Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə56/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

135
Şagirdlər cavab variantlarını söyləyirlər. 
Oxu
(rollu oyun)
Dərsliyin 120-ci səhifəsindəki şeir bir neçə şagird (aparıcı, Ənvər və onun sinif yoldaşları)
tərəfindən ifadəli oxunur. Həmin səhifədəki 1-ci tapşırıq yerinə yetirilir. Eləcə də iş dəftərinin
83-cü səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə oluna bilər.
Danışma
(qruplarla iş)
I qrup: – Dərslərinə həmişə hazırlıqlı gələn, lakin zəif oxuyan yoldaşlarına heç vaxt kömək
etməyən sinif yoldaşınıza münasibətinizi bildirin.  
II qrup: – Dərslərinə həmişə hazırlıqlı gələn, zəif oxuyan yoldaşlarına hər zaman kömək
edən sinif yoldaşınıza münasibətinizi bildirin. 
III qrup:  – Dərslərinə həmişə hazırlıqlı gələn, lakin xəstəliyi ilə əlaqədar tez-tez dərs buraxan
sinif yoldaşınıza necə kömək edirsiniz?
IV qrup: – Ailəsində sıxıntı olan sinif yoldaşınız dərslərinə yaxşı hazırlaşa bilmirsə, ona necə
kömək edirsiniz?
Yazı
Şagirdlər şeiri nəsrə çevirib hekayə şəklində yazırlar. Müəllim bildirir ki, hər bir şagird öz
təxəyyülünə uyğun epizodlar əlavə edə bilər. 
“Mən yoldaşlıq köməyini nədə görürəm” mövzusunda inşa yazılır. 
Dil qaydaları 
Cümlənin növləri, cümlə üzvləri haqqında biliklər təkrarlanır. Dərsliyin 120-ci səhifəsindəki
2-3-cü tapşırıqlar yerinə yetirilir. İş dəftərinin 83-cü səhifəsindəki tapşırıqlardan da istifadə oluna
bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 56. QARACA QIZ VƏ AĞCA XANIM (8 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
2.1.3. Öyrəndiyi yeni söz və terminlərin
lüğətini tərtib edir.
Öyrəndiyi yeni söz və terminlərin əlifba
sırasına uyğun lüğətini hazırlayır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Oxuduğu bədii mətndəki məlumatları qrafik
informasiya şəklində təqdim edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Əsərdəki epizodlardan və qəhrəmanların
hərəkətlərindən çıxış edərək onları
xarakterizə edir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Əsərin süjet xəttini təxəyyülünə uyğun
dəyişərək yaradıcı şəkildə nəql edir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Oxuduğu mətnin məzmununu öz sözləri ilə
yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Sözün tələffüzünə əsaslanaraq onun səs
tərkibi haqqında fikir yürüdür.
DOSTLUQ
Çap üçün deyil


136
Motivasiya
“Qaraca qız” filmindən kadr nümayiş olunur. 2-ci sinifdə keçilmiş “Qaraca qız” əsərindən
parça xatırlanır.
Sual: – Sizcə, kasıb ailədən olan adam varlı ailədən olan adamla dostluq edə bilərmi?
Oxu 
Şagirdlər üç qrupa bölünürlər. Dərslikdən “Qaraca qız və Ağca xanım” mətni (səh. 121-124)
“Ziqzaq” üsulu ilə oxunur. 1-ci işçi qrup 122-ci səhifədəki 1-ci, 2-ci işçi qrup 123-cü səhifədəki
2-ci, 3-cü işçi qrup 125-ci səhifədəki 3-cü tapşırıqdakı sualı cavablandırır. Məzmun bütün
şagirdlərə aydın olduqdan sonra qrup nümayəndələri tərəfindən nəql edilir. Rəiyyət, rişxənd,
tənə, qaytan sözləri izah olunur. Həmin sözlərin əlifba sırasına uyğun lüğəti tərtib edilir.
Dərsliyin 125-ci səhifəsindəki sual və tapşırıqlar yerinə  yetirilir.
7-ci tapşırıq. Cavab “B” variantıdır.
8-ci tapşırıq. İnsana qiyməti onun xarici görkəminə, var-dövlətinə görə deyil, mənəvi
keyfiyyətlərinə və əməllərinə görə vermək lazımdır.
9-cu tapşırıq. Cavab “Ç” variantıdır. 
Tətbiqi çalışmalar üçün iş dəftərinin 84-cü səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə oluna bilər.
Yazı
Şagirdlər üç qrupa bölünürlər. Hər qrupun şagirdləri (fərdi şəkildə) əsərin bir hissəsinin
müfəssəl məzmununu yazırlar.
Danışma
(debat)
Müəllim: – “Fədakarlıq” sözünü necə başa düşürsünüz?
Şagirdlər fikirlərini bildirirlər. “Tom özünü fəda edir” hekayəsi xatırladılır.
I qrup: – Qaraca qız bilmirdi ki, zəhəri sormaqla öz həyatını təhlükə altına atır, yoxsa bu işi
etməzdi.
II qrup: – Qaraca qız bilirdi ki, zəhəri sormaqla həyatını təhlükə altına atır, amma o, dostunun
yolunda canından keçməyə hazır idi. 
“Nağılı dəyiş” oyunu. Şagirdlər əsərin süjet xəttini dəyişməklə məzmununu nəql edirlər.
Müəllim onlara aşağıdakı variantları təqdim edir:
1. Pəricahan xanımı ilan vurur...
2. Qaraca qızı ilan vurur...
Dil qaydaları
10-cu tapşırıq yerinə yetirildikdən sonra 125-ci səhifədə verilmiş qayda oxunur və
mənimsədilir. Müəllim əlavə olaraq bildirir ki, bəzi saylardan sonra gələn isimlər həm təkdə,
həm də cəmdə ola bilər. Bu saylar  çox, onlarca, yüzlərlə, minlərcə və s. saylardır: çox adamlar,
yüzlərlə şagird və s.
11-ci tapşırıq yerinə yetirilir.
İş dəftərinin 84-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqdan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 85-ci səhifəsində də verilmişdir.)
QARĞALARIN DOSTLUĞU
İki qara qarğa 
çəmənlikdə
dənlənirdi. Onların yanına bir ala qarğa gəldi. Ala qarğa dedi:
– Gəlin dost olaq.
Qara 
qarğalar
sevincdən qarıldaşdılar. Birdən çəmənliyə kimsə bir ... çörək atdı. Ala
qarğa çörəyi götürüb başqa bir çəmənliyə uçdu. O, çörəyi yeyib qurtarandan sonra
dostlarının
yanına qayıtdı. 
Qara qarğalar daha qarıldaşmadılar. 
5
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə