Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə63/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   59   60   61   62   63   64   65   66   ...   100

Yazı
Tapşırıq: – Mətnin sonluğuna çəkilmiş illüstrasiyaya görə cavab verin və fikirlərinizi yazın:
“Kötüyün üstündə oturan qoca, görəsən, kötüyün dibindən çıxan pöhrəyə baxaraq nə düşünür?”
və ya “Bəs sən kimisə sevindirib xoşbəxt etmisənmi? Bu zaman hansı hisləri keçirmisən?” 
Dil qaydaları
6-cı tapşırıq. 1 – B, 2 – C, 3 – A
Motivasiya xarakterli bu tapşırıq yerinə yetirildikdən sonra qayda oxunur və mənimsədilir. 
7-ci tapşırıq.
İş dəftərinin 95-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 64.  İKİ QONŞU (2 saat)
Motivasiya
Müəllim: – “Dostsuz insan – qanadsız quş” atalar sözünü necə başa düşürsünüz?
Oxu
Dərslikdən (səh.143) mətn “Həmin gün qonşular küçədə rastlaşdılar” cümləsinə qədər oxu -
nur. Müəllim şagirdlərə müraciət edir: 
– Sizcə, Səməd öz həyətini qardan nə vaxt təmizləyirdi? Şagirdlər öz versiyalarını dedikdən
sonra mətnin sonluğu oxunur və tapşırıqdakı sual oxunub cavablandırılır. 
Mətnlə bağlı tətbiqi çalışmalar üçün iş dəftərinin 96-cı səhifəsindəki  tapşırıqlardan istifadə
oluna bilər.
“Nağılı dəyiş” oyunu
Şagirdlər 3 qrupa bölünürlər. Qruplara tapşırıqlar verilir:
I qrup: Mətni elə dəyişin ki, hadisələr yay (yaz) mövsümündə baş versin. 
II qrup: – Mətnin məzmununu elə dəyişin ki, fantastika janrında mətn alınsın.
III qrup: – Mətnə bir neçə yeni epizod və obraz əlavə etməklə yenidən nəql edin.
Müəllim detektiv və fantastika janrlarının xüsusiyyətlərini uşaqlara başa salır.
Qruplar əvvəlcə öz mətnlərinin planını tutub sinfə təqdim edir. Plan müzakirə olunur, başqa
qrup lar öz düzəliş və qeydlərini təklif edir. Bundan sonra qruplar mətni hazırlayıb təqdim edir.
İş dəftərinin 96-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıq yerinə yetirilə bilər.
Qiymətləndirmə
Müşahidə, qrupların təqdimatı əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Sürü çəmənlikdə otlayır.
At ilxısı düzənlikdən uzaqlaşırdı.
Ordu sərkərdənin əmrini icra etdi.
Xalq sənətkara həmişə hörmət edir.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli
o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Mətnə yeni epizod və obrazlar əlavə
etməklə yaradıcı plan tutur və nəql edir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
151
DOSTLUQ
Çap üçün deyil


152
Dərs 65. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat) 
Bu dərsdə dərsliyin 144-cü səhifəsində verilmiş sual və tapşırıqlar yerinə yetirilir, müvafiq
bölmədə tədris olunmuş materiallar təkrarlanır. Bununla yanaşı, müəllim həm özünün ha zır la -
dığı materiallardan, həm də müxtəlif qiymətləndirmə vasitələrindən istifadə edə bilər. Tap -
şırıqların seçimi zamanı bölmədə reallaşdırılmış standartları əsas götürmək lazımdır.
Dərs 66. 5-ci BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏN DİRMƏ (2 saat) 
Dinləmə və yazı üzrə qiymətləndirmə 
(iş dəftərinin 97-ci səhifəsində də verilmişdir)
Bir insanı həyatı boyu üç köməkçi müşayiət edirdi: xoşbəxtlik, dövlət və dostluq. Həmin
adam həyatda hər şeyə nail olandan sonra köməkçiləri ona dedilər:
– Sən artıq bütün arzularına çatmısan. İndi bizdən ikimiz səni tərk etməliyik. Yalnız biri -
miz səninlə qala bilərik. 
İnsan fikirləşdi və dedi: 
– Qoy mənimlə dostluq qalsın. 
Bundan sonra o, uzanıb yatdı. Səhər yuxudan duranda insan hər üç köməkçisini yanında
gördü və heyrətlə soruşdu:
– Nə üçün siz üçünüz də buradasınız? 
– Çünki sən dostluğu seçdin. Biz isə bu illər ərzində əsl dost olmuşuq. Buna görə də səni
qoyub gedə bilmədik.
1. Adam dostluğu seçdiyi halda nə üçün xoşbəxtlik və dövlət onu tərk etməmişdi?
_____________________________________________________________________
2. Dinlədiyin mətndə baş qəhrəman xoşbəxtliyi seçsəydi, nağıl necə davam edərdi?
_____________________________________________________________________
3. Hansı sözdə hərflərin sayı səslərin sayı ilə eynidir?
A) xoşbəxtlik 
B) insan 
C) dostluq
4. “Yalnız birimiz səninlə qala bilərik” cümləsində yalnız sözünü hansı sözlə əvəz etmək
olar?
A) təkcə
B) lakin 
C) sanki
5. Köməkçi nitq hissələrinin cümlədəki vəzifəsini müəyyən et.
A) çünki
B) və
C) qoy
1. Söz və cümlələri bir-birinə bağlayır.       
A
B
C
2. Cümlənin təsir gücünü artırır.        
A
B
C
3. Cümlələr arasında səbəb-nəticə əlaqəsi yaradır.
A
B
C
Oxu və dil qaydaları üzrə qiymətləndirmə
(İş dəftərinin 98-99-cu səhifələrində də verilmişdir.)
CƏNNƏTMƏKAN
Bir dünyagörmüş ağsaqqal “Cənnətməkan” adlı yeri tapmaq üçün atına minib yola
çıxdı. Yol uzun idi, at da, atlı da çox yorulmuş, həm də acmışdılar. Susuzluq hər ikisini
əl dən salmışdı. Nəhayət, onlar güllü-çiçəkli, barlı-bərəkətli bir yerə gəlib çıx dılar. Bu-
rada duran qapıçı həmin yerin Cənnətməkan olduğunu söylədi. 
– Nə yaxşı, axır ki gəlib çatdıq. Çox susamışıq. 
– Sən içəri girib istədiyin qədər su içə bilərsən, amma atı çöldə saxla. 
– Axı mənim atım da susayıb.
– Çox təssüf, 
ancaq
buraya heyvanlar girə bilməz. 
Ağsaqqalın qanı qaraldı,
ancaq
o, suyu təklikdə içmək istəməyib yoluna davam etdi.
5
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə