Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə61/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

147
Əlavə suallar: – Sizcə, Ələsgərin dediyi sözləri Talıba başqa cür çatdıranların məqsədi nə idi?
– Ələsgər Talıba baş verənləri necə anlatdı?
– Sizcə, onların dostluğu bundan sonra davam edəcəkmi?
– Hekayə “Yol söhbəti” adlanır.  Siz ona necə başlıq verərdiniz?
Tətbiqi çalışmalar üçün iş dəftərinin 93-cü səhifəsindəki 2-ci tapşırıqdan istifadə oluna
bilər.
Söz ehtiyatı  
Mətndə işlənmiş İqtisad Universiteti, ilahiyyat elmi, mömin, bank, bank sahibi, sıldırımlı, bis-
millah, axund, biznesmen, məscid söz və ifadələrinin mənası izah olunur. İş dəftərinin 93-cü
səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilə bilər.
Danışma 
Şagirdlər Talıb obrazını təhlil edirlər. Onun aşağıdakı hərəkətlərinə münasibət bildirilir:
– ağıl və zəhmət hesabına zəngin biznesmen olması;
– imkansızlara əl tutması;
– deyilən sözə inanıb dostundan incisə də, onunla görüşüb məsələni aydınlaşdırması.
Sonuncu məqamla bağlı müəllim sual verir:
– Talıb bu hərəkəti ilə hansı atalar sözlərinə əməl etmiş oldu? 
(lövhədə yazıla bilər)
– Örtülü bazar dostluğu pozar.
– Dosta borc pul vermə – hər ikisi əldən gedər.
– Dostun yoxsa – axtar, tapdın – qoru.
– Dost dostun eybini üzünə deyər.
– Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var.
– Dostluğun telini qırma, bağlarsan, düyün qalar.
Şagirdlərə seçilmiş atalar sözlərinin mətnin ideyası ilə əlaqələndirilməsi tapşırılır.
Müəllim: – Özünüzü Talıbın yerində təsəvvür edin. Ölkədə sayılıb-seçilən biznesmensiniz,
xeyirxah işlər görürsünüz. Hamı sizə hörmət edir. Bəziləri hətta yaltaqlanır da. Özünüz də elə
hesab edirsiniz ki, bu hörmətə layiqsiniz. Elə bu zaman sizə xəbər çatır ki, keçmiş dostunuz
haqqınızda xoşagəlməz sözlər deyir. Siz onun haqqında nə fikirləşərsiniz?
Şagirdlər fikirlərini deyirlər. “Düşünürəm ki, o mənə paxıllıq edir” deyənlər də ola bilər.
Müəllim: – İndi elə təsəvvür edin ki, dostunun paxıllıq etdiyini düşünən Talıb ondan intiqam
almaq qərarına gəlir. Həmin məqamdan sonra mətni bu istiqamətdə davam etdirin.
Şagirdlər mətn qurub nəql edirlər.
Yazı
Şagirdlərə “İnsanlar çətinə düşəndə Allahı köməyə çağırırlar. Bəs hər işləri yaxşı gedəndə
Allahı xatırlamaq lazım deyil?” mövzusunda düşün cələrini yazmaq verilir.
“Dost arası sözsüz olmaz” mövzusunda inşa yazmaq tapşırılır.
Dil qaydaları
5-ci tapşırıq. Onlar bir məktəbdə, bir sinifdə oxuyurdular.
Miqdar sayından sonra isimlər cəm şəkilçisi qəbul etmədiyinə görə 1-ci cümlədə xəbər 3-cü
şəxsin təkindədir, 2-ci cümlədə isə mübtəda 3-cü şəxsin cəminə aid olduğu üçün xəbər də
cəmdədir.
İş dəftərinin 93-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqdan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
DOSTLUQ
Çap üçün deyil


Dərs 62. FİKRƏTİN DOSTU (4 saat)
Motivasiya
Müəllim şagirdlərə kiçik hekayə danışır:
“Kamranın iti xəstələnmişdi. O, itin altına yumşaq və isti adyal döşədi. İtə süd verdi. Ona
yax şı qulluq etdi. Bir neçə gündən sonra it sağaldı. Günlərin bir günü Kamran gölə balıq tut -
mağa getdi. İt də onunla idi. Birdən Kamranın ayağı sürüşdü və suya düşdü. Kamran bo ğu -
lurdu. İt  tez özünü gölə atıb Kamranı çıxartdı. Həmin gündən Kamran və it yaxın dost ol dular”.
Sual: – İnsanla heyvanın dostluğuna necə baxırsınız? Belə bir dostluq mümkündürmü?
Şagirdlər cavab variantlarını söyləyirlər.
Oxu
(rollu oyun)
Dərsliyin 138-139-cu səhifələrində verilmiş mətnin oxunması üçün 5 şagird (Fikrət, nənə, 2
uşaq, aparıcı) seçilir, onlar mətndəki obrazların nitqini və müəllif mətnini səsləndirirlər. Mətn
“Mən bostandan qayıdıb gələndə nə görsəm yaxşıdır?” cümləsində dayandırılır və 139-cu
səhifədəki 1-ci tapşırıq yerinə yetirilir. Sonra mətnin davamı sona qədər oxunur. 
Danışma
Şagirdlər 4 qrupa bölünürlər. Hər qrupa aşağıdakı tapşırıq verilir:
I qrup: – “Mənim dostum Məstan pişiyimdir” mövzusunda hekayə düşünün və təqdim edin.
II qrup: – “Mənim dostum Qızıl atımdır” mövzusunda hekayə düşünün və təqdim edin.
III qrup: – “Mənim dostum Tutudur (tutuquşu)” mövzusunda hekayə düşünün və təqdim edin.
IV qrup: – “Mənim dostum Toplan itimdir” mövzusunda hekayə düşünün və təqdim edin.
Mətnlə bağlı tətbiqi çalışmalar üçün iş dəftərinin 94-cü səhifəsindəki tapşırıqlardan istifadə
oluna bilər.
Yazı
Şagirdlərə oxuduqları əsərlərdə, baxdıqları filmlərdə insanlara kömək edən heyvanları
xatırlamaq və onların haqqında kiçik mətn yazmaq tapşırılır.
Dil qaydaları 
2-ci tapşırıq. 3-cü və 4-cü cümlələrdə xəbər mübtəda ilə uzlaşır. Hər iki cümlədə mübtəda
cəmdə olduğu üçün xəbər də cəmdədir.
Motivasiya xarakterli 2-ci tapşırıq yerinə yetirildikdən sonra qayda oxunur və mənimsədilir. 
3-cü tapşırıq yerinə yetirilir. 
İş dəftərinin 94-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Kompozisiyalı şəkil əsasında mətn qurub
danışır.
1.2.5.  Nitqini canlı və obrazlı etmək
məqsədi ilə məzmuna müvafiq jest və
mimikalardan istifadə edir. 
Verilmiş mövzuya uyğun mətn qurub jest
və mimikalardan istifadə etməklə nəql
edir.
2.2.1. Müvafiq mətnləri müəyyən
olunmuş tələblərə uyğun sürətli, düzgün,
şüurlu, ifadəli oxuyur.
Obrazların nitqini onların emosional
vəziyyətinə uyğun səsləndirməklə mətni
oxuyur.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş situasiyaya uyğun kiçikhəcmli
esse yazır.
4.1.4. Cümlələrin formalaşdırılmasında
cəm şəkilçilərindən düzgün istifadə edir. 
Mübtəda ilə xəbərin kəmiyyətə görə
uzlaşmasını düzgün müəyyən edir.
148
5
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə