Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə58/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

140
Şagirdlər öz versiyalarını söyləyirlər.
4-7-ci tapşırıqlar yerinə yetirlir.
Danışma 
Şagirdlərə tapşırılır ki, Balu ilə Bahirənin Kaaya müraciət etmək qərarından başlayaraq
onların Kaa ilə söhbətini təxəyyülə uyğun genişləndirməklə kiçik dramatik parça hazırlasınlar
və səhnələşdirilmiş şəkildə təqdim etsinlər. 
Şagirdlər cütlər şəklində işləyərək dialoji mətn hazırlayırlar. Bir neçə mətn müzakirə olu nur.
Mətnlərdən biri əsas götürülməklə digər cütlər ona öz əlavələrini edir. Mətn tam hazır olduq -
dan sonra üç şagird tərəfindən səhnələşdirilir. Müəllim bildirir ki, rol ifaçıları qiymətlən dirilərkən
müvafiq heyvana uyğun jest və mimikaları xüsusi nəzərə alınacaq.
Dinləmə
İLANLAR
İlanlar sürünən heyvandır. Onlar yumurta qoymaqla nəsil artırır. Lakin elə ilanlar da
var ki, diri bala dünyaya gətirməklə çoxalır. 
Afrika və Hindistanda yaşayan pitonlar dünyada ən iri ilanlar sayılır. Onların uzunluğu
10 metrə çatır. 
Pitonları bir çox digər ilanlardan fərqləndirən bir cəhət də onların zəhərsiz olmasıdır.
Bu ilan, əsasən, suda, göllərin, çayların kənarında yaşayır. Onun qidasını isə su içməyə
gələn heyvanlar təşkil edir. O öz şikarını tutub bədəninə sarılır və onu boğaraq udur.
Böyük pitonlar hətta çaqqal və bəbirlərə hücum edib onları ovlayır. Bu ilanın ağzının qeyri-
adi quruluşu ona ağzını çox geniş açmağa imkan verir. Belə ki, onun alt çənəsi elastikdir.
İlan əvvəlcə ağzını geniş açaraq ovunun başından tutur, xırda dişləri vasitəsilə yavaş-
yavaş onu içəri ötürür. Sonra isə həmin ov ilanın bədənində tədricən həzm olunur. 
Müəllim  dinləmə mətnini oxuduqdan sonra yenə şagirdlərə müraciət edir:
– İndi deyə bilərsinizmi, Kaa ilanların hansı növünə aiddir və nə üçün Bahirə Kaadan
çəkinirdi?
– Mətni dinlədikdən sonra ilanlar haqqında daha hansı məlumatı öyrəndiniz?
– Oxuduğun mətndə ilanlar haqqında hansı məlumat dinləmə mətnində öz əksini tapmayıb?
Şagirdlər ilanlar haqqında öyrəndikləri informasiyaları ümumiləşdirərək təqdim edirlər. 
Mətnin davamını oxumazdan əvvəl müəllim aşağıdakı sualı verir:
– Təsəvvür edin ki, valideynləriniz sizi xarici ölkəyə gəzməyə aparıblar. İzdihamlı küçələrdən
birində siz valideynlərinizdən ayrı düşüb bir-birinizi itirmisiniz. Yerli xalqın dilində hansı sözləri
(cümlələri) öyrənməlisiniz ki, bu cür çətin vəziyyətlərdən çıxasınız?
Şagirdlər öz fikirlərini söyləyirlər. Müəllim bildirir ki, hər bir xalqın dilində müəyyən nitq
etiketləri, müraciət formaları var ki, ünsiyyət zamanı nitqinə həmin etiketlə başladıqda bu onlara
çox xoş təsir bağışlayır və əllərindən gələn köməyi göstərməyə çalışırlar.
Sual: – “Mauqlinin dostları” mətninə görə cəngəllik heyvanlarının dilində hansı etiketlərə rast
gəldiniz? 
(“Səninlə mən qan qardaşıyıq – sən və mən”, “Ovun uğurlu olsun!”)
“Mauqlinin dostları” mətninin 3-cü hissəsi (səh. 130-131) oxunur. Dərsliyin 131-ci
səhifəsindəki 8-ci tapşırıq
yerinə yetirilir. Eləcə də iş dəftərinin 87-ci səhifəsindəki 1-ci
tapşırıqdan istifadə etmək olar.
Danışma
Dərslikdəki 9-cu tapşırıq (səh. 131) bu əsərin fərd və cəmiyyət mövzusu ilə bağlı əsas
ideyasını açıqlamağa imkan verir.
“... bunların nə qanunu, nə müqəddəs sözü, nə də başçıları var “ cümləsində banderloqların
üç əsas xüsusiyyəti açıqlanır. Müəllim bu xüsusiyyətləri lövhədə yazdırıb şagirdlərin diqqətini
onlara yönəldir.
1. Banderloqlar heç bir qayda-qanuna tabe olmurlar.
2. Onlar heç bir müqəddəs sözə əhəmiyyət vermirlər.
5
Çap üçün deyil


3. Banderloqların başçıları yoxdur.
Müəllim əvvəlcə “cəmiyyət”, “icma” sözlərinin mənalarını açıqlayır (müəyyən ümumi qayda-
lara tabe olan fərdlər toplusu) və bildirir ki, ailə, sinif, məktəb də bir icmadır və onlar – şagirdlər
bu icmanın üzvləridir. Sonra şagirdlərin diqqəti dərs ilinin əvvəlindən divarda asılmış “Davranış
qaydaları” plakatına yönəldilir. Müəllim– Sizcə, bu qaydalar olmasa və ya siz onlara riayət
etməsəniz, nə baş verər? – deyə soruşur. Şagirdlərin fikirləri dinlənilir.
Daha sonra müəllim şagirdlərin diqqətini banderloqların 2-ci xüsusiyyətinə yönəldir və bir
neçə şagirdə sualla müraciət edir: 
– Qarşındakını bir şeyə inandırmaq üçün nəyə and içirsən? – Müxtəlif fikirlər ola bilər: ana,
ata, çörək, Allah, Quran və s. Müəllim: – Deməli, bu sözlər sizin üçün müqəddəsdir və siz heç
zaman andınızı pozmaszınız. İndi elə bir adam və ya cəmiyyət təsəvvür edin ki, and içməyə
heç bir müqəddəs sözləri və ya varlıqları yoxdur. Belə adamlar haqqında nə deyə bilərsiniz?
Şagirdlərin fikirləri dinlənilir.
Nəhayət, 3-cü xüsusiyyətlə bağlı müzakirə açılır.
Müəllim: – Təsəvvür edin ki, siz müəyyən problemi müzakirə edib bir qərara gəlmisiniz və
bu qərarınızı məktəbin direktoruna çatdırmaq istəyirsiniz. Sözsüz ki, hamınız onun otağına
axışa bilməzsiniz. Odur ki bir nümayəndə seçməlisiniz. Kimi seçərdiniz?
Lider şagirdlərdən birinin adı çəkilə bilər.
Müəllim: –  Sizcə, hər bir icmada ağsaqqal, başçı lazımdırmı? Belə bir adam hansı
keyfiyyətlərə malik olmalıdır? Başçı olmayan icmanı necə təsəvvür edirsiniz?
Şagirdlərin fikirləri dinlənilir. “Hərc-mərclik”, “anarxiya” sözləri səsləndirilir və izah olunur.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 87-ci səhifəsindəki 2-ci tapşırıqdan istifadə oluna bilər.
Qruplarla iş. Şagirdlər qruplarla işləyib “Səncə, Mauqlinin xilas olmasında kimin rolu daha
böyük idi?” sualına cavab verirlər.
I qrup: – Bahirənin
II qrup: – Balunun
III qrup: – Çilinin
IV qrup: – Kaanın
Nəticədə şagirdlər bu qərara gəlirlər ki, Mauqlinin xilasında onun hər bir dostunun böyük rolu
oldu. Lakin Balunun rolu daha böyük idi, çünki “müqəddəs sözü” Mauqliyə məhz Balu öyrətmişdi.
Müzakirə. Şagirdlər “Cəngəllik heyvanları” mövzusunda müzakirə keçirirlər. 10-cu tapşırıqda
verilmiş təqdimatı hazırlamaq üçün müəllim qruplara evdə məlumat toplamağı tapşırır.
İş dəftərinin 87-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqdan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, danışma, qrupların təqdimatı əsasında təlim məqsədinin nə
dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 88-ci səhifəsində də verilmişdir.) 
İKİ DOST
Bir dəfə dəniz sahilində gəzişən iki dost mübahisə etdi. Nəticədə biri o birinə şillə vurdu.
Ağrıdan yanağını ovuşduran dost heç nə demədi, sadəcə, yerdən əlinə bir çöp götürdü
və qumun üstünə yazdı: “Bu gün ən yaxın dostum mənə şillə vurdu”. 
Sonra dostlar dənizdə çimməyi qərara aldılar. Şillə vurulan dost az qaldı batsın, lakin
dostu onu xilas etdi. Dənizdə çimmək təhlükəlidir. Özünə gələndən sonra o, daşın üstündə
yazdı: “Bu gün ən yaxın dostum mənim həyatımı xilas etdi”.
Dostu ondan soruşdu:
– Mən sənin xətrinə dəyəndə sən bunu qumun üstündə yazdın, ancaq indi isə daşın
üstündə yazırsan. Niyə?
141
DOSTLUQ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə