Mexaniki saat 12-nin yarısını göstərirsə, bunun
gecə, yoxsa gündüz olduğunu bilmək olmur. Elektron saat isə gündüz olduqda 11:30, gecə
olduqda 23:30 göstərir.
Oxu və dil qaydaları üzrə qiymətləndirmə
(İş dəftərinin 80-81-ci səhifələrində də verilmişdir.)
ZƏMZƏM SUYU 
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, dünyada içərisində
mikr...rqanizm və bakteriya olmayan yeganə su Zəmzəm quyusundan çıxır. Bu su
Ərəbistan yarımadasında yerin təxminən 2 metr dərinliyindən çıxır. Tərkibi yorğunluğu və
susuzluğu aradan qaldıran, mikrobları məhv edən maddələrlə zəngindir. Digər su
quyularından fərqli olaraq bu quyunun  divarlarında mamır və başqa bitkilər bitmir. Bu da
suyun öz təbii dadını qoruyub saxlamasında mühüm rol oynayır. Ən qəribəsi isə budur
ki, quyu 
olsa da, suyu bitib-tükənmir. Tədqiqatlar nəticəsində məlum olub ki,
zəmzəm suyu heç bir yeraltı su ilə qarışmır. Yaxınlığında heç bir quyu yoxdur, dənizlə
arasındakı məsafə isə 80 km-dir. İbrahim peyğəmbərin zamanından bu günədək  kiçik
bir quyudan çıxan su həcc ziyarəti mövsümü boyunca milyonlarla zəvvarın bütün su
ehtiyacını  təmin edir, ancaq ... azalır, ... quruyur.
1. Altından xətt çəkilmiş sözdə nöqtələrin yerinə hansı hərflər uyğun gəlir?
A) o, a   
B) o, o   
C) a, a
2. Sonuncu cümlədə nöqtələrin yerinə uyğun sözü seç.
A) gah, gah da  
B) həm, həm də  
C) nə, nə də
129
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə