Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə62/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

149
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 92-ci səhifəsində də verilmişdir.)
DOSTLUQ
Səbuhi və Rəşad bir kənddə yaşamış, bir sinifdə oxumuşdular. Onlar həm də qonşu idilər.
Uşaqlıqdan bir yerdə böyümüş, həmişə dostluq etmişdilər. Aralarından su da keçmirdi.
Məktəbi bitirdikdən sonra da onlar arabir görüşür, qazandıqları uğurları bir-biri ilə
bölüşürdülər. Ali təhsilini bitirdikdən sonra Rəşad doğma kəndinə qayıdıb məktəbdə dərs
deməyə başladı. Çox keçməmiş onu məktəb direktoru vəzifəsinə təyin etdilər. Səbuhi isə
rayon mərkəzində məsul bir vəzifədə işləyirdi. Bir dəfə Novruz bayramı ərəfəsində o,
doğma kəndinə gəldi. Dostu evdə olmadığına görə iş yerinə getdi. Vizit kartını qapıçıya
verdi ki, məktəbin direktoruna çatdırsın. Kartda onun vəzifəsi, adı və soyadı yazılmışdı.
Rəşad kartı alıb oxudu və qapıçıya dedi:
– De ki, işim var, onu qəbul edə bilmərəm.
Rəşadın cavabını eşidən Səbuhi gülümsədi:
– Bu mənim səhvimdir. 
Sonra o, kartda vəzifəsini bildirən sözləri pozdu və qapıçıya verdi. Bu dəfə Rəşad: 
– Hə, bu, Səbuhidir, – dedi və onu içəri dəvət etdi. 
1. Mətndə belə məlumat yoxdur:
A) Səbuhi ilə Rəşad yerlidir.
B) Səbuhi ilə Rəşad sinif yoldaşıdır.
C) Səbuhi ilə Rəşad tələbə yoldaşıdır.
2. Mətnin ideyasına uyğun kəlamı seç.
A) Dostluq dövlətdən də, vəzifədən də üstündür.
B) Ağac kökləri ilə yaşar, insan dostları ilə.
C) Dostluq şüşə kimidir, sındırsan, düzəldə bilməzsən.
3. Səbuhi kəndə nə vaxt gəlmişdi?
A) payızda
B) yazda
C) yayda
Yazı
üzrə qiymətləndirmə (inşa)
Mövzu: “Məşhur adam olmaq xoşbəxtlikdir, faydalı olmaq isə hər kəsin borcudur” (Viktor Hüqo).
Dil qaydaları
üzrə qiymətləndirmə
1. “Kosmonavtlar təyyarədən endi…” cümləsində nöqtələrin yerinə hansı şəkilçi əlavə
edilməlidir?
A) -niz
B) -lər
C) heç bir şəkilçi
2. Hansı cümlədə mübtəda ilə xəbər uzlaşmayıb?
A) Biz çimərliyə getmədik.  
B) Hamı bir ağızdan qışqırdılar.
C) Ana körpəsini yedizdirir.
3. “… səhər yeməyini yeməlisən” cümləsində nöqtələrin yerinə hansı söz yazılmalıdır?
A) siz
B) o
C) sən
4. Qardaşımla mən keçən yay kəndə …”  cümləsində nöqtələrin yerinə hansı söz yazıla
bilməz?
A) getdik
B) getdim
C) gedəcəyik
5. Hansı cümlədə xəbərin sonuna şəxs şəkilçisi  artırılmalıdır? 
A) Mən mağazadan maraqlı kitab aldı… .
B) Ovçu ceyranı nişan aldı…
C) Quşlar  isti ölkələrə uçub getdi… .
DOSTLUQ
Çap üçün deyil


Dərs 63. SƏXAVƏTLİ AĞAC (4 saat)
Motivasiya
Müəllim lövhədə “eqoist” (yalnız öz mənafeyi haqqında düşünən) sözünü yazır və şagirdlərə
müraciət edir: – Kim bu sözün mənasını bilir? Sözün mənasını bilən şagirdlər onu izah edirlər.
Müəllim bu sözə əksmənalı söz tapmağı tapşırır.
Müəllimin nəzərinə: Sinfin səviyyəsi yüksək olarsa, müəllim “altruist” sözünü səsləndirib onun
mənasını açıqlaya bilər: “başqalarının naminə öz mənafeyini qurban verən”. Əks halda
“fədakar” sözü ilə də kifayətlənmək olar.
Müəllim keçilmiş əsərlərdən bir neçəsini xatırladır:
– “Tom özünü fəda edir” əsərində kimi eqoist, kimi fədakar adlandırmaq olar?
– “İki nar” hekayəsində hansı obrazı eqoist adlandırmaq olar?
– “Qaraca qız və Ağca xanım” hekayəsində kimi eqoist, kimi fədakar adlandırmaq olar?
Şagirdlər fikirlərini deyir və əsaslandırırlar.
Oxu
(proqnozlaşdırma)
Dərsliyin 140-142-ci səhifələrindəki mətn 1-ci hissənin sonunadək oxunur. 1-ci tapşırığın
sualı oxunur. Cavablar dinlənilir. Mətnin davamı ilə bağlı müəllim soruşur: – Sizcə, bundan
sonra oğlan alma ağacına hansı məqsədlə müraciət edəcək? Alma ağacı növbəti dəfə nəyi
qurban verəcək?
Mətnin 2-ci hissəsi oxunur. 2-ci tapşırığa uyğun hadisələrin davamı təxmin edilir.  Mətnin 3-cü
hissəsi oxunduqdan  sonra bir daha sual verilir: – Artıq alma ağacının heç nəyi qalmayıb. Sizcə,
hekayə necə bitəcək? (3-cü tapşırıq). Şagirdlər hər dəfə hekayənin davamını proqnozlaşdırırlar.
142-ci səhifədki 4-5-ci tapşırıqlar yerinə yetirilir.
4-cü tapşırıq. Qayğıkeş, fədakar, xeyirxah, vəfalı.
5-ci tapşırıq. Həyatda kiməsə lazım olduğunu bilmək ən böyük xoşbəxtlikdir. 
İş dəftərinin 95-ci səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilə bilər.
Müəllim əsərdəki obrazlara münasibət bildirməyi tapşırır:
– Əsərdə kimi eqoist, kimi fədakar adlandırmaq olar?
– Oğlanın eqoizmi özünü nədə göstərirdi?
– Ağacın fədakarlığını necə qiymətləndirirsiniz?
 – Sizcə, nə üçün alma ağacı hər dəfə bir şeydən məhrum olmasına baxmayaraq, özünü
xoşbəxt hiss edirdi?
Danışma
Əsərdəki ağac obrazını insan obrazı ilə əvəz edib təxəyyülünüzə uyğun elə bir mətn qurun
ki, ideyası “Səxavətli ağac” hekayəsi ilə eyni olsun.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu mətnin ideyasından bəhrələnərək
eyni mövzuda mətn qurub təqdim edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndiril -
miş formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Oxuduqlarını və eşitdiklərini ümumiləş -
dirməklə təhlil xarakterli inşa yazır.
4.1.4. Cümlələrin formalaşdırılmasında
cəm şəkilçilərindən düzgün istifadə edir. 
Toplu isimlər (xalq, əhali) işlənən cümlələrdə
mübtəda ilə xəbəri düzgün uzlaşdırır.
150
5
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə